Təcavüzkar uşaqlar. Adətən elə bir uşaq tapmaq olmaz ki, həyatında heç olmasa bir dəfə təcavüzkar hərəkət etməmiş olsun. Lakin bunların hamısını “təcavüzkar” adlandırmaq olmaz. bu qrupa yalnız o uşaqları aid etmək olar ki, onların təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı, affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər.
Yüksək, idarə olunmayan səviyyəyə çatan, emosionallığa malik olan tipə daxil edilən uşaqlar hər şeyə yüksək reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc, şadlıq hissi keçirirlərsə, öz ekspressiv davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər. Əgər onlar əzab, iztirab hissləri keçirirlərdə onların sağlamlığı həddindən artıq diqqəti cəlb edəcəkdir. Hədsiz dərəcədə utancaq, hər şeydən təsirlənən həyəcanlı uşaqlar öz hisslərini həddindən artıq ucadan və aydın ifadə etməyə utanır, başqalarının diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini sakit keçirirlər.
Çox vaxt “çətin uşaqların meydana gəlməsi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün müvafiq şəraitin yaradılmaması, valideynlər arasıbda ciddi konfliktlərin olması, valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin formalaşması “çətin”uşaqların yaranmasının başlıca cəhətləridir. Hələ kiçik məktəb yaşı dövründə emosional sahədə problemlərin olması ilə bağlı “çətin” uşaqların meydana gəlməsi özünəməxsus amillərlə bağlı olur.
Kiçik məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə aşağıdakıları aid etmək olar: 1/ Təbii xüsusiyyətlər (temperament tipi): xoleriklərdə çox vaxt oyanma yüksək olur, onlarda təcavüzkar yüksək olur; melanxoliklər ağlağa, utancaq olurlar; 2/ Sosial amillər: a/ ailə tərbiyəsinin tipi ( uşağı rədd etmək, eqoistik tərbiyə); b/ müəllimlərin münasibəti; c/ məktəb psixoloqunun təsiri.
4. “Çətin” uşaqlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir. uşaqların fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir.
Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədyönlü xarakter daşıyır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır. Şagirdlərin davranında və inkişafında özünü göstərə bilən qüsurların qarşısın almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür:
1/ Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalışmaq; 2/ “Çətin” şagirdin kollektivə alışmasına kömək göstərmək, sinif rəhbərləri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq; 3/ Davranışında və şəxsiyyətinin inkişafında qüsurları olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə psixoloq həmin şagirdin əqli inkişaf səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə əlaqə saxlamalıdır.
Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə məktəb psixoloqu ona fərdi yanaşmaqla müəllimlərə və valideynlərə məsləhət verə bilər. Çətin tərbiyə olunan uşaqlarla, xüsusilə də yeniyetmələrlə psixoloqun işi onun əsas vasitələrindən birini təşkil edir. Ona görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna müvafiq iş aparılmalıdır.
Dostları ilə paylaş: |