Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə21/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Özünütərbiyədə özünüdərketmə, özünü ələ almaq, özünüstimullaşdıma xüsusi rol oynayır. Özünüdərketməyə özünümüşahidə, özünütəhlil, özünü- qiymətləndirmə, özünümüqayisə daxil olur. İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o qarşısında duran vəzifələrə şüurlu şəkildə yanaşır. Öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün insan özündə müəyyən keyfiyyətləri tərbiyə etmək zərurətini dərk edir. Özünütərbiyə insanın yüksək şüurluluğu ilə, insanın özündə müsbət əlamətləri inkişaf etdirmək, mənfi əlamətlərin qarşısını
almaq meylinin yaranması ilə bağlıdır.
2. Bəsözünütərbiyə nə üçün baş verir? bu sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra motivlərini fərqləndirmişlər. Aşağıdakılar özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1/ Cəmiyyətin əxlaqi tələbləri; 2/ Kollektivin, yoldaşların hörmətini qazanmaq iddiası; 3/ Yarış; 4/ Tənqid və özünütənqid; 5/ təlimdəki çətinliklər; 6/ Ətrafdakıların nümunəsi; 7/ Maddi həvəsləndirmə.

Özünütərbiyənin motivlərini daxili və xarici olmaqlaiki yerə bölmək olar:



Xarici motivlərə cəmiyyətin əxlaqi tələblərini, onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar. Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi, maddi həvəsləndirmə, tənqid xarici motiv kimi özünü gəstərə bilər. Daxili motivlərə insanların maddi və mənəvi tələbatları, müxtəlif həyati yönəlişliklərini ifadə edən etiqadları və daxildir.

Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul etdiyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə, öz ideallarında olan keyfiyyətlərə yiyələnmək üçün cəhd göstərməyə yönəldir.

Şəxsiyyətin formalaşması və inkişafı mürəkkəb və uzunmüddətli bir prosesdir ki, burada xarici təsirlər ilə daxili güc bir-birilə qarşılıqlı təsirdədir. Uşaq yaşlarında şəxsiyyətin formalaşmasının xarici təsirlərdən asılılığı özünü göstərir. İnkişafda xarici təsirlərin özünütərbiyənin təsiri ilə əvəz olunması baş verir.

Özünütərbiyə şəxsiyyətin inkişafında qanunauyğun hadisədir. Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində meydana gəlir və onun inkişafına təsir göstərir. Fərdi həyat prosesində insan özünü və başqalarını dərk edir, ətrafdakıların tələbi ilə öz şəxsi imkanlarını uyğunlaşdırmağı öyrənir. Tərbiyə prosesində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi idealları formalaşır. Şəxsiyyət inkişaf etdikcə, özünütərbiyəyə daha geniş yer verilir, o səmərəli şəkildə özünü


göstərməyə başlayır. Özünütərbiyə tələbatı özünü yeniyetməlik yaş dövründə göstərməyə başlayır. Özünütərbiyənin ünsürləri kiçik məktəb yaşı dövründə özünü göstərə bilər. Lakin şüurlu, planlı iş kimi o yeniyetməlik yaş dövründə
təzahür edir.

Yeniyetmələr böyük olmaq və başqaları tərəfindən böyük kimi qəbul etmək istəyirlər. Yeniyetmələr özlərində olan iradi nöqsanları aradan qaldırmağı, iradəli adam üçün xas olan keyfiyyətləri özlərində tərbiyə etməyə can atırlar. Yaşın artması ilə əlaqədar olaraq özünütərbiyənin məqsədi də dəyişir. Özünütərbiyə bir növ özünüinkişaf amili kimi qocalıq dövrünə qədər özünü göstərir. Özünütərbiyə o qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması olduğuna görə şagirdlərin bu işi asanlıqla yerinə yetirdiklərini güman etmək olmaz. kollektiv vasitəsi ilə ayrı-ayrı şagirdlərin qarşısına özünütərbiyə öhdəliyi qoyulması üçün səmərəli nəticə verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox təsirli xarakter daşıyır ki, o, yarış şərtlərinə daxil edilsin və bu işə sinfin fəalları nəzarət etsinlər. Əgər şagiddə özünənəzarət zəifdirsə bi keyfiyyəti onda aşılamaq zəruridir. Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət ictimai rəyin yaranması da bu işin müvəffəqiyyəti üçün faydalıdır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin