Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə18/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Didaktik oyunlar öyrətmə xarakteri daşıyır. Oyunlar fərdi və qrup halında da aparılır. Fərdi oyunlar ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında oyunlarda bir neçə nəfər iştirak edir. Rollu oyun oynayan uçaq oyun zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun hərəkət edir. Öz oyuncaqlarına “dərs” deyir.

Təlim fəaliyyəti - məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətdir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər. Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlimin əsas vasitələri: nümayiş- etdirmə və izahat, rəğbətləndirmə və s.-dən ibarətdir. Təlim subyektin öyrənmə məqsədinə malik olan spesifik fəaliyyətidir. Bu prosesin məhsulu – bilik, bacarıq və vərdişlərdir.

İnsan fəaliyyəti sistemində əmək fəaliyyəti xüsusi yer tutur. Əmək – müəyyən ictimai-faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyətdən ibarətdir. Əmək fəaliyyəti insanın əsas aparıcı fəaliyyətidir. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai və faydalı məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.

İnsanın əmək prosesində yerinə yetirdiyi işlər istər bioloji tələbatlarla, istərsə də qarşıya qoyulmuş məqsədlərlə və həmin məqsədi yerinə yetirərkən onun başqa adamlara münasibəti ilə müəyyən edilir. Əmək fəaliyyəti həmişə birgə fəaliyyət olub kollektiv xarakter daşımış və daim təkmilləşərək hazırki tərəqqiyə çatmışdır.
6. Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir. Fəaliyyət növləri şəxsiyyətin inkişafında xüsusilə mühüm rol oynayır. Bu prosesdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyirlər. Başqa sözlə, şəxsiyyətin tələbat-motivasiya sahəsi fəaliyyət növlərində inkişaf edir.

Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri köklü şəkildə dəyişilir. Yəni şəxsiyyətin tələbatları arasında fəaliyyətin motivləri formalaşır, "motiv-məqsəd" vektoru əmələ gəlir və o, fəaliyyətin əsas struktur vahidinə mevrilir. Fəaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak proseslərinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. Fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.

Deməli, şəxsiyyətin formalaşmasında istər aparıcı, istərsə də köməkçi fəaliyyət sahələrindən hər birinin öz yeri vardır. Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşıb inkişaf edir. Ünsiyyət fəaliyyətin zəruri tərəfi, mühüm tərkib hissəsidir. Ünsiyyət prosesində şəxsiyyət emosional cəhətdən inkişaf edir. O, hisslər mədəniyyətinə yiyələnir, onda özünə hörmət, ləyaqət, qürur hissi forma- laşır, sosial təcrübəsi genişlənir, fəallığı artır. Nəticədə motivasiya sahəsi yeni məzmun kəsb edir. Şəxsiyyət insanlar arasında fərdiyyət kimi inkişaf edir, şəxsiyyətlərarası münasibətlərdə özünəməxsus mövqe tutur, insanlara seçici münasibət bəsləyir. İstər fəaliyyət, istərsə də fəaliyyət prosesində şəxsiyyətin inkişafının əsas meylləri aydın ifadəsini tapır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin