Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə17/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

5. Yeniyetməlik yaş dövrü – 10-11 yaşdan 14-15 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət forması olan intim-şəxsi ünsiyyət forması meydana gəlir və inkişaf edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin başlıca məqsədi yoldaşlıq və dostluğun elementar normalarının aşkara çıxarılması və mənimsənilməsindən ibarət olur.

6.İlk gənclik yaş dövrü - 14-15 yaşdan 17 yaşa qədər olan bir dövrü əhatə edir. Bu dövrdə təlim-peşə fəaliyyəti aparıcı rol oynayır. Yeniyetməlik dövründə meydana gələn intim-şəxsi ünsiyyət inkişafda mühüm əhəmiyyət kəsb edir. bu dövrdə baxışlar, peşə və şəxsi özünütəsdiq inkişaf edir.
5. Fəaliyyətin əsas növlərinə: oyun, təlim və əmək daxildir. Məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyətdir. Bu dövrdə uşaqlar tələbatlarını oyunun köməyi ilə ödəyirlər. Bu dövrdə uşaqlar həm öyrənir, həm də ssadə özünəxidmət əməyindən istifadə edirlər. Oyun uşağın ilk fəaliyyət növüdür. Onun təhrikedicisi fəallığa tələbat, mənbəyi isə təqlid və təcrübədir. Oyunun müxtəlif tipləri mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar: əşyavi və süjetli, hərəki və didaktik, fərdi və qrup halında, rollu və qaydalı oyunlar və s.

Əşyavi oyunlar insanın oyun fəaliyyətinə hər hansı bir əşyanı daxil etməsi ilə bağlıdır. Süjetli oyunlar müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin əsas detalları əks etdirilir. Bağça yaşının sonunda uşaqlarda sosial təcrübənin genişlənməsi süjetli oyunların məzmununun genişlənməsinə səbəb olur.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin