Dördüncü vəzifə. Müəllim şagirdləri özünütərbiyənin ən səmərəli, düşünül- müş yolları ilə silahlandırmalıdır.
MÖVZU 7. ŞAGİRDLƏRİN ƏXLAQ TƏRBİYƏSİ VƏ TƏRBİYƏNİN DİGƏR TƏRKİB HİSSƏLƏRİNİN PSİXOLOJİ ƏSASLARI
PLAN:
1. Əxlaqi şüur və davranışın formalaşması
2. Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları
1. Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsi, onda əxlaqi sahənin formalaşmasıdır. Məktəblinin tərbiyəsindən danışarkən ilk növbədə onun əxlaqi cəhətdən formalaşmasına nəzər yetirirlər. Buna görə də şəxsiyyətin əxlaqi sahənin formalaşmasının əsasları ilə tanış olmaq tərbiyəsi üçün az əhəmiyyətə malik deyildir.
Psixoloji tədqiqatlar nəticədində müəyyən edilmişdir ki, əxlaqi bilik anlayışlarının mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla rəhbərlik tələb edir. Əxlaqi analyışların mənimsənilməsi əxlaqi şüurun yaranması və inkişafı üçün mühüm rol oynasa da öz-özlüyündə hələ əxlaqi davranışın formalaşmasını təmin edə bilmir.Çox vaxt uşaqlar əxlaq normalarını yaxşı bildikləri, onun haqqında geniş biliyə malik olduqları halda öz davranışlarında onlara əməl etmirlər. Bu isə bəzən müəllimdə təəccüb doğurur. Ona görə də şagirdin necə davranmağı yaxşı bildiyini, lakin ona əməl etmədiyini irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər də fərqləndirici olmur. Bəzən şagirdin özünə inamı itir, biliklə əməl arasında əlaqə pozulur, biliyin tətbiqi üçün münasib şərait yaranmır. Bu cəhəti nəzərər alaraq müəllim öz şagirdləri üçün yalnız öyüd-nəsihəti, mentor tərbiyəçi olmaqdan uzaqlaşmalı, onların əldə etdikləri əxlaqi bilik və təsəvvürləri öz davranışlarına tətbiq etmək meyli və adəti yaratmağa çalışmalıdır.
2.Şagirdlərdə əxlaqi bilik və anlayışların inama çevrilməsi üçün həmin bilik və anlayışların davranış motivləri və onlara uyğun əxlaqi adətlər sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, hərəkət etməyi dərk etməkdə adət edilmiş davranış arasında müəyyən ziddiyyət mövcud olur. Bu ziddiyyəti adaran qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə şagirdlər davranışdakı mümarisələr sayəsində, müəllim tərəfindən uşaqların müxtəlif, lakin mahiyyətcə oxşar həyati situasiyalarda təşkil olunmuş hərəkət və davranışları zamanı əldə edirlər. Adətən, əxlaqi hisslərin, eləcə də əxlaqi inamın yaranmasına nail olmaq, həmin keyfiyyətləri tərbiyə etmək üçün onların şagirdlər tərəfindən fəaliyyət prosesində mənimsənilməsi və keçirilməsi tələb olunur.
Məhz buna görə də, müsbət əxlaqi hissləri tərbiyə etmək üçün elə situasiya yaratma lazımdır ki, şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın, həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin. Bu zaman şagird öz inam və idealı mövqeyindən çıxış edərək özünü və bütün ətrafdakıları qiymətləndirməyə başlayır.
Yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində formalaşır. Fəaliyyət prosesində cəmiyyətin nümunələri, idealları təşəkkül tapır. Fəaliyyətin düzgün seçilməsi, müvafiq yaş dövrünə uyğunluğu, düzgün təşkili və tərbiyələndirici istiqaməti həlledici əhəmiyyətə malikdir. Şagirdin xarici təsirlə daxili aləminin qarşılıqlı əlaqəsini, onu göstərən xarici təsirə şəxsi münasibətinin xarakteri burada mühüm rol oynayır. Ona görə də, şagirdin şəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq normalarına zidd olarsa, şagird bu tələbləri formal olaraq mənimsəyər, ona yalnız müvafiq şəraitdə böyüklərin nəzarəti əməl edər.
Təcrübə göstərir ki,qarşılıqlı təsir düzgün qurulmadıqda, qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda bəzən uşaqlar tərbiyəçinin tələblərinə formal şəkildə də tabe olmur, özünü ona qarşı qoyur, öz şəxsi əqidəsində qalır. Nəticəsində uşaq kollektivdən ayrılır, özünə məktəbdənkənar yoldaşlıq mühiti-referent qrup seçir. Normal şəraitdə belə şagirdlərin tərbiyəçinin tələblərini mənimsəməsi, həmin tələbələrin onunöz tələblərinə çevrilməsi birdən-birə baş vermir, bir sıra mərhələlər keçir. İlk dövrdə şagird həmin tələbi xarici, məcburi tələb kimi qəbul etməli olur. Sonra şagird həmin tələbi könüllü olaraq qəbul edir, öz vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən əxlaqi tələb şagirdin özünün şəxsi, daxili tələbinə çevrilir, özünə qarşı həqiqi tələbkarlıq meydana gəlir.
Dostları ilə paylaş: |