4. Dərsin nə demək olduğunu anlamaq üçün, ilk növbədə, onun başlıca psixoloji xüsusiyyətlərini bilmək vacibdir:
Birinci xüsusiyyət: Dərs müəyyən siniflə əlaqədar təşkil edilir. Sinif deyəndə sinif otağı deyil, eyni yaşlı və sabit tərkibli şagirdlər (tələbələr) qrupu nəzərdə tutulur. Dərs anlayışı sinif anlayışından ayrılmazdır. Dərs sinifdə təşkil edilir.
İkinci xüsusiyyət: Dərs tədris proqramı ilə əlaqədar olur. Bu zaman tədris proqramının müəyyən mövzusu və ya mövzunun bir hissəsi dərsdə öyrədilir.
Üçüncü xüsusiyyət: Dərs təsdiq olunmuş cədvəl üzrə təşkil edilir. Dərs cədvəli üzrə keçirilməyən məşğələ dərs hesab edilmir.
Dördüncü xüsusiyyət: Dərsdə vaxta ciddi əməl edilir: zənglə başlayır və zənglə qurtarır.
Deməli, dərs - müvafiq sinifdə cədvəl üzrə müəyyən vaxt ərzində tədris proqramına uyğun təşkil edilən məşğələdir. Tərbiyə işinin təşkilinin əsas forması olan dərsin xüsusiyyətləri ilə dərindən tanış olmadan, müasir tərləbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaq, dərsdə onların şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir.
5. Dərsdə şagirdlərin fəallığını təmin edən daxili və xarici amillər. Şagirdlərin fəallığının təmin edilməsi müasir dərsə verilən ən başlıca psixoloji tələbərdən biridir. Bu mühüm tələbin yerinə yetirilməsi, təlim prosesində mənimsəməyə təsir edən amillərin nəzərə alınması zəruriətini irəli sürür.
Təlim psixologiyasında belə amillər iki qrupa bölünür: daxili və xarici amillər. Dərsdə şagirdlərin fəallığını şərtləndirən daxili amillərdən biri onların diqqətinin təşkil olunmasından ibarətdir. Müəllim dərsdə şagirdlərin diqqətini səfərbər etməklə yanaşı onu mənimsənilməli olan anlayışların mühüm əlamətləri üzərinə yönəltməlidir. Müasir dərs elə qurulmalıdır ki, ən zəruri informasiyalar şagirdlərin diqqətindən kənarda qalmasın.
Şagirdlərin fəallığını təmin etmək, onlarda lazımi və davamlı bilik və bacarıqlar aşılamaq üçün dərsdə öyrənməyə, yadda saxlamağa, öyrəndiklərini tətbiq etməyə qarşı yönəlişlik yaratmaq zəruridir.Müasir dərsə verilən psixoloji tələblərdən biri kimi, mənimsəməyə təsir edən xarici amillərdən düzgün və səmərəli istifadə olunmasını qeyd etmək olar. Burada dərsdə təlim materialının çətinlik dərəcəsi, əhəmiyyətliliyi, mənalılığı, strukturu, emosionallığı ilə yanaşı, ən səmərəli üsul və vasitələrdən istifadə olunması da tələb edilir. Müasir dərsi ən yeni texniki vasitələrdən istifadəsiz təsəvvür etmək mümkün deyildir.
Dostları ilə paylaş: |