Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Dərs müəllimin rəhbərliyi altında heçirilir; 2



Yüklə 135,86 Kb.
səhifə36/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   32   33   34   35   36   37   38   39   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

1. Dərs müəllimin rəhbərliyi altında heçirilir;

2. Sabit cədvəl üzrə təşkil edilir;

3. Bütün sinif şagirdlərinin iştirakı ilə keçirilən məşburi məşğələdir;

4. Dərs sinif şəraitində keçirilir.

Təlim işində dərsin daha yaxşı səmərə verməsi, yəni şagirdlərin bilik, bacarıq və vərdişlərlə silahlandırılması, müstəqil işləmək bacarığına yiyələnməsi və tərbiyəvi imkanların həyata keçirilməsi üçün onun pedaqoji tələblərə uyğun qurulması çox vacibdir.

Bu tələblər iki qrupa ayrılır:

1/ ənənəvi tələblər; 2/ müasir tələblər.

Dərsə verilən ənənəvi tələblər aşağıdakılardır:



  1. Hər bir dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır;

  2. Dərsdə tələbələrin (şagirdlərin) fəallığı təmin edilməlidir;

  3. Dərsdə müxtəlif üsul və vasitələrdən istifadə edilməlidir;

  4. Dərsdə kollektiv iş fərdi işlə uzlaşdırılmalıdır;

  5. Dərsdə vaxtdan səmərəli istifadə olunmalıdır.



  1. Dərsə verilən müasir tələblər aşağıdakı kimi müəyyənləşdirilir:

  • Elmin ən yeni nailiyyətlərindən, qabaqcıl pedaqoji praktikadan istifadə etməklə, dərsi təlim və təhsil–tərbiyə prosesinin qanunauyğunluqları əsasında qurmaq;

  • Şagirdlərin maraq, meyl və tələbatlarını nəzərə almaqla onların produktiv (məhsuldar) idraki fəaliyyəti üçün lazımi şəraiti təmin etmək;

  • Dərsdə bütün didaktik prinsip və qaydaları optimal nisbətdə həyata keçirmək, fənnlərarası əlaqəni təmin etmək;

  • Əvvəl öyrənilmiş bilik və bacarıqlarla əlaqə yaratmaq, tələbələrin (şagird- lərin) nail olduqları inkişaf səviyyəsinə istinad etmək;

  • Şəxsiyyətin motivasiya sferalarının inkişafını fəallaşdırmaq;

  • Təlim-tərbiyə fəaliyyətinin bütün mərhələlərinin ardıcıllığını və emosional- lığını təmin etmək;

  • Həyatla, istehsalat fəaliyyəti ilə, eləcə də tələbələrin (şagirdlərin) şəxsi təcrübəsi ilə əlaqə yaratmaq;

  • Təlim-tərbiyə prosesində pedaqoji vasitələrdən səmərəli istifadə etmək;

  • Praktik cəhətdən zəruri olan bilik, bacarıq, vərdiş, təfəkkür və fəaliyyətin priyomlarını formalaşdırmaq;

  • Hər bir dərsi diqqətlə diaqnozlaşdırmaq,proqnozlaşdırmaq, həmçinin layihələşdirmək və planlaşdırmaq.

3. Dərsə verilən tələbləri bilməkdən və onları yerinə yetirməkdən çox şey asılıdır. Bu tələblər sosial sifarişlə, habelə tələbələrin (şagirdlərin) şəxsi tələbatları ilə müəyyən olunur. Hər bir dərs üç məqsədə: öyrətməyə, tərbiyə etməyə və inkişaf etdirməyə xidmət edir.

Bunu nəzərə alaraq dərsə təhsilverici, tərbiyəedici və inkişafetdirici tələblər verilir.



Dərsə verilən təhsilverici tələblərə aşağıdakılar aiddir:

    • Hər bir dərsin təhsilverici vəzifələrini dəqiq müəyyənləşdirmək;

    • Dərsdə yaradıcı və idrak fəaliyyətinin ən yeni texnologiyalarını tətbiq etmək;

    • Təlimin müxtəlif növlərini, formalarını və metodlarını rasional əlaqələndirmək;

    • Dərsin strukturunun formalaşmasına yaradıcı yanaşmaq;

    • Dərs prosesində tələbələrin (şagirdlərin) fərdi və kollektiv fəaliyyət formalarını inkişaf etdirmək;

    • Onların müstəqil fəaliyyəti ilə uyğunlaşdırmaq;

    • Dərsdə operativ əks əlaqəni, nəzarəti və idarəetməni təmin etmək və s.

Dərsə verilən tərbiyəedici tələblərə aşağıdakılar aiddir:

  • Tədris materialının tərbiyəedici imkanlarını, nail olunacaq tərbiyə məqsədlərini müəyyənləşdirmək;

  • Tədris işinin məqsəd və məzmunundan üzvi surətdə irəli gələn tərbiyə vəzifələrini dəqiqləşdirmək;

  • Tələbələri (şagirdləri) ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etmək, onlarda səliqəlilik, mə- suliyyətlilik, müstəqillik, işgüzarlıq, diqqəlilik, icraçılıq, doğruçuluq, kollektivçilik kimi həyati əhəmiyyəti olan keyfiyyətləri formalaşdırmaq;

  • Tələbələrə diqqət və qayğıkeş münasibət gös- tərmək, pedaqoji taktın tələblərinə tələblərinə riayət et- mək, tələbələrlə (şagirdlərlə) əməkdaşlıq etmək, onların müvəffəqiyyət qazanmasında maraqlı olmaq və s.

Bütün dərslərdə müntəzəm olaraq həyata keçirilən inkişafetdirici tələbləri nəzərdən keçirək:

  • Tələbələrdə (şagirdlərdə) müsbət təlim-tərbiyə motivlərini, maraqlarını, habelə yaradıcı təşəbbüskarlığı və fəallığı formalaşdırıb inkişaf etdirmək;

  • Tələbələrin (şagirdlərin) inkişaf səviyyəsini və psixoloji xüsusiyyətlərini öyrənib nəzərə almaq, onların “yaxın inkişaf zonası”nı layihələşdirmək;

  • Tədris məşğələlərinində və inkişafda yeni psixoloji keyfiyyət dəyişikliklərini stimullaşdırmaq;

Tələbələrin intellektual, emosional, eləcə də sosial inkişafında “sıçrayışları” proqnozlaşdırmaq və baş verəcək dəyişiklikləri nəzərə almaqla tədris məşğələlərini operativ surətdə yenidən qurmaq və s.

Müəllim və şagirdlərin arasındakı əlaqənin xarakteri dərsin keyfiyyətinə güclü təsir göstərir.Dərs zamanı müəllimin şagirdlərin qayğısına qalması, onlara güzəştə gedə bilməsi, onlarla birlikdə işləməsi uşaqlarda yüksək əhval-ruhiyyə əmələ gətirir, təlimə marağı, müəllimə münasibəti düzgün istiqamət alır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin