6. İnteraktiv təlim metodları və onlardan istifadə. İnteraktiv təbiətli priyomlar şagirdlərdə yeni keyfiyyətlər formalaşdırır: müsahibini, hər hansı danışanı (danışığı), maqnitafon, radio, televiziya verilişlərini dinləmək, söylənilən fikrə hörmət etmək, yeri gəldikdə münasibət birdirmək, müstəqil, tənqidi və yaradıcı düşünmək, sərbəst fikir söyləmək, irəli sürdüyü fikri müdafiə etmək, sübuta yetirmək, məntiqi təfəkkürünü inkişaf etdirmək, təcrübəsini və ümumi hazırlığını təhlil etmək, özünü obyektiv qiymətləndirmək, kollektivdə öz yerini görmək, əqli və fiziki əmək prosesində kollektivin üzvləri ilə əməkdaşlıq etmək, birgə işləmək, ümumi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirmək, kollektivin fikrinin formalaşmasında fəallıq, işgüzarlıq göstərmək, qrupun üzvləri, sinif kollektivi ilə birgə qərar vermək, qarşıdurma yarandıqda müdafiə olunmaq, münaqişəni səbirlə, sülh yolu ilə həll etmək, riskin mahiyyətini anlamaq, yeri gəldikdə riskə getmək, emosional situasiyada özünü ələ almaq, idarə etmək, şəxsi sağlamlığına görə məsuliyyət daşımaq, insana, onun hüquqlarına hörmətlə, ədalətlə yanaşmağı bacarmaq və s.
“İnteraktiv xarakterli priyomlar" özündə produktiv, yaradıcı, sərbəst düşünmə qabiliyyətlərini birləşdirməklə təlimi tədqiqat prosesinə yaxınlaşdırır. Bu priyom- ların köməyi ilə şagird təlim prosesinin bərabərhüquqlu aparıcısı rolunu oynayır. Biliklərin müstəqil əldə edilməsi üçün problemli şəraitin yaradılması yolu ilə təfəkkürün müstəqilliyinə və sərbəstliyinə, sinifdə şagirdlərin səmərəli fəaliyyəti üçün psixoloji şəraitin yaradılmasına, əməkdaşlığa, şagirdlərin fəal dərketmə möv- qeyinə, təfəkkürün inkişafına, bilikləri sərbəst tətbiq etmələrinə əsaslanan interak- tiv təbiətli təlim sistemi məhz sözügedən priyomlar vasitəsilə reallaşır.
Bu priyomların tətbiqində məqsəd şagirdlərə mümkün qədər çox bilik verib, onların yaddaşını zənginləşdirməkdən ibarət deyil. Bir daha qeyd edək ki, burada müəllim hazır bilikləri verən şəxs kimi deyil, şagirdləri biliklərin axtarılmasına cəlb edən, ”tədqiqata” başçılıq edən şəxs kimi fəaliyyət göstərir. Başlıca məqsəd şagirdləri təhliletmə, düşünmə, müstəqil bilik əldəetmə, bu bacarığı inkişafetdirmə və məqamında tətbiqetmə qabiliyyətinə yiyələndirməkdir. Deyilənlərdən müəlli- min fəaliyyətinin sıxışdırılması nəticəsi çıxarılmamalıdır. Müəllim yenə də tədris prosesinin aparıcı qüvvəsidir, sistemyaradıcı komponentlərindən biridir. İnteraktiv təbiətli priyomlardan istifadə məktəblilərdə müstəqil düşünmək, oxuduğuna, baş- qalarının fikrinə, eşitdiyinə münasibət bildirməklə onları təsdiq və ya inkar etmək bacarığını formalaşdırır.
7. Düzgün ümumiləşdirmə bacarığının formalaşdırılması təlim prosesinin optimallaşdırılmasının mühüm şərtidir. Düzgün biliklərə yiyələnmək üçün ümumi- ləşdirmələrdən istifadə etmək zəruridir.Ümumiləşdirmə prosesi üçün ən vacib şərt öyrənilən cisim və hadisələr arasında mövcud olan mühüm əlamətləri, eləcə də ümumi cəhətləri müəyyənləşdirməkdir. Bu ümumi cəhətlər cisim və ya hadisənin müəyyən əlaməti, hissəsi və. ibarət ola bilər. Cisim və hadisələri bir-birindən fərqləndirmək üçün onları ümumiləşdirməyi bacarmaq, müvafiq qrupa daxil edə bilmək imkanına yiyələndirmək lazımdır.
Digər tərəfdən bu cür ümumiləşdirmə bacarığının yaranması üçün cisim və hadisələri, onların əlamət və keyfiyyətlərini fərqləndirmək tələb olunur. Ona görə də, ümumiləşdirmə bacarığına yiyələnmək üçün ilk növbədə müşahidə etdiyimiz cisim və hadisələri mühüm əlamətlərinə görə təhlil etməli, həmin əlamətləri fərqləndirməyi, təcrid etməyi bacarmalıyıq. Fərqləndirmək və ümumiləşdirmək üçün ilk növbədə bir sıra cisimlər, hadisələr qarşılaşdırılır, tutuşdurukur, onlar təhlildən keçirilir, oxşar və fərqli əlamətləri müəyyənləşdirilir.
Fikri fəaliyyət prosesində cisim və hadisələr həmin əlamətlər üzrə qruplaşdırılır. Bu halda tərkib və ya sintez iki istiqamətdə cərəyan edə bilir. Bu halda ümumi zahiri əlamətlər əsas götürülə bilər. Hər iki halda ümumiləş- dirmənin baş verməsi üçün bir sıra fikri əməliyyatlardan istifadə olunmalıdır. Fərqləndirmə, düzgün ümumiləşdirmə aparmaq üçün həmin sahədə bacarığın yaranması tələb olunur.Şagirdlərdə idrak fəaliyyətinin fəallaşdırılması, idrak imkanlarının genişləndirilməsi insan amilinin formalaşdırılmasının tərkib hissələrindən biri olmaqla təlimin optimallaşdırılmasında mühüm rol oynayır. Odur ki, şagirdlərin idrak fəaliyyətini istiqamətləndirmək tələb olunur.
Təlim prosesinin optimallaşdırılması üçün şagirdlərdə idrak fəallığını təmin edilməsi zəruridir. Bunun üçün bir sıra şərtlərə əməl edilməsi tələb olunur. Belə şərtlərdən biri şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınmasından ibarətdir. Çünki idrak fəaliyyəti yaş xüsusiyyətlərindən asılı olaraq öz predmet və nail olduğu nəticəni dəyişdirir. Biliyin keyfiyyəti şagirdin idrak fəaliyyətindən asılıdır.
Təlim prosesinin optimallaşdırılmasında problemli təlim də mühüm rol oynayır. Problemli təlim şagirdlərin təfəkkürünün işləməsinə, onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlimin problemli xarakter daşıması və şagirdlərə inkişaf- etdirici təsir göstərməsi üçün dərsdə şagirdlərin problem situasiya ilə qarşılaş- dırılması zəruri şərtdir. Fikri əməliyyat sistemi şagirdə müqayisə etmək, ümumiləşdirmək, mücərrədləşdirmək imkanı verir.
Fikri iş priyomlarına yiyələbdikdə şagird hər hansı bir məsələni həll edərkən müəyyən məntiqi ardıcıllıq və sistemlə hərəkət edir. Məhz buna görə də müəllim dərs zamanı şagirdlərdə bu cür fikri iş priyomlarının yaranması və ondan istifadə edə bilmələrinə nail olmalıdır.Problem situasiyanın əsas tipləri barədə müəllimin biliyi bu cür situasiyaların yaradılması yollarını müəyyənləşdirməsinə, bununla da şagirdlərin idrak fəaliyyətini idarə etməsinə şərait yaradır. Məhz buna görə də, müəllim dərsi müasir tələblər səviyyəsinə qaldırmaq üçün həmin cəhətlərə xüsusi diqqət yetirməlidir.
Təlim psixologiyasında belə cəhət əsas götürülür ki, yaradıcı təfəkkürün inkişaf etdirilməsi üçün tez-tez zamanı şagirdləri onlardan bir növ tədqiqatçılıq tələb edən problem situasiya ilə qarşılaşdırmaq lazımdır. Dərsləri elə təşkil etmək tələb olunur ki, şagirdlər təkcə problem suallarla qarşılaşmasın, eyni zamanda onu müstəqil olaraq həll etməyə cəhd göstərsinlər. Şagirdlərdə yaranan fikri iş priyomları ümumiləşmiş xarakter daşıdıqda onlar bu priyomlardan nəinki konkter fikri məsələnin həllində, eləcə də buna oxşar digər məsələlərin həllində istifadə edə bilirlər. Bu zaman bacarıq və vərdişlərin keçirilməsi imkanları öz müsbət təsirini göstərir.
Dostları ilə paylaş: |