Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə50/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

1.İnkişafetdirici funksiya müəllimdən öz şagirdlərini inkişaf etdirmək vəzifəsini həyata keçirməyi tələb edir. Təlim və şagirdlərin inkişafı vahid, bir-birilə bağlı proseslərdir. Şagirdlərin şəxsiyytinin əqli və emosional sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirməyə zəmin yaradır.

bunun üçün müəllimin zəruri bilik və bacarığa malik olması vacibdir. Bunlardan: müxtəlif yaş dövrlərində şagirdlərdə idrak qabiliyyətləri inkişafının pedaqoji əsasları haqqında biliklərlə silahlanan müəllim öyrənilən faktları təhlil etmək və ümumiləşdirmək, müqayisə etmək bacarığına malik olmalıdır. Müəllim şagirdi problemli situasiya ilə qarşılaşdıra və onu fikirləşdirə bilmək bacarığına yiyələnməlidir.

2. Tərbiyəedici funksiyanın mahiyyəti təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşün formalaşması, mənəvi-əxlaqi, estetik, vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi vəzifələri ilə bağlıdır. Bu funksiyalrın həyata keçirilməsi müəllimdən zəruri pedaqoji bacarıq və vərdişlərə yiyələnməyi tələb edir. Bunlardan: dərsdə və dərsdənkənar tədbirlər zamanı tədris edilən fənnin imkanlarından tərbiyəvi məqsədlər üçün istifadə edə bilmək bacarığını, kollektivizm, prinsipiallıq, şagirdlərin şüurlu olaraq peşə süçmələri və ilkin peşə hazırlığı üçün şərait yarada bilmək bacarığını və s. göstərmək olar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin