Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 17. MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİNİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ



Yüklə 135,86 Kb.
səhifə49/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   45   46   47   48   49   50   51   52   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 17. MÜƏLLİMİN PEDAQOJİ FƏALİYYƏTİNİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

PLAN:



1. Müəllimin pedaqoji fəaliyyətinin psixoloji xüsusiyyətləri

2. Pedaqoji prosesdə müəllimin mövqeyi

3. Müəllimin pedaqoji funksiyaları

4. Müəllimin pedaqoji bacarıq və vərdişləri

5. Müəllimin pedaqoji qabiliyyətləri

6. Müəllim şəxsiyyətinə verilən psixoloji tələblər

7. Müəllimin pedaqoji mərifəti haqqında

8. Müəllim-şagird münasibətlərinin psixoloji əsasları
1. Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir.

Müəllimin pedaqoji fəaliyyəti çətin olmaqla, həm də şərəfli və xeyirxah fəaliyyətdir. Bu fəaliyyətin özünəməxsus vəzifələri vardır. Bu fəaliyyət prosesində şagirdlər müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır. Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir.

Müəllimin pedaqoji fəaliyyəti və bu zaman qarşısına qoyduğu vəzifələri yerinə yetirməsi əsasən məktəbdə həyata keçir. Müəllimin vəzifələri məktəbin qarşısında duran ümumi vəzifələrdən doğur. Müəllimin pedaqoji fəaliyyəti müvəf- fəqiyyətlə yerinə yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılı olur.Müəllimin pedaqoji funksiyalarının həyata keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin formalaşmasını təmin edir.
2. Pedaqoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik oan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə malikdir. Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən şagirdlərin şəxsiyyətin əlamətlərinə çevrilir.Müəllimin öz fəaliyyətində müvəffəqiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyətləri mühüm yer tutur. Bu keyfiyyətlər möhkəmlənir və müəllim şəxsiyyətinin daimi əlamətlərinə çevrilir. Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri onun məqsəd yönəlişliyi, daima böyük pedaqoji vəzifələri həll etməyə yönəlməsindən ibarətdir. İradəli müəllim təkcə şagirdin qarşısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda həmin tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.

Pedaqoji işin müvəffəqiyyəti üçün müəllimdə dözümlülük, hövsələnin olması da zəruridir. Əgər müəllim özünü ələ ala bilmirsə, o sinfi də ələ ala bilməyəcəkdir. Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi bacarmalıdır. Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək lazımdır. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət qazansa da hələ çox iş görmək lazım gəldiyini başa düşür. Bu prosesdə müəllim eyni zamanda şagird şəxsiyyətinin təşəkkülü və inkişafına əsaslı təsir göstərir.

Pedaqoq K.D.Uşinski təlim və tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət vrərək onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik olmasını tələb edirdi.

Müəllim şagird kollektivinə rəhbərlik edir. Onun təlim və tərbiyəsi ilə məşğul olur. Ona görə də istər-istəməz müəllimlə şagird arasında qarşılıqlı münasibətlər mövcud olur. Müəllim öyrədir, tərbiyə edir, şagird öyrənir, müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnir. bu prosesdə müəllim eyni zamanda şagird şəxsiyyətinin təşəkkülü və inkişafına əsaslı təsir göstərir. Şagird şəxsiyyətinin təşəkkülünə müəllimin öz şəxsiyyəti də lazımi təsir göstərir.

A.İ.Gertsen göstərir ki, şagirdlərə təkcə müəllimin biliyi ilə, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir göstərir. K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazırdı: “Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdıt. Çünki tərbiyənin gücü yalnız insan şəxsiyyətinin canlı mənbəyindən nəşət edir. heç bir nizamnamə və proqram, heç bir süni yaradılmış müəssisə nə qədər mahiranə düşünülsə də tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz”.

Müəllim şəxsiyyətinin şagirdlərə tərbiyələndirici təsirini başqa heç bir şey əvəz edə bilməz. Şagird şəxsiyyətinin təşəkkülünə müəllimin öz şəxsiyyəti də lazımlı təsir göstərir. Müəllimin şəxsi nümunəsi, onun şəxsiyyəti şagird şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır. Müəllim şəxsiyyəti uşağın əqlini, hiss və iradəsinin inkişafına, onun həyatına əsaslı təsir göstərir. Müəllim şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil, məktəbi qurtardıqdan sonrakı dövrlərdə də həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir.



3/ Müəllimin pedaqoji fəaliyyəti bir-biri ilə sıx bağlı olan bir sıra funksiya- lardan ibarətdir. Həmin funksiyaların həyata keçirirlməsi şagirdlərin təlim və tərbiyəsinə, onların bir şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir. Bu mənada bir fənn müəlliminin fəaliyyəti üçün xarakterik olan aşağıdakı pedaqoji funksiyalar mövcuddur: inkişafetdirici, tərbiyəedici, kommunikativ, öyrədici, qnostik, konstruktiv, təşkilatçılıq.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin