Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə57/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   53   54   55   56   57   58   59   60   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

6. Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Ona görə də, müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmasa cəmiyyətin onun qarşısında qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Müəllim gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.

Müəllim cəmiyyətin ən qiymətli sərvətini - uşaqları pedaqoji fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün yararlı vətəndaş kimi formalaşdırır. Ona görə də, gənc şəxsiyyəti formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə forma- laşmalıdır.

Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim cəmiyyət qarşısında dərin biliklərə yiyələnməklə yanaşı, bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır. Həmin keyfiyyətlərə aiddir: 1/ hər bir müəllim öz fənninə dərindən yiyələnməlidir; 2/ idrak nəzəriyyəsini və pedaqoji elmi mükəmməl əxz etməlidir; 3/ ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalıdır; 4/ şagirdləri fəallaşdırmaq məqsədi ilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməlidir.

Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyə- tində yüksək nailiyyətlər əldə edə bilər.Müəllim şəxsiyyətinin istiqaməti özünün motivləşmə sferası, ideyaları, sərvət meylləri, əqidə və inamı ilə müəyyən edilir. Burada müəllimin yüksək ideyalılığı və inamının rolunu qeyd etmək olar. Bu keyfiyyətlərlə yanaşı, onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, emosional, iradi və əqli xüsusiyyətlərini daxil etmək olar.

Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət verir. Müəllim şəxsiyyətinin strukturuna onun əməyinin xarakterini müəyyən edən peşə keyfiyyət- lərini, qabiliyyətləri motivasiyanı, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubu və s. aid etmək olar. Müəllim şəxsiyyətinin strukturunda təcrübə, bacarıq, vərdiş və adətlər də özünəməxsus yer tutur.
7. Pedaqoji mərifət müəllimin özünə qarşı rəhbəri, tərbiyəçisi kimi sosial gözləmələri adekvat qavrama əsasında qurulan davranışıdır. Pedaqoji mərifət şəxsiyyətin ən dəyərli və pedaqoji fəaliyyət üçün zəruri olan keyfiyyətdir.Pedaqoji mərifət müəllimin şagirdlərlə, onların valideynləri ilə düzgün münasibət saxlaya bilmək bacarığıdır. Pedaqoji mərifət müəllimin gündəlik fəaliyyətində, davranı- şında, işində özünü büruzə verən zəruri keyfiyyətdir.

Psixoloqlar pedaqoji mərifətin aşağıdakı komponentlərini müəyyənləşdir- mişlər: 1/ Müəllimin öz şagirdlərinə qarşı ağıllı məhəbbəti və ünsiyyəti; 2/ Hər bir şagirdin şəxsi ləyaqətinə hörmət göstərmək pedaqojicəhətdən əsaslandırılmış tələbkarlığın vəhdəti kimi; 3/ İşgüzar və pedaqoji əlaqənin inam və pedaqoji nəzarətin vəhdəti; 4/ Sadəlik, təbiilik, səmimilik, xeyirxahlıq.

Pedaqoji mərifət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üsulundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir. Pedaqoji şəraitdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir. Müəllimin pedaqoji mərifəti onun şagirdlərlə, onun valideynləri ilə, müəllim yoldaşları ilə düzgün münasibət saxlaya bilmək bacarığı və həddini aşmamasında təzahür edir. Əks təqdirdə pedaqoji mərifətin gözlənilməməsi pedaqoji ünsiyyətin pozulması ilə yanaşı, pedaqoji fəaliyyətin əsas məqsədini həyata keçirməyə mane olur, müəllimlə şagird rasında münaqişənin yaranmasına gətirib şıxarır.

Pedaqoji mərifət müəllimin davranışında həlledici yer tutur. Pedaqoji mərifətə malik olmayan müəllim öz şagirdlərinin gözündən asanlıqla süşür, onların hörmətini qazana bilmirlər. Pedaqoji mərifət müəllimin gündəlik fəaliyyətində, işində özünü göstərir. Müəllimşagird kollektivi ilə, onların təlim-tərbiyəsi ilə məşğul olur. Bu zaman şagirdlərin təlim müvəffəqiyyətini, davranış tərzini qiymətləndirməli olur. Burada pedaqoji mərifər təzahür edir.

Pedaqoji mərifətə malik olan müəllimlər sürətlə dəyişən pedaqoji şəraitə uyğunlaşmağı, mövcud şəraiti qiymətləndirməyi, düzgün qərar qəbul etməyi bacarır. Bunun üçün isə müəllim təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla kifayətlənməməlidir, eyni zamanda yüksək mərifər, dözümlülük və özünü ələ ala bilmə imkanına malik olmalıdır.

Pedaqoji mərifətə yiyələnən müəllim şagirdlə harada, necə danışmağın tərzini də bilir, bunu düzgün seçməyi, şagirdə harada, necə danışmağın tərzini də bilir, bunu düzgün seçməyi bacarır. Ona gördə də müəllimin apardığı səmərəsiz qalmır. Müəllimin pedaqoji mərifəti onun ümumi əxlaqi keyfiyyətlərindən, şagirdlə ünsiyyət zamanı pedaqoji etika qanunlarını nəzərə almasından çox asılıdır.


8. Məktəbdə “müəllim-şagird” münasibətləri “insan-insan”münasibətləri olduğuna görə onlar “subyekt-subyekt” münasibətləri kimi əmələ gəlir və bu zəmində də psixoloji baxımdan səmərəli inkişaf edə bilər. Şagirdlərin şəxsiyyətinin inkişafını şərtləndirən müxtəlif amillər içərisində onların müəllimlərlə münasibəti xüsusi yer tutur. Müəllimlə şagirdlərin bir-biri ilə qarşılıqlı təsiri şəxsiyyətin formalaşmasının mühüm bir mərhələsinə təsadüf edir.

Müəllimin şagird şəxsiyyətinə diqqətlə yanaşması, tələbkarlığı hörmətlə əlaqələndirməsi, onun qüvvəsinə inanması müəllimlə şagirdlərin qarşılıqlı münasibətləri üçün həll edici olan səbəblərdən hər birinin əhəmiyyəti böyükdür. Müəllimləşagirdlərin münasibəti şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sahəsini təşkil edir. Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsində etimad, inam ölçülərinin rolu böyükdür. Bu ölçülərin də iki qütbü vardır. Bir tərəfdən müəllim hər bir şagirdin imkanlarına və qabiliyyətlərinə inanmalı, onların üzə çıxması üçün psixoloji cəhətdən əlverişli şərait yaratmalıdır. Digər tərəfdən isə şagirdlər müəllimə inanmalıdırlar.

Şagir inamının göstəriciləri çoxdur. Onlardan biri və ən başlıcası ondan ibarətdir ki, şagird hər hansı bir çətinliklə rastlaşanda məsləhət üçün müəllimə müraciət edir. Əgər müəllim şagirdə nəinki səmərəli yol, həm də əməli kömək göstəririsə bu zəmində onların münasibəti də tədricən dəyişir. Şagird müəllimə inananda onu artıq bir tərbiyəçi kimi qəbul edir, nüfuzu ilə hesablaşır.

Sinifdə şəxsiyyətlərarası münasibətlər iki sistem: müəllim-şagird(lər) və şagirdlər-şagirdlər sistemi üzrə formalaşır. Əlaçı şagirdlər üçün bu şəxsiyyət- lərarası münasibətlər sistemindən birincisi psixoloji baxımdan çox əhəmiyyətlidir. Onların referent qrupu da bu münasibətlər sistemindədir. Əlaçı şagirdlər müəllim-şagird(lər) sistemində xüsusi mövqe tuturlar.

Müasir təhsil konsepsiyası müəllimin şagirdlərlə qarşılıqlı münasibətlərinin inkişafı baxımından kommunikativ qabiliyyətləri və bilavasitə onunla bağlı olan qabiliyyətləri –perseptiv və ya ekspressiv qabiliyyətləri önəmli sayır.

Məktəb müşahidələri də müəllim-şagird münasibətlərinin əmələ gəlməsində və inkişafında ilk növbədə kommunikativ qabiliyyətlərin önəmli yer tutduğunu göstərir. Eləcə də şəxsiyyətlərarası münasibətlər, yoldaşlıq münasibətləri, kollektivdə ictimai rəyin yaranması kimi məsələləri hərtərəfli öyrənməlidir. Uşaq kollektivində əxlaqi, mənəvi, etik münasibətləri formalaşdırarkən fərdiyyətçiliyə yol verilməməlidir.

Müəllimin humanizmi onun hər bir rəftarında, davranışında, uşaqlara münasibətində özünü göstərməli, hər zaman mehriban və səmimi olmalı, dərs dediyi şagirdlərin səviyyəsinə enməyi bacarmalıdır. Müəllim unutmamalıdır ki, uşağın ləyaqətinə hörmət etməsi onun öz ləyaqətini qat-qat yüksəldir. Müəllim uşaqlara münasibətini elə qurmalıdır ki, uşaqlar onun ciddi nəzarətini görməsinlər. Ev tapşırıqlarının yoxlanması, edilən hər hansı iradlar elə olmalıdır ki, uşaq bu iradlardan həvəsdən düşməsin. Bunu şagirdə hiss etdirməlidir ki, müəllim onun qüvvəsinə inanır, onun daha yaxşı oxumasını istəyir.Müəllim kollektivin rəyinə arxalanmalı, həmişə kollektivlə məsləhətləşməli, uşaqların inam və istəyini müdafiə etməlidir.

Müəllim şagird şəxsiyyətini inkişaf etdirmək və sinif kollektivinin təşəkkülü üçün aşağıdakı pedaqoji prinsiplərə riayət etməlidir:

1/ Şagird şəxsiyyətinə hörmət etməli, onun ləyaqətini qorumalıdır;

2/ Şagirdin fikri müəllimin fikri ilə uzlaşmasa da müəllim səbr və təmkinlə ona qulaq asmalı, şagirdin mülahizəsinin səhv olduğunu sübut etməlidir;

3/ Uşağın yaradıcı fəaliyyətini inkişaf etdirməli, hər birinə öz gücünə müvafiq tələblər verməlidir;

4/ şagird şəxsiyyətini alçaldan hər cür tədbirdən uzaq olmalıdır;

5/ Şagirdləri başqalarının dərdinə, sevincinə şərik olmağa öyrətmək ruhunda tərbiyə etməlidir. fiziki cəhətdən qüsuru olan uşaqlara qayğı ilə yanaşmalıdır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin