1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç1). Bu cür çətinlik, adətən, pedaqoji situasiyanın obyektiv çətinliyi nəticəsində yaranır və pedaqoji vəzifənin həyata keçirilməsinin uyğun (adekvat) vasitələrinin olmaması ilə şərtlənir.
2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik (Ç2). Bu cür çətinliklər müəllim şəxsiyyətinin fərdi xüsusiyyəti, motivləşməsi, özünüqiymətləndirməsi, əhvalları ilə şərtlənir. Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir göstərir.
3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinliklər (Ç3). Daxili səbəblərlə şərtlənən çətinliklər müəllimin pedaqoji situasiyasını qavrama və təsəvvür etməsini təhrif edir, nəticədə müəllimdə yalançı problem yaranır, o, öz qarşısına uyğun olmayan məqsəd qoyur və şəraitə uyğun olmayan məsələni həll edir. Adətən, müəllim daima şagirdlərlə, bütövlükdə siniflə münasibətdə olur, həmin münasibətlər onun təlim, tərbiyə, təşkilati proseslərindəki praktik fəaliyyətində inkişaf edir.
Prosesi təmin etmək üçün müəllimin pedaqoji fəaliyyət zamanı baş verən çətinliklərin qarşısını almağa imkan verən münasibətləri yaratmağa hazır olması zəruridir. Müəllimdə isə bu cür zəruri qabiliyyət, bacarıq və vərdişlərin olmaması işdə qüsurlara, arzu olunmayan çətinliklərin baş qaldırmasına gətirib çıxarır. Qeyd olunan psixoloji çətinliklərin hər biri (hər tip çətinlik) o birisindən fərqləndiyi kimi, onları aradan qaldırmaq, bu sahədə müəllimə təsir formaları da müxtəlif olmalıdır.
Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı təsir formalarından istifadənin vacibliyini qeyd edirlər: 1) Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə olunması (müəllimin biliyindəki çatışmazlığı aradan qaldırmaq).
Dostları ilə paylaş: |