Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Pedaqoji ədəbiyyatda (A.K.Markova) müəllim əməyinin səmərəliliyini müəyyənləşdirən psixoloji göstəricilərə aşağıdakı tələblər verilir: 1



Yüklə 135,86 Kb.
səhifə62/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   58   59   60   61   62   63   64   65   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

3. Pedaqoji ədəbiyyatda (A.K.Markova) müəllim əməyinin səmərəliliyini müəyyənləşdirən psixoloji göstəricilərə aşağıdakı tələblər verilir:

1. Müəllim əməyinin səmərəliliyini müəyyənləşdirən psixoloji göstəricilər, təlim-tərbiyə prosesinin həyata keçirilməsi zamanı şagirdlərin və müəllimlərin psixi inkişaflarında baş verən keyfiyyət dəyişmələrini əhatə etməlidir.

2. Psixoloji göstəricilər "müəllim-şagird" sisteminin hər iki cəhətini vəhdətdə əhatə etməlidir.Adətən çox vaxt müxtəlif pedaqoji ustalığa malik olan müəllimlərin dərs dedikləri şagirdlərin psixi inkişafının öyrənilməsinə diqqət yetirilmir, şagirdin təlim müvəffəqiyyəti müəllimin pedaqoji fəaliyyətinin xarakterindən təcrid olunmuş şəkildə təhlil olunur. Pedaqoji fəaliyyət zamanı müəllim təkcə şagirdlərin pedaqoji xüsusiyyətlərini dəyişdirmir, özünü də dəyişdirir, təkcə müəllim şagird- lərə təsir göstərmir, şagirdlərin özləri də müəlliminin pedaqoji fəaliyyətinin xarakter və səmərəliliyini əsaslı şəkildə müəyyənləşdirir.

3. Psixoloji göstəriclər pedaqoji fəaliyyətin prosesi, gedişi ilə nəticəsini vəhdətdə əhatə etməlidir. Belə ki, təkcə pedaqoji fəaliyyət prosesini nəzərə almaq kifayət deyil. Müəllim əməyi səmərəliliyinin psixoloji göstəricləri həm müəllim əməyinin son nəticəsini, həm də pedaqoji təsir vasitəsini əks etdirməlidir. Bu həm müəllimə, həm də şagirdə aid olmalıdır.

4. Psixoloji göstəricilərdə müəllim və şagird şəxsiyyətinin təcrid olunmuş keyfiyyətləri deyil, mərkəzi, əsas xarakteristikası götürülməlidir. Bu zaman həmin planda müəllim şəxsiyyətinə pedaqoji məqsədyönlülük, pedaqoji təfəkkür, peda- qoji refleksiya və pedaqoji istiqaməti aid etmək olar.

5. Müəllimin pedaqoji fəaliyyəti səmərəliliyinin psixoloji göstəriciləri elə olmalıdır ki, həmin göstəricilər pedaqoji fəaliyyəti onun yaranma və inkişafında qiymətləndirsin, "şagird-müəllim" sisteminin təkmilləşməsinin dinamikasını görməyə imkan versin. Belə ki, şagirdlərin psixi inkişaf göstəricilərini təhlil edərkən təkcə onun bu günki imkanları-öyrənmə səviyyəsi deyil, həm də öyrənməyə qabilliyi, eləcə də müvafiq şəkildə təkcə tərbiyəliliyi deyil, tərbiyəyə qabilliyi nəzərə alınmalıdır.

Həmin cəhət müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyini də nəzərə alın- malıdır. Burada da təkcə müəllimin inkişafının mövcud səviyyəsi, aktual səviyyəsi deyil, eyni zamanda müəllimin öz peşə pedaqoji fəaliyyətini təkmilləşdirməyə real hazırlıq səviyyəsi də qiymətləndirilməlidir.



4. Fəaliyyətin səmərəliliyi dedikdə, əvvəlcədən qarşıya qoyulmuş və sosial sifarişlə şərtlənən məqsədlərlə həqiqətən əldə edilmiş nəticənin uyğunluq dərəcəsi başa düşülür. Bu cür uyğunluq olduqda sosial sifarişlə bağlı məqsədlər nəzərdə tutulan şəkildə yerinə yetirildikdə fəaliyyətin səmərəliliyindən söhbət gedə bilər.

Adətən fəaliyyət növlərində onların səmərəliliyi aşağıdakı göstəricilərlə ölçülür: əməyin məhsuldarlığı (vahid vaxt ərzində əldə edilmiş məhsulun miqdarı), məhsulun keyfiyyəti və etibarlılığı (dövlət standartlarına uyğunluğu), fəaliyyət prosesinin yaradıcı xarakteri (səmərəli təklif və kəşflərin miqdarı) və s.

Müxtəlif cəmiyyətlərdə fəaliyyətin son nəticəsinə görə qiymətləndirmək, hər cür əməyin son səmərəliliyi və keyfiyyətinə istinad etmək xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı olaraq "insan-insan" tipli peşələrdə səmərəli nəticənin əldə edilməsinə imkan verən vasitələrin rolu böyükdür.Göstəcilər sistemi elə olmalıdır ki, onlar fəaliyyətin bütün məqsəd və vəzifələrini, həmin məqsəd və vəzifələrin yerinə yetirilməsində iştirak edən üsul və vasitələr sistemini, fəaliyyətin həqiqi nəticələrini qiymətləndirə bilsin. Odur ki, psixoloji göstəriclər elə olmalıdır ki, pedaqoji fəaliyyəti hərtərəfli əhatə etməklə, onun səmərəliliyinə təsir edən bütün cəhətləri, amilləri açıb göstərə bilsin. Yalnız bu zaman pedaqoji fəaliyyət qiymətləndirilə və idarə oluna bilər.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin