İkinci qrup göstəricilər səmərəli nəticə verən göstəricilər müxtəlif növ fəallığı, fəaliyyəti, ünsiyyəti həyata keçirərkən şagirdlərin və müəllimlərin psixi inkişafında nə kimi keyfiyyət və kifayət qədər davamlı dəyişikliklər baş verməsi ilə xarakterizə olunur.
Birinci qrup-prosessual psixoloji göstəriclərə altı cür göstəricini aid edə bilərik. Onların hər biri müəllimin bir sıra pedaqoji bacarığa yiyələnməsi və ondan istifadə etməsi ilə xarakterizə olunur. Həmin göstəriclər aşağıdakılardan ibarətdir: Birinci göstərici- müəllimin pedaqoji vəzifələri müəyyənləşdirə bilməsidir. Həmin göstərici müəllimin bir sıra bacarıqlarında ifadə olunur: sosial sifarişin ümumi vəzifələrini sinifdə aparılan işin konkret pedaqoji vəzifələri ilə əlaqələndirə bilmək, tərbiyəvi vəzifələrin birinci dərəcəli rolunu nəzrdən qaçırmadan tərbiyə, təhsil və inkişafla bağlı pedaqoji vəzifələri uyğunlaşdırmağı bacarmaq, konkret şəraitin dəyişməsindən asılı olaraq pedaqoji vəzifələri dəyişə bilmək, gözlənilən və gözlənilməyən pedaqoji situasiyaların xüsusiyyətlərini nəzərə almaq, gözlənilmə- yən situasiyaların miqdarını azaltmaq, qəbul olunmuş pedaqoji vəzifələrin gələcək nəticəsini görə bilmək və s.
İkinci göstərici - müəllimin pedaqoji ünsiyyəti təşkil edə bilməsidir. Həmin göstərici müəllimin bir sıra bacarıqlarında ifadə olunur:pedaqoji ünsiyyət zamanı zəruri informasiyaları şagirdlərə çatdıra bilmək, gözlənilməyən şəraitdə öz ünsiyyət üslubunu uyğunlaşdıra bilmək, pedaqoji ünsiyyət zamanı məna "maneəsinin" yaranmasının qarşısını ala bilmək, pedaqoji etika və mərifəti gözləyə bilmək, şagirdlərərlə ünsiyyət zamanı onların xüsusiyyətlərini nəzərə ala bilmək, valideynlərlə ünsiyyət yarada bilmək bacarığı, məktəbin digər müəllimləri ilə ünsiyyət yarada bilmək və s.
Üçüncü göstərici - müəllimin pedaqoji fəaliyyətin vasitələrini tətbiq edə bilmək bacarığıdır. Həmin göstərici müəllimin bir sıra bacarıqlarında ifadə olunur: təlim materialının məzmunu ilə işləyə bilməmək, təlim materialının əsas aparıcı ideyasını ayıra, ikinci dərəcəli materialdan fərqləndirə bilmək, fənlərarası əlaqəni təmin edə bilmək, təlim materialının müvafiq bölməsi üzrə şagirdlərin praktik bacarıq və vərdişlərinin həcmini müəyyənləşdirə bilmək və s.
Dördüncü göstərici - müəllimin pedaqoji fəaliyyətin vasitələrini tətbiq etmək bacarığıdır. Həmin göstərici müəllimin bir sıra bacarıqlarında ifadə olunur: ayrı-ayrı şagirdlərin psixi inkişaf səviyyəsini müəyyənləşdirə bilmək, şagirdlərdə psixi inkişafın mövcud səviyyəsini nəzərə almaqla, şagirdlərin psixi inkişafının yaş normativlərinə müvafiq yeni fəaliyyət növləri və şagird şəxsiyyəti keyfiyyətlərini layihələndirə bilmək, konkret şagirdlərdə şəxsiyyəti inkişaf etdirmək yollarını müəyyənləşdirə bilmək, təsir vasitəsi seçərkən başqa adamın emosional vəziyyətini nəzərə ala bilmək və s.
Dostları ilə paylaş: |