I- Şəxsi pedaqoji qabiliyyətlər şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya: uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq, həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək olar.
1/ Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyətinə malik olan müəllim uşaqlarla pedaqoji ünsiyyətdən həzz alır, uşaq aləminə daxil olmaqdan həzz alır, onlara qarşı diqqətli olur, xeyirxah münasibət bəsləyir; 2/ Dözümlülüyə və özünə sahib olmaq qabiliyyətinə malik olan müəllim özünü ələ almağı, özünə sahib olmağı bacarmalıdır; 3/ Dərsdə şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətinə malik olan müəllimlər özlərinin həyatsevərliyi, gümrahlığı ilə fərqlənirlər.