Eksperiment psixi hadisələrin gedişinə müdaxilə edərək xüsusi şəraitdə təzahür edən, psixi hadisələri öyrənməkdən ibarət olan tədqiqat metodudur. Eksperimentin köməyi ilə qismən az bir vaxt ərzində müəyyən psixi hadisənin xüsusiyyətlərini dəqiq öyrənmək mümkün olur. Eksperimentdə müxtəlif cihazlardan, texniki vasitələrdən, şəkillərdən istifadə olunur. Eksperiment metodu təbii və laborator olmaqla 2 növə ayrılır. Təbii ekspementilk dəfə A.Lazurski tərəfindən tətbiq edilmişdir. Təbii eksperiment zamanı təzahür edən psixi xüsusiyyətləri qeydə almaq üçün texnikadan geniş istifadə edilir. Eksperimentin daha iki növünü qeyd edirlər. Laborator təbii yollaaparılır. Eksperiment üsulu ilk dəfə alman fizioloqları: E.Veber və H.Fexner tərəfindən duyğuların öyrənilməsi ilə əlaqədar tətbiq edilmişdir. Eksperiment zamanı üzərində təcrübə aparılanlar bəzən qorxur, sıxıntı çəkirlər. Müəyyənedici eksperiment psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq üçün istifadə olunur.Burada eksperimentator psixi hadisələrin gedişinə təsir etmir. Öyrədici eksperimenteksperimentatorun fəal, məqsədəyönəlmiş təsiri nəticəsində yoxlanılanlarda psixikanın inkişaf xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir.
Anket metodumüəyyən psixoloji məsələni öyrənmək və dəqiqləşdirmək məqsədi ilə aparılır. Bundan ötrü müxtəlif variantlı anketlər tərtib edilə bilər. Bəzi anketlər yalnız müəyyən psixoloji məsələlərdlə əlaqədar suallardan ibarət olur.Respondent (üzərində tədqiqat aparılan şəxs) həmin suallara cavab verir. Respondent sualları oxuyur və tərtib edilmiş anketin tələblərinə əsasən ya lazım olan cavabın altından xətt çəkir, ya onu pozur, ya da həmin sullara “hə” və ya “yox” cavablarından birini verir. anketlərə verilən cavablar yazılı formada olmalıdır. Anket anonim və qeyri-anonim formada aparıla bilər. Anket bitkin və dolğun şəkildə tərtib olunmalıdır. Anket vasitəsi ilə qrupun psixoloji xarakteristikasını, kollektivdə simpatiya və antipatiyanı və s.öyrənmək mümkündür.