Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə11/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Birincisi, tələbatlar sisteminin öyrənilməsidir. Bu baxımdan təhsil subyekt- lərinin tələbatlar sisteminin öyrənilməsi və onların hansı istiqamətdə özünütəs- diqini bilmək lazımdır. İnsanın peşəkar olaraq formalaşması elə onun şəxsiyyə- tinin potensial imkanlarının reallaşdırılması deməkdir. Bunun üçün isə diaqnostik və psixometrik metodlardan istifadə etməklə şəxsiyyətin tələbatlar sistemini öyrənmək olar.

İkincisi, şəxsiyyətin bütöv inkişafı prosesinin təmin edilməsi. Bunun üçün təhsilin humanistləşdirilməsi vacibdir. Çünki şəxsiyyətin bütövlükdə özünüger- çəkləşdirməsi, hər hansı təhsildə deyil, bilavasitə hümanistyönümlü təhsil şərai- tində baş verə bilər.

Üçüncüsü, təhsil subyektlərində özünügerçəkləşdirməsinin mənbələrinin və ya inkişafını təmin edən ziddiyyətlərin tapılmasıdır. Özünügrçəkləşdirmənin mənşəyi bilvasitə insanın imkanları ilə onun təbii qabiliyyətləri və onun fəaliyyətdə reallaşdırması səviyyələri arasındakı ziddiyyətlərsən asılıdır.

Dördüncüsü, təhsil subyektlərinin motivasiya sahəsinin öyrənilməsi zərurə-tidir. Motivasiya təhsildə şəxsiyyətin özünügerçəkləşdirməsinin hərəkətverici qüvvəsi, şəxsiyyətin fəallığa təhrikinin əsas amilidir.

Beşincisi, təhsil subyektlərinin özünü dərk edib qiymətləndirməsinin adek- vatlığının təmin edilməsidir. Özünügerçəkləşdirmənin yolu özünüdərketmədən keçir. Özünü dərk edə bilməyən və ya öz imkanlarını lazımi şəkildə qiymətləndir- məyən şagird bə ya tələbə özünügerçəkləşdirə bilməz.

Altıncısı, təhsil sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsi şəxsiyyət- yönümlü təhsildən, humanistyönümlü təhsilə keçməsini zəruri edir. Belə olan halda təhsildə şəxsiyyətin özünügerçəkləşdirməsinə mane olan amillər aradan çıxa bilər.

Təhsilimizi inkişaf etdirmək naminə onun gələcəyinə kölgə salan ünsürlərdən yaxa qurtarmaq, şəxsiyyətə, hər bir tələbə və ya şagirdə özünügerçəkləşdirməyə şərait yaratmaq, yeri gəldikdə istiqamət vermək, onlarda məsuliyyət hissi yaratmaq və inkişaf etdirmək zəruridir.




Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin