3. İnteriorizasiya xarici, real işdən daxili psixi işə keçid prosesidir. (Hərfən “daxil olana çevrilmə”deməkdir). Maddi (əşyavi) əməliyyatların firi əməliyyatlara çevrilməsidir. Belə bir misal: uşaqlar çöplərlə saymağı öyrənirlər. Yəni çöplərlə, barmaqlarla maddi (əşyavi) əməliyyatlar aparırlar. Bu əməliyyatlar əşyalarla davam etdikcə, uşaqlarda ədədlər haqqında təsəvvürlər formalaşdırmağa başlayır, getdikcə uşaq heç bir cisimdən istifadə etmədən fikrində saymağı öyrənir.
Bu o deməkdir ki, uşaqlarda artıq ədədlər haqqında təsəvvürlər əmələ gəlmişdir, yəni cisimlər vasitəsi ilə icra edilən say əməliyyatları fikri əməliyyatlara çevrilmişdir. İnteriorizasiya termini fransız psixoloqları (J.Pyaje, A.Vallon) tərəfindən təklif olunmuş və müxtəlif materiallar əsasında öyrənilmişdir. Eksteriorizsiya daxili, real işdən xarici işə keçid prosesdir. Bu zaman xarici əməliyyatlar daxili əməliyyatlara çevrilirlər. Uşaq çöplərin vasitəsi ilə fikrən saymağı öyrənir.
Dostları ilə paylaş: |