Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları 12. 02. 13 – cü IL tarixində əlavə edilmişdir. Plastik cərrahiyyədə ilk anlayışlar


) Beş yaşdan əvvəl meydana çıxan çənə oynağı ankilozları ilə yanaşı hansı deformasiyanın rast gəlinmə ehtimalı yüksəkdir?



Yüklə 349,5 Kb.
səhifə10/118
tarix02.01.2022
ölçüsü349,5 Kb.
#1505
1   ...   6   7   8   9   10   11   12   13   ...   118
30) Beş yaşdan əvvəl meydana çıxan çənə oynağı ankilozları ilə yanaşı hansı deformasiyanın rast gəlinmə ehtimalı yüksəkdir?
A) mikrogeniya

B) Progeniya

C) mikrostomiya

D) makrognatiya

E) mikrognatiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
31) Kraniostenoz və sindaktiliyanın bir yerdə rast gəlinməsi hansı sindrom üçün səciyyəvidir?
A) Apert

B) Pierre Robin

C) Poland

D) Gorlin –Goltz

E) Daun
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
32) Lateral kalkaneal fleb, lateral arteriya və vena safena parvadan (kiçik dərialtı vena) başqa hansı anatomik strukturu əhatə edir ?
A) v. safena magna

B) tendo flexor hallucis longus

C) a.dorsalis pedis

D) n.suralis

E) n.plantaris medialis
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
33) RİVA nədir?
A) lazerin bir növü

B) regional anesteziyanın bir üsulu

C) dermobraziya

D) rigid intravenoz anastamoz üsulu

E) ümumi anesteziyanın bir üsulu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
34) Üz-çənə zədələnmələrinin hansı formasında açıq reduksiya və daxili fiksasiya lazım deyil?
A) Əng sınıqqları

B) Alveolyar sınıqlar

C) Çənə sınıqları

D) Burun sümüyü sınıqları

E) Burun-xəlbir sınıqları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
35) “Anterior open bite”(açıq dişləm) deformasiyası hansı sınıqları ağırlaşması olaraq meydana çıxa bilər?
A) Mandibulanın bilateral subkondilus sınıqları

B) Burun sümükləri sınıqları

C) Çənənin bilateral tac çıxıntısının sınıqları

D) Çənənin parasimfiz sırıqları

E) Almacıq sınıqları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
36) Aşağıdakılardan hansı mandibulanın izolyasiya edilmiş subkondilus sınıqları üçün xarakterikdir?
A) qulaqdan qanaxma

B) çənədə ağrı

C) burun qanaxması

D) okluziya qüsuru

E) qulaqdan likvoreya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
37) Baş-boyun nahiyyəsində yerləşən hansı dəri xərçənginin müalicəsi zamanı radikal boyun disseksiyasının aparılmasına ehtiyac yoxdur?
A) dermatofibrosarkoma protuberans

B) melanoma

C) bazal hüceyrəli karsinoma

D) skvamoz hüceyrəli karsinoma

E) merkel hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
38) Skvamoz hüceyrəli karsinoma ( S.H.K) növlərinin hansında metastazların meydana çıxma ehtimalı ən azdır?
A) yanıq çapığı nəticəsində yaranan s.h.k

B) günəş şüasının və travmanın təsiri ilə inkişaf edən s.h.k.

C) şüa dermatiti nəticəsində yaranan s.h.k

D) immun çatışmazlıq nəticəsində yaranan s.h.k

E) residiv nəticəsində yaranan s.h.k
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
39) Nüfuz etmə ehtimalı yüksək olan və makroskopik olaraq kelloid ilə səhv salınan dəri şişi hansıdır?
A) bazal hüceyrəli karsinoma

B) dermatofibrosarkoma protuberans

C) merkel hüceyrəli karsinoma

D) melanoma

E) skvamoz hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
40) Hansı periferik sinirin zədələnməsi nəticəsində əlin IV və V barmaqlarinda hissiyyat itər və açar tutma funksiyası pozular?
A) orta sinir

B) dirsək siniri

C) mil siniri

D) dirsək ,mil

E) dirsək ,orta
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010


Yüklə 349,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin