422) II-V barmaqları adduksiya vəziyyətinə gətirən əzələ hansıdır?
A) m.palmaris interosseus
B) m.adductor pollicis
C) m.dorsalis interosseus
D) mm.lumbricales
E) m.adductor pollicis brevis
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
423) Hansı mobilizasiyasına görə fleb növü deyil?
A) İnterpolasion flep
B) Rotasion flep
C) Transpozision flep
D) Aksial flep
E) İrəlilətmə flepi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
424) 43 yaşlı qadının sol qolunda pleomorfik liposarkoma aşkar edilib. Bükücü yataq cərrahiyyəsi ilə geniş rezeksiyadan sonra xəstənin qolunun ön-iç səthində təxminən 21x14 sm ölçüdə toxuma deffekti yaranıb. bükücü restorasiyanı nəzərə alaraq xəstəyə hansı flebi köçürmək məqsədə uyğundur ?
A) Funksional ayaqcıqlı m.brachioradialis əzələ-dəri transferi
B) Funksional ayaqcıqlı m.gracilis əzələ-dəri transferi
C) Funksional ayaqcıqlı m.latissimus dorsi əzələ-dəri transferi
D) Funksional sərbəst m.gracilis əzələ-dəri transferi
E) Funksional ayaqcıqlı m.trapezius əzələ-dəri transferi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
425) Süd vəzi protezlərinin ağırlaşmaları ilə əlaqədar aşağıdakılardan hansı səhvdir?
A) Protezlə əlaqədar laktasiya pozula bilər
B) Protez yerini dəyişərsə formada dəyişiklik ola bilər.
C) İnfeksiyanın əmələ gəlməsinə şərait yarada bilər
D) Protezin ətrafında yad cism reaksiyası ilə əlaqədar kapsul kontrakturası əmələ gələ bilər
E) protez parçalanması ola bilər
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |