238) Hansı hospitalizasiyaya göstəriş deyil?
A) Böyüklərdə Bədən səthinin 20% dən çoxunu əhatə edən yanıqları
B) Inhalyasiya yanıqları
C) Üz, əl, ayaq yanıqları olan xəstələr
D) Bədən səthinin 10% dan çoxunu əhatə edən II dərəcəli yanıqlar
E) Bədən səthinin 10% dan çoxunu əhatə edən I dərəcəli yanıqlar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
239) Hansı halda yanığı olan xəstənin yanıq mərkəzinə aparılmasına ehtiyac yoxdur?
A) Bədən səthində yanığın 20% dən çox olması
B) Üzdə, əldə, ayaqda, aralıqda yanığın olması
C) Xəstənin komada olması
D) Böyüklərdə bədən səthinin 5%-nin yanması
E) İnhalyasiya yanığı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
240) epidermisin yalnız üst qatlarının zədələnməsinə səbəb olan yanıq neçənci dərəcəlidir?
A) Səthi II
B) III
C) I
D) Dərin II
E) II və III
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
241) ikincili burun əməliyyatları zamanı toxuma artırmaq üçün aşağıdakılardan hansı istifadə edilir?
A) Sümük
B) Qığırdaq və sümük
C) Hamısı
D) Qığırdaq
E) Bioimplantlar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
242) Kimyəvi yanıqla təcili yardıma qəbul edilmiş xəstəyə təcili olaraq hansı müdaxilənin aparılmasına ehtiyac yoxdur?
A) Ağrıkəsicilərin inyeksiyası
B) Damar yolu ilə maye köçürməyə başlamaq
C) Yanıq nahiyyəsini yumaq
D) Yanığı əmələ gətirən maddəni tapmaq
E) Antibiotik mualicəsinə başlamaq
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |