Övlad Dünyaya Gəlməsi Səbəbilə Kəsilən Qurbanlıq – Əqiq
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim öz övladlarına görə qurbanlıq kəsmək istəyirsə onda oğlan uşağına görə iki, qız uşağına görə isə bir qoyun kəssin”. Əbu Davud 2842, Nəsəi 4156. Aişə – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – oğlan uşağının dünyaya gəlməsi səbəbilə iki eyni cür qoyunun, qız uşağının doğulması səbəbilə isə bir qoyunun kəsilməsini əmr etmişdir”. Tirmizi, Əbu davud, Əhməd, “Buluq əl-Məram” 1385. İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Həsən və Hüseyn – radıyallahu anhum - doğulması münasibətilə hər biri üçün bir (iki) qoç kəsdi”. “Səhih Əbu Davud” 2841. Səmura – radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər bir oğlan üşağı qurbanlıq kəsilənə qədər girov hesab olunur. Dünyaya gəldiyinin yeddinci günü onun qurbanlığı kəsilməli, saçı qırxılmalı və adı qoyulmalıdır”. Əhməd, Əbu Davud, Tirmizi, Nəsəi, “Buluq əl-Məram” 1360, əl-Albani – rahmətullahi aleyhi - “İrvalul Ğəlil” 1165 deyir ki: “Sünnəyə uyğun olaraq doğulan körpəyə görə yeddinci, on dördüncü və iyirmi birinci günü qurbanlıq kəsmək yaxşıdır. Lakin ən gözəli yeddinci günü qurbanlıq kəsilir, saçı qırxılır və adı qoyulur”. Salman b. Amir əd-Dabbi – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Yeni doğulan oğlan uşağı üçün qurban kəsmək lazımdır”. Buxari 5472.
Dostları ilə paylaş: |