Ölü (Leş) Dəniz Heyvanları Icazə Veriləndir
Suda, yalnız suda nə yaşayırsa yeyilməsi icazə veriləndir. Istər ölü (leş) olsun, istərsə də diri. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, bir kişi gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: “Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizin suyu təmizdir və içərisində ölmüş su heyvanları da halaldır”. Əbu Davud 1/83, Tirmizi 1/69, Nəsəi 1/176, «Muvatta» 1/22 – 12-ci hədis, «Müsnəd» 2/237, “İrvaul-Ğalil” 1/42–9-cu hədis.
İmam əs-Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdən də göründüyü kimi, dənizdə yaşayan su heyvanlarının ölüsü (leş) belə halaldır (icazə verilən). Hətta zahirən belə onlar itə və donuza oxşasalarda”. “Subus Salam” 1/23.
Timsaha gəldikdə isə: Alimlər timsahın yeyilməsini qadağan ediblər. Çünki o, suda yaşadığı kimi, quruda da yaşayır. “Təfsir İbn Kəsir” 3/197.
Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur: Balıq10 və çəyirtkə: İbn Ömər – radıyallahu anhu - demişdir: “İki leş və İki qan bizə halal edilmişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır”. İbn Məcə, Həkim, Beyhəqi, «Müsnəd» 2/97; İrvaul-Ğalil, 8/164–2526-cı hədis, “Səhihul Cəmi” 210.
Şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan da təmiz sayılır. “Səhih Fiqhu Sunnə” 2/338. Rəvayət edilir ki, Aişə – radıyallahu anhə - şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qanda və ətin qızartılığında bir problem olmadığını görürdü”. Təbəri 8/71.
Dostları ilə paylaş: |