Köpək Dişi Olan Heyvanların Yeyilməsi Qadağandır
Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Köpək dişi olan vəhşi heyvanların yeyilməsi qadağandır”. Müslim 1933. Bura daxildir: Aslan, Pələng, canavar, Tülkü, Ayı, Fil və s. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Fil müsəlmanların qidasından sayılmaz”. “Əhkamu Zəbaih” 139.
Bu qadağadan istisnadır Kaftar (goreşən): İbn Əbu Ammar rəvayət edir ki, bir Cabir – radıyallahu anhu - dan soruşdum: “Kaftarı ovlamaq olarmı?”. O: “Bəli” dedi. Mən: “Allahı Rəsulu buna icazə veribmi?”. O: “Bəli” deyə cavab verdi. Əbu Davud 3801, Tirmizi 851, Nəsəi 5/191, əl-Albani “Səhih”12.
İcazəlidir yemək ev və çöl dovşanını: Ənəs – radıyallahu anhu - rəvayət edir ki, günlərin birində insanlar Marr az-Zahranədə dovşanı qovaraq tutmaq istəyirdilər. Lakin yorulub əldən düşdülər. Mən isə qaçaraq onu tutdum. Dovşanı Əbu Təlhə – radıyallahu anhu - nun yanına gətirdim. Əbu Təlhə – radıyallahu anhu - onu kəsərək budunu (arxa ayaqlarını) Peyğəmbər – sallallahu aleyhi və səlləm – göndərdi”. Buxari 2672, Müslim 1953.
Bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında kirpi barəsində söz etdilər. Peyğəmbər: “Bu – nə isə iyrənc (pis bir) şeydir”. Əhməd, Əbu Davud, Beyhəqi, İbn Həcər “Zəif” hədis. İmam Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu məsələdə səhih rəy kirpi ətinin yeyilməsini icazə verən alimlərin rəyidir. Çünkü kirpi ətinin yeyilməsini qadağa edən səhih dəlilin olmamasıdır. Bu məsələdə özül (təməl) odur ki, hər bir şey halaldır, qadağan olunandan başqa”. “Subus Salam” 4/108.
Dostları ilə paylaş: |