Istənilən Növ Pendirin Yeməkdə Istifadə Edilməsi
Alimlər heyvanların mədəsindən götürülərək pendirə qatılan qursağın “İnfaxa” yeyilməsində fikir ayrılığıdadırlar. Bir çox alimlər (çoxluq) qeyd edirlər ki: Müsəlmanların və Kitab Əhlinin hazırladıqları pendiri yemək olar, çünki qeyrilərnin (kafirlərin, bütpərəstlərin və s.) kəsdikləri heyvanların ətləri ölü (leş) sayıldığı üçün hazırladıqları pendirləri də yemək olmaz.
İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin belə hazırladıqları pendirin yeyilməsinə icazə vermişlər. Onlar qeyd edirlər ki: Ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır11. Bu da səhabələrin söz və əməllərinə əsaslanaraq deyilən ən səhih rəydir. “Əhkamul Quran” 1/168, “Bahrur Raik” 1/112. Ömər – radıyallahu anhu - dan ölü (leş) heyvanın mədəsindən götürülərək tərkibinə qursaq qatılmış pendir barəsində soruşdilar o: “Allahın adını zikr edərək yeyin” deyə cavab verdi”. İbn Əbi Şeybə 5/130, AbdurRazzaq 4/538, İmam Əhməd “Səhih”. Həmçinin: Təlhə b. Ubeydullah – radıyallahu anhu – bıçaq ilə bir dilim pendir kəsdi və Allahı adını zikr edərək yedi”. İbn Əbi Şeybə 5/131. Həmçinin: Salman Farisi və Həsən bə Əli – radıyallahu anhum – dan belə rəvayətlər varid olmuşdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bütpərəstlərin hazırladıqları pendiri yemək olar. Çünki səhabələr İraqı istila etdikləri (aldıqları) zaman atəşpərəstlərin pendirlərini yeyirdilər”. “Məcmuu Fətava” 21/101.
Dostları ilə paylaş: |