Qan: Qan Özü Iki Qismə Bölünür
a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş heyvanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir.
b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların qanı (Axar qanı olmayan milçək, ağcaqanad, mətbəx-böcəyi, əqrəb və digər həşəratlar9), şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan daxildir.
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”. (əl-Maidə 90-91). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa haramdır”. Müslim 3/1587. Az və ya çox olmasından aslı olmayaraq ağılı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu da haramdır”. Səhih Əbu Davud 3128. İbn Ömər və Əbu Hureyrə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə Axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər Xamr haramdır). Müslim 2002,2004.
Dostları ilə paylaş: |