SOVET DÖVRÜNDƏ XƏLIL RZA ULUTÜRKÜN YARADICILIĞINDA VƏTƏNPƏRVƏRLIK TƏRBIYƏSI MƏSƏLƏLƏRI XÜLASƏ Tarixən sınaqlara məruz qalmış ölkəmiz zəngin təbii sərvətlərinə, əsas ticarət yollarının qovşağında yerləşməsinə
və bir çox digər iqtisadi və mədəni üstünlüklərinə görə uzun illərdir yadelli işğalçılarının hücumlarına məruz
qalmışdır. Bütün bu mübarizələrdən igid vətən övladlarının qəhrəmanlığı sayəsində sağ-salamat çıxan vətənimiz 70 il
əsarətində yaşadığı rus işğalçılarının işğalına məhkum edilərək son sınağını yaşamışdır. Xalqımız bu əsarətdən
qurtulmaq üçün əzmlə çalışmış, X. R. Ulutürk kimi vətənpərvər şəxsiyyətlərdən mənəvi güc alaraq azadlığa
qovuşmuşdur.
Sovet dövründə “vətən” anlayışı digər məsələlərlə yanaşı, kommunist ideologiyası baxımından da səciyyələnir-
di. O SSRİ xalqlarının birliyi prizmasından qiymətləndirilirdi. Xalqların milli-mənəvi dəyərləri “sovet xalqı” anlayışı
altında əriyib gedirdi. “Vətənpərvərlik” anlayışı da öz ümumbəşəri mahiyyətini itirmiş və kommunist ideologiyası
prizmasından təhlil edilmişdir. Sovet İttifaqının ilk illərində ona “sovet vətənpərvərlik” donu geyindirməyə çalışırdılar
ki, guya sonrakı illərdə “sovet vətənpərvərliyi” bütün dünyaya qalib gəlib. X.R. Ulutürk bütün bunları qəbul edə bilmə-
yib, əsərlərində vətənpərvərliyin ümumbəşəri mahiyyətini tərənnüm etməyə çalışıb və buna görə də dəfələrlə təqib və
tənqidlərə məruz qalıb. Bunlar onun əzmini qırmadı, şair vətənpərvərliyin ümumbəşəri mahiyyətini tərənnüm edə bildi.
Açar sözlər: Xəlil Rza Ulutürk, vətənpərvərlik, azadlıq
ТЕМЫ ПАТРИОТИЧЕСКОГО ВОСПИТАНИЯ В ТВОРЧЕСТВЕ ХАЛИЛА РЗА УЛУТЮРКА В СОВЕТСКИЙ ПЕРИОД РЕЗЮМЕ Наша страна, прошедшая исторические испытания, на протяжении многих лет подвергалась нападени-
ям иноземных захватчиков из-за своих богатых природных ресурсов, расположения на стыке крупных торговых
путей и многих других экономических и культурных преимуществ. Наша Родина, вышедшая невредимой из