Şairin ərəbcə yaradıcılığı Qeyd etdiyimiz kimi, ədibin ərəb dilində elm aləminə məlum yeganə əsəri divanıdır. Ərəb
dilində təsəvvüfi divan yazmaq onu göstərir ki, Gülşəni dilin özünə və eləcə də əruzun
incəliklərinə dərindən vaqif olmuşdur. Həmçinin, mənəvi təkamüldə yüksəlişi şeirlərinin
fəsahətinə təsir etmişdir. Baxmayaraq ki, şairdən bəhs edən ilkin mənbə Əbdülvəhhab Şarani
(1493-1565) “Tabaqatül-kübra” əsərində onunhədsiz mücahidələri olduğunu, əshabı Əbul-Abbas
Əl-Harisi ilə dəfələrlə onunla görüşdüyünü, lakin savadsız və nitqi qısıq, fikrini dilə gətirməkdə
çətinlik çəkdiyini yazır. [31, s.495] Həmçinin onun əsasən rahatlığı pozan mücahidələrdən
xoşlandığını yazır və əcəm məşayixindən olduğunu qeyd edir. Türkiyədə Gülşəni
yaradıcılığının əsas tədqiqatçılarından olan Himmet Konur Şaraninin İbrahim Gülşəni haqqında
dediyi ifadəni “ədibin ərəbcəni yaxşı bilməməsi şəklində deyil, öyrənilən bir əcnəbi dilin danışıq
dili ilə uyğun olmadığı” şəklində yozmağın daha doğru olacağını bildirsə də, [19,s.172]
fikrimizcə, “Tabaqatül-kübra” müəllifinin bu ifadəni işlətməsinə səbəb olaraq divana türk
üslubunun hakim olmasını göstərmək olar. Çünki on min misralıq təsəvvüfi məzmunlu divan
bağlaya bilən birinin dilinə “yontulmamış” epiteti uyğun görünmür:
مهفا عمسا قرفلا يف عمج نايب يتمص
تاقطان تمص نم ًاقطن راص مكبلا اذ
Sükutum fərq içində cəmin bəyanıdır, onu dinşəsən, Natiqlərin sükutundan danışmağa başlayan lalı anlarsan. [6, s. 5b]
Mənbə fetişizminə yol verməməkdən yana olmaqla bərabər, qaynaqlarda yer alan
məlumatların sadəcə doğru izaha ehtiyacı olduğu düşüncəsindəyik. Bu baxımdan müzakirə
obyekti olan “ifadə”ni, yuxarıda qeyd etdiyimiz kimi, ərəb əsilli şairlərin divan şeirləri ilə
müqayisədə Gülşəninin ərəbcə şeirlərində türk nəfəsinin sezilməsi, türk şeirinə xas bədii ifadə və
təsvir vasitələrinin yer alması ilə əlaqələndirmək lazım gələ bilər. Buna ən bəsit örnək olaraq
“saqi” sözünü göstərə bilərik. Belə ki türk və fars dillərində yaranmış təsəvvüfi şeirdə bu ifadə
çox işlək olduğu halda ərəb dilində yaranmış şeirdə bu xitaba o qədər də rast gəlinmir. Gülşəni
“saqi”ni ərəbcə divanında istifadə etmişdir: