XVI əsr Azərbaycan divan ədəbiyyatının nümayəndəsi İbrahim gülşəni Bərdəi və onun ərəbcə yaradıcılığı 99 Daha sonra ibadətlər haqqında hissə başlayır. Əhli-məqamın müxtəlif hallarda təsviri, təbiri. Hal,
məqam, münkirə müraciət, kəşf, təcəlli, xəlil-cəlil kimi mövzularda çox gözəl üslubda müzakirə
aparır. Daha sonra münkirin əlamətlərini sadalayır. Hal əhlinin vəsflərini zikr edir, avamla
xavassın küfründən danışır. Daha sonra süjet xətti daha barizləşir. Qəsidənin sonuna doğru şair
özünü, sözünü mədh edir, nəticələr çıxarır. 35b-dən sonra vərəq düşüb və ardınca növbəti
səhifədən digər qəsidə başlayır. Düşən vərəq sayının çox olmadığını düşünürük.
Divanın üslubu axıcıdır, bədii ifadə və təsvir vasitələrilə zəngindir, qəsidələrin həcminin
böyüklüyünə baxmayaraq qafiyə sıxıntısı çəkməmiş, bəzi qafiyələri təkrarlasa da məzmunun
fərqli olmasına diqqət etmişdir. Adətən, uzun qəsidələrdə şairlər 30-40 beytdən bir təkrar
qafiyələri işlədə bilirmişlər və ümumiyyətcə qəsidələrin çox uzun olmamasına diqqət
yetirilirmiş, çünki uzandıqca həm qafiyə tapmaq məsələsi ortaya çıxarmış, həm də çox gözəl
başlayan qəsidənin sonluğu öz təsir gücünü itirərmiş. Divanın bir mürşid tərəfindən müridlərinə
yol göstərmək məqsədilə yazıldığı nəsihətamiz üslubundan da bəlli olur. Beytlərinə “ey talib”
kimi xitablarla başlaması bunu deməyə əsas verir.
Birinci qəsidəyə nəzər salaq:
“Saqi şərabu-vaslin nəvil bihicri-zat” mətləli qəsidə bu beytlərlə başlayır:
تاذ رجهب لوان ٍلصو بارش يقاس
تافصلا يف كاذ نم رظنا ىركس وحصلا يف
Saqi vəsl şərabını Zatın hicri ilə dəyişdir, Zatın hicrinə dövr et Səhv içində səkr var, bundan onun sifətlərinə bax. [6, s.1b]
Qəsidə həzəc bəhrində (məfailun məfailun failun) yazılmışdır. Saqiyə müraciətlə başlayan
qəsidənin sonu bizə qeyri-müəyyən qalır, çünki son səhifəsi əlyazma kitabının içindən düşmüş
və sadəcə son misrası qalmışdır.
تامكبم لاوقأ لاقم لاب مهفاف
Susqunların demək istədiklərini sözsüz anla [6, s.35b]
Divanda yer alan ikinci qəsidə “Təbəddəl fi həvakə kövnə-zat” mətləli qəsidə olub əruzun
həzəc bəhrindədir (Məfailun Məfailun Fəulun). 36a – 46b səhifələri arasında yerləşir, hər
səhifədə 17 beyt (34 misra), 36a-da 15 beyt (30 misra), 46b-də 12 beyt (24 misra) ümumilikdə 734
misra, 367 beytdir. Başlıq olaraq “İkinci qəsidə” (
ةيناثلا ةديصقلا
) ilə başlayır, başlanğıcı və sonu
mövcuddur. Xoşbəxtlikdən bu qəsidə yerləşən hissədə vərəq düşümü yoxdur.
Şair qəsidəyə bu beytlə başlayır:
تافص ىهجو كهْج َو نم ادب /ِتاذ نوك كاوه يف لّدبت
Zatın varlığı həvanla, həvəsinlə yer dəyişdirdi, Sənin sifətindən Allahın vəchi və sifətləri əyan oldu. [6, s.36a]
Və bu beytlə yekunlaşdırır:
ةافصلا فصو نم ردقلا ليلَج /هّبحملا يف ىداؤف نم ىليلخ
Məhəbbət aləmində qəlb dostum Bütün vəsflərdən yüksəkdə duran Cəlildir. [6, s.46b]