3-CÜ MÖVZU. SOSIAL FƏLSƏFƏ TARIXINDƏ ÜMUMELMI YANAŞMALARIN FORMALAŞMASI VƏ INKIŞAFI Sosial fəlsəfənin inkişaf mərhələləri tarixin və fəlsəfənin inkişafı dövrlərinə uyğun gəlir. Qədim hind fəlsəfəsi təxminən üç min il əvvəl yaranmış, dini-mifoloji təfəkkürün əsasında formalaşmışdır. Qədim Yunanıstandan fərqli olaraq, burada fəlsəfə elmi təfəkkür ilə dini-mifoloji ideologiya səviyyəsində əlaqəli idi. Fəlsəfənin tədqiqat obyekti nəinki ətraf aləm, təbiət idi, burada insan, onun digər insanlarla münasibətləri, mövcudluğu da öyrənilirdi, etik və psixoloji ideyalar dini-mifoloji şəkildə ifadə olunurdu.
Qədim Çin fəlsəfəsinin ilk yazılı abidələri təxminən 2500 il əvvəl yaranmışdı. Burada dini-mifoloji ideologiya bir qədər geniş və hərtərəfli işlənib hazırlanmışdı. Bu, praktika ilə sıx əlaqəli olan, həyat təcrübəsini, müdrikliyi, əxlaq və idarəetmə problemlərini öyrənən fəlsəfə idi. Məsələn, Qədim Çinin məşhur təlimi olan konfusiçilikdə ayrı-ayrı elementlər qədim və orta əsr dövrünün Çin cəmiyyətinin inkişafı ilə sıx əlaqəli idi. Konfusiçiliyin tədqiq etdiyi problemlər - əxlaqi qaydalar, normalar və idarəetmənin tənzim edilməsi idi. Kun Fu Tzsı (e.ə. 551-479) əsas diqqətini insanın tərbiyəsi, onun ətrafdakıların hörmətini saxlaması məsələlərinə yönəltmişdi.
Onun sosial əxlaqında şəxsiyyət «özü üçün şəxsiyyət» yox, cəmiyyət üçün şəxsiyyət olmalı idi. İnsan birinci növbədə öz sosial funksiyası ilə tanınmalı idi, buna nail olmaq yolu -tərbiyədir. Sosial münasibətlər ailə münasibətlərinə uyğundur. Burada ədalətlilik prinsipi, intizam gözlənilməlidir. İnsan müəyyən edilmiş qaydalara uyğun hərəkət etməli, insaniyyət keyfiyyətlərini özündə aşılamalıdır. Savadlı adamlar əxlaqi üstünlüyə malikdirlər və cəmiyyətin idarəolunması onlara həvalə olunmalıdır.
Mo-Tzsı (371-289) Kun-Fu-Tzsının əxlaqi xeyirxahlıq ideyasını inkişaf etdirmişdir. Onun təlimində xeyirxahlıq-abstrakt əxlaqi kateqoriyadır, dao yolu ilə getmək qayda-qanuna (li) riayət etmək deməkdir. Xeyirxahlıq biliklər vasitəsilə idarə olunur. İnsan bilikləri mənimsədikdə, cəmiyyətdə humanizmi, intizamlılığı və ədəb-ərkanı yaya bilir. Səma - insana yaşamaq hüququ və sosial vəzifələri bəxş edən ideal qüvvədir.
Sun-Tzsı (e.ə. III əsr) - Səmanın vəzifəsini belə başa düşürdü: o, insana yaşamaq haqqını verir. İnsan təbiətin bir hissəsidir. İnsan təbiətən axmaqdır, onu yalnız tərbiyə yolu ilə dəyişdirmək olar. İnsanlar, təbiət üzərində qalib gəlmək üçün cəmiyyətdə birləşirlər, bu zaman onlar vəzifə və münasibətlərini ciddi şəkildə fərqləndirir və tarazlaşdırırlar. Lao-Tszı hesab edirdi ki, insan dünya ilə ahəngdarlıq yaratmalı, çünki insan və dünya vahiddir, burada ölçünü pozmaq olmaz.
Çjuan Tszı (396-286) Lao Tszının bu fikri ilə razılaşmır ki, insan cəmiyyəti, daonu öyrənməklə, «təbii» şəkildə cəmiyyəti nizamlaya bilər. Mo Di (479-391) isə düşünürdü ki, insan cəmiyyətində qarşılıqlı hörmətin ümumi ölçüsü olmalıdır. Hamı hər kəsin faydasını düşünməlidir. Əmək fəaliyyəti, praqmatik məqsədyönlülük, nəzəri tədqiqatlardan qat-qat üstündür.
Qədim Çində legistlər əsas diqqətini sosial-siyasi məsələlərin həll edilməsinə yönəltmişdilər. Onlar sosial nəzəriyyələri, dövlət idarəetmə problemlərini öyrənirdilər.
Xan Fey-Tszı (e.ə. 233-cü ildə vəfat edilə) belə düşünürdü ki, insanda anadangəlmə mənfı keyfıyyətlər mövcuddur. O, yalnız şəxsi mənafeyini düşünür. Bunu ictimai münasibətlərin formalaşmasında nəzərə almaq lazımdır. Yeni tarixi şərait yeni idarəetmə üsullarını tələb edir. Mənafelər dəyişilir, fayda da dəyişilir, o insan fəaliyyətinə təsir göstərir; konfutsiçilik ideologiyası köhnəlib, yeni qanunların xarakteri ona ziddir.
Yeni eranın əvvəllərində konfutsiçilik dövlət ideologiyası səviyyəsində qəbul edilir, yeni şəraitə uyğunlaşdırılır, legizm və daosizm ideyalarını özünə daxil edir. Dun Cun Şu (e.ə. 179-104), (bu ideologiyanın başlıca nümayəndəsi), cəmiyyətdə fəaliyyətdə olan övlad vəzifələrinin 5 qaydasını göstərirdi: insaniyyət, doğruçulluq, müdriklik, ürəkaçıqlıq, nəzakət; bu vəzifələr qarşılıqlı şəkildə əlaqəlidir. III-X əsrlərdə daosizm və buddizmin inkişafı şəraitində filosofların əsas diqqəti subyektin, insan fərdinin problemlərinə yönəlmişdi; fəaliyyətsizlik, etinasızlıq təbliğ olunurdu, guya bu yolla təbiətə qayıtmaq, dünyaya təbii şəkildə münasibətdə olmaq mümkün idi.
Qədim Yunanıstanın bir sıra inkişaf xüsusiyyətləri (demos və hakim sinfin mübarizəsi, polislərin (şəhər-dövlət) sosial strukturun zənginliyi, siyasi quruluşun müxtəlifliyi, mənəvi həyatda ənənənin az əhəmiyyətli olması; cəmiyyətin qapalı şəkildə inkişafı) şəxsiyyətin ictimai-tarixi həyatda rolunun artması üçün (xüsusilə hakim sinfin) geniş imkanlar yaradırdı. Qədim Şərqdən fərqli olaraq, mifoloji təsəvvürlərdə antropomorfızmə daha çox yer ayrılırdı. Dini-mədəni elementlər bədii-estetik elementlərlə müqayisədə azlıq təşkil edirdi; kahinlərin rolu az idi, elm daha çox «dünyəvi» xarakter daşıyırdı.
Burada cəmiyyətə olan baxışlar filosofların vəziyyəti və rollarına uyğun gəlirdi. Məs., Pifaqor məhdud dairədə qapanıb qalmışdı (aristokrat olduğu üçün)/ Demokrit -yunan quldarlıq demokratiyasının tərəfdarı idi. O cəmiyyətin yaranmasının səbəbini insanların bu cəmiyyətə olan tələbatında görürdü, birləşmək üçün «ictimai müqaviləyə» bənzər prinsipi əsas götürürdü. Cəmiyyət və qanunlar fərdiyyətçiliyi məhdudlaşdırır, həm də düşmənçiliyi aradan qaldırırdı. İnsani keyfıyyətləri tərbiyə və anlatma yolu ilə aşılamaq olar. Demokrit cəmiyyətin quruluşunda da dünyanın atomist konsepsiyasının ifadəsini görürdü (sosial atomizm).
Sofistlər isə (Qippiy, Protaqor) hadisələrin təbii axarına üstünlük verir, onu sosial norma səviyyəsində olan qanunun əvəzinə işlədilməsinə razı idilər. Onlara görə insanlar bu dünyaya bərabər vəziyyətdə gəlir, xeyir və şər nisbidir. Sokratın (e.ə. 469-399) əxlaqi prinsiplərinin əsasında duran «özünü dərk et» prinsipi onun dövlətə və dinə olan münasibətlərinin formalaşmasında başlıca rol oynayırdı. Onun fıkrincə, yalnız insan bilikləri əsasında onun xeyirxah keyfiyyətləri formalaşa bilər.
Özündə əxlaq aşılamaq üçün insanın gərək xeyirxahlıq, gözəllik və faydalılıq haqqında təsəvvürləri olsun. Bu dərketməyə yalnız nəcib insanlar qadirdirlər. Əsas keyfıyyətlər -ədalətlilik, təmkinlilik, cəsarətdir. Onlar əbədi və dəyişilməzdir. Sokrat ilk dəfə olaraq dövlət formalarının təsnifatını vermişdi: (monarxiya, tiraniya, aristokratiya, plutokratiya və demokratiya). Onun fikrincə, düzgün və əxlaqi olan yalnız aristokratiyadır (savadlı və yüksək əxlaqi keyfiyyətlərə məxsus kiçik insan qrupu).
Sosial fəlsəfi fikrin inkişaf tarixindən məlumdur ki, nə yunanlarda, nə də romalılarda sosial fəlsəfə ayrıca bir tədqiqat sahəsi olmayıb. Nə Platon, nə də Aristotel tarix fəlsəfəsini ayrıca bir fəlsəfə bölməsi kimi öyrənməyiblər. Bunun səbəbini həm qədim yunan fəlsəfəsinin xarakterində, həm də o dövrün tarixi şəraitində axtarmaq lazımdır. Məlumdur ki, ilk fəlsəfi sistemlər kosmoloji xarakter daşıyırdı.
Platon idealizminin əsasını əbədi və dəyişilməz ideya təşkil edir. Bu doktrina tarixə yabançıdır. Belə ki, təbii hadisələr aləmində ancaq ideya elm tərəfindən öyrənilməyə layiq olursa, onda ictimai həyatda da əhəmiyyətli olan yalnız həmin ideyanın təcəssümüdür, yəni ideal şəkildə qurulmuş «respublika», ictimai idealdır. Onun fikrincə yalnız bu ideal tədqiqat obyekti ola bilər; Platon əsasən dövlət ideyasının mükəmməl ifadəsi hesab etdiyi ideal dövlət ilə məşgul olub. Aristotel tarixi elementə bir qədər çox yer ayırırdı.
O, çox vaxt fəlsəfi problemlərin ənənəvi təhlilindən əvvəl başqa əvvəlki tədqiqatçıların fikrinə nəzər salır. «Fikir nəhəngi» (K.Marks) olan Aristotel Platonun bir fıkrilə razılaşmırdı ki, elmin obyekti yalnız ümumi əbədi kamilliyə çatmış «forma» olmalıdır. Daim gerçəkləşməyə çalışan «imkan» belə obyekt ola bilməz. Aristotel də, Platon da tarixi fəlsəfənin obyekti saya bilməzdilər. Onlara görə fəlsəfə varlığın ilkin, əsaslı prinsipləri ilə məşgul olmalıdır. Beləliklə, hər iki görkəmli mütəfəkkirin bu problemə münasibəti onların fəlsəfi sistemlərinin xarakterindən irəli gələn qanunauyğun nəticədir.
Digər tərəfdən qədim yunanlar üçün insan taleyi kosmosun taleyi ilə üst-üstə düşürdü. Heraklit və başqaları hesab edirdilər ki, dünya və bu dünyada nə varsa hər şey vaxtaşırı odla-boşaldılmalı və təmizlənməlidir. Kosmosu əhatə edən fəlsəfədə tarix üçün yer qalmasa da bu dövrdə tarixi hadisələr kosmik hadisələrdən kifayət qədər fərqləndirilmirdi. Onu da əlavə edək ki, qədim dünyada humanizm və ictimai tərəqqi haqqında ideyalar sosial elmlərdə istifadə olunmurdu. Cəmiyyət haqqındakı təsəvvürlər milli lokal səviyyədə qalırdı. Yalnız xristianlıgın ilkin mərhələsində tarix fəlsəfəsi üçün əhəmiyyətli olan bəşəriyyət ideyası meydana gəlir. Tərəqqi ideyası isə Yeni dövrün fıkrinin yaratdığı mühüm nailiyyətidir.
Müasir sosial bilik baxımından bir qədər natamam və məhdud olan bəzi ideyalar - Platonun əmək bölgüsü haqqındakı təlimi və Aristotelin siyasi formaların inkişafı və dəyişilməsi haqqındakı ideyaları bu günədək siyasi nəzəriyyələrə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bütövlükdə qədim dövrün sosial-fəlsəfi ideyaları ya kosmoloji ideyaları əhatə edirdi, ya da ancaq xüsusi, məhdud bir sahəyə həsr olunurdu.
Orta əsrlərdə - cəmiyyəti, onun tarixini providensializm və dini ideologiya mövqeyindən qiymətləndirməyə başladılar. Kizo bu dövr haqqında belə deyirdi: «Teologiya-Bekon və Dekarta qədərki Avropa dünyasının damarlarında axan qandır».
Artıq xristian təliminin bir neçə ideyası (insan obrazında olan Allah, Allahın oglu tərəfındən qəbahətli dünyanın azad edilməsi, dünyanın yeni əsaslarda dirçəlməsi) insan cəmiyyətinin inkişafının vahid mənzərəsini verirdi. Bu xristian ehkamları, tarix fəlsəfəsindən bəhs edən xristian filosofların təlimlərində təkrarlanmalı idi, hər hansı quraşdırma onlara zidd gəlməməli idi. İnsan nəslinin yolunu idarə edən bir mərkəz var, o da onun hikmətidir.
Orta əsr Avropa şəraitində insanların ətraf aləmə olan münasibəti tamamilə dəyişilir. Dindar adam dünyanı günahkar adlandırır, insanın dünyadan asılılığının səbəbini isə ilkin günaha batmasında görürdü. Allah burada - seyr edən ağıl yox, qüdrətli və azad iradəyə malik olan, bəşər tarixinin dərdini çəkən canlı şəxsiyyətdir. Din gücünə, kilsə ilə ünsiyyət yolu ilə insan ilahi xeyirxahlığa qovuşaraq günahkar bədənindən azad ola bilər. Burada dünya dəyişilməz elan olunurdu. İnkişaf yoxdur, buna baxmayaraq, insan nəsli mənəviyyata qovuşub xeyirxahlığın köməyi ilə tam mənəvi azadlığa doğru can atır. Beləliklə Qədim dövrün intellektualizmi volyuntarizm ilə əvəz olunur. Ağıl əvəzinə iradə ön plana çəkilir, o əxlaq və hüququn əsası kimi qəbul edilir.
Əgər Qədim filosofların əxlaq təlimlərinin əsasını insanı təbiətin obyektiv qayda-qanunlarına tabe etdirmək ideyası təşkil edirdisə, orta əsrlərdə belə bir doktrina yayılmışdı ki, insan təbiətə qarşı durmalı, başlıca ideal - insanın həyatda qazandıqları günahlarından azad olmasıdır.
Bu fikri təsdiqləmək üçün Avqustin Avreli (354-430) və Foma Akvinalının ideyalarına müraciət edək.
Avqustinin fikrincə, tarix fəlsəfəsi bütün bəşəriyyətin taleyini öyrənməli, burada xristian-mifoloji təsəvvürlər, Tövrət, İncilin materialları istifadə olunmalıdır. Tarix providensiya (zəka, Allahın hökmü) tarixidir. İnsanın və Allahın tarixi vahiddir. İki şahlığın-allahın və yer üzündəkinin-müharibəsi gedir, allahın səltənətində az adam yaşayır (əxlaqi-dini davranışı ilə Allahın mərhəmətini və xilasını qazananlar). Yer üzündəki şahlıqda isə eqoist, həris adamlar yaşayır, onlar Allahı unudublar. İctimai-tarixi inkişafda ilahi şahlığın vəziyyəti getdikcə güclənir (xüsusilə, İsa peyğəmbərin gəlişindən sonra), burada əsas şərt kilsə və Allaha tabe olmaq, itaət göstərməkdir. O həm də yer üzündəki cəmiyyətlərin dövrləşməsini vermişdir. (Dünyanın yaranmasının 6 gününə uyğun). Onun tərəqqi ideyası-dini teoloji xarakter daşıyır. Kilsə tarixdə xüsusi mövqe tutur. O yer üzündəki Allahın səltənəti, İsa peyğəmbərin cəmiyyətidir, yalnız onun himayəsi ilə xilas olmaq mürakündür. Dövlət kilsəyə tabe olmalıdır ki, cəmiyyət ahəngdar inkişaf etsin.
Foma Akvinalının (XIII əsr) diqqət mərkəzində mənəvi və sosial problemlər dururdu. Dövlət ümumi qayda və rifahı təmin etməlidir. O sosial bərabərliyə qarşı çıxır, sosial təbəqələşmənin əbədi olduğunu qeyd edirdi. Rəiyyət hökmdarlara tabe olmalı, ən yaxşı dövlət forması-monarxiyadır. Dövlət başçısınm rolu ruhun bədəndəki, Allahın da göydəki roluna bənzəyir. Padşah ədalətli və xeyirxah olmaqla dünyada Allahın vəziyyətini özündə əks etdirir. Padşah öz əhlini xeyirxah əməllərə sövq etməlidir; əsas şərait burada - sülhün və əmin-amanlğın qorunmasıdır. Ən ali məqsəd - göylərə qovuşmaqdır, bu işdə əsas rolu dövlət yox, kilsə oynayır; dünyəvi hakimiyyət ruhaniyə (kilsəyə) tabe olmalıdır.
Sosial fəlsəfənin inkişafında bu mərhələnin xidmətləri nədən iləarətdir? Şübhəsiz, tədqiqatçılar sosial, tarixi faktları saymadan müxtəlif nəzəriyyələri yaradırdılar. Əhəmiyyətlisi odur ki, onlar tarixin planlı şəkildə inkişaf və öyrənilməsini qəbul edirdilər. Ehkamçı və məhdud şəkildə olsa da tərəqqi ideyası öyrənilib istifadə olunurdu. Əsas söhbət dini ideyaların tərəqqisindən gedirdi, məsələn, müqəddəs Avqustin öz yaradıcılıgının çox hissəsini bütpərəstlər və xristianların fərqlərinin öyrənilməsinə, sonuncuların üstünlüyünün isbatına həsr etmişdir. 13 əsr sonra yazıb-yaradan Bosüst də, Avqustinin yaratdıgı tarix fəlsəfəsinə bənzər bir konstruksiya yaratmışdı. Ümumiyyətlə, dini ehkamlar əsasında yaradılan tarix fəlsəfəsi inkişaf etməyə qadir deyildir. İndiyə qədər bu cərəyanın nümayəndələri tarixi gedişatın öyrənilməsində elmi prinsip və metodlardan imtina edirlər. Birinci növbədə katolik ruhanilər Dekarta qarşı çıxış etməyə başlamışdılar. Dekart - şübhəni, skeptisizmi ali metodoloji prinsip səviyyəsinə ucaldıb, bununla da Yeni dövrün elminin inkişafı üçün zəmin yaradıb. Dekart Allahın mövcudluğunun fəlsəfi səviyyədə isbat etməyə çalışmasına baxmayaraq teoloqlar ona müharibə elan etdilər.
Orta əsrlərdə Fransa teoloqlarının mürtəce mövqeləri ilə yanaşı, burada ingilis materializm və sensualizmi, geniş xalq kütlələrin azadlığı uğrunda mübarizə vasitəsinə çevrildi. Kilsə və ruhanilərə qarşı hücumlar, istehzalı gülüşlər yaradaraq, bütün Avropaya yaydılar. İnqilab zamanı Fransada kilsəyə həm maddi, həm də mənəvi ziyan dəydi. Nəticədə kilsə nüfuzunun mühafizəkarları, hər hansı bir tarixi faktın səbəbini mənəvi amillə baglamağa çalışdılar və fəlsəfəni kilsəyə olan mənfi münasibətin səbəbkarı elan etdilər.
Elm ilə yanaşı fərdi azadlıq da xristian teologiyasının tənqid hədəfı idi. Fransa inqilabı tərəfındən elan olunmuş insan və vətəndaş hüquqları kəskin şəkildə tənqid olunurdu. Yeni ictimai quruluşda insan və şəxsiyyət probleminə teoloqların münasibətləri belə idi: şəxsiyyət cəmiyyəti yox, cəmiyyət şəxsiyyəti, onun xarakterini müəyyən edir. Şəxsiyyət yalnız cəmiyyətdə və cəmiyyət üçün mövcuddur. İnsan – bir abstraksiyadır. Ümumiyyətlə, insan yox, konkret fransız, italyan, ruslar var (J.De-Metr).
Providensiya fəlsəfəsi tarixin inkişafında, ilahi (öncə-görənin) planın olmasını sübut etməyə çalışırdı. İnsan öz məhdud ağlı ilə ali, tükənməz ağlının məqsəd və ifadələrini öyrənməyə çalışır, lakin öyrənmə metodu ehkamçılıqdan kənara çıxmırdı. Tarixin inkişaf mərhələləri ümumi İlahi plana uyğun gəlməli idi. Faktiki olaraq məzmun, başlıca ideyalar burada unudulurdu. Tarixin dövrləşdirilməsində İncil vacib mənbələrdən biri hesab olunurdu.
Bokl, orta əsr tarixi ədəbiyyatından bəhs edərkən yazırdı: «Roma ruhanilərin əllərinə keçdi. Ruhanilər də ki, uzun müddət ərzində insan nəslinin yeganə müəllimi sayılırdı. Əsrlər boyu ruhani olmayan savadlı adama demək olar ki, rast gəlmək olmurdu; ruhanilər sırasında isə kitabı tərtib edə biləcək, savadlı insanlara daha az təsadüf edilirdi. Ədəbiyyat müəyyən bir sinfin mülkiyyətinə çevrildi və onun bütün əlamət və keyfıyyətlərini öz əlinə aldı. Ruhanilər heç vaxt elmi tədqiqatı alqışlamazdılar, onların məqsədi-dini möhkəmləndirmək idi. Aydındır ki, əsərlərdə bu tələbat öz əksini tapmışdır. Belə xarakterli ədəbiyyat xeyir və fayda gətirmək əvəzinə elmin inkişafında bir əngələ çevrilirdi.
Adamlar yalana o qədər alışmışdılar ki, artıq hər şeyə inananmaga hazır idilər. Hər an fövqəltəbiidən xəbər gözləyən adamlar möcüzə, öncəgörmə, kabus, bəd əlamətlər, göyün dəhşətli işarələri, ən dolaşıq və ağlasığmaz cəfəngiyyat haqqındakı xəbərlərə inanır, onların zövqsüzlüyünə varmadan dildən-dilə ötürür, kitabdan-kitaba köçürür, özü də elə bir çalışqanlıqla bunu edirlər ki, sanki bunlar insan zəkasının ən nadir inciləridir».
Orta əsr fəlsəfəsində (həm qərb, həm də şərqdə) platonizm və aristotelizm ideyalarının təsiri çox güclü idi (müxtəlif çalarlarda). Qeyd etdiyimiz kimi, onlar providensializm şəklində insanı, cəmiyyəti şərh edirdilər. Tədricən, kapitalist istehsal münasibətləri inkişaf etdikcə, sosial fəlsəfə ideyalarının inkişafında yeni, metafizik və rasional mərhələlərə qədəm qoyulur. Hegel öz «Fəlsəfə tarixi üzrə mühazirələrində» İntibah dövrünü Yeni dövrə dogru olan keçid adlandırıb. Metafızik cərəyanın çiçəklənməsi dövrü XVII-XVIII əsrlərə təsadüf edir. Qeyd etmək lazımdır ki, bu dövrdə orta əsrlər dövrünün teoloji ruhu hələ də yaşamaqda idi. Metafizik sistemlərin əksəriyyətində ehkamçılıq və apriorizm elementləri müşahidə edilirdi. İntibah dövründə insan ağılı, iradəsi ön plana çəkilir, insan ruhu həqiqi özünüdərk problemlərini tədqiq etməyə başlamışdı.
V.Vindelband həm bu, həm də sonrakı dövrləri «təbii-elmi metafizika dövrü» adlandırır. «Təbiətin fantastik seyrçiliyi riyazi-mexaniki anlaşmaya» çevrilir, elmlik tədricən üstünlük təşkil etməyə başlayır. İntibah dövrünün fəlsəfi fikri mütləqiyyət, reformasiya şəraitində inkişaf edir, təbiətşünaslıq sürətlə formalaşırdı. Orta əsrlərdə mərkəzi problem - Allah və dünya, təbii və ilahi başlangıcların nisbəti problemləri olubsa, intibah dövründə Allah və təbiət, insan və təbiət eyniləşdirilir. Allah azadlıqdan məhrum edilir, o heç nədən dünyanı yaratmır, dünya ilə həmyaşdır, təbii zərurət qanunlarla birləşir, təbiət Allahın yaratdıgı kənizindən, varlığın ilahiləşdirilmiş başlanğıcına çevrilir (Bruno). Digər xüsusiyyət -antroposentrizmdir. İnsan təbiətə qayıdır, təbiət və Allahla onun münasibətləri panteizm mövqeyindən qiymətləndirilir. İntibah dövrünün fəlsəfi fikrinin təkamülündə üç mərhələ vardır: humanizm (antroposentrizm), neoplatonizm, naturfəlsəfə.
İtaliya humanizminin görkəmli nümayəndələrindən biri Dante Aligyeri hesab edirdi ki, insanı bir tərəfdən Allah, digər tərəfdən təbiət müəyyən edir. Şair insan qabiliyyətinə, bacarığına tam inanır: insanın taleyi öz əlindədir. Onun vəzifəsi-ağıl imkanlarının (xüsusilə-nəzəri) tam gerçəkləşməsi, praktikada reallaşmasına nail olmaqdır. Humanizmin digər nümayəndəsi Piko della Mirandola qeyd cdirdi ki, insan taleyini ulduzların fövqəl toplusu yox, onun özünün təbii, sərbəst fəaliyyəti müəyyən edir. İnsan dünyanın mərkəzində yerləşir, «ilahi» kamilliyə nail olmağa qadirdir.
Sosial-fəlsəfi ideyalar tarixində mühüm yer tutan Nikkolo Makiavelli (1469-1520) öz siyasi traktatlarında taleyin dövrləşməsindən, onun ilahi xarakterindən yazırdı. O, siyasəti teologiya və dini mövhumatdan ayırırdı. Siyasətin azad insan iradəsinin zərurət hədlərindəki təcəssümü olduğunu göstərirdi. Siyasəti nə Allah, nə də əxlaq müəyyən cdir, bunu müəyyən edən həyatın, praktikanın təbii qanunları, insan psixologiyasıdır. Siyasi fəaliyyətin motivlərini real maraqlar, varlanmaq istəyi, hərislik təşkil cdir. Makiavelli cəmiyyətin inkişafinda maddi və sinfı maraqların rolunu başa düşmək üzrə idi. Rəhbər, hökmdar hər hansı aprior sxemlərdən azad olmalı, faktları əlində əsas tutmalıdır, qəddar, hiyləgər, qüsurlu, amansız olmalıdır («makiavellizm» sözü siyasətdə abırsızlıq və əxlaqsızlığın sinonimi olub).
Cəmiyyət və insan haqqındakı ideyaları utopiya şəklində izah edən tədqiqatçılardan T.Moru, T.Kampanella vo Müntseri (XVI əsr) qeyd etmək olar. T.Mor «Utopiya» əsərində müxtəlif ölkələrin tarixini tədqiq edir, onların quruluşunu, hökmdarların davakarlığını və hiyləgərliyini tənqid edir, cəhənnəmi, kasıbçılığı xüsusi mülkiyyət formasının yaranması ilə izah edir. Platonun mülkiyyət bərabərliyi əsasında cəmiyyətin əmin-amanlığına nail olmaq mümkünlüyü ideyasını əsas tutaraq ideal dövlət haqqında bəhs edir.
T.Kampanella da özünün «Günəş şəhəri» əsərində Sokratın xüsusilə, Platonun, bir də erkən xristian yazıçıların ideyalarından istifadə etmişdir. Onun ideal cəmiyyətində mənəvi zadəganlar hökmranlıq edir, hamı bərabərhüquqlu olsa da hakimiyyətdə olan ziyalı sinfıdir (formal demokratiya şəraitində ziyalılar oliqarxiyası); Kampanella öz əsərində şəhər və kəndin kasıb kütləsinin mənafelərini ifadə edirdi. Ümumi şəkildə demək olar ki, metafizik cərəyan providensial fəlsəfənin bir sıra xüsusiyyətlərini --insan nəslinin vahidliyi, tərəqqi, tarixin sərbəst quraşdırılması, tarixi faktların danılması və sairi özünə gö t ü r m ü ş d u..
Metafizik tarix fəlsəfəsi, tarixi hər hansı bir metafizik prinsip və ya metafizik ideyaların reallaşması tarixi kimi öyrənir. Məsələn, Hegelə görə tarix müəyyən pillələr üzrə və müəyyən qanunlara əsasən Mütləq ruh və ideyanın fasiləsiz inkişaf tarixidir. Müxtəlif dövr və millətlərin inkişafı bu prosesin ayrı-ayrı, zəruri mərhələləridir.
Bu tarixi konsepsiyadan irəli gələn bir məntiqi zəruri nəticə vardır. Tarix vahiddir, tərəqqi yolu ilə inkişaf edir. Q.Merinq metafızik tarix fəlsəfəsinin bütövlüyə, vahidliyə olan meylini belə xarakterizə edir: «tarix bütöv bir vahid olmalıdır. Lakin çoxluq o zaman bütöv olur ki, Platonun öyrətdiyi kimi, burada bunun əsasında ideya durmuş olsun».
Tarixin bütövlüyünü tamamlamaq üçün metafıziklər gərək təxəyyül və dialektikanın elementlərindən istifadə edəydilər. Lakin onlar hər hansı bir çatışmayan cəhəti öz sisteminin qüsuru ilə izah edirdilər. Q.Merinqə görə «bütövlüyü bildirmək üçün bir şey əskik olsa, bu tarixin qeyri-təkmil olduğunu sübut edir».
Beləliklə, tarixin metafızik anlayışı ilk növbədə ideyaların və ya ideyanın fasiləsiz inkişafını nəzərdə tutur.
İ.Herder metafizik olmamışdır, lakin öz təliminin ən ümumi prinsiplərini yaradarkən metafizikanın təsiri altına düşmüşdü. O, tarixin humanizm ideyasının fasiləsiz inkişafı və təcəssümü tarixi olduğunu göstərərək qeyd edirdi ki, «heç kəs inkar edə bilməz ki, hətta qatil, zülmkar və ən qəddar adamın ürəyində də müəyyən humanizm ideyasının izləri var; lakin onlar o dərəcədə dəyişilir ki, bəzən tanımaq da olmur. Yer üzündə yaşayan bütün xalqlarda humanizmə qarşı belə daxili meyllər var; bu meyl insan təbiətinin mahiyyətini ifadə edir, onun qəlbindən irəli gəlir».
V.Humbolt hesab edirdi ki, tarixin izahında ümumi ideyadan istifadə etmək - onu anlamaq üçün yeganə yoldur. «Bu hadisələri necə öyrənsək, necə yazsaq da, onları başa düşmək üçün yeganə başlanğıcı görmək və öyrənmək lazımdır. Bu ideyadır, ondan yayınmaq və ya əksinə, həddindən artıq müdaxilə etmək, təhlükəlidir», «hər bir insan fərdiyyətçiliyi - hadisədə ifadə olunmuş ideyadır». Humboltun ümumi qənaəti belədir: «tarixin məqsədi-bəşər tarixindəki ümumi insan ideyasını reallaşdırmaqdır».
Hegelçilər tarix fəlsəfəsini insan zəkasının tam təntənəsi olduğunu qeyd edirlər. Ümumiyyətlə, aprior metod-metafızik tarix fəlsəfəsinin canı, onun səciyyəvi cəhətidir. Həmin dövrün mütəfəkkiri, Novalis ən qısa şəkildə tarixin metafızik anlayışına belə tərif verdi: həm təbiət, həm də tarix «ruhun göstəricisidir».
Metafızik tarix fəlsəfəsinin başlıca xidməti ondan ibarətdir ki, o sosial fəlsəfi fikrin ənənəsini davam etdirdi.
Məşhur metafızik sistemləri ilə əlaqəsi ona əlavə şöhrət də gətirdi. Lakin teoloji nəzəriyyədə olduğu kimi o da tarixi apriori təsvir edirdi. Tarixi faktlar müəyyən bir nəzəriyyə məcrasına sıgışdırmalı idi. Burada həm faktlar, həm də onların xronoloji ardıcıllıgı, ideya qarşısında diz çökməli idilər. Cəmiyyətin inkişaf tarixi təhlilə və tənqidə yox, sintezə, ümumiləşdirməyə əsaslanırdı. Eyni zamanda metafızik tarix fəlsəfəsi dini ehkamçılıq və əfsanəçilikdən uzaq idi. Bu cərəyanın nümayəndələri tarixi rasionalistcəsinə izah edib quraşdırmağa cəhd göstərərək, ümumi xarakterli bir sıra faktlardan yan keçə bilməzdilər. Məsələn, inkişaf ideyası, əksliklərin vəhdəti və mübarizəsi prinsipi (Hegel); sonradan bu prinsip K.Marksda siniflərin mübarizəsi qanunu formasını almışdı.
Onu da qeyd etmək lazımdır ki, bəzən bu cərəyan nümayəndələri öz sistemi çərçivəsində metafızik ideyalara uyğun şəkildə ayrı-ayrı tarixi faktlara da müraciət edirdilər. Məsələn, Hegel özünün «Tarix fəlsəfəsi» əsərində xalqların psixologiyasından və coğrafı mühitdən də yazırdı. Təbiətşünaslıqda, ümumiyyətlə elmdə, bir sıra görkəmli nailiyyətlər əldə edildiyi vaxtdan (Yeni dövrdən başlamış indiyə qədər) tarix fəlsəfəsi öz inkişafında güclü təkan aldı. Nəticədə sosial fəlsəfənin inkişafında yeni mərhələ baş verir, bu da elmi pozitivist mərhələsidir. Onun yaranması ilə tarixin inkişafının həqiqi yolunun öyrənilməsi üçün mümkün qədər dəqiq və yetkin elmi faktlar və metodlardan istifadə edilməsi tarix fəlsəfəsinin əsas şərtləri olur.
İnsan cəmiyyəti, onun tarixi fəlsəfəsinin elmi zəmininin yaradılmasında bir çox tədqiqatçıların adını çəkmək lazımdır (Platon, Aristotel, Boden, Makiavelli, Viko, Monteskye, Volter, Herder, Dürkheym, Hegel, Kant, Sen-Simon, Kont, Bokl, K.Marks, F.Engels, Dürkheym, A.Toynbi, M.Veber və başqaları).
Bu sırada az öyrənilmiş, lakin öz dövründə böyük şöhrət qazanmış görkəmli ərəb filosofu, dövlət xadimi İbn-Xəldunu (XIV əsr) də göstərmək olar. Onun sosial fəlsəfi ideyaları, bir sıra müasir tarixi fəlsəfi doktrinaları xeyli qabaqlamışdı. Vikodan 300 il qabaq İbn-Xəldun tarix fəlsəfəsinin məzmunu və vəzifələrini müəyyən edilə, onları həll etməyə çalışmışdır. O, «Prolegomena» adlı məşhur əsərini yaradıb. Bu əsərdə əsas məqsəd - xalqların, o cümlədən ərəb xalqının tarixi müqəddəratını, onlara yaşadığı şəraitin, ətraf mühitin təsirini öyrənmək idi. Əsərin məzmunu, ideyaları sanki XVIII-XIX əsrlərin bir sıra tədqiqatçılarının (Monteskye, Bokl, hətta K.Marks) təsiri altında yazılıb. İbn-Xəldun tam ciddiliyi və məsuliyyəti ilə bəşər tarixini, sivilizasiya ideyasını müdafıə edir.
Müəllif, öz qarşısına tarixi elm səviyyəsinə ucaltmaq vəzifəsini qoymuşdu. O tarix elminin bir sıra vəzifələrini qeyd etmişdir: Tarixin vəzifəsi - insanların ictimai vəziyyətinin izahıdır, yəni sivilizasiya və onunla əlaqədar olan hadisələrin, o cümlədən vəhşilik dövrü, əxlaqi münasibətlərin formalaşması, ailə və ictimai ideologiya, xalqların ümumi və fərqli cəhətləri, bu fərqlərin müxtəlif sülalə və imperiyaların yaranmasında rolu, sosial fərqlər (silklər, təbəqələr və s.) insanların yaşamaq və gəlir əldə etmək üçün gördükləri iş və s. elm və incəsənət, nəhayət, cəmiyyətin inkişafına ictimai-iqtisadi münasibətlərin, əmək alətlərinin təsiri və sair.
O yazırdı: «Bu elm sui generis (çox ümumidir), çünki onun tədqiqat obyekti sivilizasiya və insan cəmiyyətidir, bundan əlavə o, cəmiyyətin mahiyyəti ilə bağlı olan faktların izahına kömək edə biləcək hər hansı bir şərait və predmetləri öyrədir. Bizim mühakimələrimiz yeni bir elmin əsasını təşkil edir. O, öz orijinallığı və gətirə biləcək faydası ilə fərqləndiyi üçün deyə bilərik ki, biz yeni elmi kəşf etmişik»...
Beləliklə, İbn-Xəldun hətta öz elminə verdiyi adı ilə bir növ Vikonun məşhur əsərinin adını qabaqlayıb (Nuova Scienza). O tarix fəlsəfəsinin vəzifəsini çox geniş başa düşərək, onun elmi gələcəyinə böyük ümüdlə baxırdı. O, yazırdı: "Mən, tədqiqat obyektinə dair məsələləri böyük səliqə ilə araşdırmışam. Onun nəticələri eyni dərəcədə həm alimlər, həm də sıravi adamlar tərəfindən qavranılır; əsərimin tərtibatı xüsusi orijinal qayda üzrə aparılıb, nəticədə tarixin izahının yeni metodunu kəşf etmişəm və burada öz sistemimi qurmaq üçün zəmin yaratmışam. Sivilizasiyaların, şəhərlərin əsasının yaradılmasına aid olan bütün dəyərli faktları və münasibətləri öyrənib izah və istifadə etmişəm. Oxucu, artıq eşitdiyi hekayətlərə kor-koranə inanmaq əvəzinə, əvvəlki dövrlərin və xalqların tarixinə yaxşı bələd olacaq. O, hətta gələcəkdə baş verə biləcək hadisələri də qabaqcadan görə bilər".
İbn Xəldun iqlimin təsirini zəncilərin dərisinin rəngində, xasiyyətləri və həyat tərzinin xüsusiyyətlərində görürdü. O, xüsusilə torpagın təsirindən bəhs edirdi. «Pre-logomen»lərin ikinci hissəsində İbn-Xəldun göstərdi ki, cəmiyyətin ideologiyası, ictimai şüuru və ictimai institutların xüsusiyyətlərini insanların istehsal üsulu müəyyən edir (insanlar yaşamaq vasitələrini hansı üsulla əldə edirlər). O şəhər və kənd həyatı arasındakı fərqləri də göstərir. Şəhərlər sivilizasiyaların mərkəzləridir, şəhər həyatı adamda enerji və müstəqilliyi inkişaf etdirir (burada Ibn-Xəldun Marksı da qabaqlayır).
İbn Xəldun şəhər və kənd həyatının xüsusiyyətlərindən orijinal şəkildə bəhs edirdi. Məsələn, o göstərirdi ki, kənd əhalisi ancaq zəruri tələbatlarını ödəməkb kifayətlənir, şəhərlilər isə öz vərdişlərini, həyat tərzinə aid olanları təkmilləşdirməyə, təmtəraqla yaşamağa can atırlar.
Başqa bir yerdə İbn-Xəldun şəhərlilərin əxlaqına şəhər həyatının təsirindən yazır. Onun fikrincə həm şəhər, həm də kənd əhalisinin o hissəsi daha dindar və pak olmağa çalışır ki, onlar aclığa, başqa çatışmazlıqlara dözümlü olurlar. Cah-cəlal, var-dövbt içərisində yaşayanlar məhrumiyyətlərə dözə bilməz. Allaha itaət və ibadət edənlər şəhərdə azdır, şəhərlilərdə əksər hallarda etinasızlıq, qəddarlıq hökm sürür (səbəbi ət məmulatlarının, ədavaların küllü miqdarda istifadə edilməsidir).
Müəllif öz təlimində cəmiyyətin maddi əsası və üstqurum (yəni ideologiya, təsisatlar və təşkilatlar) münasibətlərini təhlil edərək, belə qənaətə gəlir ki, istehsal üsulu insanların ideologiya və psixologiyasnı, siyasi strukturu və sairi müəyyən edir. İnsanlar yaşamaq üçün həyat vasitələri əldə etmək üçün cəmiyyətdə birləşirlər (XIX əsrdə K.Marks belə bir fıkri «Fəlsəfə yoxsullugu» əsərində irəli sürmüşdü). O, əmək alətlərinin təkmilləşməsi və inkişafı haqqında da maraqlı fıkirlər söyləmişdir: «İnsana Allah həm ağıl, həm də güc verib. Ağıla tabe olan əl hər vaxt sənət nümunələrini yaratmağa hazırdır. Sənət nümunələri hər dəfə yeni-yeni əmək alətlərinin yaranmasına səbəb olaraq insanın bir sıra bədən üzvlərinin əvəz olunmasına imkan yaradır. Tək adam özünü müdafiə edə bilməz. İnsanlar bunun üçün cəmiyyətdə birləşməlidirlər».
İbn-Xəldun haqqında Flint belə yazırdı: «Ərəbdilli fəlsəfi ədəbiyyat tarixini parlaq bir ulduz bəzəyib. Baxışların, düşüncənin əhatəliyinə görə nə klassik, nə də orta əsr dövrünün fəlsəfəsində təxmini də olsa buna bənzər bir şey yoxdur...»
XIX əsrdə sosial fəlsəfənin elmi zəmininin formalaşması prosesi başa çatır. Bununla əlaqədar metodoloji əhəmiyyət kəsb edən bir xüsusiyyətə nəzər yetirək: hər bir elmi biliyin formalaşması ziddiyyətli yol keçir, həqiqəti üzə çıxarmaq üçün gərgin mübarizə baş verir. Sosial fəlsəfədə, gördüyümüz kimi, həqiqət axtarışları utopiyaya, ideologiyaya, praktikanın digər formalarına gətirib çıxarır. XX əsrin görkəmli sosioloqu K.Manheym «İdeologiya və utopiya» əsərində bu problemə öz münasibətini bildirmişdir. Utopik şüur «nəinki ətraf varlıga uyğun gəlmir, o, onu partladır». Manheym varlığa uyğun olan, de facto konkret təsəvvürləri «adekvat» adlandırır. Belə təsəvvürlərə, onun fikrincə, az təsadüf edilir. Onlara qarşı böyük, varlıqla transsendental münasibətdə olan təsəvvürlər qrupları durur: ideologiya və utopiya. İdeologiya - elə bir transsendental təsəvvürlərdir ki, həqiqətdə heç vaxt reallaşmır, reallaşma zamanı məzmunu təhrif edilir, dəqiq ifadə olunmur (məs., xristianlıqda öz yaxınına sevginin ifadəsi). O, ideologiyanın üç növünü göstərir: 1) ideyalara səmimi inam; 2) riyakarlıq, yalanı gizlədən ideyalar; 3) uydurma, saxta ideyalar.
Utopiya isə, mövcud şəraitdə, cəmiyyətdə mümkün olmayan bir layihədir. Manheym sosial fəlsəfə və bütün ictimai elmlər üçün çox vacib olan belə bir məsələni qeyd edir: cəmiyyətin mənəvi strukturunda baş verən ən vacib dəyişiklər utopik elementlərin kökündən dəyişdirilməsi ilə bağlı olur və bundan ayrılıqda öyrənilə bilməz. Buradan aşagıdakı nəticə çıxır: ideal şəkildə ideologiyasız və utopiyasız dünya mümkündür, lakin onun tamamlanması üçün, ancaq daim reproduksiya (təkrar istehsal) baş verdiyi halda, varlığa qarşı olan bütün transsendentallığın tam məhvi elə bir utiliarizmə (hər şeyi fayda ilə ölçmək) gətirib çıxaracaqdır ki, insan iradəsi tamamilə məhv olacaqdır. Bu təhlükəli vəziyyəti başa düşən Manheym qeyd edirdi ki, transsendentallıgın bu iki tipi arasında əsaslı fərq vardır. İdeologiyanın məhvi nəticəsində yalnız müəyyən sosial təbəqələr böhran vəziyyətinə düşüb, yaranmış şəraitdə özü-özünü dərk etmək üçün bir vasitəyə çevirilirsə, utopiyanın itməsi, insan təbiətinin, bütün bəşər inkişafının dəyişilməsinə, insanın tarixi yaratmaq meylinin, onu anlamaq qabiliyyətinin itməsinə gətirib çıxarar.
Manheymin fikrincə utopiyanın formaları aşağıdakılardır: a) anabaptistlərin (dini təriqət) ximiazmı (birdən-birə nəyinsə baş verəcəyinin gözlənilməsi); b) liberal-humanist ideyalar (mövcud şəraitlə mübarizə nəticəsində yaranır, tədricən yaranma və əmələ gəlmə ideyalarıdır); v) konservativ ideyalar (varlığa qarşı immanent olan amillərə yönüm, dünyaya, artıq mövcud olan fəaliyyətə münasibəti ideya səviyyəsində interpretasiya etmək (yozmaq); q) sosialist-kommunist ideyaları (bu ideyaların konkret ifadəsi və funksiyaları var: ümumi ictimai prosesə uyğun gəlirsə, yaşayır, yoxsa-yox; belə bir uyğunluq mümkün olmayanda onlar həqiqəti gizlədən (maskalayan)) «ideologiyaya» çevrilir; d) müasir konstellyasiya (ümumiləşdirmə, seçmə) -utopiyası, burada tarix reallığa yaxınlaşdırılır, uyğunlaşdırılır.
Utopiyaların müxtəlif formaları qarşılıqlı mübarizədə bir-birini məhv edirlər. Cəmiyyətin mənəvi həyatının metafızik dövründə onun sosial və mənəvi vəziyyətinin ən düzgün göstəricisi fəlsəfənin xarakteri olursa, indi cəmiyyətin daxili sosial və mənəvi vəziyyəti sosiologiyanın müxtəlif cərəyanlarında öz ifadəsini tapır. Burada əvvəlki utopiyaların qalıqları toqquşur. Bununla belə utopiyaların itməsi nəticəsində dünyaya olan baxışın bütövlüyü də itir.
Manheymin bu fikrini təsdiq edən bir faktı qeyd etmək olar: SSRI kimi fövqəldövlətin süqutu nəticəsində marksizm ideologiyası və onunla bağlı olan utopik təsəvvürlər dağıldı, adamlarda çaşqınlıq, gələcəyə inamsızlıq, şüurda ətalət kimi xüsusiyyətlər əmələ gəldi., böhran vəziyyəti özünü göstərdi.
Beləliklə, sosial fəlsəfənin formalaşması, böyük ziddiyyətli proses olaraq bu gün də bitməyib, cəmiyyət inkişaf etdikcə o da inkişaf edir, sosial idrakın mühüm tərkib hissəsi olaraq insan həyatına əsaslı şəkildə təsir göstərir. ƏDƏBIYYAT
Aнтология мировой философии. T.1, ч.l, M., 1969.
Горфункелъ А.Х. Философия эпохи Возрождения.M., 1980.
Koйpe II. Oчepки истopии (филocoфcкoй mысли. M., 1985. C. 62-80.
Panonopт Х. Филocoфия истории. CПб, 1898. Гл. 1-2.
Утопия и утопическое мышлениe. M., 1991, c. 116-162.
Чанышeв A.H. Kypc лекций no дрeвнerpeческой философии. M., 1981.