otağına baş çəkdi; anasının, dəfn zirzəmisində saxlanılan bədəni çoxdan
çürümüşdü. «Ölümün xeyrə qalsın, ana…» - o pıçıldadı. – «Ölümün xeyrə qalsın,
oğlul…» - anası qəbirdən ona cavab verdi.
Bədənini bürüyən dəhşətli ağrılardan qovrula-qovrula, çırağı yataq otağının
qapısındakı qarmaqdan asanda saat, düz on iki idi; ağrı hər yeri, bütün dünyanı,
fəzanı tutmuşdu; dünyada ağrıdan başqa heç nə yox idi… qapının üç açarını, üç
qıfılını, üç zəncirini çəkib bağladı; axırıncı dəfə gücənib, öz kiçik ayaqyoluna son
qurbanını verdi, sonra əynindəiləri soyunmadan, bütün qəbul və audiyensiyalar
ləğv olunandan sonra daim geydiyi, cod parçalı şalvarında, yaxasız, zolaqlı
köynəyində, miskin yolçu başmaqlarında üzüqoylu vəziyyətdə yalın döşməyə
sərildi,
üzünü ovcunun içinə, yastığa basan kimi gizlədib dərhal yuxuya gntdi…
üçə on dəqiqə işləmiş isə yuxudan, ağırlaşmış dumanlı başıyla, həmişə tufanqabağı
olduğu kimi, tər-su içində ayıldı; «Kimdi?» - titrək səslə soruşdu və yadına düşdü
ki, kim idisə, onu yuxuda çağırırdı, amma öz adıyla yox, beləcə: «Nikanor!..»
Sonra bir də: - Nikanor!» Bu kim idisə, qıfıllara toxunmadan, divarların içindən
keçməyi bacaran məxluq idi; diqqətlə baxıb gördü ki, bu - Ölümdü. – «O əynində,
tövbəli günahkarın cır-cındırı, əlində, ucu qarmaqlı əsa olan - sizin ölümünüz idi,
mənim generalım… kəlləsinə, məzarlıq otları sarılmış, sümüklərinin daraqlar
arasından yeraltı çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri
yanıb-sönürdü…»
Onu başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor!
Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə yatan hər bir adamı, Ölüm elə bu
adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ çatmayıb axı! Mən -
yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına baxan
kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda
baş verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu
kabinetdə, paqonsuz hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda
tapdıqlarını desələr də, elə beləcə, ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin
ziddinə getməmək üçün, buna inam itməməsi üçün belə deyəcəklər.» - deyə ona
cavab verdi. O, ölümün dediyi qaydada – ölümü, həmişəkindən az istədiyi bir vaxt
- uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü aldatmasından sonra nəhayət,
insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu
dərk elədiyi ən uzun və
yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını
anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və
xəttsiz ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna
inandığından, insan sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu
qəlbində hakimiyyət iblisini yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü
könüllü qurbana çevirdiyini anlayan bir vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın
lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün, bütün ömrünü yalan və
cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, simiclik
titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki,
hakimiyyət tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin,
başa düşməmişdi ki, hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç
o biri
dünyaların da axırınacan doymaq mümkün deyil, mənim generalım!
Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı
yaltaqlardı; o, onların, hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu
166
sevinə-sevinə tərifləyən və əbədi həyat arzulayan kütlələrin silah gücünə
saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu yalanla, miskin, alçaq
şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin təcrübəsindən
dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən
uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib
çatanda isə, artıq o, heç
nəyə təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam
edir, heç bir nüfuzu qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe
olmasından təsəlli tapırdı. O, yalınz öz payızının sarı xəzan illərində əmin oldu ki,
heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç bir vaxt həyatı bütünlüklə
qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər, bünövrəsinin
bənd
yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz
reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən
anlamadı, ağlına belə gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında
keçib; biz, onun bu həyatını tamam ayrı gözlə görürdük, mənim generalım,
məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-tükənməyən illəri arasından -
uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə elə də
yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa,
xoşbəxtlik idi; bilirdik ki, sizə olan sevgimiz,
ölüm viruslu sevgidi, amma əsl
sevgidi, əbədi sevgidi, mənim generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi
araxasından görünən dumanlı xəyalınız, həyat məşəliydi; ötəri görünən məsum,
titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale xətlərindən məhrum
qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim
olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri
çatmadığı, bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini
ayırd eləyə bilməyən bu cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız
həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı ayrı bir həyatın
olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək həyatımızdan
xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla
sürüyə-sürüyə gəzən bu qocanın kimliyi,
son günəcən nə bizə, nə də özünə aydın
olmadı və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-
tükənməz zamanının nəhayət ki, sona yetdiyi xəbərini insanlara, bütün dünyaya car
çəkən təbillərin gurultusunu, kilsə zənglərinin səsini, bayram atəşfəşanlığını,
küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə mahnılar oxuyan xalq
kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla qaranlıq
əbədiyyətə yollandı…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi
Əlaqələr
Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr
edilib.
167