Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

b
) Müdrəcül-mətn 
Bir ravinin siqə (etibarlı) ravilərə müxalifətlə mətnə, mətnin əslindən olmayan 
bəzi  sözlər  əlavə  edərək  bu  sözlərin  hədisin  əslindən  olmadığını  bəyan  etməyərək 
rəvayət etdiyi hədisə müdrəcül-mətn deyilir.
897
  
Deməli,  müdrəc  hədisin  tərif  və  çeşidlərindən  bəlli  oldu  ki,  bu  qrup  hədislər 
həmin hədisi rəvayət edən şəxslər tərəfindən bəzi əlavə və artımlara məruz qalmışdır. 
Əlbəttə burada diqqət çəkən məqam budur ki, hədisi rəvayət edən şəxs necə olur ki, 

rət tapıb Məsumun (ə) hədisinə əlavələr edir. Bunun səbəbi aydındır. Belə ki, ravi 

drəc olduğunu düşünməyərək,  özlərindən olduğu kimi rəvayət edəcək insanların 
tapıldığını bilərək rəvayət etmələridir. Ravilər qəsdən hədisə heç bir şey artırmaz, əks 
halda, yəni ravi qəsdən hədisə nəyisə əlavə edərsə, bu yalançılıqda ittiham olunur və 
belə hədis də müdrəc deyil, müddəllis adlanır. 
 
5.
10.əl-Məşhur 
Məşhur “şöhrət” sözündəndir. Hədis elmindəki mənası isə hədis əhlinin yanında 
yayğın olan, onlardan daha çox rəvayət edilən və həmçinin, bütün kitablarda və çoxlu 
ravilər tərəfindən rəvayət olunan hədisdir.
898
 
Məşhur hədis adından da göründüyü kimi, hər kəs yanında məşhur olan hədisə 
deyilir.  Yəni  bu  qrup  hədislər  həm  hədisşünaslar,  həm  fəqihlər,  həm  təfsirçilər 
yanında  şöhrət  tapmış  hədislərdir.  Cəfər  Sübhani  bu haqda yazırdı:  “Əgər 
hədisşünaslardan başqasının yanında hədis məşhur olarsa, onun əsli yoxdur və o zəif 
qrupuna daxil olur.”
899
 
Alimin gəldiyi bu qənaətin bəlkə də, səbəbi budur ki, əgər, bir 
hədis  digər  qrupların  yanında  məşhur  olmasına  baxmayaraq,  gərək  hədisşünasların 
nəzərində tanınmış və tədqiq edilmiş olsun. 
Məşhur  hədisin  səhhətinə  gəldikdə  isə  demək  lazımdır  ki,  bu  qrup  hədislər 
səhih, həsən və ya zəif ola bilər. 
 
5.
11.əl-Qərib 
897
 
Geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulu-hədis və əhkamuhu, səh. 72; Haris Süleyman əd-Dari, Muhadarat fi 
ülumil-h
ədis, səh. 76; S. əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 195-204; T. Koçyigit, Hədis üsulü, səh. 128-
132 
898
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 72-73; S. S. Rəşadi, Hədis elmi, səh. 35 
899
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 72-73 
[236] 
 
                                                 

Qərib  hədis  rəvayətində  tək  bir  nəfər  ravi  olan  hədisdir.  Bu  hədisin  bir  neçə 
növü vardır: 
a)
 
İsnad və mətn baxımından qərib 
Bu  hədisin  rəvayətində  tək  bir  ravinin  rəvayət  etdiyi  mətnlə  tək  qalmasıdır. 
Bəzən  də  hədis  isnad  yönündən  qərib  olur.  Deməli,  qərib  hədisin  bu  növü  həmin 
hədisin ya sənədində, ya da mətnində ravinin tək qalması ilə ortalığa çıxan hədisdir. 
b)
 
İsnad baxımından qərib hədis  
Q
ərib  hədisin  bu  növü  adından  da  göründüyü kimi,  mətnlə  əlaqəsi  olmayıb, 
hədisin yalnız sənədində ravinin tək qalmasıdır. Məsələn, səhabədən bir qrup camaat 
tərəfindən rəvayət edilən hədis başqa bir səhabədən nəql edən bir tabeunun təfərrüdü 
ilə qərib olur. 
c)
 
Mətn baxımından qərib hədis  
Bu  növdə  ravi  mətnin  rəvayətində  təfərrüd  etmişdir.  Sonra  da  ondan  toplum 
rəvayət  edir.  Bununla  da  hədis  məşhurlaşır.  Belə  hədisi  Tirmizi “Qəribül-məşhur” 
ünvanında  adlandırmışdı.  Çünki  belə  hədis  əvvəlində  qərib,  sonunda  isə 
məşhurlaşmışdı.  Bu  hədisə,  “Əməllər  niyyətə  görədir”  hədisi  misal  göstərilir. Bu 
hədis  əvvəlində  qəribdir,  çünki  onu  səhabədən  yalnız  Ömər  bin  Xəttab  rəvayət 
etmişdir.  Hədis  sonda  isə  məşhur  olmuşdur.  Həmçinin  imamlardan  (ə)  bu  səpgidə 
hədislər varid olmuşdur. Məsələn, “Camaat - Əbu Müfəzzəl - Əhməd bin İshaq bin 
Abbas  - 
atası - İsmayıl bin Məhəmməd - Əli bin Cəfər bin Muhəmməd - Musa bin 
Cəfərdən (ə) nəql edir: Əməllər niyyətə görədir.”
900
 
 
-L
əfzən qərib 
Ləfzən qərib hədis dedikdə hədisin mətnində çətin anlaşılan, mənası tam aydın 
olmayan və lüğətdə açıq-aşkar işlənməyən və ya az işlənən sözlərin olması nəzərdə 
tutulur.
901
  
مﻼّﺴﻟا ﮫﯿﻠﻋ ﷲﺪﺒﻋ ﻲﺑأ ﻦﻋ
 :
ﺔّﻨﺠﻟا قَﺮْﺒَﺘْﺳإ ﻦﻣ ﷲ هﺎﺴﻛ ًﺎﺑﻮﺛ ﺎﻨﻣﺆﻣ ﺎﺴﻛ ﻦﻣ
.
902
 
Yuxarıdakı tərifdən də məlum olduğu kimi, hədisin bu növündə Məsumdan (ə) 
rəvayət edilən hədisdə çətin başa düşülən və hamıya mənası bəlli olmayan sözlərin 
işlənməsidir.  Qərib  sözünün  mənası  da  “başa  düşülməsi  çətin”,  “qapalı”  və  “aydın 
olmayan” deməkdir. Buna görə də hədis elmlərinin  içərisində “Elmu qəribil-hədis” 
deyə  məşhur  olan  bir  elm  şöbəsi  vardır  ki,  bu  elmin  vasitəsilə  ləfzən  qərib  olan 
hədislər açıqlanır və izah edilir. 
H
ədisşünas alimlər “qəribül-hədis” mövzusunda kitablar yazmış və bu elmə çox 
böyük ön
əm  vermişlər. Onlar yazdıqları  bu  əsərlərində  qərib kəlmələrin izah və 
t
əfsirini vermiş, həmin kəlmələrin sinonimlərini qeyd etmişlər. 
M
ənbələrə  görə  bu sahədə  ilk  kitabı  Nəzr  bin  Şümeyl  (öl.203  h/q)  yazmışdı. 
B
əzilərinə görə isə, bu sahədə ilk əsər Əbu Übeydə Müəmmər bin Müsənna (öl.216 
900
 Hürr Amili, V
əsailüş-şiə, c. I, səh. 35, V bab, hədis № 15, Geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və 
əhkamuhu, səh. 74-75; Zeynüddin əl-Amili, ər-Riayə fi elmid-dirayə, səh. 107; T. Koçyigit, Hədis istilahları, səh. 114-
115; S. 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 180-182 
901
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 78; T. Koçyigit, Hədis istilahları, səh. 115 
902
 
Əllamə Məclisi, c. 71, səh. 381 
[237] 
 
                                                 

h/q), ondan sonra Əbu Übeyd əl-Qasim bin Səllam (öl.224 h/q), İbn Qüteybə, sonra 
is
ə, əl-Xəttabi yazmışdı.
903
 
İbn  Səllamın  yazdığı  əsərin  adı  “Kitabu  qəribil-hədis vəl-asar”dır.  Bunlardan 
sonra bu elm sah
əsində çoxlu əsərlər meydana gətirilmiş, onları İbn Əsir “Nihayətün-
nihay
ə”, Zəməxşəri, “əl-Faiq”, əl-Hərəvi isə “Qəribül-Quran” əsərlərində izləmişlərr. 
Bunlar yalnız əhli-sünnə məzhəbinə məxsus əsərlərdir. Şübhəsiz ki, şiə məzhəbində 
d
ə, bu sahədə dəyərli əsərlər meydana gətirilmişdi. Şiə məzhəbində bu sahədə yazılan 
ilk 
əsəri  Şeyx  Səduq Məhəmməd  bin  Əli bin Babaveyh əl-Qumi (öl.381 h/q) 
yazmışdı. Onun yazdığı bu əsərin adı “Məanil-əxbar”dır. Həmçinin bu sahədə dəyərli 
əsər yazanlardan biri də  Şeyx  Fəxrüddin bin Məhəmməd  ən-Nəcəfi  ət-Tərihi (öl. 
1080 h/q
)  olmuşdur.  Onun  yazdığı  əsərin  adı  “Qəribül-hədisil-xassə”dir. Həmçinin 
Əllamə  Seyid  Məhəmməd  ət-Təbatəbai  ət-Təbrizi (öl.1310 h/q) də  bu sahədə  əsər 
yazmışdı.
904
 
  
5.13. Mütt
əfəq aleyhi 
Əgər bir hədis üzərində  iki  hədisşünas  ittifaq edərsə, o hədis “müttəfəqun 
aleyhi”  adlanır.  Neə  ki, Buxari və  Müslüm  bir rəvayət üzərində  ittifaq ediblər. 
H
əmçinin  üç nəfərin ittifaq etməsi, məsələn, onlar birlikdə  Nəsai, yaxud Tirmizi 
h
ədisin nəqlində ittifaq edərsə, həmin hədis “müttəfəqun aleyhi” adlanır.
905
  
H
ədisşünaslara görə əgər imamların (ə) səhabələri bir rəvayəti İmam Sadiq (ə) 
v
ə ya İmam Baqirdən (ə) rəvayət etsələr, Zürarə bin Əyən, Məhəmməd bin Müslüm
B
ərid bin Müaviyə  və  ya onlar kimiləri həmin rəvayət “rəvayətül-füzəla” və  ya, 
“mütt
əfəqun  aleyhi”,  yaxud  da,  İmam  Sadiqin  (ə)  əshabları  arasında  “müttəfəq 
aleyhi”dir adlanır.
906
 
 
5.14.
əl-Müsəhhəf 
Müsəhhəf  “dəyişdirmək”  mənasındadır.  Həmçinin,  “kəlməni  yanlış  oxumaq” 
mənasında da işlədilir. Hədis elmindəki mənası isə mətn və ya isnadında bir kəlməsi 
və ya ravilərindən birinin adı xətalı olaraq söylənmiş və bu xəta ilə rəvayət edilmiş 
hədisdir.
907
 
Təshif (müsəhhəflik - xəta oxunuş və ya yazılış) bəzən hədisin sənədində, bəzən 
isə mətnində ola bilər. Belə ki, mətndəki və ya isnaddakı bir kəlmənin şəkil və xətt 
yönündən  dəyişmədən  yalnız  bəzi  hərflərindəki  nöqtələrin  dəyişməsiylə  ortalığa 
çıxan  bir  hədis  növüdür.  Buna  aşağıdakı  sözləri  misal  göstərmək  olar: 
ﺪﯾﺮﺑ
  
 “
ﺪﯾﺰﯾ” kimi, ﺰﯾﺮﺣ “ﺮﯾﺮﺟ” kimi, ﻢﯿﺟاﺮﻣ “ ﺰﻣ
ا
ﻢﯿﺣ ” kimi təshif olunub (yalnış oxunub). 
Təshif  isnadda  daha  çox  özünü  göstərməkdədir.  Şəhid  Sani  yazırdı:  “Əllamə  rical 
kitablarında çoxlu isimləri təshif etmişdir. Hər kəs istəyirsə onun “əl-Xülasə” əsərini 
mütaliə  etsin.  Həmçinin  onun  “İzahül-iştibah  fi  əsmair-rüvvat”  əsərini  də  oxumaq 
903
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 115-116 
904
 H
əmin mənbə, səh. 76 
905
 H
əmin mənbə, səh. 22 
906
 H
əmin mənbə, səh. 76-77 
907
 H
əmin mənbə, səh. 77 
[238] 
 
                                                 

faydalı  olar.  Bu  iki  əsər  arasındakı  ixtilaflara  baxsın.  Artıq  Şeyx  Təqyüddin bin 
Davud onlardan çoxunu bəyan etmişdir.”
908
  
Həmçinin  təshif bəzən mətndə də olur. Buna misal, aşağıdakı hədis göstərilir:
 
لﻮﺷ ﻦﻣ ﺎﺘﺳ ﮫﻌﺒﺗا و نﺎﻀﻣر مﺎﺻ ﻦﻣ
 
“Hər kəs ramazanı oruc tutsa və ona altı gün şəvvaldan əlavə etsə...” 
Bu hədisdə keçən “sittən- 
ﺎﺘﺳ” sözü, bəzən “şeyən- ﺎﯿﺷ” kimi oxunmuşdur.
908F
909
 
Bəzi hədis alimləri, xüsusən də, İbn Həcər yazı şəklinin olduğu kimi qaldığını, 
yalnız  nöqtə  dəyişməsiylə  bir, yaxud  bir  neçə  hərfin  dəyişməsi  halında,  o  ibarə 

səhhəf, şəkil dəyişikliyinə uğramış kəlməyə isə, mühərrəf adını vermişdir. Buna 
misal aşağıdakı ibarələr göstərilə bilər: 
دﺮﺒﻟا ﺔﺒﺟ və دﺮﺒﻟا ﺔﻨﺟ kəlmələri “əl-Burd və əl-Bərd” kimi oxunarsa, mühərrəf olar. 
Məsələn, 
طﺮﻔﻣ  وا  طﺮﻔﻣ  ﺎﻣا  ﻞھﺎﺠﻟا  (əl-cahil  imma  müfrit  əv  müfərrat).  Bu  cümlədəki 
“mü
frit” sözü, təşdidli və ya təşdidsiz oxunduğu üçün, mühərrəf olmuşdur. 
 
5.15.
əl-Ali sənədən 
əl-Ali  hədis  o  hədisə  deyilir  ki,  onun  sənədində  Məsuma  (ə)  qədər  vasitə 
azdır.
910
  
Şübhə  yoxdur ki, Ali isnad xəbərin nəql  olunmasında  vasitənin  az  olmasıdır. 
Onunla x
əta və şəkk-şübhə azalır, bunun əksi olduqda xəta və şəklər çoxalır. Bəli, bu 
isnadın  aliliyi  xəbərin üstünlüklərindən və  məziyyətlərindəndir.  İsnadın  aliliyinin 
t
ələb olunması  əksər sələf alimləri  yanında  sünnət idi. Onlar bunun üçün  ən uzaq 
ölk
ələrə  səfərlər  etmişlər. Hətta  əshabımızdan  Ali hədislər  haqqında  kitablar 
yazmışlar ki, bunlar da, “Qərbül-isnad” adı ilə tanınır. O əsərlərdən birinin müəllifi 
Abdullah bin C
əfər əl-Hümeyridir.
911
 B
əzən Ali isnad hədisşünaslar dairəsində özünə 
yer el
əmiş və hədis tədlis edənlərin tamahına səbəb olmuşdur. 
 
5.16. 
əş-Şazz 
M
əşhur hədisin əksinə və müqabilinə uyğun olaraq nəql olunan hədis şazz hədis 
adlanır.
912
 
Şazz  sözü,  lüğətdə  “tək olmaq”, “naqis olmaq” və  s. mənalarda  işlədilir. 
Terminoloji m
ənasından  da  göründüyü kimi,  rəvayətində  məşhur  hədisin önündə 
r
əvayət olunan və bu rəvayətində də tək qalan hədisdir. Ən çox qəbul edilən görüş 
budur  ki,  şazz hədis həmçinin  məhfuzdur (daha məqbul olan ravinin rəvayəti), bu 
əgər ravi siqə  (etibarlı) olarsa belədir, yox əgər ravi siqə  olmazsa, o hədis münkər 
olur. 
Şazz  hədisin qəbul  olunması  haqqında,  müxtəlif  görüşlər  vardır.  Onlardan 
b
əzilərinə  görə  əgər ravi siqə  (etibarlı) olarsa, qəbul edilər,  bu  şərtlə  ki, qaydalar 
ç
ərçivəsində gözdən keçirilsin.
913
 
908
 
ər-Riayə fi elmid-dirayə, səh. 109-110 
909
 C
əfər Sübhani, Üsulul-hədis, səh. 77 
910
 H
əmin mənbə, səh. 78 
911
 H
əmin mənbə, səh. 79 
912
 H
əmin mənbə, səh. 81; S. S. Rəşadi, Hədis elmi, səh. 35 
913
 H
əmin mənbə, səh. 81 
[239] 
 
                                                 

B
əziləri isə şazz hədisi onun əksikliyinə görə rədd etmişlər. Güclü görüş budur 
ki, o, s
əhhətinə görə məşhurdan ayrıdır.  
Şazz hədis haqqında olan təriflər onu göstərir ki, bu qrup hədislər haqqında iki 

rüş  vardır  ki,  o  görüşün  biri,  şazz hədisi məqbul, digəri isə  qeyri-məqbul hesab 
edir. H
ər iki görüşü mülahizə edən Cəfər Sübhani yazırdı: “Seçim budur ki, həqiqətən 
şazz məşhurun müxalifidir, onunla qədimdə fətva veriblər, amma, höccət olmayaraq. 
Bu s
əhih olan hədisə  aiddir. Biz  bunun dəlillərini xəbəri-vahid bölümündə  qeyd 
etmişik  və  indi də  bəyan  edirik  ki,  şazz hədis  məqbuldur.  Ömər bin Hənzələ  və 
başqalarının  təriqi ilə  gələrsə  mütləq qəbul  olunur.  Şüzuz  səhihliyə  mənfi təsir 
göst
ərmir, onun mənfiliyi höccətədir (yəni,  şazz  hədis məqbuldur səhih olduqda, 
amma höcc
ət deyil).
914
 
 
5.17. 
əl-Müsəlsəl 
Müs
əlsəl hədis o hədisə deyilir ki, onun sənədində olan ravilər eyni hala və eyni 
sif
ətlərə malik olsun, ravilər həmin əlamətlərlə digərlərindən ayırd edilir.
915
 
Müs
əlsəl özünü bəzən ravidə, bəzən də rəvayətdə göstərə bilər. Bunu izah edən 
C
əfər  Sübhani  yazırdı:  “Raviyə  gəldikdə, bu, onlardan hər birinin rəvayət  zamanı 
ayaqda  olmaları,  yaxud  yerimələri,  yaxud  oturmaları  və  yaxud da  bunun kimi 
olmalarıdır.  Bu  rəvayətin  nəql  olunması  halında  ravilərin birləşdiklərində  sayılır. 
B
əzən də onlarda söz və hərəkət toplanır, necə ki, deyilmişdir: “filankəs mənimlə əl 
görüşdü və mənə rəvayət etdi.” Bu cümlələrdə bir söz toplanmışdı ki, bu da “mənimlə 
görüşdü” sözüdür və bu  hərəkətlə birgədir. Ustadın bu sözlərindən belə başa düşülür 
ki, müs
əlsəlin raviyə aid olması budur ki, bir ravi hədisi digər ravidən hansı formada 
alıbsa  sonrakı  ravi  də, o hədisi  o ravidən  o  formada  almış  olsun  və  bu  iş  sənədin 
sonunad
ək bu formada da davam etsin. 
Ravinin 
əlamətlərinə  aid olan müsəlsəlin biri də  budur ki, ravilərin  adları 
silsil
əvi olaraq bir olsun. Məsələn,  hamısının  adı  Əhməd olsun və  yaxudda 
babalarının adı, ya nəsəblərinin adı, ya ləqəblərinin adı bir olmuş olsun. Yəni, hədisin 
s
ənədində olanların hamısının adı birdir, ya bir şəhərə mənsubdurlar, yaxud da, ata 
oğuldan rəvayət edərək bu iş sənəd boyu davam etmiş olsun. 
R
əvayətdə  olan təsəlsülə  gəldikdə, bu bütün sənəddə  əda  forması  eyni olan 
h
ədisdir. Necə ki, deyilər: “filankəsdən eşitdim və ya filankəs mənə xəbər verdi.”
916
 
Bu o dem
əkdir ki, rəvayətin sifətində “samitu” və ya “əxbərəni” və s. bu kimi rəvayət 
formaları  verilir.  Bu  hədisə  Cəfər  Sübhani  Şeyx  Səduqun “əl-Xisal”  əsərindəki bu 
h
ədisi misal çəkir:  “İmam  Rza  (ə) dedi: h
əddəsəni  əbi: Musa bin Cəfər (ə) dedi: 
h
əddəsəni əbi: Cəfər bin Məhəmməd (ə) dedi: həddəsəni əbi: Məhəmməd bin İmam 
Əli (ə)  dedi:  h
əddəsəni  əbi:  Əli  bin  Hüseyn (ə) dedi: həddəsəni  əbi: Hüseyn bin 
İmam Əli (ə) dedi: h
əddəsəni əxi: Həsən bin İmam Əli (ə) dedi: həddəsəni əbi: Əli 
914
 h
əmin mənbə, səh. 82 
915
H
əmin mənbə, səh. 82 
916
 h
əmin mənbə 
[240] 
 
                                                 

bin  Əbi  Talib  (ə)  dedi:  Peyğəmbər (s) dedi: “Mən və  Əli eyni nurdan 
yaradılmışıq.”
917
 
Bu h
ədisdən bir daha məlum olur ki, hədisin sənədində əda formalarının hamısı 
birdir v
ə müsəlsəldir. 
 
5.18.
əl-Məzid 
M
əzid hədis o hədisə deyilir ki, onun mətnində və ya sənədində artıqlıq olsun. 
M
ətnə  gəldikdə  onda  artıq  kəlmənin rəvayət  olunmasıdır  ki,  o  mənanı  ehtiva  edir. 
S
ənəddə  olan  artıqlığa  (ziyadlıq)  gəldikdə,  isə  üç  ravi  isnadı  ilə  rəvayət edilən, 
dördüncü ravinin is
ə ona artırılaraq üç nəfərin arasına qoşulması ilə meydana gələn 
h
ədisdir.
918
 
Bu t
ərifdən də başa düşüldüyü kimi, məzid sözü artıq olan mənasını ifadə edir 
v
ə  hədis elmində  də  hədisin mətn və  ya sənədində  ravilər tərəfindən hədisə  nəinsə 
əlavə edilməsidir. Amma mətnə olunan bu əlavə mətnin ümumi mənası ilə ziddiyyət 
t
əşkil etməməli, əksinə onun məna axınına uyğun olmalıdır. Həmçinin sənədə əlavə 
olunan ravi d
ə hədisin sənədində olan ravilər tərəfindən tanınan olsun. Əlbəttə ki, bu 
m
əzid hədisin şərtlərindən deyildir.  
M
əzid hədisin məqbul  olmasına  və  ya məqbul  olmamasına  gəldikdə,  şiə 
m
əzhəbinə  görə  ravilər  etibarlıdirsə, məqbuldur. Bu barədə  Cəfər  Sübhani  yazırdı: 
“M
ətndə  olan artıqlığı  (ziyadəyə) gəldikdə  o məqbuldur,  bu  şərtlə  ki,  artıqlıq  siqə 
(
etibarlı) ravilər tərəfindən baş vermiş olsun.”
919
  
Əvvəldə  qeyd  olunduğu  kimi  sənəddə  olan  artıqlıq  ravinin  sənədə  digər ravi 
əlavə  etməsi və  bu  yolla  da  onu  başqasına  ötürməsidir. Sənəddə  olan  artıqlığa 
g
əldikdə, bu növ məzid hədis də məqbul sayılmışdır. Bunun şərti də budur ki, etibarlı 
ravi t
ərəfindən rəvayət edilmiş olsun. Cəfər Sübhani yazırdı: “O məqbuldur, əgər siqə 
ravi t
ərəfindən nəql olunarsa.
920
 
 
5.19. 
əl-Müxtəlif 
Müxt
əlif  hədisin belə  adlanması  onun  digər bir hədislə  ölçülə  bilməsinə 
gör
ədir.
921
 Bu t
ərifdən belə  başa  düşülür  ki, müxtəlif hədis iki hədisin zahirən bir-
birin
ə zidd olması, lakin bu ziddiyyətin müəyyən bir ölçü əsasında ölçülüb ziddiyyətli 
h
ədislərin birinin digərinə  nisbətən olan  doğruluğunu ortalığa qoymaqdır. Məsələn, 
“Əgər su az miqdara çatmışsa, çırkinliyi aradan aparmaz” hədisi ilə “Allah suyu pak 
yaratmışdı, onu heç bir şey murdarlaya bilməz, yalnız rəngi, iyi və dadı dəyişməzsə” 
h
ədisi  arasında  zahirən ziddiyyət  görünür.  Lakin  bunların  arasında  bir  uyğunluq 
vardır. O da bundan ibarətdir ki, suyun azı da çoxu da pakdır. Amma onların murdara 
yetişib napak olması fərqlidir. 
 H
ədisdə olan müxtəliflik (ziddiyyət) haqqında Şəhid əs-Sani deyir: “İki hədisdə 
olan ziddiyy
ət zahiri mənadadır, sanki onların arasında uyğunluq mümkün deyildir.” 
917
 
Şeyx Səduq, əl-Xisal, səh. 31 
918
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, s. 84 
919
 H
əmin mənbə, səh. 84; Zeynüddin əl-Amili, ər-Riayə fi elmid-dirayə, səh. 111 
920
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 85 
921
 H
əmin mənbə, səh. 85 
[241] 
 
                                                 

Müxt
əlif hədis hədisşünaslıq elmində çox mühüm mövzulardan olub, bütün üsul 
aliml
ərinin baş vurduqları əsas hədis növlərindəndir. Həqiqətən də iki bir-birinə zidd 
r
əvayət  olunan hədisin çözülməsi və birinin digərinə nisbətən səhih olmasını ortalığa 
çıxarmaq mühüm bir əməldir. Belə olan halda üsul alimləri nə etməlidir sualı ortalığa 
çıxır. Bunun üçün üsul elminin qarşısında duran ilk məsələ cərh və tədil prinsipindən 
çıxış  etmək  və  bunun vasitəsilə  sözü uzatmadan hədisin birini digərindən üstün 
tutaraq haqqında səhihlik hökmünü verməkdir. 
Müxt
əlif hədis növünü öyrənən  xüsusi  elm  vardır  ki,  buna  da  hədis elmində 
“Elmu  müxt
əlifil-hədis” deyilir. Bu haqda çoxlu əsərlər meydana gətirilmişdir.  Bu 
sah
ədə əsər meydana gətirən şəxs Şeyx Tusi (385-460 h/q) olmuşdur. O, bu sahədə 

əl-İstibsar”  əsərini təlif etmişdir. Həmçinin Nəcaşi və  Tusi hədis ixtilafı haqqında 
əsər yazanları qeyd etmişlər.
922
 N
əcaşi adı çəkilən əsərində İbn Əbi Əmirin, Tusi isə 
Yunus 
bin Əbdürrəhmanın adını çəkmşdir. 
Nuri 
yazırdı: “Hədisdə olan müxtəliflik onun hökümünün tanıdılması ən mühüm 
növl
ərdən biri olub, bütün alimləri onu tanımağa vadar etmişdir. O iki hədisin bir-
birin
ə zidd olmasıdır məna baxımından. Onlardan biri digərinə ya uyğunlaşdırılır ya 
da biri dig
ərindən  üstün  tutulur.  Bu  mövzu  haqqında  İmam  Şafei  əsər  yazmışdı.” 
Sonra bu sah
ədə İbn Qüteybə əsər yazmış, pis və yaxşı şeyləri orada göstərmiş, lakin 
böyük ixtilafları tərk etmişdir.
923
 
 
5.20. 
ən-Nasix və əl-Mənsux 
N
əsx lüğətdə “silmək”, “aradan aparmaq”, “hökmünü qaldırmaq”, “batil etmək”, 
“pozmaq” v
ə s. bu kimi mənalarda işlədilir.
924
 Terminoloji m
ənada isə nəsx “Sabiq 
hökmü qaldırmaq onun yerinə isə digər bir hökmün qoyulmasıdır.”
925
 H
ədis elmində 
işlənən nəsx  sözsüz  ki,  qanun  qoyanın  (şəriət sahibinin) bir hökmə  əməl etməyin 
mümkünlüyünü, sonra is
ə  həmin  hökmün  aradan  qaldırılmasının  mümkünlüyündən 
b
əhs edir. Bu barədə “Şərhu məalimüd-din” əsərində yazılır: “Nəsxin caiz olmasında 
heç bir şəkk-şübhə yoxdur. Belə ki, şəriətin sahibi bir hökmün icrasına hökm edir, 
sonra is
ə onun faydasına və daha yaxşı olanına görə o hökmü ortadan qaldırır, bunun 
baş verməsində heç bir şübhə yoxdur. Necə ki, Allahın ayəsində gəlmişdir: “Üzünü 
M
əscidül-harama çevir”. Həqiqətən bu ayə namazın Beytül-müqəddəsə qılınmasını 
n
əsx etmişdir.
926
 
Dem
əli,  bu təriflər onu göstərir ki, nəsx dedikdə  Allahın  və  ya onun 
Peyğəmbərinin (s) bir hökmü yerinə yetirməyin vacib, daha sonra isə o hökmü batil 
ed
ərək onun  yerinə  başqa  bir  hökmün  qoyulmasının  mümkünlüyü  nəzərdə  tutulur. 
N
əsx mövzusu təkcə hədis elmində deyil, eyni zamanda da təfsir elmində öz əksini 
tapmış mövzulardandır. Belə ki, bu haqda Quran belə bəyan edir: “Biz h
ər hansı bir 
ay
ənin hökmünü ləğv  edir  və  ya onu unutdururuqsa, ondan  daha  yaxşısını, 
922
 N
əcaşi, ər-Rical, səh. 888; Tusi, əl-Fihrist, səh. 211 
923
 
ət-Təqrib vət-Təysir, c. II, səh. 175-176; Cəfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 86-87 
924
 
əl-Müncid, nəsx maddəsi 
925
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 87 
926
 
əl-Etimadi, Məalim, səh. 340 
[242] 
 
                                                 

Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin