Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   26   27   28   29   30   31   32   33   34

  
5.35. 
ən-Nass 
Nass 
lüğətdə  “dəlil”,  “şərt”, “ibarə”, “mətn” və  s. mənalarda  işlədilir. Hədis 
elmind
əki mənası isə “o açıq-aşkar dəlil olub bir mənada işlədilən bir termindir.”
962
 
Nass k
əlməsinə verilən bu tərifə görə o Məsumdan (ə) nəql olunan açıq-aşkar bir 
hökm
ə  dəlalət  edən hədisdir. Bu kəlmə  bir termin olaraq bütün üsul alimlərinin 
m
əşhur  bildikləri və  bu elm sahəsində  çox  işlək olan məfhumlardandır.  Çünki  bu 
terminin istilahi m
ənalarından da başa düşüldüyü kimi, həzrət Peyğəmbərin (s) və ya 
dig
ər Məsum imamın (ə) aydın kəlamıdır ki, hədis raviləri tərəfindən nəql olunaraq 
möt
əbər mənbələrdə  qeyd  olunmuşdur.  Üsul  alimlərinin nəzərinə  görə  nass  açıq-
aşkar dəlil olduğundan onun müqabildə dayanmaq böyük günah və bidətdir. Böyük 
İslam  alimi  Əllamə  Şərafəddin  Amili  yazırdı: “Nass dedikdə,  Allahın  kitabı  və 
Peyğəmbərin  (s)  sünnəsindən ibarət  olan  şəriət dəlilləri nəzərdə  tutulur ki, onlar 
hökml
ərin və  hədislərin bəyanında gəlib çatmışdır.  İstər müqavilə  və  peymanlarda, 
ist
ər ibadət işlərində, istərsə də  ictimai və  siyasi işlərdə qeyd olunan bu hökmlərin 
h
ədd-hüdudunu aşmaq olmaz.”
963
  
Fiqh üsulunda nassın müqabilində hərəkət etmək “əl-ictihad bi müqabilətn-nass” 
adlanır ki, bu da haram və batildir. 
 
5.36. 
əz-Zahir 
Zahir h
ərfən “açıq-aşkar görünən”, “üzdə olan” və s. bu kimi mənalarda işlədilir. 
H
ədis elmindəki mənasına gəldikdə isə Cəfər Sübhani yazırdı: “Zənni mənaya dəlalət 
ed
ən və bununla yanaşı, başqa bir mənaya da dəlalət edə bilən hədisə deyilir. Hansı 
ki, o k
əlmələrdə həqiqi mənalar da mövcuddur, məcazi mənalar da.”
964
 Mü
əllif deyir 
ki, bu h
ədis zahirən mücməl hədisin tərifinə bənzəyir. Doğrudur, əgər bu növ hədisdə 
959
 H
əmin mənbə, səh. 96 
960
 
geniş məlumat üçün bax: Ayhan Tekneşin, Hədis Problemləri əsərinə 
961
 
Şövkani Məhəmməd bin Əli, İrşadül-fühul, Beyrut, 1992, (nəşr: Şaban Məhəmməd İsmayıl), c. I, səh. 201-203 
962
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 96 
963
 
Şərafəddin Amili, ən-Nass vəl-ictihad, səh. 15 
964
 Abdullah 
əl-Maməqani, Məqabisül-hidayə, səh. 57; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 96 
[250] 
 
                                                 

d
ə əlamətlər olmasa mücməl hədisə oxşayar. Daha yaxşısı budur ki, zahir hədisə belə 
bir t
ərif verilsin: “Zahir budur ki, bu hədisi rəvayət edənin məqsədi aydın olsun. Biz 
üsula aid b
əhslərimizdə  isbat  etmişik  ki,  zahir hədis nass hədis kimidir və  burada 
r
əvayət edənlərin məqsədi açıqca ortalığdadır.”
965
 
 
5.37. 
əl-Müənnən 

ənnən hədis o hədisə  deyilir ki, ravi onu nəql edən zaman “ənnə” modal 
sözünd
ən istifadə etsin.
966
 “  
Buna misal olaraq 
“Bir  kişi  Peyğəmbərdən  (s)  soruşdu  (
ənnə  rəculən səələ 
N
əbiyyə)”:  
Hansı iş lap xeyrlidir.  
Peyğəmbər (s) dedi: “Yemək vermək və  tanıyıb-tanımadığın  kimsəyə  salam 
verm
ək.”
967
 
 
5.38. 
əl-Müəvvəl 

əvvəl o deməkdir ki, onun mənası əlamətlər vasitəsiylə açıqlanmış olsun.
968
 
 
5.39. 
əl-Mücməl 
Mücm
əl odur ki, onun mənası aydın olmasın və onda olan məqsəd bəlli olmamış 
olsun.
969
 
Bu t
ərifə görə, mənası aşkar olmayan mücməldir. 
 
5.40. 
əl-Mübəyyin 
Müb
əyyin mücməlin ziddidir. Hədisşünasların mücməl, mübəyyin, nass və zahir 
kimi terminl
ərdən uzun-uzadı danışmaları,  bunların kəlmələrin mütləq sifətlərindən 
olduqlarına görədir. İstər bunlar hədisdə olsun, istərsə də digər şeylərdə fərqi yoxdur. 
H
ədisin bunlarla əlamətlənməsi onları ehtiva etdiyindəndir.
970
  
 
 
 
 
 
 
 
 
 
 
 
965
 h
əmin mənbələr 
966
 Haris Süleyman 
əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 44 
967
 h
əmin mənbə 
968
 C
əfər Sübhani, Ülumul-hədis, səh. 97 
969
 h
əmin mənbə, səh. 97 
970
 h
əmin mənbə, s-97 
[251] 
 
                                                 

 
VI 
FƏSİL 
 
ZƏİF HƏDİSLƏRƏ MƏXSUS TERMİNLƏR 
 
6.1.S
ənədindəki qopuqluq (inqita) səbəbinə görə zəif hədislər 
 
1.
əl-Mürsəl 
Mürs
əl hədis rabitəsi qırılmış və sənəddəki ravilərin bəzisini bəzisinə bağlayan 
ravinin düşməsi nətincəsində meydana gələn hədisdir. Şəhid Sani yazırdı: “Məsumu 
görm
əyən, istər  tabeundan olsun istərsə  qeyrisi, kiçik olsun yaxud böyük, bir ravi 
düşsün yaxud çox hamısı bərabərdir. Həmçinin bu tabeunun vasitə olmadan birbaşa 
Peyğəmbərdən (s) rəvayət etdiyi hədisdir.”
971
 H
əmçinin mürsəl hədis belə  də  tərif 
edilmişdir: “Mürsəl odur ki, vasitə qeyd olunmasın, Məsumla (ə) görüşməyən şəxs 
ondan h
ədis rəvayət etsin. Həmçinin sənədin başında ravi qeyd edilərsə və sənəddə 
mübh
əmlik olarsa, yəni ravinin sənəddəki ravini unutması da belədir. Məsələn ravi 
dey
ərsə: “ən raculin ənis-Sadiq (ə)” və ya “səmitu ən b
əzi əshabiha ənis-Sadiq (ə).” 
Mürs
əl hədisin qəbul edilib-edilməməsi məzhəblər arasında ixtilaflıdır. Əllamə 
demişdir:  “Mürsələ  əməl etmək  qadağandır,  yalnız  ravinin  səhabələr  və  alimlər 

ərisində tanınmış ədaləti olarsa istisnadır. Buna misal Məhəmməd bin Əbi Ümeyrin 
mürs
əlini göstərmək olar. Belə ki, o, imamiyyədən olub və tanınmış bir zatdır.” 
H
əmçinin  Şeyx  Tusi  demişdir:  “Əgər ravi əshab içərisində  tanınmışsa,  onun 
yalnız  siqə  (etibarlı) ravilərdən nəql etməsi məlumdursa,  sənəddə  qopuqluq  və 
mübh
əmlik olsa da rəvayət məqbuldur. Həmçinin ravi əshab içərisində məruf olmasa 
da,  r
əvayəti məqbuldur, amma bunun  şərti vardır. O şərti budur ki, ona xilaf çıxan 
(müaraz
ə) olmasın. Belə olduqda o səhihdir və ona əməl olunur.”
972
 
Qeyd olunan t
əriflər onu göstərir ki, mürsəl hədis sənədində qopuqluq olan, yəni 
s
ənəddə yer almış ravilərin birinin və ya bir neçəsinin düşməsi yolu ilə nəql olunan 
bir h
ədis növüdür. 
 Mürs
əl hədisin qəbul olunub-olunmaması  və  ya höccət olub-olmaması 
ixtilaflıdır.  Bu  məqama toxunan Cəfər Sübhani yazırdı: “Mürsəlin höccət olub-
olmaması haqında aşağıdakı müxtəlif görüşlər vardır: 
I.
Mütləq məqbuldur. Bunu Məhəmməd bin Xalid əl-Bərqiyə nisbət verirlər. O, 
“əl-Məhasin”  əsərinin  müəllifi  Əhmədin  atasıdır.  Ehtimal  ki,  bu  nisbət  ikinciyədir, 
çünki birinci İmam Rza (ə) və İmam Cavadı (ə) görmüşdür. O, hicri 274 və ya 280-cı 
ildə vəfat etmişdir. 
II. 
Məqbul deyildir. Bu Əllamənin görüşüdür ki, onu “Təhzibül-üsul” əsərində 
qeyd etmişdir. 
III.
Məqbuldur. Əgər ravi bilsə ki, o, mürsəl olaraq rəvayət etmək məqsədində 
deyil.  Amma  gərək  vasitə  ədalətli  olsun,  Əbu  Ümeyrin  mürsəlləri  kimi.  Bu  əl-
Quminin görüşüdür. 
971
 Zeynüddin 
əl-Amili, ər-Riayə fi elmid-dirayə, səh. 136; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 107 
972
 
Şeyx Mustafa əl-Etimadi, Şərhu məalimid-din, səh. 335-336 
[252] 
 
                                                 

IV.
Əgər  ravi  bilsə  ki,  o  yalnız  etibarlı  (siqə)  olan  kimsədən  rəvayət  edir, 
onun 
rəvayəti məqbuldur. Bu şərtlə ki, onun müxalifi və ona etiraz edən olmasın və 
bu səhih sənədlərlə mümkündür. Bu isə Şeyx Tusinin görüşüdür. 
V.
ət-Təvəqqüf.  Yəni  mürsəl  hədisin  üzərində  dayanılan  və  ya  tərəddüd 
edilər.
973
 
Hədis alimləri mürsəl hədis üzərində müxtəlif görüşlər səsləndirsələr də, bunlar 
hamısı bir araya gətirildikdə məlum olur ki, bəzi müəyyən şərtlər çərçivəsində mürsəl 
hədisi məqbul bilmişlər. Məşhur görüş də budur. Çünki sənəddəki vasitənin düşməsi, 
yəni qopuqluğun əmələ gəlməsi elm yolu ilə araşdırılır, Məsuma (ə) vasitəsiz isnad 
vermə səbəbi araşdırılır və bunların nəticəsində onun məqbul olması məsələsi ortalığa 
çıxır. Necə ki, Şeyx Səduq “əl-Fəqih” əsərində çoxlu sayda mürsəl hədis nəql etmiş 
və demişdir: “İmam Sadiq (ə) demişdi.”
974
 
Mürsəl hədisə aşağıdakı hədis misal göstərilir: 
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﷲﺪﺒﻋ ﻲﺑأ ﻰﻟإ ﮫﻌﻓر ﺎﻨﺑﺎﺤﺻأ ﺾﻌﺑ ﻦﻋ ،رﺎﺒﺠﻟاﺪﺒﻋ ﻦﺑ ﷴ ﻦﻋ ،ﺲﯾردإ ﻦﺑ ﺪﻤﺣأ
 :
 ﺖﻠﻗ
ﮫﻟ
 :
لﺎﻗ ؟ﻞﻘﻌﻟا ﺎﻣ
 :
لﺎﻗ نﺎﻨﺠﻟا ﮫﺑ ﺐﺴﺘﻛاو ﻦﻤﺣﺮﻟا ﮫﺑ ﺪﺒﻋ ﺎﻣ
 :
ﺖﻠﻗ
 :
لﺎﻘﻓ ؟ﺔﯾوﺎﻌﻣ ﻲﻓ نﺎﻛ يﺬﻟﺎﻓ
 :
 ءاﺮﻜﻨﻟا ﻚﻠﺗ
 !
ﯿﻟو ،ﻞﻘﻌﻟﺎﺑ ﺔﮭﯿﺒﺷ ﻲھو ،ﺔﻨﻄﯿﺸﻟا ﻚﻠﺗ
ﻞﻘﻌﻟﺎﺑ ﺖﺴ
.
975
 
 
2.
əl-Münqəti 
Münqəti hədis o hədisə deyilir ki, onun isnadı müttəsil deyil və bu hansı surətdə 
olursa  olsun  heç  bir  fərqi  yoxdur.  Bu  Nurinin,  Xətibin  və  İbn  Əbdülbirrin  də 
görüşüdür.
976
 
Həmçinin  münqəti  hədis  ətbaüt-tabeundan  olan  bir  şəxsin  tabeunu 
atlayaraq birbaşa səhabədən nəql etdiyi hədis kimi də tərif edilmişdir.
977
 Buna misal 
olaraq Malik bi
n Ənəsin Abdullah bin Ömərdən rəvayət etdiyi hədisləri göstərirlər. 
Çünki  Malik  ətbaüt-tabeundan  olub  Abdullah  bin  Öməri  görməmişdir.  Həmçinin 
tabeunda
n əvvəl bir ravinin düşməsi və yaxud da sənəddə mübhəm bir şəxsin adının 
olması  da  münqəti  hədisdir  demişlər.
978
 
Bundan  başqa  münqəti  hədisi  belə  də  tərif 
edirlər ki, tabeundan və ya qeyrisindən qəvli və ya feli olaraq rəvayət edilən hədis 
münqətidir.
979
 
 
3.
əl-Mudal 
Mudal hədis  o növ hədislərdəndir  ki, onun sənədində birdən çox  ravi düşmüş 
olsun. Çünki Mudal qarışıq olan, qapalı olan mənasındadır.
980
 
Mudalın digər bir tərifi 
isə  belədir:  “Sənədinin  əvvəlində,  ortasında  və  yaxud  da  sonunda  iki  və  daha  çox 
ravini
n düşdüyü hədisdir.”  Bu  hədis Bəhaəddin Amilinin atasının tərifidir.
981
 Lakin 
973
 C
əfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 107-108 
974
 
əl-Qumi, Qəvaninül-üsul, c. I, səh. 478; ən-Nuri, Müstədrəkül-vəsail, c. III, səh. 718 
975
 Küleyni, Üsuli-kafi, c. I, s
əh. 13; Əllamə Məclisi, Miratül-əqil, c. I, səh. 32 
976
 bax: C
əfər Sübhani, Üsuli hədis və əhkamuhu, səh. 103 
977
H
əmin mənbə 
978
 C
əfər Sübhani, adı çəkilən əsəri; İbn Kəsir, İxtisaru ülumil-hədis, səh. 53 
979
 Nuri, 
ət-Təqrubu vət-təysir, c. I, səh. 171; Cəfər Sübhani, adı çəkilən əsəri 
980
 
Şəhid Sani, ər-Riayə fi elmid-dirayə, səh. 137 
981
 
Hüseyn bin Əbdüssəməd, Vüsulul-əxyar ilə üsulil-əxbar, səh. 108 
[253] 
 
                                                 

Bəhaəddin Amili isə bu növ hədisi belə tərif etmişdir: “Sənədinin ortasında bir ravi 
düşərsə münqəti, çox ravi düşərsə, o hədis mudaldır.”
982
 
 
4.
əl-Müəlləq 
Müəlləq hədis isnadının əvvəlində bir və ya bir neçə ravisi düşmüş hədisdir.
983
 
Müəlləq hədisin tərifi hər iki məzhəbdə eynidir. Burada diqqət yetiriləsi məqam 
vardır və o da bundan ibarətdir ki, müəlləq hədislər hər iki məzhəbdə zəif hədislər 
qrup
una  aid  olsa  da  şiə  məzhəbində  onun  eyni  zamanda  “əqsami-ərbəə”  arasında 
müştərək  hədis  növlərindən  hesab  olunması  mümkündür.  Bu  məsələyə  aydınlıq 
gətirən  Cəfər  Sübhani  yazırdı:  “Məlumdur  ki,  müəlləq  sənədin  başında  ravinin 
düşməsi ilə meydana gələn hədisdir. Bu növ hədislər “əl-Fəqih”, “ət-Təhzib” və “əl-
İstibsar”  əsərlərində  çoxluq  təşkil  edir.  O  əqsami-ərbəə  arasında  müştərək  olaraq 
işlədilən hədis növüdür. Ötən fəsildə xatırlatdığımız kimi, o əsərlərdə olan müəlləqi 
onlar üsul və kitablardan rəvayət etmişlər, yəni o müəlliflər ravinin düşməsini bilir və 
tanıyırdılar.  Amma  əgər  sənəddə  ravinin  düşməsi  və  kimliyi  məlum  olmasa,  o 
müəlləq  zəif  xəbər  çeşidlərindən  olacaqdır.  Bu  növ  hədislərdə  yerinə  görə  məqsəd 
güdülür.  Bunun  kimi  məvquf,  məqtu,  münqəti,  mudal  və  müəlləq  hədislər  yaxın 
mənalardadırlar.  Onları  yerinə görə  fərqləndirmək  lazımdır.  Buna  görə də oxucuya 
vacibdir ki, onları fərqləndirməyə çalışsın və onları bir-birinə oxşatmasın.”
984
 
Bun
u  da  qeyd  etmək  lazımdır  ki,  müəlləq  hədislər  Buxarinin  məşhur  “Səhih” 
əsərində  də  mövcuddur.  Bu  barədə  Talat  Koçyigit  yazırdı:  “Buxarinin  səhihinin 
müəlləq  hədislərin  başlıca  mənşəyi  olduğu  məlumdur.  Bu  mövzunu  ilk  ələ  alıb 
araşdıran və ona “təliq” deyə ad verən Əbülhəsən Dəraqutni (öl. 385 h/q) olmuşdur. 
Daha sonra eyn
i  adı  işlədən  Əbu  Abdullah  əl-Hümeydi  olmuşdur.  O,  “əl-Cəm 
beynəs-səhiheyn” əsərində bunu izləmişdir.
985
 
 
5.
əl-Müdəlləs 
Müdəlləs  “tədlis”  sözündən  olub,  hərfən  “malın  eybini  müştəridən  gizlətmək” 
mənasında işlədilir. Hədis elmindəki mənasına gəldikdə isə, hədis qaynaqlarında bu 
növ hədislər üç çeşiddə incələnir: 
A). 
Ravinin  görüşdüyü  və  ya  müasiri  olduğu,  lakin  onu  eşitmədiyi  şəxsdən 
rəvayət  etməsi,  bu  hal  ilə  ki,  sanki  elə  zənn  edir  ki,  rəvayətini  ondan  eşitmişdir. 
Məsələn, belə deyə: “filankəs dedi.” 
B). 
Ravinin  şeyxi,  hansı  ki,  ona  rəvayət  edib  düşmür  və  deməli,  sənədin 
əvvəlində tədlis baş vermir. Amma ondan sonrakı zəif raviləri yaxud kiçik yaşlıları 
(sənəddən) düşürür və belə hədisdən ravilərin düşməsi hədisi (sanki) gözəlləşdirir. 
C). 
Şüyux tədlisi. Bu ravinin öz şeyxini bilinməyən və ya tanınmayan adla və ya 

nyə ilə adlandırması ilə ortalığa gələn hədisdir.
986
 
 
982
 
əl-Vəcizə, səh. 3 
983
 
ən-Nuri, ət-Təqribu vət-təysir, c. I, səh. 181 
984
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 105-106 
985
 H
ədis üsulu, səh. 66; Fuad Sezgin, Buxarinin qaynaqları, səh. 83 
986
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 115; ən-Nuri, ət-Təqrub vət-təysir, c. I, səh. 186 
[254] 
 
                                                 

6.2.Ravid
əki cərhin olmasına görə zəif hədislər 
M
əlumdur ki, ravidə “mətainu aşara” (on pis söz) deyə məşhur olan sözlərdən 
biri v
ə ya bir neçəsi olarsa, o ravinin rəvayət etdiyi hədis zəif olacaqdır. Bu qrupa aid 
olan h
ədis çeşidləri aşağıdakılardır: 
 
1.
əl-Mövzu 
Mövzu h
ədis o hədisə  deyilir ki, o hədis  yalan,  uydurulmuş  və  qondarma 
olsun.
987
 Bu növ h
ədislər əslində hədis deyildir. Onlar sadəcə olaraq Məsumların (ə) 
adlarına uydurulmuş bir qrup sözlərdir ki, sanki onları Məsumlar (ə) söyləmişlər. Zəif 
h
ədislər içərisində  ən  aşağı  yeri  mövzu hədislər tutur.  Çünki bu növ hədislərin 
M
əsumun (ə) hədisləri ilə  heç bir əlaqəsi  olmayıb,  yalnız  bir  qrup  yalançı  ravilər 
t
ərəfindən  uydurulmuş  hədislərdir. Ravilərin isə  Məsumların  (ə)  adlarına  hədis 
uydurmalarının səbəblərini isə gələn fəsildə aydınlaşdıracağıq. 
Z
əif hədisin ən aşağı dərəcəsi olan mövzu hədis qondarma bir şey olduğundan 
onun hökmün
ə əməl edilməz və heç vaxt höccət sayıla bilməz. Mövzu hədislər hər iki 
m
əzhəbdə pisləndiyindən alimlər daim onun tədqiqatı ilə məşğul olmuş və belə növ 
h
ədisləri üzə  çıxararaq  xalqa  tanıtmışlar.  Mövzu  hədislərə  aid  aşağıdakı  bir  neçə 
h
ədisi misal göstərmək olar: 
-
“Ağ  xoruz  mənim dostumdur və  dostumun  dostudur.  Onun  düşməni mənim 
düşmənimdir.” 
-
“Allahın yanında üç etibarlı kişi vardır: Mən, Cəbrayıl və Müaviyə.” 
-“Allah v
əhyini göydə Cəbrayıla, yerdə də Məhəmməd (s) və Müaviyə bin Əbi 
Süfyana 
əmanət etdi.” 
-
Peyğəmbər (s) Müaviyəyə  bir ox verdi və  “bunu  Cənnətdə  mənə 
qaytaracaqsan” dedi. 
-
Əbu Bəkri sevmək bütün müsəlmanlara vacibdir, axirətdə  Allah insanlardan 
ayri 
olaraq Əbu Bəkrə xüsusi təcəlla edəcək.”
988
 
-
Əbu Bəkr və  Öməri hər kəs sevərsə, kimliyindən  asılı  olmayaraq  Cənnətə 
gir
əcək.”
989
 
-
Əbu Hüreyrə deyir: “Dünya səmalarında səksən milyon mələk vardir ki, bunlar 
Əbu Bəkri və  Öməri sevənlərin  əffi üçün dua edərlər.  İkinci  qat  səmadaki səksən 
milyon m
ələk də onlari sevməyənlərə lənət edərlər.”
990
 
-C
əbrayıl (ə) Peyğəmbərə (s) bir qələm verib dedi: “Allah buyurur: ey həbibim, 
m
ən bu qələmi uca ərşimdən Müaviyəyə  hədiyyə  edirəm, bu qələmi ona ver və 
bununla bir ay
əti-kürsi yazmasını istə…”
991
 
-
İmam Əli (ə) deyir: “Mən Peyğəmbərin (s) hüzurunda vəhy yazarkən Müaviyə 
g
əldi, Peyğəmbər (s) qələmi məndən alıb ona verdi, elə zənn etdim ki, bu ilahi bir 
əmrdir.”
992
  
987
 C
əfər Sübhani, üsuli-hədis və əhkamuhu, səh. 119; ən-Nuri, ət-Təqrib vət-təysir, c. I, səh. 231 
988
 
İbn Arraq, Tənzihüş-şəriət, c. I, səh. 345 
989
 h
əmin mənbə, səh. 347 
990
 h
əmin mənbə, səh. 348 
991
 Süyuti, T
əhzirül-xəvvas, c. I, səh. 414 
992
 
İbn Arraq, Tənzihüş-şəriət, c. II, səh. 19; Şövkani, Fəvaidül-məcmua, səh. 403 
[255] 
 
                                                 

H
ədis  alimlərinə  görə  bu hədislər  qondarmadır  və  Peyğəmbərin  (s)  adına 
uydurmadır.
993
 
 
2.
əl-Mətruk 
M
ətruk o növ hədislərə deyilir ki, onun ravisi yalançılıqda ittiham olunur və o 
h
ədisdə olmasa belə digər işlərdə də yalançı olan ravinin nəql etdiyi hədisdir.
994
 Bu 
növ h
ədislər  zəif hədis kimi dəyərləndirilir və  haqqında  rədd edilən hədis hökmü 
verilir. 
 
3.
əl-Mətruh 
Bu növ h
ədislər də mətruk hədislərin ümumi mənasını daşıyır və hətta mətruk 
h
ədisin eyni kimi tərif edilir. Hədis  qaynaqlarında da  bu növ hədislər zəif hədislər 
c
ərgəsində yer alır və “qəti dəlilə müxalif olan, yozum və izah qəbul etməyən və şazz 
h
ədislə eyniyyət təşkil edən hədis” kimi tərif edilir.  
 
4.
əl-Münkər 
Münk
ər inkar edilmiş mənasındadır. Hədis elmindəki mənası isə o hədisə deyilir 
ki, onun ravisi bir n
əfər və  qeyri-siqə  olsun.
995
 T
ərifdən də  aydın  olur  ki,  bu  növ 
h
ədislərin raviləri  etibarlı  olmadığından  və  həmçinin  etibarlı  bir raviyə  zidd olaraq 
r
əvayət etdiyindən onun rəvayəti  rədd  edilmişdir.  Böyük  Azərbaycan  hədisşünası 
Əbu Bəkr  Əhməd bin Harun əl-Bərdici bu növ hədis  haqqında  demişdir:  “Təkcə 
ravisind
ən gələn  isnaddan  başqa  hər  hansı  bir  yolla  mətni məruf olmayan 
h
ədisdir.”
996
 
 
5.
əl-Müəlləl 
Bu növ hədislərdən bəhs edən Cəfər Sübhani yazırdı: “Müəlləl iki anlamda başa 
düşülür:  Onlardan  biri  fəqihlərə  məxsusdur  və  o  da  budur  ki,  illət  hökmdə  ifadə 
olunmuş  olsun.  Məsələn,  içkinin  sərxoşedici  olması  səbəbilə  haram  olması  illəti 
(səbəbi) kimi. Həmçinin cümə qüslunun alınması qoltuq altında olan iylərin aradan 
qaldırılması səbəbinədir (illətidir). Burada olan illət səbəb mənasını ifadə edir və əsas 
məqsəddən xaricdir. 
İkinci mənada isə illət, hədisşünasların istilahında işlədilir. Onlar illət terminini 
mətnində  və  sənədində  gizli  anlaşmazlıq  olan  hədisə  şamil  edirlər.  Bu  da  onun 
etibarını zədələyir, onun zahiri sağlam görünür. Müəlləl illət sözündən götürülmüşdür 
və xəstəlik mənasındadır. Necə ki, birinci mənada səbəb, ikinci mənada isə xəstəlik 
mənasındadır. 
Müəlləlin  tanınması  və  onun  seçilməsi  hədis  elmlərinin  növlərindəndir  və 
onların şərəflilərindəndir.”
997
  
993
 
bax: İbn əl-Cəvzi, Mövzuat, II-III; Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 84; T. Koçyigit, Hədis 
üsulu, s
əh. 106; Əllamə Əmini, əl-Qədir, c. V, silsilətül-mövzuat fəsli 
994
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 95 
995
 S. S. R
əşadi, Hədis elmi, səh. 35 
996
 T
əvzihül-əfkar, c. II, səh. 45; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 164 
997
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 114 
[256] 
 
                                                 

 
6.
əl-Müdrəc 

drəc hədisi keçən fəsildə öyrənib tədqiq etdiyimizdən burada onun haqqında 
yalnız dediyimiz budur ki, bu növ hədislərə həm sənəddə, həm də mətndə əlavələr 
edildiyindən, həmçinin zəif ravinin siqə raviyə qarşı və yaxud da siqə ravinin daha da 
siqə raviyə qarşı nəql etməsi yoluyla meydana gələn hədisdir. Amma burada diqqət 
yetiriləsi  məqam  budur  ki,  şiə  məzhəbli  alimlərə  görə  ravi  qəsdən  deyil,  bilmədən 
hədisin  mətninə  və  ya  sənədinə  bir  şey  əlavə  etməsi  onun  heç  də  tam  zəif  olması 
demək deyildir. Ancaq ravi qəsdən bu işi edərsə, təbii ki, o, yalançılıqda ittiham edilir 
və rəvayəti rədd edilir. 
 
7.
əl-Məqlub 
Məqlub hədis odur ki, o məlum  yolla doğru-dürüst gəlsin,  amma bir ravi onu 
həmin yolla rəvayət etməmiş olsun. Bu hədisin nəql olunan yolunun (təriq) hamısına 
və  yaxud  da  bəzisinə,  yəni  onun  ricalının  hamısı  və  ya  bir  hissəsinin  yeri  digər 
ravilərlə dəyişmiş (məqlub) olsun.
998
 
 
8.
əl-Müztərib 
Müztərib o növ hədisə deyilir ki, o hədislər çoxdur, onun mətnində və sənədində 
ixtilaf  vardır.  Belə  ki,  bir  dəfə  bir  surətdə,  başqa  dəfə  isə  ayrı  bir  surətdə  rəvayət 
edilsin.  Həmçinin  bir  ravi  və  ya  çoxsaylı  ravi  tərəfindən  ixtilafın  ortaya  çıxması 
eynidir.
999
 
Qeyd etdiyimiz kimi, 
iztirab hədisin həm sənədində, həm də mətnində ola bilər. 
Sənəddə  olan  iztiraba  gəldikdə  bəzən  olur  ki,  ravi  hədisi  öz  atasından,  o  da 
babasından  rəvayət  edir.  Başqa  dəfə  isə  vasitəsiz  babasından  rəvayət  edir,  üçüncü 
dəfə isə digər üçüncü şəxsdən rəvayət edir. 
Mətndə  olan  iztiraba  gəldikdə  isə  bu,  hədisin  iki  müxtəlif  mətnlə  rəvayət 
edilməsidir.  Buna  misal  aşağıdakı  rəvayəti  göstərmək  olar.  Belə  ki,  bu  rəvayəti 
Küleyni  bir, 
Tusi  isə  digər  mətn  əsasında  rəvayət  etmişdir.  Küleyni  rəvayət  edir: 
“Əgər qan sağ tərəfdən xaric olarsa, o heyzdir. Yox əgər sol tərəfdən xaric olarsa, o 
yaradır.”
1000
 
Tusi isə rəvayət edir: “Əgər qan sol tərəfdən xaric olarsa, o heyzdir. Yox əgər 
sağ tərəfdən xaric olarsa, o yaradır.”
1001
 
Cəfər  Sübhani  yazırdı:  “Təəccüblü  burasıdır  ki,  Seyid  Əhməd  bin  Tavus 
“Buşra”  əsərinin  müəllifi,  bu  rəvayəti  tədlis  adlandırmışdır,  amma  bu  qəti olaraq 
tədlis  deyildir.  Bu  rəvayət  müztərib  hədisdir  ki,  onu  dirayə  alimləri  qeyd 
etməmişlər.”
1002
 
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin