Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   2   3   4   5   6   7   8   9   ...   34

1)
 
T
əkid: hədis (sünnə) hər hansı bir hökmə Quran kimi dəlalət edir, yəni hər 
yönü il
ə Quranın hökmünə uyğun bəyanat verir. 
2)
 
T
əfsir və  bəyan:  hədis Quranda keçən hər  hansı  bir  hökmü  hər  hansı  bir 
yönd
ən  açıqlayır, yəni orada olan mücməl  (mənası  gizli)  və  müşkül  (mənası 
d
ərkedilməz) mənaları izah edir. 
3)
 
T
əşri: Quranın hər hansı bir mövzuda hökm gətirmədiyi halda hədis (sünnə) 
bir hökm ortaya qoyur.
25
 
Dem
əli,  sünnəni (hədisi) inkar etmək  insanın  küfrə  düşməsinə  səbəb olur.  Bu 
haqda İman Sadiq (ə) buyurub: 
“H
ər kəs Məhəmmədin (s) sünnəsinə müxalif olsa, küfr etmişdir.”
26
 
21
 Ali-
İmran-7 
22
 Ali-
İmran-9 
23
 Riyazüs-salehin, c. I, s
əh. 17 
24
 h
əmin mənbə, səh. 252 
25
 
geniş məlumat üçün bax: Riyazüs-salehin, c. I, səh. 21-22; Prof. Dr. İ. Çakan, Hədis, səh. 199; Şafei, Risalə, səh. 91-
92 
26
 Biharül-
ənvar, c. II, səh. 509 
[10] 
 
                                                 

1.2.H
ədis elmində işlənən bəzi terminlərin izahı 
H
ədis elmində  bəzi terminlər  işlədilir ki, bunlar bu elmin təməl prinsiplərini 
t
əşkil  edirlər. Bu terminlərin  hər birinin lüğəvi  mənalarından  başqa  hədis elmində 
işlənən xüsusi mənaları da vardır. Həmin terminlər aşağıdakılardır: 
 
Hədis 
H
ədis lüğətdə “yeni”, “söhbət” və ya “xəbər” mənalarındadır. Hədis elmindəki 
m
ənası isə “Məsumun sözünü, hərəkətini və ya təqririni izah edən kəlməyə deyilir.”
27
  
H
ədis kəlməsi bir termin olaraq Qurani-kərimdə  bir  neçə  yerdə  müxtəlif 
m
ənalarda işlədilmişdir. Məsələn: 
1)
 
“Əgər  doğru  deyirlərsə, qoy onlar Quran kimi bir kəlam  (söz) 
g
ətirsinlər.”
28
 
Bu ay
ədə söz və ya kəlam mənasında işlədilmişdir. 
2)
 
“Musanın xəbəri sənə çatmışdı?”
29
. Bu ay
ədə xəbər mənasındadır. 
3)
 
“Rəbbinin sənə olan  nemətlərindən söhbət aç  (təbliğ et)”. Bu ayədə 
isə təbliğ etmək mənasındadır. 
Göründüyü kimi, h
ədis kəlməsi “təhdis” məsdərindən əmlə gəlib, ən çox “xəbər 
verm
ək” mənasındadır.  
B
əzi alimlərin hədis sözünə “yenilik” mənasını verməkdə məqsədləri bu sözün  
“q
ədim”  sözünün  ontonimi  olduğunu  bildirmək  olmuşdur.  Bunlar  qədim dedikdə 
Qurani-k
ərimi, hədis (yeni) dedikdə isə Rəsulu-əkrəmə (s) aid edilən şeyləri nəzərdə 
tutmuşlar.
30
 
Peyğəmbər (s) öz sözü haqqında danışarkən hədis kəlməsindən istifadə 
etmişdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, hədis sözünü sonralar bir termin 
olaraq Peyğəmbər (s) və Əhli-beytinə (ə) məxsus olması prinsipi elə məhz onların (ə) 
özl
ərinə  məxsusdur. Məsələn,  Peyğəmbər  (s)  öz kəlmələrinin  əzbərlənməsini 
müs
əlmanlara  tövsiyə  edərkən  buyurmuşdur:  “Ümmətimdən hər kəs  dini  işlərində 
ehtiyac  bildiyi 
qırx  h
ədis  əzbərləsə, Allah onu qiyamət günü fəqih  və  alim kimi 
dirild
ər.”
31
  
H
əmçinin,  biz bu prinsipi Əhli-beytin  (ə)  kəlmələrində  də  görürük. Məsələn, 
İmam  Sadiq (ə) buyurur:  “Hər  bir  şey  Allah  kitabına  və  (Peyğəmbərin)  sünn
əsinə 
isnad edil
ə  bilər  və  hər bir h
ədis  Allahın  kitabına  müvafiq  deyilsə,  uydurmadır 
(d
əyərsizdir).”
32
 
 
Sünn
ə  
Sünn
ə sözü lüğətdə “pis və yaxud bəyənilmiş yol” deməkdir. Hədis elmindəki 
m
ənası isə “Məsumun sözü, feli və ya təqriri” mənasındadır.
33
 B
əzi alimlər də sünnə 
sözünü “
Peyğəmbərin (s) yaşayış tərzi” kimi tərif ediblər.
34
 
27
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 
28
 Tur-7 
29
 Taha-9 
30
 Sübhi 
əs- Saleh, Hədis elmləri və Hədis istilahları, İstanbul, 1996, səh. 4  
31
 
Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4 
32
 
Əllamə Məclisi, Biharül-ənvar, c. II, səh. 478 
33
 C
əfər Sübhani, Üsulu hədis və əhkamuhu, səh. 19 
[11] 
 
                                                 

Sünn
ə kəlməsi lüğəvi mənada hədis sözündən fərqlənsə də, istilah baxımından 
h
ədis sözünün sinonimidir.
35
 Ümumiyy
ətlə,  hədis  alimləri  bəzi yerlərdə  hədislə 
sünn
əni bir-birindən fərqləndirsələr də, çox vaxt bu iki termini eynimənalı bilmiş və 
birini dig
ərinin yerində işlətmişlər. Amma sünnə sözü hədis sözünə nisbətən bəzən 
çox geniş anlam daşıyır,  Məsumun (ə) həm əməlini, həm sözünü, həm də  təqririni 
bildirir. H
əmçinin, sünnə Məsumların (ə) davranış üslublarını da ehtiva edir. 
H
ədis (və ya sünnə) aşağıdakı növlərə bölünür: 
-Q
əvli hədis (sözlü sünnə) - Məsuma (ə) aid kəlamdır. Məsələn, “Ey insanlar! 
M
əndən sonra hec bir peyğəmbər yoxdur. Mənim sünnəmdən sonra da heç bir sünnə 
yoxdur. H
ər kəs bunu iddia etsə,  onun  iddiası  bidətdir və  o  Cəhənnəmlikdir. Onu 
öldürün.”
36
 
-Feli  sünn
ə  (feli hədis)  -  Məsuma  (ə)  aid  davranış  və  hərəkətləri bildirir. 
M
əsələn, “Peyğəmbər (s) bir işi etdiyi zaman onu sağlam edərdi.”
37
  
-T
əqriri hədis (sünnə) - Məsumun (ə) hüzurunda başqaları tərəfindən söylənən 
sözl
əri, edilən hərəkətləri və ya ona çatan xəbərləri sükut ilə qarşılamasına deyilir.  
Bütün  qrupa aid olan h
ədislərin özünəməxsus  rəvayət  formulları  vardır. 
M
əsələn,  qəvli hədisin  rəvayət  formulu:  “qalə  Rəsulullah (s),  qalən-Nəbi  (s)”  və 
yaxud, “qal
ə Əli (ə)qaləs-Sadiq (ə)” kimidir. 
Feli h
ədisin rəvayət formulları “kanən-Nəbi (s)raeytun-Nəbiyyə (s)”dir. 
T
əqriri hədisin  rəvayət  formulları isə “fətəbəssəmən-Nəbi  (s)fədahikən-Nəbi 
(s)”  v
ə yaxudda Məsumun (ə) səhabəsinin sözünü təsdiq edərsə, məsələn, “sadaqa 
Salman
” (Salman doğru demişdi) təbirindən də istifadə edir.
38
 
 
Xəbər 
X
əbər  lüğətdə  hər  hansı  bir  şey  və  ya bir məsələ  ilə  əlaqədar nəql edilən 
m
əlumat mənasındadır və hədis elmində hədis sözünün sinonimidir.
39
 
 
Əsər 
Əsər  lüğətdə  “iz” deməkdir, istilahda isə  xəbər sözünün sinonimidir.
40
 B
əzi 
aliml
ər isə  əsəri “Məsumlardan  başqa  səhabə  və  tabeundan  gələn hədis” kimi tərif 
etmişlər.
41
 M
əşhur  alim  Nəvəviyə  görə  isə,  xəbər istər  Peyğəmbərin  (s), istər 
s
əhabənin, istərsə də tabeunun sözü olsun, hamısı əsərdir.
42
  
 
34
 
Prof. Dr. İsmayıl Çakan, Hədis, səh. 19 
35
 
Prof. Dr. İsmayıl Çakan, Hədis üsulu, səh. 26 
36
 Hürr 
əl-Amili, Vəsailüş-şiə, c. XVII, VII bab 
37
 S
əhihi-Müslüm, müsafirin-141 
38
 
geniş məlumat üçün bax: Ali Yardım, Hədis I-II, səh. 32-33 
39
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 
40
 
Ali Yardım, Hədis I-II, səh. 37 
41
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 20 
42
 
Ali Yardım, Hədis I-II, səh. 37 
[12] 
 
                                                                                                                                                                  

S
ənəd  
S
ənəd  lüğətdə  “dəstək,  dayanaq”  mənasındadır.
43
 H
ədis elmində  isə  “mətnin 
yoludur, y
əni bir ravinin digər bir ravidən  səhabəyə  qədər  rəvayət  etməsidir” kimi 
t
ərif  edilmişdir.
44
 
İsnad  termini  sənədi  qeyd  etməkdir. Həmçinin,  hədis  alimləri 

İsnad sənədə  şamil edilir və bu hədisin isnadı səhihdir və  ya zəifdir deyilir” kimi 
işlədirlər.
45
  
Ümumiyy
ətlə, tərifdən də göründüyü kimi, sənəd və isnad bir-birlərinin yerində 
işlədilir. Həmçinin,  son zamanlar kütlə  üçün nəzərdə  tutulan hədis  kitablarında 
h
ədislərin sənədləri qeyd olunmur. Amma hədisin səhih və ya zəif olduğunu bilmək 
üçün  şübhəsiz  ki,  onun  isnadını  (və  ya  sənədini) bilmək zəruridir və  bu  da  yalnız 
h
ədisşünaslara məxsusdur.  
 
M
ətn 
M
ətn lüğətdə “arxa, bel, kürək” və həmçinin, hər bir şeyin onunla dik durduğu 
v
ə onunla qüvvətləndiyi şey mənasındadır. İstilahi mənasına gəldikdə isə, alimlər ona 
bel
ə bir tərif verir. “Mətn hədisin sözüdür ki, hədis onun mənası ilə qüvvə tapıb. Bu 
da N
əbi  (s)  və  Məsum  imamların  (ə)  dedikləridir.”
46
 Dem
əli,  təriflərdən belə  başa 
düşülür ki, mətn hədisin əslini təşkil edir. Yəni hədis mətndən ibarətdir, sənəd isə o 
m
ətni rəvayət edən şəxslərin zənciridir. 
 
1.3.Q
aynağına görə hədisin növləri 
H
ədis alimləri hədisləri qaynağına və yaxud da  varıb dayandığı sonluğuna görə 
aşağıdakı qruplara bölüblər: 
 
M
ərfu hədis  
M
ərfu lüğətdə  “ucaldılmış”, “yüksəldilmiş” mənalarındadır.  Hədis elmində  isə 
P
eyğəmbərdən (s) gələn söz, feli, təqriri, vəsfi olan hər hansı bir hədisə deyilir.
47
  
 
M
əvquf hədis  
M
əvquf lüğətdə “dayanmış” deməkdir. İstilahi mənada isə səhabənin qəvli, feli 
v
ə oxşar vəziyyətlərinə dair rəvayət edilən hədisə məvquf deyilir.
48
  
H
ənəfilərdən Razi və  digərləri, Malik bin  Ənəs  və  Əhməd bin Hənbələ  görə 
m
əvquf hədis höccətdir  (dində  dəlildir).  Lakin  bəzi hənəfilərlə  yanaşı,  Məhəmməd 
bin İdris əş-Şafei isə məvquf hədisi höccət saymamışlar.
49
 
İmamiyyə alimlərinə görə 
d
ə məvquf hədis höccət deyil. 
 
43
 Arapça-türkce sözlük, “s
ənəd” maddəsi 
44
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18 
45
 H
əmin mənbə; Hüseyn bin Əbdüssəməd əl-Amili, Vusulül-əxyar ilə üsulil-əxbar, səh. 90 
46
 
Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 52; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18 
47
 
İ. Çakan, Hədis üsulu, səh. 115 
48
 
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42; Ali Yardım, Hədis I-II,  səh. 39 
49
 
İ. Çakan, Hədis üsulu, səh. 119-120 
[13] 
 
                                                 

M
əqtu hədis  
M
əqtu lüğətdə “kəsilmiş” deməkdir. Hədis elmində isə hər hansı bir tabeuna aid 
olunan söz, fel v
ə  ya təqrirə  deyilir. Həmçinin,  ətbaüt-tabeunun  da  söz, fel və  ya 
t
əqririnə məqtu hədis deyilir.
50
  
M
əvquf və  məqtu hədislərin höccət  olması  hədisşünaslar  arasında  ixtilaflı 
m
əsələlərdəndir. Bəzi alimlər yalnız Məsumlardan (ə) gələn hər hansı bir sözə hədis 
demiş, səhabə və tabeundan gələn sözlərə isə əsər adını vermişlər.
51
 
Əbu Hənifə hər 
üç qrupa aid h
ədis haqqında demişdir: 

Peyğəmbərdən  (s) gələn hədislərin  başımız  və  gözümüz üstündə  yeri  vardır. 
S
əhabələrdən gələnləri də  seçirik.  Tabeundan  gələnlərə  gəldikdə  isə,  onlar da 
ravidirl
ər, biz də raviyik”.  
 
Qüdsi h
ədis  
Qüds  lüğətdə  “paklıq”,  “təmizlik”, “müqəddəslik” mənalarındadır.  Hədis 
elmind
ə isə “Allahın peyğəmbərlərindən (s) və ya övsiyalarından (ə) birinə ecazkar 
şəkildə olmadan nazil etdiyi söz” kimi tərif edilmişdir.
52
  
Mövli 
əl-Kirmani “Kitabüs-saum”  adlı  əsərinin  əvvəlində  yazırdı: “Quran 
ecazkar bir k
əlmədir və  Cəbrayılın  (ə)  vasitəsiylə  nazil  olmuşdur,  Qüdsi  hədis isə 
ecazkar deyildir v
ə  vasitəsiz bildirilib. Buna görə  də  ilahi, rəbbani və  ya qüdsi 
adlandırılmışdır.” 
Əmir Həmudiddin “Fəvaid”  adlı  əsərində  Quranla qüdsi hədis  arasında  altı 
f
ərqin olduğunu gəstərir: 
1).Quran möcuz
ədir, hədisi-qüdsi isə möcuzə deyil. 
2).
Namazı Quransız qılmaq olmaz, namazda isə qüdsi hədis oxumaq olmaz. 
3).
Quranı inkar edən kafirdir, qüdsi hədisi isə inkar edən kafir olmaz. 
4).Quran C
əbrayılın (ə) vasitəsi ilə nazil olub, qüdsi hədislər isə vasitəsiz xəbər 
verilib. 
5).Quran l
əfzən Allahdan göndərilib, qüdsi hədisin ləfzi isə  Peyğəmbərə  (s) 
m
əxsusdur. 
6).Qurana pak olmayanlar toxuna bilm
əz, onu oxuya bilməz, qüdsi hədisə  isə 
pak olmayanlar da toxuna bil
ərlər. 
T
əriflərdən  göründüyü kimi,  qüdsi hədislər Allah tərəfindən heç bir vasitə 
olmadan  öz  peyğəmbərinə  və  imamlarına  ilham  və  ya yuxu vasitəsiylə  bildirdiyi 
x
əbərlərdir.  Əlbətdə  ki, qüdsi hədislərə  heç vaxt Quran ayələri deyilə  bilməz. 
M
əlumdur ki, Quranın sözlərinin həm mənası həm də ləfzi Allaha məxsusdur. Hədisi-
qüdsinin is
ə mənası Allaha məxsus olsa da, ləfzi Peyğəmbər (s) və ya digər Məsuma 
(
ə) xasdır.  
Qüdsi h
ədislər  hədisşünaslar  tərəfindən  ya  ayrı-ayrı  əsərlər  formasında,  yaxud 
da dig
ər hədis  kitablarında  ayrıca  bölüm  altında  toplanmışdır.  Həmin  əsərlərdən 
aşağıdakıları qeyd etmək olar: 
50
 
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42; Ali Yardım, Hədis I-II, səh. 39 
51
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 
52
 H
əmin mənbə, səh. 20 
[14] 
 
                                                 

1).M
əhəmməd  bin Hüseyn bin  Əli  Hürr  əl-Amilinin (h/q.1033-1104) “əl-
Ənvarül-səniyyə fi əhadisil-qüdsiyyə” adlı əsəri. Bu əsər Azərbaycan dilinə tərcümə 
edilib. 
2).Əbdürrauf  əl-Münavinin (öl.1031/1622) “əl-İthafatüs-səniyyə  bil-hədisil-
qüdsiyy
ə” adlı əsəri. 
3). M
əhəmməd əl-Mədəninin “əl-İthafatüs-səniyyə fil-hədisil-qüdsiyyə” əsəri. 
4). Əli əl-Qarinin “əl-Əhadisül-qüdsiyyə” əsəri. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
[15] 
 

I
I FƏSİL 
 
HƏDİSLƏRİN YAZILMASI PROBLEMİ 
 
2.1.H
ədislərin yazılması 
 (Kitab
ətül-hədis) 
H
ədislərin  yazıya  köçürülməsi bu elmin əsasını  təşkil edir. Buna bəzən 
“T
əqyidül-elm”, “Kitabətül-elm” də deyilmişdir.
53
  
İslamın zuhuru ərəfəsində ərəblər içərisində yazıb-oxumağı bilənlər az idi. Lakin 
İslam  dini meydana gəldikdən sonra Peyğəmbərin  (s) təkidi və  təbliği  nəticəsində 
yazıb-oxumağı  bilənlər bilməyənlərə  elm və  maarifi öyrədirdi. Həmçinin,  bu  işdə 
müharib
ələrdə əsir götürülmüş ziyalı müşkirlərin də elmindən istifadə edilirdi. 
H
ədislərin yazıya köçürülməsi İslam alimləri tərəfindən ixtilaflıdır. Belə ki, bir 
qrup aliml
ər hədislərin yazılmasını Peyğəmbər (s) tərəfindən qadağan edildiyini iddia 
ets
ələr də, digər qrup alimlər bu iddianı əsaslı dəlillərlə rədd etmişlər. 
 
a).H
ədis yazma yasağı  
B
əzi hədis alimlərinə görə, Peyğəmbər (s) ilk dövrlərdə hədislərin yazılmasını 
qadağan etmişdir. Bu iddianı irəli sürən alimlər Müslüm bin Həccacın Əbu Səid əl-
Xudrid
ən rəvayət etdiyi aşağıdakı hədisə isnad etmişlər: 
“M
əndən  heç  bir  şey  yazmayın.  Hər  kəs məndən  Qurandan  başqa  bir  şey 
yazmışsa, onu pozsun. Məndən hədis rəvayət edin, bunun bir qəbahəti yoxdur. Hər 
k
əs mənim söyləmədiklərimi mənə isnad etsə, Cəhənnəmdəki yerinə hazırlansın.”
54
  
Qeyd edil
ən bu hədisi doğru bilən alimlər onu belə izah edirlər: 
1). Müs
əlmanlar  yazını  yeni  öyrənirdilər və  yazılarında  çoxlu  xətalara yol 
verirdil
ər.  
2). Müs
əlmanlar kağız qıtlığına görə Peyğəmbərdən (s) eşitdikləri hədisləri bəzi 
vaxtlarda  “Müsh
əfi-şərif”  yarpaqlarının  boş  yerlərinə  yazırdılar. Bunu görən 
Peyğəmbər (s) Quran və hədislərin bir-birinə qarışacağından ehtiyat edərək hədislərin 
yazılmasını qəti şəkildə qadağan etmişdir.  
3).  Yazının  mükəmməl olmaması  və  yazı  yazanların  uşaq  olub  maarif 
sistemind
əki yetərsizlikləri.
55
   
Amma m
ənbələr daha obyektiv şəkildə araşdırıldıqda məlum olur ki, hədislərin 
yazılmasının  qadağan  olunması  yalnız  Peyğəmbərin (s) vəfatından  sonrakı  dövrə, 
daha  doğrusu  xəlifələr dövrünə  təsadüf edir. Belə  ki, görkəmli hədis  alimi  Zəhəbi 
“T
əzkirətül-hüffaz”  adlı  əsərində  yazırdı: “Xəlifə  Əbu  Bəkr  Peyğəmbərin (s) 
v
əfatından  sonra  insanları  bir  yerə  toplayıb  onlara  dedi:  Peyğəmbərdən (s) heç bir 
h
ədis rəvayət etməyin. Bu haqqda sizdən bir şey soruşsalar, belə deyin: bizimlə sizin 
53
 İsmayıl Çakan, Hədis Ədəbiyyatı, səh. 7  
54
 Səhihi-Müslüm, c. VIII, səh.  229. Bu hədis  İbn  Qüteybənin Təvili-müxtəlifil-hədis  əsərində, səh. 286; Dariminin 
Sün
ən əsərində c. I, səh. 98-də də qeyd edilmişdir. 
55
 
Ali Yardım, Hədis I-II, səh. 13-14 
[16] 
 
                                                 

aranızda  Allahın  kitabı  vardır.  Onun  halalını  halal,  haramını  da  haram bilin.”
56
 
H
əmçinin, Zəhəbi Peyğəmbərin (s) xanımı ummulmöminin Aişədən nəql edərək atası 
x
əlifə  Əbu Bəkrin  Peyğəmbərin (s) dövründə  yazdığı  500  hədisi  yandırdığını  adı 
ç
əkilən əsərində qeyd etmişdir.
57
 
Bundan 
əlavə Zəhəbi və digər görkəmli hədisşünas alimlər, o cümlədən Əllamə 
əl-Hindi xəlifə Ömər bin Xəttabın camaata hədislərin yazılmasını və nəql olunmasını 
qadağan etməsi haqqında məlumatları öz əsərlərində qeyd etmişlər.
58
 
Əllamə əl-Hindi 
x
əlifə Ömərin Əbu Hüreyrəyə: “Əgər hədis rəvayət etməyi tərk etməsən, səni mütləq 
Dus bölg
əsinə gödərəcəyəm” sözünü öz əsərində qeyd etmişdir.
59
 
Hakim Nişapuri “Müstədrək” əsərində Qərzə bin Kəbin belə dediyini nəql edir: 
“X
əlifə  Ömər bin Xəttab  biz  İraqa  yola  düşərkən  bizi  yola  saldı  və  belə  dedi: 
bilirsinizmi sizi niy
ə yola salıram? Dedik: bəli biz Peyğəmbərin (s) səhabələriyik, sən 
d
ə  bizimlə  birlikdə  gəlirsən. Dedi: getdiyiniz yerdə  Peyğəmbərdən (s) hədis  nəql 
etm
əyi azaldıb Qurandan danışın...”
60
  
Bütün bu deyil
ənlərdən  başqa  bəzi səhabələr  hələ  Peyğəmbərin (s) dövründə 
bel
ə, hədislərin yazılmasına etiraz etmişlər. Bütün qaynaqların verdikləri məlumatlara 
gör
ə, Peyğəmbər (s) can üstə olarakən kağız və qələm istəmiş lakin bəzi səhabələr 
ona  kağız  və  qələmin verilməsini  münasib görməmişlər. Bunun da nəticəsində 
Peyğəmbər (s) onların evi tərk etmələrini əmr etmişdir.
61
 
X
əlifə Osman bin Əffan da hədislərin yazılmasını əvvəlki xəlifələr kimi qadağan 
etmişdir. Belə ki, İbn Səd Məhəmməd bin Ləbiddən belə nəql edir: “Osman bin Əffan 
minb
ər üstündə olarkən ondan eşitdim ki, deyirdi: “Heç bir kəsə xəlifə Əbu Bəkr və 
x
əlifə  Ömərin dövründə  deyilmiş  hədislərdən  başqa  hədis rəvayət etməyə  icazə 
verilmir. X
əlifə Osman hətta mənə belə, hədis nəql etməyə mane olurdu.”
62
  
Əli  bin  Əbu  Talibin  (ə) dövründə  əvvəlki xəlifələrin hədislər üzərində 
qoyduqları  qadağa  da  aradan  götrülməmişdir.  Bunun  ən ümdə  səbəblərindən biri 
İmam Əlinin (ə) başının daxili münaqişələrə qarışması göstərilə bilər. 
 
b).
Hədislərin nəqli və yazılması 
H
ədislərin  yazılması  və  onun gələcək nəsillərə  ötürülməsi  haqqında 
Peyğəmbərdən (s) və  onun  Əhli-beytindən (ə)  kifayət qədər  hədislər  vardır. 
M
əlumdur ki, hədisləri əzbərləyib yadda saxlamaq hamıya xas olan bir əməl olmadığı 
kimi, onu 
əzbər bilənin də əbədi yaşaması mümkün olan iş deyildir. 
İslamın  ikinci  əsas  qaynağı  hesab  edilən hədisin  yazıya  köçürülməsi 
müs
əlmanların  ən ümdə  vəzifələrindən  biri  olmuşdur.  Çünki  hədislər vasitəsilə 
56
 Hafiz 
əz-Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 2 
57
 h
əmin mənbə, c. I, səh. 5 
58
 H
əmin mənbə, c. I, səh. 7;  Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291 
59
 
Əllamə Əli Müttəqi əl-Hindi, Kənzül-ümmal, c. I, səh. 291, hədis № 29472 
60
 
Hakim Nişapuri, Müstədrək aləs-səhiheyn, c. I, səh. 102, elm fəsli 
61
 S
əhihi-Buxari, c. IV, səh. 490, hədis № 229, c. IV, səh. 317, hədis № 872; Səhihi-Müslüm, c. III, səh. 454, hədis № 
1632; Əhməd bin Hənbəl, Müsnəd, c. I, səh. 293 
62
 
İbn Səd, ət-Təbəqatül-kübra, c. II, səh. 633 
[17] 
 
                                                 

müs
əlmanlar Qurani-kərimin izahına və şəri məsələlərin icrasına mükəmməl şəkildə 
vaqif olurlar. 
Ümumiyy
ətlə, əgər hədisin yazılmasını qadağan edən “hədislər” səhih olsa belə, 
onların əksini söyləyən hədislər daha çoxluq və mütəvatirlik təşkil etməkdədir. 
H
ədislərin yazılmasını qadağan edən xəbərlərə gəldikdə, bir çox İslam alimləri 
Peyğəmbərdən (s) belə  bir hədisin nəql edilmədiyini  əsaslandırmışlar.  Belə  ki, 
M
əhəmməd  bin  İsmayıl  bin  İbrahim  əl-Buxari (810-870)  Müslüm  bin Həccac 
Nişapurinin nəql etdiyi hədisi tənqid etmişdir. Buxari və digər hədisşünaslara görə, 
yuxarıda    qeyd  olunan  hədis  Peyğəmbərdən (s) deyil,  Əbu Səid  əl-Xudridən gələn 
m
əvquf hədisdir.
63
  
Möt
əbər qaynaqlarda Peyğəmbərin (s) öz  səhabələrinə onun sözlərini dinləyib 
öyr
ənmələri  haqqında  çoxlu  hədislər  vardır.  Həmçinin,  Həzrət  (s)  bu  işi  görənlərə 
çoxlu  dualar  etmişdir  və  hədisləri hifz edənin dünya və  axirət xeyrinə  nail  olması 
haqqında  hədislər söyləmişdir.
64
 
Peyğəmbərdən  (s)  eşidilən hədislər  səhabələr 
t
ərəfindən  qələmə alınmış və qorunaraq gələcək nəsillərə ötürülmüşdür. Bunu təsdiq 
ed
ən dəlillər  əlimizdə  kifayət qədərdir. Ümumiyyətlə,  Peyğəmbərin  (s) hədislərinin 
yazılmasını əmr edən dəlillərdən bir neçəsini göstərmək olar: 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin