Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Müst
əxrəc - mühəddisin hər hansı bir kitabın hədislərini, o kitabın müəliflərinin 
s
ənədləri ilə deyil, özünə çatan başqa sənədlərlə rəvayət etməsidir. 
260
 Müst
əxrəclərə 
misal olaraq Əbu Bəkr əl-İsmayılın “Səhihi-Buxari” üzərinə, Əbu Əvanənin “Səhihi-
Müslüm”  üz
ərinə,  Əbu  Əli  ət-Tusinin  “Sünəni-Tirmizi”  üzərinə  yazdıqlarını 
göst
ərmək olar.
261
 
Ərbəun  -  müəllifi  maraqlandıran  hər  hansı  mövzu  və  ya dəyişik  mövzularda 
toplanmış  qırx  hədisdən ibarət olan kitablara deyilir.
262
 
İlk  ərbəun müəllifi olaraq 
tanınan şəxs Abdullah bin əl-Mübarəkdir (öl.181 h/q). Bundan sonra da bu iş davam 
etdirilmiş  və  məşhur  hədisşünaslar, o cümlədən Dəraqutni, Hafiz bin Həcər  və  s. 
şəxslər bu ad altında əsərlər meydana gətirmişlər.
263
  
Möc
əm  -  səhabələrin  İslama ilk girənlərin,  şeyxlərin və  yaxud da ölkələrin 
adlarına görə hədislərin əlifba sırası ilə sıralandığı kitablardır.
264
 Möc
əmlər içərisində 
ən məşhuru Təbəraninin “Möcəmu-səğir, mütəvəssit və səğir” əsərləridir. 
 
b)
 
Diray
ə yönündən hədis elmi 
H
ədis elminin ikinci ən böyük və  ən mühüm hissəsi dirayə  baxımından hədis 
elmidir. Bu elmin t
ərifi  şübhəsiz ki, hədisşünaslar  tərəfindən  verilmiş  və  onun 
hüdudları göstərilmişdi. Ümumiyyətlə dirayə elminə aşağıdakı təriflər verilmişdir: 
“Diray
ə lüğətdə elm və diqqətlə oxumaq (mütaliə) mənasındadır… İstilahda isə 
bir elmdir ki, onun vasit
əsilə  hədisin mətni, onun sənədi, nəql  olma  yolları, 
s
əhihindən zəifi araşdırılır. Həmçinin, bu elmin vasitəsi ilə məqbul hədislər mərdud 
h
ədislərdən seçilib öyrənilir.”
265
 
Dig
ər hədis alimi Şeyx Bəhaəddin əl-Amili bu elmə belə tərif vermişdir: 
“H
əqiqətən onunla hədisin sənədi, mətni, onun keyfiyyəti öyrənilib  rəvayət 
edilm
əsi və nəql edilməsinin metodu öyrənilir.”
266
 
T
əriflərdən belə  məlum olur ki, dirayə  baxımından  hədis elmi rəvayət 
baxımından  hədis elmindən mövzusuna görə  fərqlənir. Belə  ki, bu elmin vasitəsilə 
M
əsumlardan (ə) nəql olunan hədislər, bu hədisləri nəql edən ravilər tam tədqiq 
edilir, s
əhihi zəifindən ayrılır və nəql etmə metodları göstərilir. Rəvayət baxımından 
h
ədis elmində  hədis  kitabları,  onların  müəllifləri,  hansı  dövrdə  yazılması  tədqiq 
edildiyi halda,  diray
ə  elmində  isə  bu kitablarda yer alan hədislərin mətn və  sənədi 
araşdırılıb tədqiq edilir. 
259
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232; Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 100-101 
260
H
əmin mənbələr 
261
 bax: həmin mənbələrə 
262
 İ. Çakan, Hədis üsulu, səh. 70 
263
 Həmin mənbə, səh. 278-279 
264
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232; S.əs- Salih, Hədis elmləri və Hədis istilahları, səh. 100 
265
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 14 
266
 Bəhaəddin əl-Amili, əl-Vəcizə, səh. 7 
[57] 
 
                                                 

Diray
ə baxımdan hədis elminə bəzən hədis üsulu və ya hədis istilahları adı da 
deyilir.    H
əmçinin bu elmə bəzən “ülumul-hədis” də deyilmişdir. Müasir dövrdə bu 
elm
ə hədis elminin metadologiyası da deyilir. 
 
c)
 
Diray
ə elminin meydana gəlməsi və bu sahədə ilk əsər yazan şəxslər 
M
əlum olduğu kimi, hədisləri tədqiq və təhlil etmədən İslamın ideologiyasına, 
onun 
əsaslarına  və  şəri hökmlərinə  dürüst  şəkildə  əməl etmək qeyri-mümkündür. 
Buna gör
ə də müsəlman alimləri nəql edilən hədisləri daha da dəqiqləşdirmək üçün 
üsul elmini yaratmış və bunun vasitəsilə məqsədlərinə nail olmuşlar. 
Üsul elminin n
ə vaxt meydana gəlməsi və bu sahədə ilk əsərin kim tərəfindən 
yazılması  hədis alimləri içərisində  ixtilaflı  məsələlərdəndir.  Amma  bu  ixtilafın 
olmasına baxmayaraq əksər hədisşünaslar bu elmin  tarixini Peyğəmbərin (s) dövrünə 
bağlayırlar. Belə ki, Peyğəmbərin (s) bu elm haqqında xüsusi bir buyruğu olmasa da 
özü haqqında yalana yer verilməməsini çox israr etmişdir. 
Bu elmin tarixin
ə nəzər saldıqda bizə məlum olur ki, üsul elminə aid olan bəzi 
m
əsələlər məhz  səhabələr dövrünə  aiddir. Çünki bəzi  səhabələr bir-birlərindən 
eşitdikləri hədisləri daha da dəqiqləşdirmək  üçün  eşitdiyi  kimsədən  şahid  tələb 
etmişlər. Bunun bariz nümunəsini biz xəlifə  Ömərin bəzi  insanların  çox  rəvayət 
etm
əsini  yasaqlamasında  və  hətta belə  şəxslərin  şallaqlanıb  həbsə  atılmasında 
görm
əkdəyik. Deməli, buradan belə anlaşılır ki, üsula aid prinsiplər səhabə dövründə 
meydana çıxmışdır. 
Bütün bunlara baxmayaraq h
ədisşünaslar hədis üsuluna aid bəhslərin sonradan 
meydana g
əlməsini və üsul elminə aid istilahların hicri IV və daha sonrakı əsərlərdə 
meydana çıxdığını qeyd edirlər. 
Bir  qrup  aliml
ərə  görə  dirayə  elminə  aid ilk əsəri  Əbu  Məhəmməd  bin 
Əbdürrəhman bin Həllad  ər-Rəmahürmüzü (öl.360/970)  yazmışdır.  Onun  yazdığı 
kitabın adı “əl-Mühəddisül-fasil beynər-ravi vəl-vai”dir.
267
 Lakin dig
ər alimlər dirayə 
elmin
ə aid ilk əsərin meydana kim tərəfindən gətirilməsində başqa alimlərin adlarını 
qeyd etmişlər. Belə ki, məşhur alim Cəfər Sübhani “Üsulul-hədis və əhkamuhu” adlı 
əsərinin müqəddiməsində  yazırdı:  “Həqiqətən  əshabımızdan  dirayə  elminə  aid ilk 
əsəri Cəmaləddin Əhməd bin Musa bin Cəfər bin Tavus (öl. 673 h/q) yazmışdır.”
268
 
Alim  sözünün  ardınca  yazırdı:  “O,  Əbdülkərim  bin  Əhməd  bin Musa bin Tavusun 
(öl.693  h/q
)  atasıdır.  Həmçinin  o,  Əllamə  Hillinin (öl.726  h/q) və  İbn  Davud  əl-
Hillinin (öl.707  h/q
)  ustadır.  O,  imamiyyə  məzhəbində  hədislərin bölgüsünə  aid 
istilahları (terminləri) qoymuşdur.” 
Dig
ər məşhur alim Seyid Həsən  əs-Sədr “Təsisüş-şiə”  adlı əsərində  isə dirayə 
elmin
ə  aid ilk əsərin Hakim ən-Nişapuri  (öl.405 h/q) tərəfindən  yazıldığını  qeyd 
ed
ərək belə yazırdı: “Həqiqətən dirayətül-hədisə aid ilk əsəri Əbu Abdullah Hakim 
ən-Nişapuri  əl-İmami  əş-Şii  olmuşdur.  O,  ilk  dəfə  olaraq bu elmə  aid  “Mərifətu 
ülumil-  h
ədis”  əsərini  yazmışdı. Onun bu əsəri  beş  cilddən ibarətdir və  əlli növ 
267
 İ. Çakan, Hədis üsulu və Hədis tarixi, səh. 406 
268
 səh. 9 
[58] 
 
                                                 

h
ədisdən bəhs etməkdədir. Onu İbn  əs-Salah təqlid  etmiş  və  altımış  beş  növ  hədis 
qeyd etmişdir.”
269
 
M
ənbələrin verdikləri məlumatlar ziddiyyətli olsa da, hər halda dirayə elminin 
q
ədimliyindən xəbər verir. Əgər bu elm haqqında ilk əsərin hicri IV (miladi X) əsrdə 
yazıldığını  qəbul etsək belə,  bu  işin  sonrakı  əsrlərdə  daha da təkamül həddinə 
çatdığını  görməkdəyik. Ümumiyyətlə  üsul elminə  aid  yazılan  əsərlər içərisində  ən 
m
əşhur olanları qeyd etmək əlbəttə faydalı olardı. 
1.
Əli bin Əbdülhəmid əl-Hüseyninin (öl.786 h/q), “Şərhu üsuli dirayətil-hədis” 
əsəri. Bu əsər haqqında görkəmli hədisşünas Seyid Həsən əs-Sədr “Təsisüş-şiə” adlı 
əsərində məlumat vermişdi. 
Şeyxüş-şəhid Zeynüddin əl-Amilinin (911-966 h/q) üç mühüm əsəri: 
2.
əl-Bidayə fi elmid-dirayə. 
3.
Şərhül-bidayə. Alim bu əsərini hicri 959-cu ildə tamamlamışdır. Bu əsər İslam 
al
əmində ən məşhur əsər olduğundan dəfələrlə təkrar çap edilmişdi. Bu əsər sonuncu 
d
əfə “ər-Riayə fi elmid- dirayə” adı altında çap edilmişdi. 
4.
Ğəniyyətül-qasidinə  fi mərifəti istilahatil-mühəddisin. Alim bu əsərinə 

Şərhül-bidayə”nin xatimə  hissəsində  diqqət yetirərək  demişdir:  “Hər kəs  aydın 
m
əsələlər ilə öz istəklərini təmin etmək istəyirsə, ona “Ğəniyyətül-qasidinə fi mərifəti 
istilahatil-müh
əddisin” kitabımızı məsləhət edirik. 
5. v
ə 6. Şeyx Həsən bin Zeynüddinin (öl.1010 h/q) “ət-Təhrirüt-Tavusi” əsəri ilə 
“Münt
əqəl-cəman” əsəri. Bu iki kitabda dirayə elminin əsaslarına aid çox məsələlər 
vardır. 
7.
Şeyx Hüseyn bin Əbdüssəməd  əl-Amilinin (öl.918-984 h/q)  “Vüsulul-əxyari 
il
ə üsulil-əxbar” əsəri. 
8. B
əhaədin əl-Amilinin (953-1030 h/q) “əl-Vəcizə” əsəri. Bu dirayə elminə aid 
çox qiym
ətli bir əsərdir. Bu əsəri Seyid Həsən əs-Sədr şərh etmiş və ona “Nihayətüd 
diray
ə” adını vermişdir. Bu əsər çap edilmişdi. 
9.
əs-Seyid  Mühəqqiq Mirdamədin (öl.1041 h/q)  “ər-Ravaşihüs-səmaviyyə” 
əsəri. Bu əsərdə dirayə elminə aid çox məsələlər öz həllini tapmışdır. 
Bu  adı  çəkilən kitablar dirayə  elminə  məxsus  kitablardır,  hansı  ki,  bunların 
hamısı hicri onuncu əsrdə və ya ondan bir az sonrakı dövrdə yazılmışdı. Bu əsərlər 
haqqında geniş məlumat almaq üçün Ağa Bozorg Tehraninin “əz-Zəriə ila təsanifiş-
şiə” əsərinin VIII cildinə müraciət etmək lazımdır. 
Bunlardan  başqa  Tahir  əl-Cəzairi (öl.1338/1919)  “Təvcihün-nəzər”,  Xətib  əl-
Bağdadinin  (öl.463/1071)  “əl-Kifayə  fi ilmir-rivayə”,  İbn  Salahın  (v.643/1245) 
“Ülumul-h
ədis” əsəri, Yəhya bin Şərəfuddin ən-Nəvəvinin (öl.676/1277) “ət-Təqrib 
v
ət-təysir  li  əhadisil-bəşirin-nəzir”,  Əbülfida  İmadəddin  İsmayıl  bin Kəsirin 
(v.774/1372) 
“İxtisaru  ülumil-hədis”,  Cəlaləddin  əs-Süyutinin (v.911/1505) 
“T
əqribür-ravi  fi şərhi təqribir-ravi”,  Şeyx  Cəmaləddin  əl-Qasiminin (v.1332/1914) 
“Q
əvaidüt-təhdis min fünuni müstəlahil-hədis” əsərini də qeyd etmək olar. 
269
 səh. 294 
[59] 
 
                                                 

H
ədis elmləri başlıca olaraq iki böyük elmə bölünməsinə baxmayaraq şübhəsiz 
ki, bunlar bir-birl
əri ilə sıx bağlı olan elmlərdir. Hədis elmləri içərisində ən mühüm 
elml
ərdən olan dirayə elminin özü də bir neçə elmə ayrılmaqdadır. Bu elmin hər biri 
h
ədisin müxtəlif sahələrini öyrənməklə  məşğuldur.  Həmin elmlər içərisində  ən 
m
əşhurları aşağıdakılardır: 
 
I. C
ərh və tədil elmi  
C
ərh sözü luğətdə yaralamaq, tədil isə ədaləti bəyan etmək mənasındadır. Hədis 
elminin bu şöbəsində hədisi nəql edən ravilərin qüsurları və ya məziyyətləri incələnir. 
Əgər cərh və  tədil  elmi  olmasa,  şübhəsiz ki, ravilərin  araşdırılması,  onların  fasiq 
olanını  ədalətli və  siqə  (etibarlı)  olanından  ayırmaq  qeyri-mümkün  olacaqdır. 
H
əmçinin ravinin tam şəkildə araşdırılıb ortalığa çıxarılmaması nəql olunan hədisin 
s
əhhətini də şübhə altına qoya bilər. Çünki hədisin səhih və ya zəif olması ravinin 
etibarlı (siqə) olub olmamasından da asılıdır. Buna görə də hədis alimləri elmin bu 
şöbəsinə  xüsusi önəm  vermişlər. Hakim ən-Nişapuri  bu  elm  haqqında  demişdir: 
“C
ərh və  tədil hədis elminin bir səmərəsi və  böyük ölçüdə  olan bir qoludur”.
270
 
Böyük h
ədis alimləri cərh və tədil elminin dəlilini Qurani-kərim və hədisi-şəriflərdə 
görürl
ər. Çünki Qurani-kərimdə  və  hədislərdə  xəbər verən  şəxslərin kimliyini 
aydınlaşdırmaq tövsiyə olunmuşdur. Belə ki, bu məsələ Qurani-kərimdə belə bəyan 
edilir: 
“Ey  iman g
ətirənlər! Sizə  bir fasiq xəbər gətirərsə,  onu  aydınlaşdırın.”
271
 
Peyğəmbər (s) isə hədislərinin birində buyurmuşdur: 

Elmi şəhadəti qəbul edilən kimsələrdən alın.” 
C
ərh və  tədil elminin mövzusundan  da  göründüyü kimi,  hər  hansı  bir  ravi 
haqqında mənfi və ya müsbət  fikir söyləmək çətin və məsuliyyətli bir işdir. Çünki 
İslam dinində hazırda olmayan şəxs haqqında danışmaq, yəni qeybət etmək qadağan 
olunmuş  əməllərdəndir. Amma burada məqsəd  qeybət yox, əksinə  dinimizin 
qo
runmasına  yönələn  bir  işdir.  Bunu  Tirmizi (öl.279/392  h/q) belə  açıqlamışdı: 
“H
ədisşünasları  birinin digərini cərhə  sövq edən  şey  bizə  görə  müsəlmanların 
yaxşılığını  istəməkdir.  Yoxsa  onların  müsəlmanların məqsədi  müsəlmanların 
qeyb
ətini  etmək  deyil… Cərh və  tədil alimləri dinə  olan  məhəbbətlrinəə  görə 
ravil
ərin əhvalını bəyan etmişlər.”
272
 
C
ərh və  tədil baxımından ravilər “m
ətainu  əşərə” (on pis söz) deyilən sözlər 
vasit
əsi ilə tənqid edilərək ayrı-ayrı sözlərlə dəyərləndirilir. Bu on sözün beşi ravinin 
ədalət sifətinə, digər beşi isə zəbt sifətinə yönəlir. Çünki hər bir ravidə olan sifətlər 
ədalət və zəbt deyə ikiyə ayrılmışdır. Mətainu əşərə aşağıdakılardır: 
 
A) 
Ədalət sifətinə aid olan sözlər: 
 
-
 
Kizbür-ravi 
270
 Mərifətu ülumil-Hədis, səh. 52 
271
 Hucurat-6 
272
 İ. Çakan, Hədis üsulu, səh. 91 
[60] 
 
                                                 

Ravinin h
ədis rəvayətində yalançılığı. Əgər bir şəxs Peyğəmbərin (s) və ya digər 
M
əsumların (ə) adlarına yalan nisbət edərsə, belə şəxslərdən heç vaxt rəvayət qəbul 
olunmur. Bel
ə ravilər “kəzzab”, “əkzibün-nas” və s. terminlər ilə tanıdılır və onların 
r
əvayət etdikləri xəbərlərə “mövzu”, “zəif” və s. adlar verilir. 
-
 
İttihamür-ravi bil-kizb 
Ravinin  yalançılıqda  ittiham  edilməsi.  Əgər bir ravi hədis  rəvayətində  yalan 
söyl
əməsə  də,  amma gündəlik həyatında  yalan  danışarsa,  onun  hədisdə  də  yalan 
danışması istisna edilmir. Belə ravinin rəvayət etdiyi hədis “mətruk” adını alır. 
-
 
Fisqür-ravi 
Ravinin günahkarlığı. Əgər bir ravi İslamın əmr və qadağalarına əməl etməzsə, 
ona  fasiq deyirl
ər və  onun  rəvayəti  heç vaxt qəbul edilməz. Onun rəvayət  etdiyi 
h
ədisə isə “münkər” adı verilmişdir. 
-
 
Cəhalətür-ravi 
Ravinin  tanınmaması.  Əgər hədis nəql edən  ravinin  zatı  və  halı  bilinməzsə, 
ondan r
əvayət qəbul edilməz. Belə ravinin nəql etdiyi hədisə “məchul” deyilmişdir. 
-
 
Bidətür-ravi 
Ravinin bid
ət əhlindən, yəni müxtəlif  bidət olaraq ortaya çıxmış hər hansı bir 
m
əzhəbdən olması. 
 
B) Z
əbt sifətinə yönələn sözlər: 
 
-
 
K
əsrətül-qələt 
Ravinin r
əvayətində çox yanlış (səhv) etməsi. Əgər ravi rəvayətində çox səhvə 
yol verirs
ə, onun nəql etdiyi hədislər məqbul  sayılmır  və  rəvayətinə  də  “münkər” 
deyilir. 
-
 
Fərtül-qəflət 
Ravinin ifrat dərəcədə diqqətsiz və qafil olması. Bu ravinin diqqət göstərməsi 
lazım olan yerlərdə qəflət etməsidir ki, bu da onun rəvayətinin qəbul edilməməsinə 
səbəb olur. 
-
 
Vəhm 
Ravinin nəql etdiyi hədisin mətn və sənədində xətaya yol verməsi. Əgər bir ravi 
mərfu hədisi məvquf kimi nəql edərsə, onun rəvayəti qəbul edilməz. Onun rəvayəti 

məlul” adlanır. 
-
 

xaləfətüs-siqat 
Ra
vinin özündən də siqə (etibarlı) bir raviyə müxalif olaraq rəvayət etməsi. Əgər 
bir ravi özündən daha etibarlı digər bir raviyə əks olaraq hədis rəvayət edərsə, onun 
rəvayəti məqbul hesab edilmir. Belə ravinin nəql etdiyi hədisə “müdrəc”, “məqlub”, 
“mü
ztərib”, “müsəhhəf”, “mühərrəf” və s. deyilmişdir.  
-
 
Suil-hifz 
Ravinin yaddaşının zəif olması. Əgər bir ravinin hafizə qüvvəsi pis olarsa, onun 
n
əql etdiyi hədis qəbul edilmir.
273
 
273
 geniş məlumat üçün bax: İ .Çakan, Hədis üsulu, səh. 93-95; İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 466-474 
[61] 
 
                                                 

    
C
ərh və tədildə işlənən bəzi kəlmələr 
H
ədisşünaslar  və  rical alimləri hədis  rəvayət edən  ravini mədh və  təzkiyə, 
h
əmçinin məzəmmət və  cərh etmək üçün bəzi kəlmələr  işlətmişlər. Ümumiyyətlə 
ravil
ər haqqında işlədilən kəlmələr iki qismdir: 
 
I. M
ədh və təzkiyə edən kəlmələr: 
-O adil v
ə etibarlıdir; 
-Höcc
ətdir; 
-Onun h
ədisi səhihdir. 
 
II. M
əzəmmət və cərh edən kəlmələr: 
-Z
əifdir; 
-
Yalançıdır; 
-H
əddi aşandır; 
-Z
əif, səbəbsiz söz deyəndir; 
-B
ir şey deyil, heç bir dəyəri yoxdur.
274
 
 
R
əvayəti qəbul və ya rədd edilən kimsə 
Əvvəldə  qeyd etdiyimiz kimi,  hədis elmində  kimin  rəvayəti  qəbul edilir və 
yaxud da kimin r
əvayəti  rədd edilir mövzusu ən  əhəmiyyətli və  ən  faydalı 
mövzulardan biridir. Bu mövzuya b
əzi  hədisşünaslar  “Ravidə  aranan  şərtlər”  adı 
altında toxunurlar. Ümumiyyətlə ravidə aranan şərtlər aşağıdakılardır: 
1. Müs
əlman olmaq. Bütün İslam alimləri hədis rəvayət edən şəxsin müsəlman 
olması  şərtini irəli  sürmüşlər.  Deməli,  qeyri-müsəlmanın  və  həmçinin mürtəd olan 
şəxsin rəvayəti heç vaxt qəbul edilmir. 
Zeynüddin 
əl-Amili  yazırdı:  “Hədis  imamları  və  fiqh  üsulçuları  ravinin 
müs
əlman  olmasında  həmfikirdirlər. Kafirin, yəhudi və  xristian kimi qeyri-qiblə 
əhlinin və  həmçinin məcusi, xaricilər,  ğulat  və  s.  şəxslərin  rəvayətləri qəbul 
edilmir.”
275
 
2.  A
ğıl sahibi olmaq. Hədisşünaslara görə dəli olan adamdan heç vaxt rəvayət 
q
əbul edilməz. 
3. H
əddi  buluğa  yetişmək.  Hədis alimləri  yetkinlik  yaşına  yetişməyən 
uşaqlardan gələn rəvayəti qəbul etməmişlər. 
4
.  İmanlı  olmaq.  Burada alimlərimiz  iman dedikdə,  ravinin  etiqadının 
imamiyy
ə  məzhəbində  olmasını  şərt  bilmişlər.  Bu  şərt bir çox hədis alimlərinin 
əsərlərində, o cümlədən Zeynüddin əl-Amilinin “ər-Riayə fi ilmid-dirayə”,
276
 H
əsən 
274
 geniş məlumat üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 153-170; Zeynüddin əl-Amili, ər-Riayə fi 
elmid-diray
ə, səh. 209 
275
 ər-Riayə fi elmid-dirayə, səh. 181-182 
276
 səh. 181-182 
[62] 
 
                                                 

bin Zeynüddinin  “
əl-Məalim”,
277
 C
əfər Sübhaninin “Üsulul-hədis və  əhkamuhu” 
əsərlərində
278
 
yer almaqdadır. 
Lakin buna baxmayaraq b
əzi alimlər, o cümlədən Məhəmməd bin Həsən ət-Tusi 

İddətül-üsul”  adlı  əsərində
279
 imamiyy
ədən  olmayan  şəxsin  İmamlardan (ə) etdiyi 
r
əvayəti məqbul hesab etmişdir.
280
 
H
əmçinin,  hədis  rəvayət edən  ravi  əgər Vaqifiyyə, Fəthiyyə, Navusiyyə  kimi 
firq
ələrdən olsa, onun rəvayətinə baxmaq lazımdır. Əgər onun nəql etdiyi  xəbər siqə 
(etibarlı)  hesab edilənlərə  ziddirsə, qeyri-məqbul,  əgər siqə  hesab edilənlərə  zidd 
deyils
ə, məqbul hesab edilə bilər.
281
  
5. 
Ədalətli olmaq.  İslam  alimləri onun mənası  və  şərtləri  haqqında  ixtilaf 
etmişlər. Lakin məşhur görüş budur ki, insanın təqvalı olmasına səbəb olan işləri icra 
etm
ək, böyük günahlardan və  həmçinin kiçik günahlardan çəkinmək,  insanın 
mürüvv
ətinə  (insanın  əxlaqi yönünə) mənfi təsir edən amilləri tərk etmək və  s. 
ədalətli olmağa dəlalət edər. 
Onun  şərtlərinə  gəldikdə  isə,  alimlərin bir qrupunun fikrincə  bu  ağıl,  həddi-
buluğ, İslam, etiqad, dəyanət, sidq, mürüvvət, şöhrətdən ibarətdir.
282
  
6.  Z
əbt sifətinə malik olmaq. Zəbt dedikdə, ravinin təhəmmül etdiyi (öyrənib 
r
əvayət  etdiyi) bir rəvayəti  əda  anına  qədər  aldığı  (öyrəndiyi)  şəkildə  muhafizə 
etm
əsidir. Bunu alimlər belə tərif edirlər: “Zəbt dedikdə məqsəd (ravinin) əzbərindən 
dediyi h
ədisi muhafizə  etməsi.  Əgər  onu  kitabına  yazıbsa,  onu  səhvdən,  yanlış 
oxumadan v
ə təhrifdən rəvayət edən zaman qorumasıdır.”
283
 
 
Ravinin 
ədaləti necə bilinir? 
Ravinin 
ədaləti aşağıdakı yollarla məlum olur: 
1. 
Şöhrət yolu ilə.  Əgər bir ravinin ədalətli  olması  alimlər  arasında 
m
əşhurdursa, onun adil olmasına şəkk edilməz. 
2. 
Ravinin haqqında üsul alimlərinin tədil etməsilə. Əgər ravi haqqında cərh 
v
ə tədil vaqi olarsa, onun ədalətli olması ortalığa çıxarsa, bu halda ravi ədalətli qəbul 
edilir. 
3.R
avidən iki adil şəxsin rəvayət etməsi yolu ilə. Ravidən iki adil şəxs rəvayət 
edərsə, bu onun ədalətli olmasına dəlalət edər. 
4.R
avidən bir nəfər adilin rəvayət etməsi yolu ilə. Əgər bir ravidən bir nəfər 
adil şəxs rəvayət edərsə, bu həmin ravinin ədalətli olmasına dəlalət edər.
284
 
Ravinin 
ədaləti məsələsinə gəldikdə, burada olan şərtlər həqiqətən insanda belə 
bir t
əsəvvür yaradır ki, müsəlmanlar aldıqları hədisləri çox incə və dərin bir diqqətlə 
öyr
ənmiş  və  onu tarix boyu çox böyük qeyrətlə  qoruyub  saxlamışlar.  Bəlkə  də  bu 
277
 səh. 200 
278
 səh. 132 
279
 səh. 379-381 
280
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 133 
281
 bax: h
əmin mənbə, səh. 133 
282
 bax: İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 460-461; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 134 
283
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 135 
284
 Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 94-95 
[63] 
 
                                                 

Peyğəmbərimizin (s) böyük  möcüzələrindən biridir ki, möminlər onun müqəddəs 
k
əlamlarına bu qədər böyük önəm vermiş və o, Həzrətin (s) sünnəsini olduğu kimi 
yaşamışlar. Həmçinin, Peyğəmbərimizi (s) digər peyğəmbərlərdən (ə) fərqləndirən ən 
mühüm  xüsusiyy
ətlərdən biri də  yenə  o Həzrətin  (s)  sünnəsinin qorunub 
saxlanmasıdır. Çünki biz tarixə nəzər salsaq keçmiş peyğəmbərlərin heç birindən bu 
q
ədər hədislər rəvayət  olunmamış  və  öz ümmətləri tərəfindən bu qədər muhafizə 
edilm
əmişdir. 
 
II. H
ədis raviləri (Rical) elmi 
H
ədis elminin bu şöbəsində  ravilərin bioqrafiyaları,  təbəqələri,  onların  tarixi, 
şeyxləri və  tələbələri, vətənləri və  s. öyrənilir. Hədis elmləri içərisində  ən mühüm 
elml
ərdən hesab edilən rical elminin tarixi qədimdir. 
M
ənbələrin verdikləri məlumatlara görə,  bu elm “sədrül-İslam”  dövründə 
meydana  çıxmışdır.
285
 
Şübhəsiz ki, bu elmin qədimliyi onun əhəmiyyətindən xəbər 
verir. Çünki bu elmin vasit
əsi ilə ravilərin halları və təbəqələri öyrənilir və bunun da 
n
əticəsində hədisin sənədinin səhih və ya zəif olması məlum olur. 
Bu elm
ə olan ehtiyac Peyğəmbərin (s) vəfatından sonra daha da güclənmişdir. 
Çünki onun (s) v
əfatından sonra hədis dəllalları Həzrətin (s) sünnəsinə etiraz olaraq 
h
ədis uydurmağa başladılar. Peyğəmbərin (s) adına uydurulmuş hədislər az da olsa 
özünü biruz
ə vermiş və ən mötəbər hədis kitablarında belə yer tapmışdır. Amma buna 
baxmayaraq  İslam alimləri zəif raviləri  doğrularından  ayırmaq  üçün  rical  elminin 
əsasını qoymuş və bu sahədə külli miqdarda əsərlər meydana gətirmişlər. 
Rical elmin
ə aid əsərlər hələ hicri I əsrdə yazılmışdır. Bu sahədə Übeydullah bin 
Əbu  Rafei  “ət-Təbəqat”, Abdullah əl-Kənani (öl.219 h/q)  “ər-Rical”,  əl-Həsən bin 
F
əddal (öl.224 h/q), Əli bin Həsən bin Fəddal (doğ. 206 h/q), əl-Bərqi (öl.280 h/q) və 
dig
ərləri əsərlər yazmışlar.
286
 
Rical elmin
ə aid əsəri hicri I əsrdə Əbu Rafe yazsa da, bu sonrakı dövrlərdə də 
davam etdirilmişdir. 
Hicri IV v
ə V (miladi X-XI) əsrlərdə bu sahədə əsərlər yazılmışdır. Buna misal 
Şeyx Əhməd bin Əli ən-Nəvazi (öl.450 h/q) və Şeyx Məhəmməd bin Həsən ət-Tusi 
(öl. 460 h/q) göst
ərilə  bilər.  Bu  iki  şəxsiyyət rical elminə  aid  dörd  başlıca  əsər 
yazmışlar  ki,  bunların  üçü  Tusinin,  biri  isə  Nəcaşinindir.  Tusinin  qələmə  aldığı 
əsərlərin adları “İxtiyaru mərifətir-rical”, “əl-Fihrist” və  “ər-Rical”, Nəcaşinin əsəri 
is
ə “əl-Fihrist”dir ki, bu da “Ricalün-Nəcaşi” adı ilə məşhurdur.
287
 Rical elmin
ə aid 
əsərlər müxtəlif dövrlərdə müxtəlif şəkildə yazılmışdır. İmam Əlinin (ə) katiblərindən 
olan  Ü
beydullah bin Əbu Rafe (öl.40 h/q) Peyğəmbərin (s) səhabələri haqqında ilk 
kitab 
yazmışdı.  Ondan  sonra bu  iş  günümüzədək  davam  etmiş və  bu sahədə  çoxlu 
əsərlər meydana gətirilmişdir. Sonrakı dövrlərdə  yazılan  əsərlər isə təkcə səhabələr 
haqqında deyil, həmçinin tabeunların və digər İmamların (ə) səhabələri haqqında da 
m
əlumatlar verməkdədir. 
285
 Seyid Əli Xamneyi, əl-Üsulu ərbəə fi ilmir-rical, səh. 5 
286
 Həmin mənbə, səh. 6 
287
 H
əmin mənbə, səh. 6 
[64] 
 
                                                 

Ümumiyy
ətlə,  rical kitablarından  Həsən bin Məhbubun (öl.224 h/q)  “Mərifətu 
rüvvatil- 
əxbar”, İbrahim bin Məhəmməd bin Səid əs-Səqəfinin (öl.283 h/q) “Rical”, 
Hafiz Əbi Məhəmməd Əbdürrəhman bin Yusif  bin Xəraş əl-Mərvəzi əl- Bağdadinin 
(öl.283  h/q)  “Rical”, 
Əbül  Abbas  Əhməd bin Məhəmməd  bin Səid bin Üqdənin 
(öl.332 v
ə ya 333 h/q) İmam Sadiqin (ə) səhabələrini ehtiva edən kitabı, Əbdüləziz 
bin Y
əhya əl-Cəludinin (öl.332 h/q) Peyğəmbərin (s) səhabələrindən və İmam Əlidən 
(
ə) rəvayət edən şəxslərdən bəhs edən kitabı, Qazı Əbu Bəkr Məhəmməd bin Ömər 
əl-Cəani əl-Bağdadinin (öl.355 h.) “əş- Şiə min əshabil-hədis və təbəqatihim” əsəri, 
İbn Davud əl-Quminin (öl.368 h/q) “Rical” əsəri, Məhəmməd bin Əli bin Babaveyh 
əs-Səduqun (öl.381 h/q) “Rical” əsəri, Həsən bin Məhəmməd bin Vəlid əl-Quminin 
(öl.343 h/q)  “Fihrist” 
əsəri, Məhəmməd bin Yəqub əl-Küleyninin (öl.328 və ya 329 
h/q)  “Rical” 
əsəri, Şeyx Əbi Ömər Məhəmməd bin Amr bin Əbdüləziz əl-Kuşşinin 
(öl. IV 
əsrin  ortlararı)  “Mərifətün-  naqilinə  ənil-əimmətis-sadiqin (ə)”  əsəri,  Seyid 
Əbülqasim əl-Xoyinin (1899-1992 m.) “Möcəmu ricalil- hədis” əsəri, Cəfər Sübhani 
T
əbrizinin  (doğ.  1928  m.)  “Kulliyatür-rical”,  Hafiz  əz-Zəhəbinin “Təcridi  əsmais-
s
əhabə”  əsəri,  İbn  Həcər  əl-Əsqəlaninin  “Təhzibüt-təhzib” və  “Lisanül-mizan” 
əsərləri, əl-Məzzinin “Məsdəri-Sadiq” əsəri və və başqalarını qeyd etmək olar. 
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin