Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   2   3   4   5   6   7   8   9   10   ...   34

3.1.3.Tabeunlar 
təbəqəsi 
Tabeun sözü 
lüğətdə “izləmək”, “ardınca getmək”, “izinə düşmək”, “yapışmaq”, 
“bağlanmaq”, “təqib etmək”, “tabe olmaq” və s.  bu kimi mənalarda işlədilir.
221
 
H
ədis elmindəki mənasına gəldikdə,  böyük  İslam  alimi  Əllamə  Məclisi bu 
t
əbəqəni belə tərif edir: 
“Tabeunlar:  s
əhabə  ilə  görüşən,  Peyğəmbərə  (s)  iman gətirən, iman və  İslam 
üz
ərində ölən kimsədir.”
222
 
Hicri 180 (v
ə ya 181) tarixində ölən Xələf bin Xəlifə ən son vəfat edən tabeun 
sayılır. Çünki o, Məkkədə ən son vəfat edən səhabə Əbu Tüfeyl Amir bin Vasiləni 
görmüşdür.
223
 
H
əmçinin qeyd edək ki, tabeunlar təbəqəsi yuxarıdakı təriflərlə  yanaşı,  zaman 
baxımından İmam Əlini (ə), İmam Zeynülabidini (ə) və İmam Məhəmməd Baqiri (ə) 
gör
ən və onların zamanında meydana  gələn təbəqələrdir. Buradan belə məlum olur 
ki, H
əzrət  Əlinin  (ə)  dövründə  doğulanlar  tabeunların birinci təbəqəsini,  İmam 
Zeynülabidin (
ə) dövründəkilər ikinci, İmam Baqirin (ə) dövründə olanlar isə üçüncü 
t
əbəqəni təşkil edirlər.
224
 
S
əhabələr təbəqəsi kimi tabeunlar  da  İslamda böyük önəm  daşıyan  və 
h
ədisşünaslar  tərəfindən tam tədqiq edilən nəsildir. Bu təbəqənin neçə  təbəqəyə 
bölünm
əsindən,  kimin  hansı  təbəqədə  yer  almasından  asılı  olmayaraq  hədis 
r
əvayətində  və  İslam  elmlərinin  sonrakı  nəsillərə  öyrədilməsində  böyük xidmətləri 
olmuşdur.  Onlardan  Übeydullah bin Abdullah bin Ütbə  bin Məsud,  Ürvə  bin  əz-
Zübeyr  bin 
əl-Əvvam, Qasim bin Məhəmməd bin Əbu Bəkr, Səid bin Müsəyyib bin 
H
əzən,  Süleyman bin Yəsar,  Əbu Bəkr  bin  Əbdürrəhman bin əl-Haris  bin  Hişam, 
Xaric
ə bin Zeyd bin Sabit və b. qeyd etmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
221
 Arapça-türkcə sözlük, t.b.a. maddəsi 
222
 Biharül-ənvar, c. II, səh. 439 
223
 Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 298 
224
 S. S. Rəşadi, Hədis elmi, səh. 21-22 
[49] 
 
                                                 

I
V FƏSİL 
 
HƏDİS ÖYRƏNMƏK ÜÇÜN SƏYAHƏT ETMƏK VƏ ONUN FAYDALARI 
 
4.1.H
ədis təhsili üçün edilən səyahətlər 
H
ədisşünas  alimlərinin nəzərində  hədis öyrənmək üçün edilən səyahətlərin 
böyük ön
əmi  vardır.  Buna  görə  də  hədis tarixçiləri  yazdıqları  əsərlərində  “Hədis 
öyr
ənmək üçün edilən səyahətlər” adlı başlıqlar açmış və bu mövzunu geniş şəkildə 
işıqlandırmışlar. 
Bildiyimiz kimi,  h
ədis öyrənmək üçün edilən səyahətlər  səhabələr  dövründə 
başlamış və bu müqəddəs iş onlardan sonra da davam etmişdi. Səhabələr içərisində 
h
ədis öyrənmək üçün müxtəlif regionlara səyahətlər edənlər içərisində  Cabir bin 
Abdullah,  Ənəs bin Malik,  Əbu  Əyyub  əl-Ənsari və  digərlərini misal göstərmək 
mümkündür. 
Tarixi m
əlumatlara görə,  Peyğəmbərin  (s) vəfatı  ərəfəsində  artıq  bütün 
Ərəbistan yarımadası tamamilə İslam dinini qəbul edib müsəlman olmuşdu. Şübhəsiz 
ki, İslamın digər bölgələrdə yaylmasını Peyğəmbər (s) istəmişdi. Hələ vəfat vaxtına 
az bir müdd
ət  qalmış  Peyğəmbər  (s)  qonşu  bölgələrdən olan və  hələ  İslama 
qatılmamış Şama böyük bir ordu göndərməyi qərarlaşdırmışdır. Bu məqsədlə o, İslam 
əsgərlərindən bir  ordu  hazırlayaraq  onun  başına  Üsamə  bin Zeydi komandan təyin 
etmişdi. Təssüflər olsun ki, Peyğəmbərin  (s) ömürü buna imkan verməmiş  və  o 
H
əzrətin  (s)  sağlığında  bu  iş  gerçəkləşə  bilməmişdi.  Peyğəmbərin  (s) vəfatından 
sonra  x
əlifə  Əbu Bəkr  (632-634)  əsası  Peyğəmbər (s) tərəfindən qoyulan bu əməli 
h
əyata keçirdi. Hakimiyyət başına gələn xəlifə Əbu Bəkrin ilk icra etdiyi işlərdən biri 
Şam  bölgəsinin fəthi  olmuşdur.  Şam  fəth edildikdən  sonra  İslam  dini  Ərəbistan 
yarımadasından kənara çıxdı. 
Şamın fəth edilməsindən sonra İslam ordusu istər xəlifə Əbu Bəkrin, istərsə də 
ondan sonra g
ələn xəlifələrin dövründə  müxtəlif ölkələri  fəth edilib əhalisi 
islam
laşdırmışdı. 
İslam  fəthlərinin  ən  qüvvətli dövrü bəlkə  də  II  xəlifə  Ömər bin Xəttabın  
hakimiyy
əti dövrünə  (634-644)  təsədüf edir. Adı  çəkilən xəlifə  demək olar ki, o 
dövrün m
əşhur bölgələrini fəth edərək orada İslamın yayılmasını təmin etmişdi. Belə 
ki, onun hakimiyy
əti illərində Suriya, Fələstin, Livan, İordaniya və İraq tamamilə fəth 
edil
ərək  islamlaşdı.  Bundan  bir  neçə  il sonra 641-ci  ildə  Misir  fəth edilərək  İslam 
torpaqlarına qatıldı. 
İslam fəthləri heç də adı çəkilən bölgələrin fəth edilməsi ilə sona yetmədi. Bu iş 
III  x
əlifə  Osman bin Əffanın  (644-656) dövründə  də  davam edərək Məvarünnəhrə 
q
ədər olan bölgələr fəth edildi. 
Şübhəsiz ki, fəth  edilən hər bir bölgədə  insanlar  İslamın  müqəddəs ayinlərini 
q
əbul edir və yeni müsəlman olmuş şəxslərə İslam elmlərini təlim edirdilər. Artıq fəth 
edilmiş  bölgələrin  əhalisi  İslam dini  ilə  yaxından  tanış  olur  və  bu dinin təməl 
prinsipl
ərini könül xoşluğu ilə qəbul edərək onun təlimlərini öyrənirdilər. 
[50] 
 

İslamın  humanizmini,  onun  azadlıq  sevərliyini, zülmə,  əsarətə  qarşı  olduğunu 
d
ərk edən insanlar bu dinin elm və mədəniyyətini öyrənib-öyrətməkdə böyük əmək 
s
ərf etmişlər. İslam hakimiyyətinə tabe olan bölgələrin əhalisi İslam elmlərini daha da 
d
ərindən öyrənmək üçün dövrün müxtəlif elm mərkəzləri  olan  şəhərlərə  səyahətlər 
etmişlər. Bu səyahətlərin  böyük əksəriyyəti o dövrdə  hədis mərkəzi  kimi  tanınan 
şəhərlərə olmuşdur. Çünki dinin bütün elmlərinin əsas qaynağından biri olan hədisi 
öyr
ənməklə  müsəlmanlar  İslamın  bütün  təlimləri ilə  daha da dərindən öyrənmək 
şərəfinə nail olurdular. O dövürdə ən məşhur olan hədis mərkəzləri Mədinə, Məkkə, 
Kuf
ə, Bəsrə, Şam, Bağdad, Xorasan, Misir və digər bölgələr idi. 
İnsanların  öz  doğma  torpaqlarından  uzaqlaşıb  hədis öyrənmək üçün  etdiyi 
s
əyahətlər bir neçə  məqsədlə  olmuşdur  ki,  bunların  da  başında  Allahın  və  onun 
Peyğəmbərinin (s) elmə təşviqi durur. 
Bildiyimiz kimi,  elm öyr
ənmək və bu işdə bütün əzab-əziyyətlərə qatlaşmağın 
Allah  yanında  çox  böyük  savabı  vardır.  Bu  barədə  həm Qurandan, həm də 
M
əsumların (ə) hədislərindən kifayət qədər məlumat əldə etmək olar. Belə ki, Quran 
bel
ə bəyan edir: “Tövb
ə, ibadət və şükr-səna edənlər, oruc tutanlar (və ya cihad 
uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku v
ə 
s
əsdə  edənlər,  yaxşı  işləri görməyi  əmr    edib  pis  işləri yasaq edənlərdir. Belə 
möminl
əri müşdələ!”.
225
 
Peyğəmbər (s) insanları elmə təşviq etmək xüsusunda buyurur: “Elm öyrənmək 
f
ərzdir”, “Elm Çində də olsa öyrənin.” 
226
 
Bundan başqa bu xüsusda Əhli-beytdən (ə) da hədislər vardır. İmam Cəfər Sadiq 
(
ə) buyurur: “Sizə  Allahın  dinində  dərin  qavrayış  qazanmağı  və  bədəvilər  kimi 
olmamağı  tövsiyə  edirəm,  çünki  bir  şəxs Allah dinində  dərin  qavrayışa  sahib 
olmamışsa, qiyamət günü Allah onun üzünə baxmaz, əməllərini pisliklərdən təmizə 
çıxarmaz.”
227
  
İmam  Əli  (ə)  buyurur: “Elm öyrənən  şəxs Allah yolunda cihad edən kimsə 
kimidir. H
əqiqətən elm öyrənmək hər bir müsəlmana vacibdir. Möminlərdən neçəsi 
vardır ki, onlar elm öyrənmək üçün evlərini tərk etmiş və geriyə bağışlanmış halda 
qayıtmışlar.”
228
 
Peyğəmbər (s) digər bir hədisində buyurur: “Ey Əbuzər! Hər kəs evindən çıxıb 
elmd
ən  bir  şey  əldə  edərsə, Allah onun hər  addımına  peyğəmbərlərdən olan bir 
p
eyğəmbərin  savabını  yazar.  Allah  onun  yazdığı  və  ya  eşitdiyi  hər bir hərf üçün 
C
ənnətdə  şəhər  bağışlayar.  Elm  öyrənən kimsə  Allahın,  mələklərin və 
peyğəmbərlərin dostudur...”.
229
 
 
225
 Tövbə-112 
226
 Küleyni, Üsuli-kafi, c. I, elm fəsli; Biharül-ənvar c. II, “elm öyrənməyin fəzilətləri” fəsli 
227
 Küleyni, Üsuli-kafi, c. I  
228
 Biharül-ənvar, c. II, səh. 229 
229
 həmin mənbə, c. II, səh. 298 
[51] 
 
                                                 

4.2.S
əyahətlərin səbəb və nəticələri 
Peyğəmbərin (s) elmə təşviq etməsi nəticəsində müsəlmanlar müxtəlif regionlara 
uzun v
ə  ya  qısa  müddətli səyahətlər  etmişlər. Bu səyahətlərin  başında  savab 
qazanmaq  olmuşsa  da,  heç  şübhəsiz ki, bunun digər  əsas səbəbləri də  vardır. 
T
ədqiqatçılar bu səbəblərdən bir neçəsini aşağıdakı kimi sadalayırlar: 
-Ülüvvi-isnad; 
-Ravil
əri tanımaq;  
-H
ədis bilgisini artırmaq;  
-H
ədisləri təhqiq etmək;  
-H
ədislərin fərqli rəvayət yollarını (turuqunu) ortaya çıxarmaq və s.
230
 
H
ədis öyrənmək üçün edilən ilk səyahətlər səhabələr dövründə başlamışdı. Bu 
xüsusda 
əlimizdə  kifayət qədər xəbərlər  vardır.  Buna  misal  olaraq  Cabir  bin 
Abdullahın  rəvayətini demək  əlbətə  ki,  faydalı olaraqdı. O, deyir:  “Qisas haqqında 
Peyğəmbərin (s) hədisini eşitdim. Amma hədisin ilk ravisi Misirdə idi. Bir dəvə satın 
alıb yola çıxdım. Misirə çataraq o şəxsi tapdım. Beləcə, adı keçən hədisi onu rəvayət 
ed
ən şəxsdən  öyrəndim.”
231
 
H
ədis öyrənmək məqsədi ilə  edilən səyahətlərin böyük  faydalı  nəticələri 
olmuşdu. Bu səyahətlər nəticəsində  bir bölgənin mədəniyyəti digər bölgənin 
m
ədəniyyətilə  qarşılaşaraq  bir-birlərini  “mayalamış”,  Peyğəmbər  (s) hədisləri yox 
olmaqdan  xilas  olaraq  kitablara  toplanmış,  ravilərlə  əlaqəli məlumatlar 
d
əqiqləşdirilmişdi. Həmçinin bu səyahətlər nəticəsində  nəinki hədis, o cümlədən 
dig
ər İslam elmləri yayılmış və İslam mədəniyyəti müxtəlif regionlarda parıldamağa 
başlamışdı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
230
 Hədis üsulu və Hədis tarixi, səh. 127 
231
 Ali Yardım, Hədis I-II, səh. 154 
[52] 
 
                                                 


FƏSİL 
 
HƏDİSŞÜNASLARIN TƏBƏQƏLƏRİ VƏ LƏQƏBLƏRİ 
 
5.1.H
ədisşünasların ləqəbləri 
H
ədis  alimləri hədis öyrənmək üçün səyahət edən  şəxslərə  müxtəlif ləqəblər 
vermişlər.  Şübhəsiz  ki,  onların  ləqəbləndirilməsi  əbəs yerə  olmayıb,  onların 
t
əbəqələrini, dərəcələrini, hədis rəvayətindəki üsullarını göstərmək üçün böyük önəm 
danışıyır. 
Aliml
ər hədis öyrənmək üçün səyahətlər edən  şəxslərə  bir-birindən fərqlənən 
beş ləqəb vermişlər: 
1.Müsnid. 
2.Müh
əddis. 
3.Hafiz. 
4.Höcc
ət. 
5.Hakim.
232
  
1). Müsnid  – 
lüğəvi  mənası  hədisi  isnadı  ilə  birlikdə  rəvayət edən  kimsə 
dem
əkdir.  İstər  rəvayət  etdiyi hədisə  vüqufu olsun, istərsə  də  olmasın,  fərqi 
yoxdur.
233
 
Müsnid  k
əlməsi  terminoloji  mənada isə  hədisləri  “Müsnəd”  adı  verilən 
kitablarda toplayan şəxslərə deyilir. Buna görə də “Müsnəd” adlı əsərlərin sahiblərinə 
müsnid 
demişlər.
234
 
2). Müh
əddis – lüğətdə “təhdis” məsdərindən olub hədis rəvayət edən kimsədir. 
Buna gör
ə  də  alimlər onu ravi kəlməsinin  sinonimi  bilmiş,  lakin  bunların  arasında 
f
ərq olduğunu da bəyan etmişlər. Alimlərə görə hər mühəddis ravidir, lakin hər ravi 
müh
əddis deyildir.
235
 
Müh
əddis müsniddən üstündür. Çünki mühəddis hədisin sənədlərini, illətlərini, 
ravil
ərin  adlarını,  isnadın  ali  və  nazil  olanını  bilən, çox sayda hədis  əzbərləyən, 
kütubu-sitt
əni,  Əhməd bin Hənbəlin “Müsnəd”ini, Beyhəqinin “Sünən”ini və 
T
əbaraninin “Möcəm”ini dinləmiş olan kimsədir.
236
  
3).  Hafiz  – 
lüğətdə  əzbərləyən deməkdir.  İstilahi  mənada isə, dərəcələrin  ən 
üstünü  olub,  onda  aşağıdakı  xüsusiyyətlər bilinən  adamdır:  Peyğəmbərin  (s) 
sünn
əsini bilmək, hədislərin təriqlərinə (rəvayət kanallarına) vaqif olmaq, isnadlarını 
bir-birind
ən ayırmaq, hədis mütəxəssislərinin səhhətində ittifaq etdikləri, ictihad fərqi 
üzünd
ən nəql edənlərin durumunda ixtilaf etdiyi sünnələri əzbərləmək.
237
  
Hafiz h
ədislərin aşağıdakı adı keçən təbirlərin arasındakı fərqi bilir:
238
 Hafiz 
ən 
ön
əmli xüsusiyyəti, alimlərin söz və  təriflərindən  məlum  olduğuna  görə  təbəqə-
232
 Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 234 
233
 Həmin mənbə, səh. .235; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 57 
234
 Talat Koçyigit, Hədis islahatları, səh. 320 
235
 Hədis istilahları, səh. 262 
236
 Cəfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 235; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 57 
237
 Həmin mənbələr 
238
 Bax: həmin mənbələr 
[53] 
 
                                                 

t
əbəqə, amma hər təbəqədə bildikləri bilmədiklərindən çox olmaq şərtilə şeyxlərini, 
şeyxlərinin də şeyxlərini tanımış olmasıdır. Bir çox hədis alimləri hafizlərdə aranan 
şərtlər çox çətin olduğu üçün, bu adı alan şəxsin hər dövrdə və hər yerdə az olduğu və 
h
ətta  “tapılması  imkan  olmadığı”  qənaətindədirlər.
239
 Burada  hafiz dedikd
ə  hədis 
elmind
əki hafiz nəzərdə tutulur. Burada bir Quran hafizinə yer yoxdur. 
Hafiz adını alan kimsənin nə qədər hədis bilməsi alimlər arasında ixtilaflıdır. Bir 
qrup  aliml
ərə  görə  bu  adı  alan  şəxs  beş  yüz  min  (500000) hədis  əzbər bilməlidir. 
Dig
ər  qrup  alimlərə  görə  isə  bu  ad  alan  şəxs iyirmi min (20000) hədis  əzbər 
bilm
əlidir.
240
 
4). Höcc
ət – lüğətdə dəlil, sübut deməkdir. İstilahi mənada isə hədis alimləri ona 
aşağıdakı tərifi vermişlər: “Höccət hədisşünaslardan və digər elm adamlarından hər 
k
əs nəzərində  hədis sahəsindəki məharəti olmaqla bərabər hifz və  itqanda 
(mük
əmməllik) əzbərlədikləri ilə ihticac edilməyə (dəlil gətirməyə) layiq bir kimsə 
olduğunu  təmin edən bir dərəcəyə  çatmış  kimsədir.”
241
 Dig
ər alimlər höccəti belə 
t
ərif  etmişlər: “Üç yüz min hədisi  əzbər bilən, həmin hədislərin bütün sənədlərini, 
ravil
ərinin hallarını cərh və tədil baxımından mükəmməl bilən şəxsdir.”
242
  
Dig
ər bir qrup hədisşünaslar isə höccəti “Sənəd, cərh, tədil və digər xüsuslarda 
ravil
ərin hallarını bilməsi ilə bərabər səkkiz yüz min (800000) hədisi bilən” kimi tərif 
etmişlər.
243
  H
ədis alimləri bu dərəcəni hafizdən daha üstün bilmişlər.      
5).  Hakim  –  n
əşət, rihlət, iqamət,  şeyxlər, qəbul, rədd və  digər xüsusiyyətlər 
baxımından ravilərin tarixinə bələd olmaqla bərabər, cərh və tədil baxımından rəvayət 
edil
ən bütün hədisləri bilən kimsədir. Hakim olan kimsə yeddi yüz min (700000) və 
daha çox h
ədisi bütün sənədləri ilə bilən kimsədir.
244
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
239
 Sübhi əs-Saleh, Hədis elmləri  və Hədis istilahları, səh. 57-58 
240
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 235; Sübhi Saleh, Hədis elmləri  və Hədis istilahları, səh.  59 
241
 Ali Özək Hədis Ricalı, səh. 142 
242
 Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 19 
243
 Ali Özək, Hədis I-II, səh. 142 
244
 Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 19; Ali Özək, Hədis I-II, səh. 142 
[54] 
 
                                                 

VI F
ƏSİL 
 
HƏDİS ELMLƏRİ 
 
6.1.H
ədis elminin bölümləri 
H
ədis alimləri hədis elmini iki böyük qrupa  bölmüşlər. Bunlardan birincisi 
“R
əvayət yönündən” hədis elmi, ikincisi isə “Dirayət yönündən” hədis elmi adlanır. 
Bu elml
ərin hər birinin tərifi vardır. 
 
6.1.1.R
əvayət yönündən hədis elmi 
H
ədis elmlərinin ilki və mühüm hissəsi olan rəvayət baxımından hədis elminə 
h
ədisşünaslar aşağıdakı tərifi vermişlər: 

Peyğəmbərə  (s)  aid edilən  söz,  fel,  onların  rəvayətinə,  zəbtinə  və  sözlərinin 
yazılıb  qeyd  edilməsinə  şamil  olan  bir  elmdir.”
245
 H
əmçinin digər  hədisşünaslar 
r
əvayət  baxımından  hədis elmini:  “Peyğəmbərin  (s)  sözləri, felləri,  təqrirləri və 
sif
ətlərini öyrənən bir elmdir” kimi tərif etmişlər.”
246
 
Sübhi 
əs-Saleh isə rəvayət yönündən hədis elminə aşağıdakı tərifi vermişdir: 
“H
əzrət Peyğəmbərə (s), səhabəyə və tabeuna nisbət edilən qəvl (söz), fel, təqrir 
v
ə sifətlərdən ibarət olan yazılı nəqlini həssas və diqqətli bir şəkildə nəql edildiyi bir 
elmdir.”
247
 
Yuxarıdakı təriflərdən belə başa düşülür ki, hədis elmi rəvayət baxımından bu 
elm sah
əsində yazılan əsərləri, onların müəlliflərini, yazılan əsərlərin hansı ad altında 
q
ələmə alındığın və s. xüsusiyyətləri öyrənir. Həmçinin bu gün əlimizdə olan mötəbər 
h
ədis kitablarını, orada yer alan hədislərin hansı  mənbədən gəldiyini öyrənən elmə 
“r
əvayətül-hədis” elmi də demək mümkündür. 
 
a)
 
R
əvayətül-hədis kitabları və dərəcələri 
R
əvayətül-hədis kitabları müxtəlif bölgülər adı altında yazılaraq müsəlmanların 
ixtiyarına verilmişdi. Rəvayətül-hədis kitabları aşağıdakı adlar altında yazılmızdı: 
S
əhifələr, Cüzlər, Risalə  (və  ya Kitablar), Müsənnəflər, Müsnədlər, Camilər, 
Sün
ənlər, Müstədrəklər, Müstəxrəclər, Ərbəunlar, Möcəmlər. 
S
əhifələr - Peyğəmbərin (s) həyatında bəzi səhabələr tərəfindən, Həzrətdən (s) 
eşitdikləri hədisləri  yazmaları  ilə  və  ya  tabeun təbəqəsindən bəzi ravilərin 
s
əhabələrdən öyrəndikləri hədisləri  yazdıqları  və  sonrakı nəsillərə  ötürdükləri kiçik 
h
əcimli vəsiqələrə  deyilir.
248
 
Şübhəsiz ki, səhifələr içərisində  ən məşhur  olanlar 
s
əhabələrin yazdıqları səhifələrdir ki, biz onlarla tanış olmuşuq.
249
 
Cüzl
ər  -  səhabədən və  yaxud ondan sonra gələn birindən  rəvayət  edilən 
h
ədislərin bir araya toplanması ilə meydana gələn kitablara deyilir. Əbu Bəkrin cüzi 
245
 H. S. əd- Dari, Muhadarat fi ülumil-hədis, səh. 13 
246
 Ali Özek, Hədis Ricalı, səh. 4 
247
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 87 
248
 İ. Çakan, Hədis üsulu, səh. 69 
249
 bax: bu kitabın “Hədislərin yazılması” fəslinə 
[55] 
 
                                                 

kimi. H
ər hansı bir məsələ haqqındakı hədislərin bir araya toplanması ilə meydana 
g
ələn  əsərlərə  də  bu ad verilməkdədir:  əl-Mərvəzinin gecə  namazı,  Süyutinin sübh 
(duha)  namazı  haqqındakı  cüzləri belədir.
250
 H
əmçinin bir ravi tərəfindən  rəvayət 
edil
ən hədis məcmuələrinə  “Cüz”  deyildiyi kimi qəbir  əzabı,  niyyət və  s. kimi 
mövzularda yazılan hədis məcmuələrinə də cüz  deyilməkdədir. 
M
əşhur alimlərdən biri olan ən-Nəvəvi yazırdı: “Hədis təsnif edən alimlərin iki 
yolu vardır: birincisi, bablara görə təsnif edilir, hər babda ehtiva edilən mövzu qeyd 
edilir. İkinci isə, müsnədlər üzərinə təsnif edilir, burada yer alan mövzular ya hərflərə 
gör
ə  (əlifba  sırası  ilə) və  yaxudda qəbilələrə  görə  yerləşdirilir.  Müsnədlərdə 
s
əhabələrin tərcümeyi-halları,  onlardan  gələn səhih və  ya zəif hədislər  yer  alır. 
Müsn
ədlər Bəni Haşim, sonra Peyğəmbərin (s) ən yaxın qohumları, sonra Cənnətlə 
müjd
ələnmiş  on  şəxs,  sonra  Peyğəmbərin  (s)  xanımları  başda  olmaqla  qadın 
s
əhabələr, sonra Bədr əhli, sonra Hüdeybiyyə iştirakçıları, sonra mühacirlər, sonra da 
onunla f
əth arasında olanlar yer almaqdadır.
251
 
Risal
ə - cami adı verilən kitabların iman, təharət, zöhd, məşrubat, təfsir, tarix, 
fit
ən və mənaqib kimi bölümlərindən sadəcə birini ehtiva edən kitablara deyilir
252

Müs
ənnəf - ibadət, müaməlat və digər fiqhi bablar əsasında tərtib edilən hədis 
əsərləridir.
253
 H
əmçinin bu növ hədis  əsərləri “Sünən”  adlı  əsərlərin mühtəvasına 
m
əvquf və məqtu hədislərin əlavəsi ilə meydana gətirilən kitablardır.
254
 
Müsn
əd - səhabə adlarına və ya nəsəblərinə görə və bəzən də İslama girən ilk 
şəxslərin  adlarına  görə  və  yaxud da nəsəblərinə  görə  hədislərin  qeyd  edildiyi 
kitablardır. Əbu Davud ət-Təyalisinin (öl.204 h/q) “Müsnəd”i bu qrupa daxildir. O, 
ilk olaraq müsn
əd tərtib edən hədisşünasdır.
255
 
Camil
ər - səkkiz mövzu olduğu qəbul edilən bütün hədis bablarını ehtiva edən 
h
ədis kitablarına deyilir. Bu bablar bunlardır: babül-əqaid, babül-əhkam, babür-ritaq, 
babu adabüt-t
əam vəş-şərab, babüt-təfsir vət-tarix vəs-siyər, babüs-səfər vəl-qiyam 
v
əl-quud (buna babüş-şəmail də deyilir), babül-fitən və sonuncusu babül-mənaqib və 
m
əsalib. Bu səkkiz  babı  (fəsli) ehtiva edən hədis  əsərinə  “Cami”  deyilir.
256
 Bura 
Buxari v
ə Tirmizinin əsərlərini misal göstərmək olar.
257
 
Sün
ənlər - fiqh bablarına görə təsnif edilmiş əhkam hədisələrini ehtiva edən və 
h
ədislərinin  hamısını  həzrət  Peyğəmbərin  (s)  söz, fel və  təqrirlərindən ibarət olan 
m
ərfu hədisləri təşkil edən kitablara deyilir.
258
  
Müst
ədrək  -  bir müəllifin  şərtlərinə  uyğun  olduğu  halda  kitabında  qeyd 
etm
ədiyi  hədislərin  toplandığı  kitablara  deyilir.  Müstədrəklərin  ən məşhuru  Hakim 
250
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 233 
251
 h
əmin mənbə, səh. 233 
252
 Ali Özək, Hədis Ricalı, səh. 5 
253
 Talat Köçyigit, Hədis istilahları, səh. 306 
254
 İsmayıl Çakan, adı keçən əsəri, səh. 72 
255
 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 99 
256
 h
əmin mənbə, səh. 231 
257
 h
əmin mənbə, səh. 231 
258
 Talat Koçyigit, Hədis islahatları, səh. 398 
[56] 
 
                                                 

ən-  Nişapurinin  “Səhiheyn”  üzərinə  yazdığı  “Müstədrək  ələs-səhiheyn”  əsəri,
259
 v
ə 
Əllamə Nurinin “əl-Müstədrək ələ vəsailiş-şiə” əsəridir. 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin