Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   2   3   4   5   6   7   8   9   ...   34

1). Buxarinin v
ə digər hədisşünasların Əbu Səid əl-Xudridən gələn hədisi tənqid 
etm
əsi bu hədisin Peyğəmbərə (s) məxsus olmadığını sübut edir. 
2).  H
əzrət  Peyğəmbər (s) və  digər  Məsumlardan  (ə)  gələn  mütəvatir  hədislər, 
h
ədislərin  yazılmasının  Peyğəmbər (s) tərəfindən  əmr edilməsini gəstərir. Həmin 
h
ədislərdən bir neçəsinə diqqət yetirsək, bu əmrin müsəlmanlar üçün necə də önəmli 
olduğunun  şahidi  olacağıq.  Belə  ki,  Peyğəmbər (s) hədislərinin  hifz  olunması 
haqqında və yazılıb gələcək nəsillərə ötürülməsi xüsusunda buyurmuşdur: 
“Mömin öl
ən zaman üzərində  elm olan bircə  vərəqə  qoyub gedərsə, həmin 
v
ərəqə  qiyamət günü onunla Cəhənnəm  odu  arasında  bir  pərdə  olacaqdır.  Allah 
t
əbarəkə  və  taala  o vərəqədə  yazılan  hər bir hərf üçün həmin  şəxsə  (Cənnətdə) 
dunyadan yeddi d
əfə geniş olan şəhər verəcəkdir.”
65
  

Peyğəmbər  (s)  üç dəfə  Allahım  mənim xəlifələrimə  (ardıcıllarıma)  rəhm et 
dedikd
ə,  səhabələr:  Ey  Allahın  Rəsulu! Sənin xəlifələrin  (ardıcılların)  kimlərdir  - 
dedil
ər. Həzrət buyurdu: Mənim hədis və  sünnəmə  tabe olub, onu ümmətimə 
öyr
ədənlər.”
66
 
“Elmi möhk
əmləndirin. Soruşdular: onun möhkəmləndirilməsi nə ilədir? Həzrət 
buyurdu: yazılması ilə.”
67
 
Xatırladaq ki, bu hədis azca dəyişik şəkldə bir çox hədis 
m
ənbələrində, o cümlədən İbn Əbdülbirrin “Cameu bəyanil-elm”
68
, X
ətib Bağdadinin 
63
 Prof. Dr. Sübhi əs-Saleh, Hədis elmləri və Hədis itilahları, səh. 16 
64
 bax: S
əhihi-Buxari, Elm-9, Həcc-132; Əbu Davud, Elm-10; Tirmizi, Elm-7; Biharül-ənvar, c. II, səh. 433, 436, 553; 
Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4-9 
65
 Əllamə Məclisi, Biharül-ənvar, Beyrut çapı, c. II, səh. 532 
66
 h
əmin mənbə, c. II, səh. 431 
67
 həmin mənbə c. II, səh. 432 
68
 c. I, səh. 72 
[18] 
 
                                                 

“T
əqyidül-elm”,
69
 Sübhi 
əs-Salehin “Hədis  elmləri və  Hədis  istilahları”
70
 v
ə  digər 
əsərlərdə də qeyd olunmuşdur. 
Bu mövzuda 
İmam Əli (ə) buyurur: “Allah bizdən bir hədis eşidib onu olduğu 
kimi n
əql edənin üzünü ağartsın. Az mübəlliğlər vardır ki, onlar eşidilənlərdən daha 
diqq
ətlidirlər.”
71
  
H
əmmad bin Səlmə  Məhəmməd  bin  İshaqdan,  o,  Əmr  bin  Şüeybdən, o, 
atasından, atası da onun babasından rəvayət edir: 
“Ey  Allahın  Rəsulu! Səndən  eşitdiklərimin  hamısını  yazımmı?  Həzrət  (s) 
buyurdu: B
əli.  
Dedim: q
əzəbli və sakit olduğunuz halda yaza bilirəmmi?  
H
əzrət  (s)  buyurdu: Bəli, mən heç bir vaxt həqiqətdən  başqa  bir  şey 
söyl
əmərəm.”
72
 
H
əmçinin,  bu hədis  Abdullah  bin  Əmr  vasitəsiylə  Hakim  Nişapurinin  “əl-
Müst
ədrək”,
73
 
İbn  Qüteybənin “Təvilu müxtəlifil-hədis”,
74
 
Əhməd bin Hənbəlin 
“Müsn
əd”,
75
 
İbn  Salahın  “Hədis elmləri və  Hədis  istilahları”
76
 v
ə  digər  alimlərin 
əsərlərdə də qeyd olunmuşdur. 
Bütün bu deyil
ənlərdən  başqa,  hədislərin  yazılıb  qorunması  Əhli-beyt  (ə) 
t
ərəfindən də təkid edilmişdir. İmam Əli (ə) buyurub: 
“Bir h
ədisi nəql etdiyiniz zaman onun sənədini də qeyd edin. Əgər o hədis doğru 
olsa (sa
vabı) sizin, yalan olsa (günahı) onu nəql edənin üzərindədir.”
77
  
İmam  Sadiq  (ə)  buyurub:  “Ey Cabir! Halal və  haram  haqqında  sənə  yetişən 
doğru bir hədis sənin üçün Günəş çıxandan batanadək üzərinə şüa saldığı hər şeydən 
xeyirlidir.”
78
 
İbn Təğlib İmam Sadiqdən (ə) nəql edir: 
“Biz
ə olunan zülm üçün kədərlənmək təsbihdir, nəfsin bizim üçün kədərlənməsi 
ibad
ətdir, bizim sirrmizi gizlətmək Allah yolunda cihaddır. Sonra Əbu Abdullah dedi: 
“Bu h
ədisi qızıl su ilə yazmaq gərəkdir.” 

İnsanların  dərəcələrini  onların  bizdən nəql etdikləri hədislərin  miqdarı  ilə 
tanıyın.”
79
 
“Bizim  sözl
ərimizi erab edin (açıqlayın). Çünki biz ən fəsih camaatıq.”
80
  

Yazın! əgər əzbərlədiklərinizi yazmasanız unudacaqsınız.”  
“Q
əlb yazı ilə danışır.”
81
 
69
 səh. 69 
70
 səh. 17 
71
 Biharül-ənvar, c. II, səh. 441 
72
 h
əmin mənbə, c. II, səh. 433  
73
 c. I, səh. 105 
74
 səh. 365 
75
 c. III, səh. 207 
76
 səh. 22 
77
 Biharül-ənvar, c. II, səh. 531 
78
 h
əmin mənbə, c. II, səh. 532 
79
 h
əmin mənbə, c. II, səh. 435 
80
 həmin mənbə, c. II, səh. 436 
81
 h
əmin mənbə, c. II, səh. 435 
[19] 
 
                                                 

R
əvayət  edilir ki, Ənsardan  bir  kişi  Peyğəmbərin  (s) məclisində  oturub  o 
H
əzrətdən  (s)  hədis dinlyərdi. Hədislər  onun  xoşuna  gəlsə  də,  onları  əzbərləyə 
bilmirdi. Bu 
halı Peyğəmbərə (s) şikayət etdikdə, Həzrət (s) buyurdu: “Sağ əlindən 
köm
ək al!”
82
 
Peyğəmbər (s) buyurub: “Hər kəs məndən bir hədis rəvayət etsə və bilsə ki, o 
h
ədis yalandır, həmin şəxs də yalançılardan biri hesab olunur.”
83
 
Bu v
ə  ya digər hədislərdən  göründüyü kimi,  bütün  Məsumlar (ə) hədislərin 
yazılıb qorunmasını təkid etmişlər. 
3). Qurani-k
ərimlə hədislərin bir-birinə qarışması qeyri-mümkün bir işdir. Çünki 
Qurani-k
ərim  ecazkar bir kalam olub vəhy yolu ilə  və  vasitə  əsasında  nazil 
edilmişdir. Hədislər isə bəşər övladı olan bir Peyğəmbərin (s) kalamıdır və Quranla 
onun dedikl
ərini hər baxımdan bir-birindən seçmək çətin bir iş deyil. Həmçinin, artıq 
Peyğəmbərin (s) dövründə Quran cəm olmuşdu, hər ayə və surə öz yerini tutmuşdu. 
Bel
ə olan halda hədis və Quranın bir-birinə qarışması mümkün deyil.  
4). 
Peyğəmbər (s) zamanında yazılan səhifələr də Əbu Səid əl-Xudridən gələn 
h
ədisin əsassız olduğunu sübut edir. Belə ki, o Həzrətin (s) dönəmində Əli bin Əbu 
Talib (
ə), Salmani-Farsı, Həzrət  Fatimə (ə) və digər şəxslər hədis yazmışlar. 
Yuxarıda göstərilən bu və ya digər sadə dəlillərdən məlum oldu ki, Peyğəmbərin 
(s) sağlığında heç bir şeyin yazılmamış olduğu xüsusunda irəli sürülən hər hansı bir 
ifad
ə mənasızdır.
84
 Dem
əli, Peyğəmbərdən (s) eşidilən hədislər səhabələr tərəfindən 
h
əm əzbərlənib, həm də  yazılmışdır.
85
 H
ətta  qaynaqlar  Peyğəmbərin  (s)  zamanında 
ilk h
ədis toplayan şəxsin Əli bin Əbu Talib (ə) olduğunu qeyd edirlər.
86
 
Buütün bunlar onu göst
ərir ki, yuxarıda  qeyd  edilənlər  Peyğəmbərin  (s) 
zamanında hədislərin yazılmasını təsdiq edən dəlillərdəndir. Bundan əlavə hədislərin 
n
əql  olunması  qadağan  olunsaydı,  Əhli-beyt (ə) heç vaxt hədis rəvayət etməzdilər. 
Halbuki Cabir bin Yezid 
əl-Cufi  İmam  Baqir  (ə) və  onun ata-babası  kanalı  ilə 
Peyğəmbərdən (s) yetmiş min hədis nəql etmişdir. O, deyir: “Məndə əlli min hədis 
vardır ki, bunun da hamısı Əhli-beyt (ə) kanalı vasitəsilə Peyğəmbərdəndir (s).”
87
 
Bundan 
əlavə Əbu Həmzə əs-Sümali, Zürürə bin Əyən, Məhəmməd bin Müslüm 
ət-Taifi,  Əbu  Bəsir Yəhya  bin  Qasım  əl-Əsədi,  Əbdülmömin  Qasım  bin  Qeys  bin 
M
əhəmməd əl-Ənsari, Bəsam bin Abdullah əs-Sürəfi, Əbu Übeydə əl-Həzza Ziyad 
bin İsa Əbürrəca əl-Kufi, Zəkəriyya bin Abdullah əl-Fəyyaz Əbu Yəhya və başqaları 
çoxlu sayda 
Əhli-beytdən (ə) hədislər nəql  etmişlər.  Burada  adı  çəkilən bu və  ya 
dig
ər ravilərin hamısı hədis elmində etibarlı və etimad göstərilən şəxslərdir.
88
 
 
82
 h
əmin mənbə, c. II, səh. 436. Həmçinin bu hədis Xətib Bağdadinin Təqyidül-elm, səh. 67; Sünəni-Tirmizi, c. II, səh. 
111; X
əttabinin Məalimüs-sünən c. IV, səh. 184; İbn Salahın Hədis elmləri və Hədis istilahları, səh. 18 kimi mötəbər 
h
ədis qaynaqlarında da qeyd edilmişdir. 
83
 Biharül-ənvar, c. II, səh. 440 
84
 bax: Məhəmməd Həmdullah, Həmman bin Münəbbin səhifəsi, səh. 26 
85
 bax: Əhməd bin Hənbəl, Müsnəd, c. II, səh. 403  
86
 Seyid H
əsən əs-Sədr, əş-Şiə və fünunil-islam, müəssisə sibteyn, səh. 151 
87
 h
əmin mənbə, səh. 174, İxtiyaru mərifətir-rical, c. II, səh. 440 
88
 
geniş məlumat üçün bax: Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islam, səh. 165-186 
[20] 
 
                                                 

2.2.H
əzrət Peyğəmbər (s) dövründə yazılan səhifələr 
Əvvəldə  qeyd olundu ki, Peyğəmbərin  (s) hələ  sağlığında  bir  çox  səhabələr o 
H
əzrətdən (s) eşitdikləri hədisləri yazmışdılar. Hədisşünaslar Həzrətin (s) zamanında 
yazılan  səhifələrə  böyük önəm  vermiş  və  onları  bir  neçə  qrupa  bölmüşlər. 
Ümumiyy
ətlə  “Hədis  ədəbiyyatının  başlanğıcını,  İslam  peyğəmbəri  (s)  tərəfindən 
yazdırılmış və öz zamanında mühafizə edilmiş məktub, qanun və risalələrə, səhabə və 
tabeun t
ərəfindən yazılan səhifələrə qədər götürmək təbiidir” deyənlər necə də doğru 
demişlər.
89
 Görk
əmli  alim  Zəhəbi “Mizanül-etidal”  adlı  məşhur  əsərində  yazırdı: 
“Əgər  səhabələrin  səyi  olmasaydı,  Peyğəmbərin  (s)  hədislərinin  hamısı  aradan 
ged
ərdi və İslam aləmində böyük bir fəsad  meydana çıxardı.” 
Peyğəmbərin  (s) göstərişi  ilə  və  yaxudda  onun  zamanında  yazılan  vəsiqələr 
aşağıdakı kimi qruplaşdırılır:  
- S
əhifələr; 
- S
iyasi vəsiqələr;  
- Qeyri-
rəsmi vəsiqələr. 
 
S
əhifələr 
S
əhifə  sözününü cəmi suhufdur. Səhifə  dedikdə,  səhabələrin Həzrət 
Peyğəmbərdən    (s)  eşidib  yazdıqları  bir  neçə  səhifəlik hədislər nəzərdə  tutulur. 
M
əlumdur ki, o Həzrətin (s) sağlığında bir çox səhabələr, o cümlədən Əli bin Əbu 
Talib (
ə), Fatimə  bint  Məhəmməd  (s), Salmani-Farsi,  Əbuzər  əl-Qiffari,  Abdullah  
bin 
Əmr bin As, Ənəs bin Malik, Əbu Hüreyrə, Muaz bin Cəbəl, Abdullah bin Abbas, 
İbn Übadə, Səmurə  bin Cündəb,  Cabir  bin  Abdullah,  Əmr  bin    Həzm  əl-Ənsari, 
Abdullah bin 
Əbu Əfva və digərləri hədis yazmışlar. 
 
2.2.1.
Əli bin Əbu Talibin (ə) əsərləri 
Əli bin Əbu Talib (ə) besətdən təxminən on (və ya on iki) il qabaq (m.598-ci il) 
r
əcəb  ayının  on  üçündə  Kəbə  evinin içərisində  doğulmuşdur.
90
 
Peyğəmbərin  (s) 
evind
ə  və  onun təlim-tərbiyəsi  altında  boya-başa  çatan  Əli  (ə) bütün ömrü boyu 
İslama xidmət göstərmiş,  İslamın  yayılması,  tətbiq edilməsi və  təhrif edilməməsi 
üçün ö
z canını və malını əsirgəməmişdir.  
Ömrünün bütün ill
ərini  İslama və  təkallahlığa  sərf edən  İmam  Əli  (ə)  həmişə 
Peyğəmbərin  (s)  yanında  olmuş  və  Həzrətə  (s)  ilk iman edən  şəxs  olmuşdur. 
Ğörkəmli tarixçi alim İbn Əsir “əl-Kamil fit-tarix” adlı əsərində yazırdı: “Peyğəmbər 
(s) 
peyğəmbərliyə seçiləndən dərhal sonra Əli (ə) onun peyğəmbərliyini təsdiq edib 
onun ardıcılı oldu.” 
Bildiyimiz kimi, 
İmam  Əli  (ə)  Peyğəmbərin  (s)  əmisi  oğludur  və  ona iman 
g
ətirən  ilk  şəxsdir.  İmam  Əli  (ə)  bu barədə  buyurmuşdur:  “...Peyğəmbər  (s) 
müqabilind
ə  necə  bir mərtəbəyə  yüksəldiyimi, ona nə  qədər  yaxın  olduğumu 
bilirsiniz. Uşaq ikən o məni bağrına basardı, üzünü üzümə sürtər, məni qoxulardı... O 
h
ər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il 
89
 Hədis ədəbiyyatı, səh. 13 
90
 Mehdi Pişvayi, Məsum imamların həyatı, səh. 4 
[21] 
 
                                                 

H
əra dağına çəkilir, qulluğa başlıyardı. Başqası görməsə də, onu mən görürdüm. O 
gün P
eyğəmbər (s) Xədicədən başqasının evində yox idi. Mən onların üçüncüsü idim. 
V
əhy və  peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona 
v
əhy gələrkən  şeytanın  fəryadını  eşidirdim  və:  -  Ya Rəsulallah bu fəryad nədir?  – 
dey
ə soruşdum. Buyurdu ki: - bu fəryad edən şeytandır. Sən mənim eşitdiyimi eşidir
gördüyümü görürs
ən. Ancaq sən peyğəmbər deyilsən.”
91
  
Peyğəmbərin (s) yanında boya-başa çatan, onun  əxlaqi ilə əxlaqlanan İmam Əli 
(
ə) şübhəsiz ki, hamıdan çox hədis toplamağa və nəql etməyə layiqdir. Əvvəldə də 
qeyd etdiyimiz kimi,  P
eyğəmbər (s) heç vaxt hədis  yazmağı  qadağan  etməmişdir. 
Şübhəsiz ki, belə qadağa olsaydı, Peyğəmbərin (s) yuxarıda adı çəkilən səhabələri bu 
q
ədər hədis yazmağa səy etməzdilər.  
Peyğəmbərdən (s) eşidib duyduqlarını ən mükəmməl şəkildə yazıb ortalığa hədis 
m
əcmuəsi çıxaran şəxslərdən biri İmam Əli (ə) olmuşdur.  
Əli bin Əbu Talibin (ə) hədis yazdığı səhifəni qılıncının qınından asdığı və daim 
yanında gəzdirdiyi haqqında  mənbələrdə  kifayət qədər dəlillər vardır. İmam  Əlinin 
(
ə) səhifəsi barədə “Səhihi-Buxari”də bir neçə hədis vardır. Həmin hədislərdən birini 
qeyd etm
ək həzrət  Əlinin (ə)  Peyğəmbərdən  (s)  eşitdiyini  yazıb-qorumasına  bir 
d
əlildir. Belə ki, adı keçən əsərdə Əbu Cüheyfə rəvayət etmişdir: “İmam Əli (ə) bizə 
bir xütb
ə  oxuyaraq  dedi  ki,  yanımızda  Allahın  kitabından  və  bu səhifədəkilərdən 
başqa  oxuduğumuz  bir kitab yoxdur. Bu səhifədə  isə  haqsız  əməllə  zərər vermək, 
d
əvələrin  yaşları  (zəkat üçün)... hökmlər  vardır.”
92
 M
əşhur  alim  Əllamə  Məclisi 
“Biharül-
ənvar” adlı əsərində  yazırdı: “Peyğəmbərin  (s) həzrət  Əliyə  (ə)  yazdırdığı 
“Cami
ə” adlı səhifədə insanların möhtac olduğu hər şey, qiyamətə qədər baş verəcək 
hadis
ələr, bütün halal və  haramlar, hətta  Cənnətdəkilərin isimləri belə  yazılıdır, 
çürüm
əsi və  aradan getməsi mümkün olmayan bu səhifə  İmam  Əli  (ə)  vasitəsilə 
ondan sonrakı İmamlara (ə) intiqal edilmişdir. Həzrət Peyğəmbərə (s) merac gecəsi 
veril
ən, ondan da həzrət Əliyə (ə) və İmamlara (ə) intiqal edilən “Divanüş-şiə” adlı 
bir kitabda da bu cür m
əlumatlar mövcuddur. İmam Cəfər Sadiqin (ə) yanındakı “əl-
Cufrül-
əbyəz” adlı əsərdə Zəbur, Tövrat, İncil, həzrət İbrahimə (ə) verilən səhifələr 
v
ə həzrət Fatimənin (ə) müshəfi vardır.”
93
  
H
əmçinin,  bəzi  qaynaqların  verdikləri məlumatlara görə,  ümumiyyətlə,  İmam 
Əlinin (ə)  yazdığı  kitablar  Peyğəmbərin  (s)  sağlığında  olub  və  həmin kitablar 
P
eyğəmbər (s) tərəfindən imzalanmışdır. 
Artıq buradan belə məlum olur ki, Peyğəmbərin (s) hədislərini ilk toplayan şəxs 
m
əhz İmam Əlidir (ə). O, Peyğəmbərdən (s) eşitdiklərini yazıb kitab halına salmışdı. 
Bu h
ədis  kitabı  İmam  Əlidən (ə) sonra digər imamlara ötürülüb  və  bununla da 
qorunub saxlanılırdı. Bir gün Həkəm bin Üteybə İmam Baqirin (ə) yanına gəlib bir 
m
əsələ barədə onunla mübahisə etdi. İmam (ə) həmin intiqal yolu ilə ona gəlib çatmış 
91
 Nəhcül-bəlağə, Tehran çapı,1995, səh. 133  
92
 M
əhəmməd Həmdullah, Həmman bin Münəbbihin səhifəsi, səh. 40, M. Həmdullah bu hədisi Buxarinin Səhih 
əsərinin kitabül-cihad fəslindən rəvayət etmişdir. Həmçinin mövzu ilə əlaqədar Əhməd bin Hənbəlin Müsnəd əsərinin I 
cildin
ə, səh. 177, müsnədi-İmam Əli (ə) bölümünə baxmaq olar. 
93
 c. XXVI, səh. 509, 511 
[22] 
 
                                                 

H
əzrət Əlinin (ə) kitabını açıb həmin məsələyə aid olan hədisi Həkəmə göstərib dedi: 
“Bu Əlinin (ə) xətti, Peyğəmbərin (s) buyurduğudur.”
94
  
Bel
əliklə, İmam Əli (ə) aşağıdakı müfəssəl əsərləri yazmışdı. 
1.  “Cameul-Quran v
ə  təviluhu”  (Quranın  toplanması  və  onun  şərhi). O, bu 
əsərində  Quranın  ayələrini  nazil  olma  ardıcıllığı  ilə  düzmüş,  onları  bir  araya 
toplayaraq geniş şərhini vermişdir. 
2. “Ülumul-Quran v
ə ənvauhu” (Quran elmləri və onun növləri). 
3.  “
əl-Müshəf”. İmam Əli (ə) bu əsərini oğlu Həsənin (ə) xətti ilə yazdırmışdı. 
Bu 
əsər məşhur  “Rəzəviyyə”  kitabxanasında  saxlanılır.  Əsərdə  Qurandan iki cüz 
vardır. 
4. “
əl-Camiə”. Bu əsər həzrət Əlinin (ə) ən məşhur əsərlərindən biridir. Əsərin 
uzunluğu 70 dirsəkdir ki, Həzrət (ə) bunu Peyğəmbərin (s) diktəsi əsasında yazmışdı. 
Sonralar bu 
əsər Əhli-beyt imamları (ə) tərəfindən bir-birlərinə ötürülmüşdür. 
5.  “
əl-Cifr”.  Həzrətin  ən məşhur  əzərlərindən olan “əl-Cifr” ensiklopedik 
xarakter daşıyıb, dinin və insan həyatının bütün məsələlərini özündə ehtiva etmişdir. 
“M
əcməül-bəhreyn” əsərinin müəllifinə görə, “Cifr və Camiə” əsərini Peyğəmbər (s) 
İmam Əliyə (ə) diktə edərək yazdırmışdır. 
H
əzrət Əlinin (ə) bu məşhur əsərində nübuvvətlə əlaqədar elmlər, halal, haram 
m
əsələləri, hökmlər,  insanların  ehtiyac  duyduqları  əsas vasitələr, dinin əsasları, 
dünyada insanların sağlam  yaşaması, və  s. məsələlərlə  əlaqədar mövzular müfəssəl 
şəkildə  işıqlandırılmışdır.  Həmçinin,  əsərdə  Quranın  bəzi mütəşabeh  ayələri təfsir 
edilmiş, onların doğru-düzgün şərhi göstərilmişdir. Həqiqətən də əsərin ehtiva etdiyi 
mövzuların genişliyinə və mahiyyətinə varanda belə məlum olur ki, bu fundamental 
əsərdə dinin bütün zəruri məsələləri ilə yanaşı, bir çox dünyəvi problemlər və onların 
h
əlli yollarından da bəhs edilmişdir. Əsər haqqında Əllamə  Məclisi  yazırdı: “Əhli-
beytin (
ə) Cifrdə olan elmini görənlər təəccüb etdilər.”
95
  
Əsərin həzrət Əliyə (ə) aid olması və ondan da sonra digər Əhli-beyt imamlarına 
(
ə) yadigar qalması haqqında kifayət qədər dəlillər vardır. Belə ki, bu haqda İmam 
C
əfər Sadiq (ə) çoxlu sayda hədislər söyləmiş  və  yeri gəldikcə  əqidəvi və  şəri 
m
əsələlərdə həmin əsərdən istifadə etmişdir. Bu barədə İmam (ə) buyurur: 
“Bizim elmimiz m
əğlub edən və üstün gələndir, qəlblərdə bir ilhamdır, qulaqları 
d
eşəndir. Həqiqətən  bizim  yanımızda  “əl-Cifrül-əhmər”, “əl-Cifrül-əbyəz” və 
“Müsh
əfi-Fatimə”  vardır.  Həmçinin,  bizdə  “əl-Camiə”  vardır  ki,  orada  insanların 
ehtiyac duyduq
ları bütün şeylər vardır...”.
96
  
Bundan  başqa  həzrət  Əlinin  (ə) “əl-Camiə”  adlı  məşhur  əsəri  haqqında  Əbu 
B
əsir İmam Cəfər Sadiqdən (ə) nəqlən  deyir: “Ey Əbu Məhəmməd! Həqiqətən bizim 
yanımızda “əl-Camiə” vardır. Onlar nə bilirlər ki, “Camiə” nədir?” Əbu Bəsir deyir: 
dedim s
ənə  fəda olum! Nədir Camiə?  Həzrət buyurdu: “Bir səhifədir  ki, onun  
uzunluğu  Peyğəmbərin (s) dirsəyi ilə  yetmiş  dirsəkdir. Onu İmam  Əliyə  (ə) 
94
 əl-Kəşşi, Rical, səh. 288 
95
 Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 97 
96
 Biharül-ənvar, c. XXVI, səh. 509 
[23] 
 
                                                 

yazdırmışdır. Orada hər bir halal və haram, həmçinin, insanların ehtiyac duyduqları 
h
ər bir şey vardır. Hətta diyə və qanbahasınadək”.
97
 
İmam Sadiqin (ə) digər bir səhabəsi Məhəmməd bin Müslüm deyir: İmam Sadiq 
(
ə) buyurdu: “Həqiqətən bizim yanımızda Əlinin (ə) yazdıqlarından bir səhifə vardır 
ki, onun uzunluğu yetmiş dirsəkdir. Biz ona tabeyik. Orada olanlardan başqa heç nəyi 
tanımırıq.” Bundan əlavə Süleyman bin Xalid deyir: İmam Sadiqdən (ə) eşitdim ki, 
deyirdi: “Bizd
ə səhifə vardır ki, ona “əl-Camiə” deyərlər. Orada halal, haram, hətta 
qanbahasınadək hər  şey  vardır.  Bizdə  Fatimənin (ə) müshəfi  vardır.  Lakin  orada 
Qurandan bir şey yoxdur.”
98
  
6. “
əs-Səhifətül-fəraiz”. Əsərin daha məşhur adı isə qısa şəkildə “əl-Fəraiz”dir. 
İmam  Əli  (ə)  tərəfindn  yazılan  əsər dinin insanlar üzərində  fərz (vacib) bildiyi 
işlərdən və  onları  icra  etmək tərzindən bəhs edir. Orada yer alan məsələlərin bir 
qrupu dig
ər  İmamların  (ə)  dillərindən də  nəql  edilmişdir.  Həmçinin,  Həzrətin (ə) 
orada n
əql etdiyi hədislərin və  ya  buyurduğu  ibadi  işlərin bir qismi mötəbər hədis 
kitablarında da yer almışdır. 
M
ənbələrin verdiyi məlumatlara görə,  “əl-Fəraiz”  İmam  Baqirin  (ə) və  onun 
o
ğlu  İmam  Sadiqin  (ə)  yanında  olmuşdur.
99
 
Şeyx  Küleyni  “əl-Kafi”  adlı  əsərində 
Zürar
ədən nəqlən mötəbər sənədlə rəvayət edir ki, Zürarə demişdir: “Bir gün İmam 
Sadiq (
ə)  Peyğəmbərin (s) əmri və  Əlinin (ə) xətti ilə  yazılmış  “Səhifətül-fəraizi” 
m
ənə oxutdu..” 
Xatırladaq  ki,  bu  rəvayəti  Şeyx  Səduq  başqa  bir  kanalla  (təriqlə) rəvayət 
etmişdir. 
7. “Kitab fi z
əkatin-niəm”. Həzrət Əlinin (ə) bu əsəri İslamın əsas vergilərdən 
biri olan z
əkat vergisindən bəhs edir. O, bu məşhur əsərində zəkatın vacibliyindən, 
onun  verilm
ə  şərtlərindən,  hansı  heyvanlardan  necə  və  nə  qədər zəkat verilər 
m
əsələlərindən danışmışdır. Bu əsər haqqında Nəcaşı geniş məlumat vermişdir. 
8.  “Kitab  fi 
əbvabil-fiqh”.  Bu  əsər fiqh elminin müxtəlif fəsillərinə  aiddir. 
Əsəri İmam Əlidən (ə) Əli bin Rafe rəvayət etmişdir. 
 9.  “
Əhdun lil-Əştər”.  İmam Əli (ə) bu kiçik məktubunu məşhur səhabəsi və 
dostu Malik Əştəri Misirə vali təyin edən zaman yazıb ona vermişdir. Əsərin həcmi 
kiçik olsa da, orada yer alan m
əsələlər mühüm dini və  həyati  əhəmiyyət kəsb 
etm
əkdədir.  Əsərdə  Həzrət (ə)  vali  kimi  Malik  Əştərin üzərinə  düşən vəzifələrdən 
b
əhs etmiş, onun bir rəhbər kimi Allahın və insanların qarşısındakı məsuliyyətindən 
danışmışdı.  Həmçinin,  bu kiçik əsərdə  İmam  Əli  (ə)  bəzi  siyasi  işlərdən də  söz 
açmışdır.  
T
əəssüflər olsun ki, İmam Əli (ə) tərəfindən Misirə vali təyin edilən Malik Əştər 
yolda Müaviy
ənin göndərdiyi  şəxs tərəfindən zəhərləndirilmiş  və  orada  da  şəhid 
edilmişdir.
100
 Amma Malik
ə vəsiyyətnamə şəkilində yazılan bu əsər “Nəhcül-bəlağə” 
97
 h
əmin mənbə, c. XXVI, səh. 512, Bəsairüd-dərəcat, səh. 39 
98
 Biharül-ənvar, c. XXVI, səh. 513 
99
 Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. I, səh. 120 
100
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 33, səh. 554  
[24] 
 
                                                 

əsərinin məktublar fəslində özünə yer almışdı. Əsərin mahiyyətinə baxdıqda məlum 
olur ki, H
əzrət (ə) bu əsərini xəlifə olduğu dövrdə  (656-661-ci illərdə) yazmışdı. 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin