Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


III. Müxt əlifül-hədis elmi



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

III. Müxt
əlifül-hədis elmi 
Bu elm d
ə hədis elmləri içərisində qədim və əhəmiyyətli tarixə malikdir. Elmin 
bu  şöbəsində  zahirən bir-birinə  zidd olan hədislər incələnir və  mənaları  açıqlanır. 
N
əvəvi bu elm haqqında yazırdı: 
“Bu çox mühüm bir elmdir. H
ər alim bunu bilmək məcburiyyətindədir. 
Müxt
əlifül-hədis elmində mənası zahirən bir-birinə zidd görünən iki hədisin araları 
tapılır və ya biri digərindən üstün tutulur. Bu işi ən mükəmməl bir şəkildə edənlər 
h
ədis ilə  fiqhi  yaxşı  bilən  şəxslər və  mənalara  doğrudan-doğruya  vaqif  olan 
ü
sulçulardır.
288
  
Bu sah
ədə Məhəmməd bin İdris Əş-Şafei (öl.204 h/q), İbn Qüteybə (öl.276 h/q), 
İbn əl- Cövzi (öl.597 h/q) və başqaları əsərlər yazmışlar. 
 
IV. İləlül-hədis elmi 
Bu h
ədisin  səhhətini zədələyən gizli səbəblərdən bəhs edən bir elmdir. Bu 
s
əbəblər, məsələn münqəti hədisi məvsul, məvquf hədisi mərfu göstərmək, bir hədisi 
dig
ər hədislə qarışdırmaq kimi qüsurlardır. 
Bu sah
ədə Müslüm bin Həccac (öl.261 h/q), İbn əl-Mədini (öl.234 h/q), Əli bin 
Öm
ər  əd-Dəraqutni (öl.375  h/q),  İbn  əl-Cəvzi (öl.597  h/q) və  başqaları  əsərlər 
meydana g
ətirmişlər. 
 
V. Q
əribül-hədis elmi 
Bu elm h
ədis mətnlərində olan çox çətin anlaşılan bəzi kəlmələri açıqlamasından 
b
əhs edir. Bu elm sahəsində  ilk  əsəri Əbu Übeydə  Mömər bin əl-Müsənna (öl.210 
288
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 90 
[65] 
 
                                                 

h/q) q
ələmə  almışdır.
289
 Müs
ənnadan  sonra bu elm sahəsində  bir çox alimlər, o 
cüml
ədən  Əbülhəsən  ən-Nadir  əl-Mazini (öl.204  h/q),  Əbu  Übeyd  əl-Qasim bin 
S
əllam (öl.223 h/q), Zəməxşəri (öl.538 h/q), İbn əl-Əsir (öl.606 h/q) və başqaları əsər 
yazmışlar. 
 
VI. Nasix v
ə Mənsux elmi 
Bir-birin
ə zidd olan hədisələr bu elmin vasitəsi ilə öyrənilərək birinin hökmü o 
birin
ə  uyğun  gəlmədikdə  nəsx  (pozulur)  edilir.  Əvvəlcə  deyilən hədis mənsux, 
sonradan deyil
ən hədis isə  nasix  adlanır.  Buna  misal  olaraq  Peyğəmbərin  (s) bu 
h
ədisini göstərmək olar: 
“Siz
ə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə qəbirləri ziyarət edin.” 
Göründüyü kimi,  bu h
ədisin birinci hissəsi mənsux  (hökmü  pozulmuş),  ikinci 
hiss
əsi isə nasix (əvvəlki hökmü pozan) adlanır. 
 
VII. H
ədis şərhi elmi 
H
ədis elminin bu şöbəsi də çox mühüm elmlərdən hesab edilmişdir. Çünki bu 
elm vasit
əsilə Məsumun (ə) dediyi hədisdə məqsədin nə olduğu açıqlanır. Hədisi şərh 
ed
ən müəllif  ərəb dili qaydaları  və  şəri  üsulları  mükəmməl bilməlidir ki, hədisi 
bunların çərçivəsində gücü yetdiyi qədər şərh etsin. 
H
ədis  şərhi elmi dirayə  elmləri içərisində  bəlkə  də  ən çox müraciət olunan 
elmdir. Bu elm sah
əsində  İslam alimləri  böyük  işlər  görmüş,  ən mötəbər hədis 
kitablarını şərh edərək müsəlmanların ixtiyarına vermişlər. 
Ən böyük hədis məcmuələri üzərinə yazılan şərhlərdən aşağıdakıları qeyd etmək 
faydalı olardı. Küleyninin “Üsulu kafi”sinə yazılan şərhlərdən bəziləri  bunlardır: 
1) Şeyx Qasim bin Məhəmməd bin Cavad bin Vəndinin (öl.1100 h/q) “Cameul- 
əhadisi vəl-əqval” əsəri. 
2) Şeyx Əbu Əli bin Məhəmməd bin Həsən bin Zeynüddin əl-Amilinin (öl.1104 
h/q) “Dürrul-m
ənzum min kəlami Məsum” əsəri. 
3) 
Əllamə  Məhəmməd  Bağır  Məclisinin (öl.1100 h/q)  “Miratül-üqul  fi  şərhi 
əxbari Alir-Rəsul” əsəri. 
4) Feyz 
əl- Kaşaninin “əl-Vafi” əsəri və s. 
Buxarinin “S
əhih” əsərinə yazılan bəzi şərhlər: 
1)  Əbu  Süleyman  Həmd bin Məhəmməd  əl-Xəttabinin (öl.388 h/q)  “İlamüs- 
sün
ən” əsəri. Bu Buxarinin əsərinə yazılan ilk şərhdir. 
2) B
əhruddin  Əbu  Məhəmməd  Mahmud  bin  Əhməd  əl-Eyninin  (öl.855 h/q) 
“Ümd
ətül-qari şərhu səhihil-Buxari” əsəri. 
3) İbn Həcər əl-Əsqəlainin (öl.882 h/q) “Fəthül-bari bi şərhil-Buxari” əsəri və s.  
 
 
 
 
289
h
əmin mənbə, səh. 92, İ. Çakan, Hədis, səh. 90 
[66] 
 
                                                 

V
II  FƏSİL 
 
HƏDİSLƏRİ TOPLAMAQ VƏ RƏVAYƏT ETMƏK 
 
7.1.H
ədis toplama və rəvayət etmə metodları 
H
ədisi rəvayət edən, yəni başqa birisinə öyrədən şəxsə “Şeyx”, hədisi alan və 
öyr
ənən  kimsəyə  isə  “tələbə”  deyilir.  Şeyxin  tələbəsinə  hədis  rəvayət etməsinə 
(öyr
ətməsinə) “əda” deyildiyi kimi, tələbənin də şeyxdən  hədis almasına “təhəmmül” 
deyilmişdir.
290
 Dem
əli, təhəmmül şeyxdən hansı yolla olursa olsun hədis almaqdır. 
H
ədis alimləri hədis öyrənən şəxsin hansı yaşda olması barədə  ixtilaf etmişlər. 
Şam hədisşünasları otuz yaşdan sonra hədis dinləməyin müstəhəb olduğunu desələr 
d
ə, Kufə  hədisşünasları  isə  uşaqlarına  iyirmi  yaşı  hələ  tamam  olmamış  hədis 
öyr
ətmişlər.  Süfyan  əs-Səvriyə  görə  hədis öyrənmək istəyən bir kimsə,  bu  işə 
başlamadan  öncə  iyirmi il ibadətlə  məşğul  olmalıdır.
291
 Lakin dig
ər hədis alimləri 
haqlı  olaraq  hədis öyrənmək  üçün  heç  bir  yaşın  olmadığını  demişlər. Bunu bəzi 
h
ədisşünasların bioqrafiyasına nəzər yetirdikdə daha aydın şəkildə görməkdəyik.  
Ümumyy
ətlə, əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, hədisi öyrənib 
başqalarına  öyrətməyin (təhəmmül  və  ədanı)  böyük  savabı  olduğu  qədər  ağır 
m
əsuliyyəti və  yolları  vardır.  Məşhur  hədis alimləri hədis öyrənmək və  öyrətmək 
yollarını qədimdən bəri sistemləşdirmiş və bunun səkkiz yolunun olduğunu demişlər. 
H
əmin yollar (metodlar) aşağıdakılardır: 
 
I. 
əs-Səma (Şeyxdən eşitmək metodu). 
Şeyxin  əzbərindən və  ya  yazılı  bir  mətndən oxuyaraq rəvayət etməsi, hədis 
öyr
ənənin də bir-başa şeyxindən eşidərək bu rəvayəti almasına “s
əma” deyilmişdir. 
Bu metod h
ədis təhəmmülünün  ən yüksək  şəklini təşkil  edir.  Çünki  bu metodda 
t
ələbə ilə şeyx qarşı-qarşıya dayanır və aralarında heç bir vasitə olmur. 
 
II. 
əl-Qiraət aləş-şeyx (Tələbənin öncədən əldə etdiyi hədisləri şeyxə oxuması). 
Buna b
əzi hədisşünaslar 
Ərəz” də demişlər. Bu metodda tələbə əzbərindən və 
ya 
əlindəki kitabından şeyxinə hədis oxuyur. Bu zaman şeyx tələbəni dinləyir və əgər 
onun s
əhvi varsa,  ona düzəlişlər edir. Bu metodda iki qayənin  olduğunu  demişlər: 
birincisi budur ki, t
ələbə bu metod vasitəsi ilə başqalarına hədis rəvayət edə bilməsi 
üçün  şeyxini xəbərdar etməsi, ondan icazə  alması,  ikincisi isə  əzbərində  və  yaxud 
əlindəki kitabında yanlışlıq varsa, şeyxin onu düzəltməsidir. 
Bu yolla öyr
ənilən hədis,  “Qira
ətu  əleyhi fülan”  və  yaxudda  “əxbərəna, 
h
əddəsəna” təbiri ilə ifadə olunur. 
290
 Ali Yardım, Hədis I-II, səh. 166 
291
 Süyuti, Tədribür-ravi, səh. 237;Talat Koçyigit, Hədis istilahları, səh. 415 
[67] 
 
                                                 

III.
əl-İcazə (Şeyxin tələbəsinə hədis rəvayət etməyə izn verməsi).  
Bu metod t
əhəmmül  yollarının  üçüncüsüdür.  Bu  metod  bəzi  hədisşünaslar 
t
ərəfindən qeyri-məqbul hesab  edilmişdir. Belə ki, İbn Həzm bu metoda etiraz olaraq 
demişdir: “Bu caiz olmayan bir bidətdir.”
292
 
 
IV.
əl-Münavələ (Şeyxin hədislərini ehtiva edən bir kitabı rəvayət etməsi üçün 
h
ər hansı bir tələbəsinə verməsi). 
 
V.
əl-Mükatəbə  və  ya  əl-Katibə  (Şeyx  rəvayət  edilməsini istədiyi  hədislərini 
uzaqda olan bir kimsəyə yazaraq göndərməsi).  
Bu metod da münav
ələdə olduğu kimi, ya icazə ilə (m
əqrunə bil-icazə), yaxud 
da  icaz
əsiz  (müc
ərrəd  ənil-icazə)  olur.  Əgər  şeyx  rəvayət  edilməsini istətdiyi 
h
ədisləri  rəvayət etməsi  üçün  icazə  verirsə,  
əcəztükə  ileykə  ma kətəbtü  -  sənə 
yazdıqlarımı rəvayət etməyinə icazə verdim” deyir. İcazəsiz mükatəbəyə gəldikdə, 
is
ə şeyx yalnız hədisləri yazmaqla yetirir. 
 
VI.
əl-Elam  (Şeyxin tələbəsinə  göstərdiyi hədis və  ya  kitabı  haqqında  “bu 
m
ənim filankəsdən eşitdiklərimdir” deyib, amma ona bunu rəvayət etməsi üçün heç 
bir şey söyləməməsi).  
H
ədisşünasların çoxu bunu tələbənin rəvayət edə biləcəyini demişlər. 
 
VII.
əl-İsa və ya əl-Vəsiyyət (Şeyxin rəvayət etdiyi hədisləri ehtiva edən kitab 
v
ə ya cüzü, vəfat edərkən və ya bir səfərə çixarkən bir şəxsə vəsiyyət etməsi).  
Bu haqda h
ədisşünaslar  arasında  görüş  ayrılığı  olsa  da,  onların  çoxu  bu cür 
r
əvayət metodunu caiz bilmişlər. 
 
VIII. 
əl-Vicadə  -“tapmaq” mənasına  gələn bu metod, bir ravinin əlyazma bir 
kitab v
ə  ya bəzi hədis səhifələrini taparaq ondan rəvayət etməsidir. Belə  bir  kitabı 
tapan kims
ənin həm şeyxin müasiri ola bilər, həm də olmaya bilər. Amma gərək o 
h
ədisləri  rəvayət edən  zaman  “h
əddəsəni”  və  “əxbərəni”  sözlərindən istifadə 
etm
əyə. Ravi belə kitablardan hədis rəvayət edən zaman “v
əcədtü bi xətti fülan” və 
s. ifad
ələrdən istifadə edə bilər.
293
 
 
 
 
 
 
 
 
292
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 73 
293
 Bu fəsildən yer alan mövzular üçün bax: Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 225-230; Əllamə Məclisi, 
Biharül-
ənvar, c. II, səh. 445-446; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 68-80; İ. Canan, Hədis üsulu 
v
ə hədis tarixi, səh. 502-517 
[68] 
 
                                                 

VIII 
FƏSİL 
 
HƏDİS RƏVAYƏT ETMƏYİN YOLLARI 
 
8.1.R
əvayətin adabı 
Rəvayət  hədisin  təhəmmül  və  ədası  deməkdir.  Rəvayət  bir  öyrənib-öyrətmək 
fəaliyyətidir.  Adab  isə  “ədəb”  kəlməsinin  cəmi  olub  hər  hansı  bir  məslək 
mənsublarının tabe olması vacib olan mənəvi qayda və elmi metodlardır.  
Bildiyimiz kimi, 
hədis  elmlərin  ən  şərəflilərindəndir.  Çünki  onun  əsas 
qayələrindən  biri  əxlaqı  saflaşdırmaq  və  insan  xarakterini  (təbiətini) 
gözəlləşdirməkdir. Buna görə də hədis öyrənən və öyrədən şəxsin bu işdə mütləq saf 
və təmiz qəlbi olmalıdır.  
Ümumiyyətlə,  hədis  alimləri  hədis  öyrənib-öyrədən  adamın  müəyyən  adaba 
məxsus  olduğunu  göstərmişlər.  Hədis  kitablarında  mövzuya  aid  başlıqlar  “Adabül-
mühəddis” və “Adabu-talibil-hədis” adı aldtında keçməkdədir. 
Bu mövzuya 
aid irihəcmli əsəri Xətib əl-Bağdadi (öl. 463/1071) yazmışdı. Onun 
bu mövzu haqqında yazdığı əsərin adı “əl-Cameu li əxlaqir-ravi və adabüs-sami”dir. 
O,  bu  əsərində  hədis  öyrədən  və  hədis  öyrənənin  əxlaq  və  əməl  etməsini  tövsiyə 
etmişdir. 
 
A)
 
Hədis öyrənənin adabı 
İlahiyyat  elmləri  içərisində  öyrənilməsi  zəruri  hesab  edilən  hədis  elmi 
Peyğəmbər (s) və onun pak əhli-beytinin (ə) əxlaqi gözəlliklərini, yüksək ədəblərini 
və  müqəddəs  yaşayışlarını  və  s.  ehtiva  etdiyindən  bu  elmi  öyrənməyin  əlbəttə  ki, 
böyük  faydaları  vardır.  Şübhəsiz  ki,  belə  bir  müqəddəs  elmi  öyrənməyin  böyük 
fəzilətləri olduğu kimi, özünəməxsus adab qaydaları da vardır.  
Hədis öyrənən şəxsin bir neçə adaba əməl etməsi zəruri sayılmışdır ki, onlardan 
da bir qismi aşağıdakılardır: 
 
1
. İxlas (təmiz niyyət) 
Hədis öyrənənin ilk adabı təmiz niyyətdir. Hədis öyrənməyə başlayan şəxs gərək 
niyyətini təmiz edərək gördüyü işi və öyrəndiyi elmi Allaha xatir etmiş olsun. Çünki 
insanın  gördükləri  iş  əgər  Allah  rizası  üçün  olmazsa,  şübhəsiz  ki,  onun  faydaları 
lazımı  nəticəni  verməyəcəkdir.  Peyğəmbər  (s)  buyurur:  “Hər  bir  əməl  niyyətə 
mövcuddur”. 
Deməli,  hədis  elmini  Allaha  xatir  öyrənən  kimsə  dünya  və  axirət 
xoşbəxtliyinə nail olur, Allah və bəndə yanında yüksəlir, şərəflənir.  
Həmmad bin Sələmə yazırdı: “Hədis elmini Allah rizasından başqa bir amacla 
öyrənən öz-özünü aldadır.” Xətib əl-Bağdadi yazırdı: “Hədis öyrənən şəxs öyünmək 
və  riyakarlıqdan  çəkinməli,  hədis  öyrənməkdə  məqsədi  əsla  rəyasətə  keçmək  və  s. 
olmamalıdır.”
294
 
2
. Üstün əxlaq 
294
 əl-Cameu li-əxlaqir-ravi və adabüs-sami 
[69] 
 
                                                 

Hədis  öyrənən  şəxs  gərək  fərdi  və  ictimai  həyatında  özünü  əxlaqlı  aparmalı, 
əxlaqın  bütün  keyfiyyətlərini  özündə  əks  etdirməlidir.  Çünki  Peyğəmbərin  (s)  və 
onun 
pak  əhli-beytindən  olan  Məsum  İmamların  (ə)  kəlamları  əxlaqi  anlayışları 
ehtiva etməkdədir.  
Peyğəmbər  (s)  buyurur:  “Mən  gözəl  əxlaqı  tamamlamaq  üçün  göndərildim.” 
Deməli,  Peyğəmbər  (s)  yolunu  gedən  hər  bir  fərd  bütün  davranış  qaydalarında 
nəzakətli  olmalı  və  ali  əxlaqi  keyfiyyətlər  nümayiş  etdirməlidir.  İmam  Əli  (ə) 
buyurur:  “Ey  elm  öyrənən!  Elm  bir  çox  fəzilətlər  sahibidir.  Bunların  başı 
təvazökarlıq, gözü həsəddən uzaqlıq,  qulağı  anlayış,  dili  doğruluq,  hifzi  araşdırma, 
qəlbi təmiz niyyət, ağılı əşyanı və vacib olan işləri bilmək, əli rəhmət, ayağı alimləri 
ziyarət, himməti ayıblardan salamat olmaqdır...”
295
 
 
3. 
Hədisi əhlindən almağa çalışmaq 
Hədis öyrənən şəxs gərək hədisi ictimaiyyətdə yüksək əxlaqı, elmi, təqvası və 
əməli ilə tanınan şəxslərdən alsın. Əgər onun vətənində belə məziyyətlərə malik bir 
alim yoxdursa, 
yaxşı olar ki, imkan daxilində səfərə çıxsın. 
 
4
.Məslək sahibi olmaq 
Hədis  öyrənən  şəxs  ailə  sahibidirsə,  gərək  onların  yaşayışlarını  təmin  edə, 
ailəsinin  rifahı  üçün  bütün  mövcud  imkanlardan  istifadə  etməlidir.  Əks  təqdirdə 
Peyğəmbərin  (s)  və  digər  Məsumların  (ə)  sünnəsini  pozmuş  olar.  Peyğəmbər  (s) 
buyurmuşdur:  “Hər  kəs  halal  yolla  özünün  və  ailəsinin  ruzisini  təmin  etmək  üçün 
çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.”
296
 
Həzrət (s) 
digər bir hədisində buyurur: 
“Hər  kəs  maddi  imkanları  olan  halda  öz  ailəsinin  rifahını  və  rahatlığını 
genişləndirməsə bizdən deyildir.”
297
 
 
 5
. Öyrəndiyini digərlərinə öyrətməlidir 
 
Hədis  öyrənən  şəxs  gərək  öyrəndiyi  hədisləri  digər  şəxslərə  də  öyrətsin. 
Həmçinin ondan bir şey soruşularsa, bildiyi halda gərək onları gizlətməyə, əks halda 
Allahın qəzəbinə səbəb olar. Çünki Peyğəmbər (s) buyurur: “Hər kəs bir elmi bildiyi 
halda gizlətsə, qiyamət günü Allah onu oddan olan noxta ilə noxtalayacaqdır.”
298
  
 
6
. Müəllimə ehtiram etmək 
Hədis tələbəsi gərək öz ustadlarına təzim edib onların ehtiramını saxlasın. Hədis 
öyrənən  şəxsə  yaraşmaz  ki,  öz  ustadına  qarşı  sayğısız  olsun,  onun  ehtiramını 
saxlamasın.  Peyğəmbər  (s) buyurur: “Ata üçdür:  1).insanı  dünyaya  gətirən  ata, 
295
 Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 28 
296
 Vəsailüş-şiə, c. XII, səh. 11 
297
 Müstədrəkül-vəsail, c. II, səh. 643 
298
 Üsuli-kafi, c. I, kitabül-elm fəsli  
[70] 
 
                                                 

2)
.Qayınata.  3).Müəllim.
299
 
İmam  Əli  (ə)  isə  buyurur:  “Əgər  valideyniniz  və 
müəlliminiz siz oturan məclisə girərsə, dərhal ayağa qalxın.” 
Göründüyü kimi, 
müəllimin məqamı çox uca bir məqam olduğundan Məsumlar 
(ə)  bu işə xüsusi önəm vermiş və ona ehtiramı vacib bilmişlər.  
 
7. 
Tədrici bir metodla çalışmaq 
Hədis öyrənən şəxslər gərək öyrəndiklərini tədricən, yəni yavaş-yavaş öyrənsin. 
Çünki elm öyrənməyin qaydalarından biri planlı və tədrici şəkildə onu əzbərləməkdir. 
Həmçinin  hər  bir  işdə  tələsmək  qəbahət  hesab  olunaraq  pislənmişdir.  Bu  barədə 
Peyğəmbər (s) buyurur: “Tələsmək şeytandandır.”
300
 
 
8
. Dərsə erkən getmək 
Hədis öyrənən şəxs gərək oxuduğu elm ocağına səhər tezdən getsin. Çünki səhər 
tezdən insanın heç bir yorğunluğu olmur və bunun da nəticəsində onun yaddaşı daha 
iti olur. 
Peyğəmbər  (s)  səhər  erkən oyanmağı  və  gündəlik işləri  erkən  vaxtı  yerinə 
yetirmək üçün tövsiyələr etmişdir. Həzrət (s) hədislərinin birində buyurur: “Allahım, 
ümmətinin erkənçiliyini bərəkətli et.”
301
 
 
9
. Hədis üsuluna önəm vermək 
Hədis  öyrənən  şəxs  gərək  təkcə  hədisləri  öyrənməklə  kifayətlənməyib  onun 
əsaslarını, tarixini və digər elmlərlə olan əlaqəsini də öyrənsin. Bu işdə o, öz dilində 
və ya ərəb dilində olan mötəbər kitablardan istifadə etsin, qüvvəli ustad yanında bu 
elmin bütün təfərrüatlarına vaqif olsun. Çünki hədis elminin əsaslarını bilməyən şəxs 
hədisin səhihini zəifindən seçə bilməz və bunun da nəticəsində böyük yanlışıqlara yol 
verə bilər. 
 
10
. Müəllimi bezdirməmək 
Hədis  öyrənən  şəxs  gərək  müəllimini  artıq  və  yersiz  suallarla  bezdirməyə.  O, 
ustadına  yalnız  lazımı  sorğuları  verə  və  ustadın  hər  cavabından  sonra  ona  dərin 
təşəkkür  edə.  Rəvvad  demişdir:  “Malikdən dörd hədis soruşdum,  beşincini  soruşan 
zaman dedi: bu insafdan deyil!”
302
 
 
B)
 
Hədis öyrədənin adabı 
Hədis alimləri hədis öyrənən şəxsə məxsus adab qaydaları qeyd etdikləri kimi, 
hədis  ustadı  üçün  də  müəyyən  adab  qaydaları  olduğunu  demişdir.  Əlbəttə  hədis 
ustadının adabı dedikdə, onun elmi dünyagörüşündən başqa tələbə ilə münasibətlərini 
də  nəzərdə  tutmuşlar.  Hədis  öyrədən  şəxsə  aid  olan  bəzi  adab  qaydalarından 
aşağıdakıları qeyd etmək olar:  
 
299
 İsna əşəriyyə, səh. 81 
300
 Sünəni-Tirmizi 
301
 Müsnədi-Əhməd, c. I, səh. 154 
302
 Xətib Bağdadi, adı çəkilən əsəri, səh. 66 
[71] 
 
                                                 

1
. İxlas və gözəl əxlaq 
Hədis öyrədən şəxs gərək gördüyü işi Allaha xatir və onun rizasını qazanmaq 
üçün  yerinə  yetirsin.  Həmçinin  hədis  öyrədən  gərək  yüksək  əxlaqi  keyfiyyətləri 
özündə birləşdirsin və bununla da ictimaiyyətdə bir örnək sayılsın. Çünki əxlaqı yaxşı 
olmayan bir ustadın yanında olmaq, onun pis əxlaqi davranışlarını mənimsəmək heç 
də yaxşı nəticələr verə bilməz.  
İslam  alimləri  hədisşünaslar  haqqında  demişlər:  “Hədisşünaslar,  Peyğəmbərin 
(s) 
yaxınlarıdır. Hər nə qədər o Həzrətlə (s) yoldaşlıq etməsələr də, onun nəfəsi ilə 
həmsöhbətdirlər.” 
 
2. Dün
əvi işlərdən qəlbini azad etmək 
Hədis  öyrədən  şəxs  yaxşı  olar  ki,  dünyaya,  şan-şöhrətə  can  atmaya.  Çünki 
qəlbini  belə  şeylərdən  təmizləməyən  şəxs  həmişə  tələbələr  qarşısında  özünü 
təkəbbürlü  və  riyakar  kimi  göstərəcəkdir  ki,  bu  da  İslam  əxlaqına  zidd  olan 
əməllərdəndir. 
 
3
. Özündən üstün olan bir şəxsin yanında rəvayəti tərk etmək 
Hədis ustadı gərək özündən üstün olan şəxslərə və ya ustadlara sayğı göstərsin 
və  onların  yanında  danışmaqdan  çəkinsin.  Yəhya  bin  Məin  deyir:  “Özündən  daha 
üstün birinin yanında hədis rəvayət edən şəxs axmaqdır.”
303
 
 
4.
Qarşıdurma  ehtimalı  olduqda  hədis  rəvayətini  və  oxutmasını 
dayandırmaq 
Hədis ustadı gərək hədislərin sənədində və ya mətnində qarışdırmaq ehtimalını 
hiss  etsə  rəvayətini  saxlasın.  Çünki  onun  etdiyi  bu  xəta  tələbələrin  də  səhv 
öyrənməsinə səbəb ola bilər. 
Həmçinin,  hədis ustadı qocalıq  yaşına çatıbsa,  kor, şil və bu kimi xəstəliklərə 
düçar olubsa yaxşı olar ki, ustadlıqdan əl çəksin. 
 
5
. Təharətli və  təmiz qiyafəli olmaq 
Hədis öyrədən şəxs yaxşı olar ki, dərs zamanı təharətli, dəstəmazlı və həmçinin 
xoş  qiyafədə  olsun.  Hədis  öyrədən  məclisin  uca  yerində  oturub,  məclisdə  sakitlik 
yaratması da onun adablarından biri sayılır.
304
 
 
 
 
 
 
 
 
303
 Haris Süleyman 
əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 140 
304
 bax: Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, səh.  140;  İ.  Cakan,  Hədis üsulu, səh. 51-53; Xətib  əl-
Bağdadi, adı çəkilən əsəri, və s. mənbələrə 
[72] 
 
                                                 

8.2.H
ədis öyrətmə üsulları 
Hədis alimlərinə görə hədis öyrətməyin üç üsulu vardır. 
  
I. 
əs-Sərd (Oxuyub keçmə üsulu) 
Əgər  hədis  müəllimi  tələbəyə  hədis  öyrədən  zaman  hədislərə  heç  bir  yöndən, 
məsələn fiqh, rical və lüğət yönündən açıqlama və izah verməzsə, buna “sərd” üsulu 
deyərlər. 
 
II. 
Təriqül-həll vəl-bəhs (Açıqlanması lazım olan yerləri açıqlamaq) 
Əgər hədis müəllimi öyrətdiyi hər hansı bir hədisdə tələbənin başa düşməyəcəyi 
bir  məqam  varsa,  istər  bu  məqam  rical  baxımından  olsun,  istərsə  də  lüğət,  gərək 
onları açıqlayıb şərh etsin. Həmçinin hədisdə tələbənin bilmədiyi yerlərə bir aydınlıq 
gətirilə. 
 
III. 
Təriqül-əman (Uzun uzadı açıqlama üsulu) 
Bu  üsul  hədislərin  çox  geniş  şəkildə  izahını  vermək  üsuludur.  Belə  ki,  bu 
üsuldan  istifadə  edən  müəllim  hədisdə  keçən  bütün  kəlmələrin  lüğəvi  və  istilahi 
mənalarını,  onların  sinonimlərini,  ravilərin  hallarını,  qəbilələrini  və  yaşayışlarını, 
hədisdə  yer  alan  şəri  hökmləri,  bir  sözlə  hədisin  ehtiva  etdiyi  bütün  məqamlarını 
açıqlamasıdır.  
Bu üç üsul Məkkə və Mədinə alimlərindən nəql edilmişdir.
305
  
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin