Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 
10.2.1. 
Malik bin Ənəs və “Müvəttə” əsəri 
Hicri  II 
əsərin ən görkəmli şəxsiyyətlərindən və hədisşünaslarından biri Malik 
bin  Ənəs  bin  Əbi  Amir  əl-Əsbahidir. Onun künyəsi  Əbu  Abdullahdır  və  Yəmənin 
m
əliklərindən Zu Sabahaya mənsubdur. Malik bin Ənəs hicri 93-cü (miladi 709-cu) 
ild
ə  Mədinədə  doğulmuşdur.  O,  ravi  təbəqələrinin üçüncü pilləsi olan ətbaüt-
tabeund
andır. Onun atası tabeunun böyük alimlərindən olmuşdur. 
Malik  bin  Ənəs  İslamın  yetirşdirdiyi  nadir  şəxsiyyətlərdəndir.  Onun  haqqında 
Şafei  yazırdı:  “Malik Allah taalanın  tabeundan  sonra  qullarına  höccət olaraq 
gönd
ərdiyi bir insandır.”
325
 
Malik  bin 
Ənəs malikilik məzhəbinin banisidir. O, Mədinə şəhərində doğulub, 
boya-
başa  çatmış,  orada  doqquz  yüzdən  artıq  şeyxdən  dərs  almış  və  ömrü  boyu 
doğulduğu şəhərdən kənara çıxmamışdır. 
Dövrünün  böyük  f
əqihlərindən sayılan Malik bin Ənəs on yeddi yaşında İslam 
elml
ərini tədris etməyə başlamış və rəvayətlərə görə fətva vermək qabiliyyəti olduğu 
halda bir müdd
ət fətva verməmişdir. 
Malik d
ərs həlqələri qurmuş, ətrafına çoxlu tələbə yığaraq hədis və digər elmləri 
öyr
ətmişdir. Mənbələrin verdiyi məlumatlara görə o, hədis öyrədən zaman yaxalanar, 
ətirlənər,  yeni  paltarlarını  geyinərək  böyük  bir  vüqarla  dərs  kürsüsünə  keçərmiş.
326
 
M
əşhur hədisşünaslardan olan Şafei yazırdı: “Malikin qapısında Xorasan atlarından 
v
ə  Misir  qatırlarından  minik  heyvanları  gördüm.  Belə  gözəl  heyvanlar  heç 
görm
əmişdim.  Ona:  “Bunlar  nə  gözəldir”  deyə  təqdir  etdim.  “Hamısı  sənindir, 
m
əndən  hədiyyə  olsun  sənə”  dedi. Mən: “heç  olmasa  minməyiniz üçün özünüz bir 
d
ənə heyvan saxlayın” dedim. Mənə bu cavabı verdi: 
“M
ən Peyğəmbər (s) olduğu bir torpağda bir heyvan ayağı ilə qədəm basmağdan 
Allaha 
qarşı həya edirəm.”
327
 
Dig
ər  məşhur  hədisşünaslardan  olan  Nəsai  (öl.915 miladi) onun  haqqında 
yazırdı:  “Malikdən  daha  əsil,  daha  böyük,  daha  etimadlı,  hədis  baxımından  daha 
əmniyyətli və zəif ravilərdən daha az rəvayət edən birini görmədim.”
328
 
H
ənəfilik  məzhəbinin  banisi  Əbu  Hənifə  yaşca  Malik  bin  Ənəsdən  on  üç  yaş 
böyük olsa da, ondan d
ərs almışdır. 
Z
əhəbi Malik bin Ənəsin bəzi məziyyətlərini belə sadalayır: 
1.Uzun bir ömür v
ə rəvayətlərində ülviyyət. 
2.K
əskin bir zəka, qüvvətli bir anlayış, geniş bir elm. 
3.Özünün  höcc
ət  və  rəvayətlərinin  səhih  olduğu  xüsusunda  alimlərin  ittifaq 
etm
ələri. 
4.Fiqh, f
ətva və qaydalarının səhhətində hər kəsdən öndə olması. 
5.Aliml
ərin  onun  dindar,  ədalət  sahibi  və  sünnəyə  bağlı  olmağında  ittifaq 
etm
ələri.
329
 
325
 Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 321 
326
 İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 142 
327
 h
əmin mənbə, səh. 142 
328
 Sübhi Saleh, adı çəkilən əsəri, səh. 322 
[81] 
 
                                                 

Malikilik 
məzhəbinin  banisi  olan  Malik  bin  Ənəs  hədis  elmində  “Əmirül-
möminin fil-
hədis” qəbul edilmişdir. O, həmçinin fiqh elmində də böyük fəqihlərdən 
sayılır  və  hazırda  da  Misir  və  Məğrib  müsəlmanlarının  əksəriyyəti  onun 
məzhəbindədirlər. 
Malik bin Ənəs hicri 179-cu ildə (miladi 795) Mədinədə vəfat etmişdir.
330
 
“Müv
əttə”  əsərinə  gəldikdə,  bu Malikin ən məşhur  əsəridir. Bu əsərdə  o 
Peyğəmbərin (s) hədislərini, səhabə sözlərini və tabeun fətvalarını toplamışdır. Bəzi 
r
əvayətlərə  görə  Malik  “Müvəttə”  əsərini  yazdığı  zaman  Abbasi xəlifəsi Mənsur 
(754-775) 
camaatı bu əsəri oxuyub onunla əməl etməyə məcbur ətmək istəmiş, lakin 
Malik bunu doğru qəbul etməmişdir.
331
 
M
ənbələrin verdiyi məlumatlara görə, Malik bin Ənəs “Müvəttə” əsərini qırx ilə 
yazmış  və  tamamladıqdan  sonra  Mədinədə  yetmiş  fəqihə  göstərərək,  onların  bu 
bar
ədə rəyini öyrənmişdir. O, bu əsərini yüz min hədisdən seçmişdir.
332
 
“Müv
əttə”ni Malikdən otuzdan artıq tələbəsi rəvayət etmişdir. 
Malik t
ərtib etdiyi bu əsərini hər il gözdən  keçirmiş  və  bəzi hədisləri 
çıxarmışdır.  Hazırda  əlimizdə  olan bu əsərdə  1720 hədis  vardır.  “Müvəttə”ni  şərh 
ed
ən Zürqani (öl.1120/1710) bu rəqəmi belə sinifləndirir: 
600-ü müsn
əd (mərfu), 
222-si mürs
əl, 
613-ü m
əvquf, 
285-i m
əqtudur.
333
 
“Müv
əttə”də olan hədislərin sayı barədə digər görüşlər də vardır. Belə ki, Malik 
yüz min h
ədis  rəvayət  etmiş,  onlardan  on  min  hədis seçərək  “Müvəttə”də 
yerl
əşdirmişdir. Ancaq bunları da Quran və sünnə ilə tutuşduraraq bir qismini daha 
ayırmış və nəticədə hamısını beş yüzə endirmişdir.
334
 
Əbu Bəkr əl-Əbhərinin rəvayətinə görə “Müvəttə”də yer alan hədislərin hamısı 
1720-dir, bunlardan 600 q
ədəri müsnəd, 300-ə qədəri mürsəl olub, digərləri səhabə və 
tabeun  sözl
ərindən və fətvalarından ibarətdir. Bunlar arasında 70-ə qədər zəif hədis 
vardır ki, Malik bu hədisləri tərk etmişdir.
335
 
 “Müv
əttə”  əsərinin  səhhətinə  gəldikdə, malikilik məzhəbinin  ardıcıllarının 
fikrinc
ə  orada yer alan hədislər səhihdir.  Bu  haqda  Şah  Vəliyullah  əd-Dehləvi 
yazırdı: 
“Müv
əttə”  kitabların  ən səhihi,  ən məşhurudur.  Səhhət  və  qiymətdə  ən öndə 
g
ələni və ən cami olanıdır. Alimlərin böyük əksəriyyəti onunla əməl etmədə, rəvayət 
v
ə  dirayələrində  ittifaq  etmişlər…  “Müvəttə”  həm maliki məzhəbinin  əsası  və 
329
 İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 142 
330
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 322; İ. Çanan, Hədis ədəbiyyatı, səh. 46 
331
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 321 
332
 h
əmin mənbə, səh. 22 
333
 İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 47,  
334
 T. Köçyigit, Hədis istilahları, səh. 354 
335
 Süyuti, Tənvirül-həvaliq, c. I, səh. 9 
[82] 
 
                                                                                                                                                                  

dayandığı, həm Şafei və Hənbəli məzhəblərinin başı və təməli, həm də Əbu Hənifə və 
iki dostu Əbu Yusif və Məhəmmədin məzhəblərinin qəndil və lampasıdır.”
336
 
“Müv
əttə”nin kütubüs-sittə sıralarına daxil olmamasının səbəbini bu əsərin hədis 
kitabından  çox  bir  fiqh  kitabı  olaraq  yazılmış  və  içərisində  yer olan hədislərin 
m
ərfusunun az olmasıdır. 
 “Müv
əttə”  əsərində  yer alan hədislərin böyük bir qismi Buxarinin və 
Müslümün, h
əmçinin “kütubüs-sittə”nin digər kitablarında yer almışdır. 
“Müv
əttə”  əsəri alimlərin  müraciət etdikləri  əsərlərdən olub və  müxtəlif 
dövrl
ərdə  şərh edilmişdir. Onun üzərinə  yazılan şərhlərdən aşağıdakıları göstərmək 
olar: 
1.C
əlaləddin Süyutinin “Tənvirül-həvalıq” əsəri. 
2.Zürqaninin, 
“Şərhu-Müvəttə” əsəri. 
3.
Əbülvəlid Süleyman bin Xələf əl-Malikinin “əl-Müntəqa” əsəri. 
B
əzi  alimləri  onu  kütubu-sittə  sıralarına  daxil  etmiş  və  kütubus-sittəni  yeddi 
kitab olduğunu demişlər. 
“Müv
əttə” əsərinə yetirilən diqqət onun İslam dünyasında dəfələrlə nəşr edilib 
yayılmasına  və  elm  ocaqlarında  tədris edilməsinə  səbəb  olmuşdur.  Bu  əsər hədis 
kitabı olmaqla yanaşı həm də fiqh kitabı kimi dəyərləndirilmişdir. 
Malik bin  Ənəsin bu məşhur  əsəri  Muxtar  Böyükçinarın  rəhbərliyi  altında bir 
qrup aliml
ər tərəfindən türk dilinə tərcümə edilmişdir. 
Malik  bin  Ənəsin  “Müvəttə”  əsəri  ayrı  bir  ad  altında  meydana  gətirilsə  də, 
müs
ənnəf  əsərlər  qrupuna məxsusdur.  Əsərin  bu  adı  almasının  səbəbi isə  onun bir 
qrup M
ədinə fəqihlərinə göstərilməsi və onların buna müsbət rəy vermələrinə görədir. 
Əsərin ərəbcədən adı “hamı üçün başa düşülən” mənasındadır. 
 
10.2.2. M
əhəmməd bin İdris əş-Şafei və əsərləri 
Hicri II 
əsrin nəhəng elm sahiblərindən biri də heç şübhəsiz ki, Məhəmməd bin 
İdris əş-Şafeidir. Onun nəsəbi Məhəmməd bin İdris bin Abbas Osman bin Şafeidir. 
Göründüyü kimi, 
o,  sonuncu  babasına  nisbət edilərək  əş-Şafei  deyə  tanınmışdır. 
Onun küny
əsi Əbu Abdullahdır. 
Şafei hicrətin 150-ci (miladi 767) ilində Qəzzədə doğulmuş, süddən kəsildikdən 
sonra is
ə  Məkkəyə  aparılmışdır.
337
 Dig
ər bir mənbəyə  görə  isə  o, Məkkədə 
doğulmuşdur.
338
 
M
əhəmməd  bin  İdris  əş-Şafei  gənclik  yaşlarında  məşhur  bir  atıcı  kimi 
t
anınmışdır. O, ilk dövrlərdə şeir, ərəb dili və əyyamül-ərəb mövzularında güclü elmə 
malik  olmuşdur.  Sonralar  fiqh  və  hədis elmlərini öyrənmiş  və  tez bir zamanda 
dövrünün m
əşhur fəqih və hədisşünaslarından birinə çevrilmişdir. 
O, h
ədis elmini Malik bin  Ənəsdən öyrənmişdir.  Mənbələrin verdikləri 
m
əlumatlara görə,  Şafei  on  üç  yaşında bir neçə  gün  ərzində  Malikin  “Müvəttə” 
əsərini əzbərləmiş və ustadının önündə onu oxumuşdur.
339
 
336
 İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 147 
337
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323 
338
 Ali  Özək, Hədis Ricalı, səh. 88 
[83] 
 
                                                 

Əhməd bin Hənbəl onun haqqında yazırdı: 
“S
əhər  vaxtı  altı  kişi  üçün dua edərdim. Onlardan biri Şafeidir.  İnsanlar üçün 
Şafei aləm üçün günəş, xalq üçün afiyət kimidir.” 
Dig
ər bir alim Beyhəqi Davud bin Əli əl- İsfəhanidən nəqlən belə yazırdı: 

Başqaları  üçün  müyəssər olmayan üstünlük vəsilələri  İmam  Şafei  üçün 
toplanmışdır.  Məsələn, nəsəb və  mövqeyinin  şərəfli,  Peyğəmbərin (s)  əşirətindən 
olması, dininin  sağlam, etiqadının pis arzu və bidətlərdən salim olması, özündəki ruh 
com
ərdliyi, hədisin  sağlamını  çürüyündən  ayıra  bilməsi,  ayrıca  hədislərin nasix və 
m
ənsuxuna vaqif olması, Allahın kitabı Quran  və Peyğəmbərlə (s) əlaqədar xəbərləri 
əzbərləməsi… üləma və füqəhadan çoxuna müyəssər olmayan imkanlardandır.
340
 
İmam  Şafei bir müddət Yəmənin Nəcran bölgəsində  qazılıq  etmişdir.  Həmin 
işində  olan zaman dövrün xəlifəsi  Harun  ər-Rəşidə  (786-809)  Şafeinin xilafəti  ələ 
keçirm
ək fikri olduğu haqqında məlumat verilmişdi. Bunu eşidən xəlifə onu dərhal 
xilaf
ətin mərkəzinə  çağırmış  və  hicri  184-cü ildə  orada xəlifə  ilə  görüşərək onun 
hüzurunda  M
əhəmməd  bin  əl-Həsən ilə  münazərə  (elmi  çəkişmə)  etmişdir.  Bu 
münaz
ərədə  Şafeinin  böyük  elmi  şəxsiyyət  olması  Məhəmməd  bin  əl-Həsənə  və 
m
əclisdə  olanlara sübut oldu və  bundan sonra əl-Həsən onun xilafəti  ələ  keçirmək 
i
ddiası olmadığını xəlifəyə bildirmişdi. 
M
əhəmməd bin İdris hicri 195-ci illdə ikinci dəfə İraqa getmiş və Əhməd bin 
H
ənbəl ilə görüşmüşdür.
341
 O, hicri 199-cu ild
ə Misirə getmiş və 204-cü ildə (miladi 
820) 
54 yaşında orada vəfat etmişdir. Qəbri Misirdə ziyarət edilməkdədir. 
M
əhəmməd  bin  İdris  əş-Şafei  həm də  İslamda böyük məzhəblərdən biri olan 
şafeilik məzhəbinin banisidir. O,  dövrünün dərin  İslam  hüququnun bilicisi kimi 
tanınmışdır.  Mənbələrin məlumatına  görə  o, hənəfilik və  malikilik məzhəblərinin 
ehkam v
ə  hüquq prinsiplərini  sadələşdirmiş,  onların  arasındakı  ziddiyətləri aradan 
qaldırmış  və  öz məzhəbini  yaratmışdır.  Şafei  həm də  İslam  hüquq prinsiplərini 
sisteml
əşdirmişdir: 
1. Quran v
ə sünnə vahid fiqh mənbəyidir.  
2. Sünn
ə yalnız Quranı tamamlayır.  
3. Bu işdə Mədinədən olan hədis ravilərinin rəvayətləri sözsüz qəbul edilir.  
4. İcmanın  rəyi Quran və sünnəyə əlavə kimi qəbul olunur və s. 
Şafei  məzhəbi hal-hazırda  dünyanın  bir  çox  bölgələrində, o cümlədən Livan, 
F
ələstin və  İordaniyada  hakim  mövqe  tutumuşdur.  Malyaziya və  İndoneziya  kimi 
bölg
ələrdə  də  bu məzhəbin  ardıcılları  yaşayırlar.  Azərbaycanda da bu məzhəbin 
arıdcılları vardır. 
M
əhəmməd  bin  İdris  Şafeinin  əsərlərinə  gəldikdə,  şübhəsiz  ki,  bunların  sayı 
çoxdur. İslam elmlərinin müxtəlif sahlərini, xüsusilə də fiqh və hədis elmində dərin 
biliyi olan bu böyük şəxsiyyət özündən sonra ardıcılları üçün dəyərli əsərlər qoyub 
getmişdir. 
339
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 323 
340
 Ali  Özək, adı çəkilən əsəri, səh. 90 
341
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 323 
[84] 
 
                                                                                                                                                                  

İshaq bin Rahuyədən: “İmam Şafei ömürü az olduğu halda bu qədər kitabı necə 
yazdı?” deyə soruşulmuş və o da cavabında: “Allah ömrünün azlığına müqabil ona 
cami bir ağıl ehsan etdi” demişdir.
342
  
Şafeinin meydana gətirdiyi əsərlər aşağıdakılardır: 
1.
ər-Risalə əl-qədimə. 
2.
İxtilafül-hədis. 
3.Müsn
əd. 
4.
İbtalül-istihsan. 
5.B
əyanül-fərz. 
6.
ər-Risalə əl-cədidə. 
7.
İcmaül-müəllim. 
8.
Əhkamül-Quran. 
9.
Siğətül-əmr vən-nəhy. 
10.
İxtilafül-Malik vəş-Şafei. 
11.
İxtilafül-iraqiyyun. 
12.
İxtilafuhu məa Məhəmməd bin əl-Həsən. 
13.F
ədailül-Qüreyş. 
14.Kitabül-umm. 
15.Kitabüs-sün
ən. 
O, fiqh və hədis sahəsindən başqa, təfsir və ədəbiyyat sahələrinə də aid əsərlər 
yazmışdır.  Onun  yazdığı  əsərlər  içərisində  “Müsnəd”  və  “ər-Risalə”  əsərləri  daha 
məşhurdur. 
“Müsn
əd”  adlı  əsəri  əslində  Əbu  Əmr  Məhəmməd  bin Cəfər  ən-Nişapuri  “əl- 
Umm” v
ə “əl-Məbsut” adlı əsərlərindəki müsnəd hədisləri bir araya gətirmək yolu ilə 
meydana g
ətirmişdir. İbn Əsir (öl. 606 h/q) bu “Müsnəd”ə bir şərh yazmışdı.
343
 
Onun “
ər-Risalə” əsəri üsulu-fiqh mövzusunu ətraflı şəkildə ehtiva etməkdədir. 
H
əmçinin, onun “əl-Umm” adlı əsəri də din prinsiplərinin çoxunu əhatə edir. 
Xülas
ə olaraq demək lazımdır ki, İmam Şafei İslam mədəniyyətinə, xüsusilə də 
h
ədisşünaslığa  müstəsna xidmətlər göstərmiş  dövrünün  böyük  şəxsiyyətlərindəndir. 
Əhməd bin Hənbəl onun haqqında gözəl demişdir: “Əlinə qələm-kağız alan hər kəsin 
İmam Şafeiyə şükran borcu vardır.” 
 
10.2.3. 
Əbdürrəzzaq bin Həmmam əs-Sənani və “Müsənnəf” əsəri 
Hicr
ətin II əsrində (mialdi VIII əsr) hədis əsəri meydana gətirən müəlliflərdən 
biri d
ə Əbdürrəzzaq bin Həmmam bin Nafi əs-Sənanidir. O, hicri 126-cı (miladi 744) 
ild
ə  Sənada  doğulmuşdur.  Əbdürrəzaq  Yəmənin böyük hədisşünaslarından 
sayılmışdır.  Onun  künyəsi  Əbu  Bəkirdir. O, hicri 221-ci  (miladi 826) ildə  vəfat 
etmişdir. 
Əbdürrəzaq bin Həmmam Mömər bin Raşid (152/729), İbn Cüreyc (150/767), 
əl-Əvzai (159/775), Süfyan  əs-Səvri (162/777), Süfyan  bin  Üyeynə  (198/813) və 
Malik bin Ənəs (179/795) kimi məşhur hədis alimlərindən elm əldə etmişdir.
344
 
342
 h
əmin mənbə, səh. 323 
343
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 324 
[85] 
 
                                                 

Əbdürrəzzaq çox etibarlı ravilərdən olduğu üçün kütubi-sittə müəllifləri ondan 
çoxlu r
əvayətləri öz kitablarına almışlar. O, Əhməd bin Hənbəl (241/855), Yəhya bin 
M
əin  (233/847),  İshaq  bin  Rahuyə  (238/852) və  Əli bin Mədini  (234/849) kimi 
aliml
ərə dərs demişdir. Mənbələrin verdiyi məlumatlara görə, Əhməd bin Saleh əl-
Misri Əhməd bin Hənbəldən: “Hədisdə Əbdürrəzzaqdan da yaxşı birini gördünmü” 
dey
ə soruşmuş, Əhməd isə: “xeyr” cavabını vermişdi.
345
 
Əbdürrəzzaq bin Həmmam hicri 200-cü (miladi 815) ildə gözlərini itirmişdir. O, 
İmam Əliyə (ə) böyük sevgi göstərmiş və onun qatillərinə qarşı çox sərt olmuşdur. 
Y
əhya bin Main deyir: “Əgər Əbdürrəzzaq irtidad etmiş olsaydı, biz yenə onun 
h
ədislərini tərk etməzdik.
346
  
Əbdürrəzzaqın əsərinə gəldikdə, onun günümüzədək gəlib çatan və on bir cild 
halında nəşr edilən ən məşhur əsəri “Müsənnəf”dir. Bu əsər İslam alimləri tərəfindən 
yüks
ək səviyyədə  qiymətləndirilmişdir.  Zəhəbi onun bu əsərini  “Elm xəzinəsi” 
adlandırmışdır.
347
 Onun bu 
əsəri yaxın zamanlara qədər nüsxə halında olmuş, bir neçə 
il bundan 
əvvəl nəşr  edilmişdir.  Hədisşünaslıq  elminin  gözəl  əsərlərindən olan bu 
“Müs
ənnəf” əsəri 1970-ci ildə Beyrutda nəşr edilmişdir.
348
 
Əsərdə  yer alan hədislərin  sayına  gəldikdə,  bunun  21033  ədəd  olduğunu 
demişlər. Bu əsərdə  yer alan hədislərin  bir  qismi  daha  doğrusu  X  cildinin 379-cu 
s
əhifəsindən XI cildin sonuna qədər Mömər  bin  Raşidin  “Cami”  əsərinin 
h
ədisləridir.
349
 
Əsərin cami olan hissəsindəki hədislər çıxarılarsa, orada 19418 hədis 
qa
lacaqdır.
350
 
“Müs
ənnəf”in tərtib xüsusiyyətlərinə  gəldikdə  isə  demək  lazımdır  ki,  bu  əsər 
kitabüt-t
əharət ilə başlayır, kitabül-heyz, kitabüs-salat, kitabül-cümə, kitabu fədailil-
Quran,  kitabül-c
ənaiz kimi ibadətə  aid bölümlərdən sonra… kitabül-fəraiz, kitabu-
əhli-kitabeyn  deyə  müamilat bəhslərlə  davam edərək Mömər  bin  Raşidin  “Cami” 
əsərinə yetişir. 

əllif bu əsərində  Peyğəmbərdən (s) gələn hədisləri,  səhabə  sözlərini və 
tabeun f
ətvalarını  sıralamışdır.  Əsərin  şərhinin olub-olmaması  hələ  elm  aləminə 
m
əlum deyildir. 
Son olaraq bunu dem
ək kifayətdir ki, bu əsər İslam mədəniyyətinin xüsusilə də 
h
ədis  ədəbiyyatı  tarixinin  ən  yaxşı  əsərlərindən  sayılmış  və  müsəlman  alimləri 
t
ərəfindən yüksək səviyyədə  dəyərləndirilmişdir.  Şükürlər olsun ki, uzun illər  elm 
al
əminə bəlli olmayan bu əsər son illərdə elmə bəlli olmuş və Əbdürəhman əl-Əzəmi 
t
ərəfindən nəşrə hazırlanmışdır. 
 
344
 İ. Çanan, adı keçən əsəri, səh. 49 
345
 h
əmin mənbə, səh. 140 
346
 Zəhəbi, Mizanül-etidal, c. II, səh. 612 
347
 İ. Canan, adı keçən əsəri, səh. 240 
348
 İ.Canan, adı keçən əsəri, səh. 50 
349
 h
əmin mənbə, səh. 50 
350
 həmin bənbə, səh. 51 
[86] 
 
                                                                                                                                                                  

10.2.4. Süfyan bin Üyeyn
ə və “Müsənnəf” əsəri 
Hicri  II  (miladi VIII) 
əsrin  məşhur  hədisşünaslarından  biri  də  Süfyan  bin 
Üyeyn
ə  bin  Meymun  əl-Hilalidir. O, hicri 107-ci  (m.722)  ildə  dünyaya gəlmiş  və 
M
əkkədə  yaşamışdır.  Onun  künyəsi  Əbu  Məhəmmədir.  Süfyan  87  tabeun  ilə 
görüşmüş və onların yetmişindən hədis rəvayət etmişdir.
351
 
M
ənbələrin verdiyi məlumatlara görə,  o,  İmam  Cəfər  əs-Sadiq  (ə) ilə 
görüşmüşdür.
352
 
 M
əhəmməd  bin  İdris  əs-Şafei  onun  haqqında:  “Malik və  Süfyan  olmasaydı, 
H
icazın  elmi  zay  olmuşdu”  sözünü  demişdir.  Həmçinin  Şafei  onun  haqında:  “İbn 
Üyeyn
ədəki qüvvəli və  sağlam  elmi  heç  bir  kimsədə  görmədim. Fətva vermək 
xüsusunda ondan daha 
əhliyyətli bir kimsə də bilmirəm” sözünü demişdir.
353
 
Süfyan  bin  Üyeyn
ə  hicri 163-cü ildə  Kufədən Məkkəyə  getmiş,  ömrünün 
sonlarına yaxın orada hədis  rəvayət etmişdir. İbn Həcər  əl-Əsqəlani  yazırdı:  “Siqə, 
hafiz, imam v
ə höccətdir…” 
Süfyan  bin  Üyeyn
ə yeddi minə qədər hədis rəvayət etimşdir.
354
 O, hicri 198-ci 
(m. 813)  ild
ə 91 yaşında Məkkədə vəfat etmişdir.
355
 
Süfyandan 
Şafei, Əhməd bin Hənbəl, Yəhya bin Main, Əli bin əl-Mədini hədis 
r
əvayət etmişlər. 
Süfyan
ın “Müsənnəf” əsərinə gəlincə bu əsər də digər müsənnəflərin şərtlərinə 
uyğun olaraq tərtib edilmişdir. 
 
10.2.5. Möm
ər bin Raşid və “Cami” əsəri 
Hicri II 
əsrin hədisşünaslarından biri Mömər bin Raşiddir. O, əslən Bəsrəlidir və 
sonradan Y
əməndə məskunlaşmışdır. Mömər bin Raşid hənəfilik məzhəbinin banisi 
Nüman bin Sabit 
əl-Hənəfinin müasiri olub onunla elm məclislərində iştirak etmişdir. 
M
ənbələrin verdiyi məlumatlara görə, “Cami” adlı ilk əsəri hicri II əsrdə Mömər 
bin Raşid meydana gətirmişdir.
356
  
Möm
ər  bin Raşidin  təlif  etdiyi bu əsər  hazırda  iki  nüsxəsi ilə  ortalığa 
çıxarılmışdır. Bu əsər də uzun müddət itib-batmış hesab edilsə də, son zamanlar elm 
al
əminə  bəlli  edilmişdir.  Əsərdə  yer  olan  mövzuların  əksəriyyəti  fiqhi  mövzuları 
əhatə  edir. Əldə olan məlumatlara görə Mömər bin Raşidin əsəri 280-a yaxın babı 
ehtiva etm
əkdədir.
357
 
 Möm
ər bin Raşidin  qələmə  aldığı  “Cami”  əsərinin hədis  ədəbiyyatı  tarixində 
böyük ön
əmi  vardır.  Bu  əsəri meydana gətirən bu böyük hədisşünas  hicri 152-ci 
(miladi 769) ild
ə vəfat etmişdir. 
 
351
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 325 
352
 Ali Özək, adı çəkilən əsəri, səh. 84-85 
353
 h
əmin mənbə, səh. 84-85 
354
 Sübhi əs-Saleh, adı çəkilən əsəri, səh. 326 
355
 həmin mənbə, səh. 327 
356
 T. Köçyigit, Hədis istilahları, səh 68 
357
 
A. Yardım, adı çəkilən əsəri, səh 57  
[87] 
 
                                                 

10.2.6. Abdullah bin V
əhb və “Cami” əsəri 
Hicri  II 
əsrin  ən məşhur  hədisşünaslarından  və  fəqihlərindən biri də  Abdullah 
bin  V
əhb bin Müslüm əl-Kürasidir. O, gənc yaşlarında elm öyrənməyə başlamış və 
Malik  bin  Ənəsin dərslərində  iştirak  etmişdir.  O, Malikin  ölümünə  qədər ondan 
davamlı surətdə dərs almışdır.
358
 
Abdullah bin V
əhb  özündən sonra gələn mühəddis və  fəqihlərə  qüvvətli təsir 
göst
ərmişdir.  Onun  rəvayət  etdiyi hədislərə  hicri III  (miladi IX) əsrdə  yazılmış 
“kütubu-sitt
ə”də də rast gəlmək mümkündür. Abdullah bin Vəhb hicri 107-ci (miladi 
813) ild
ə vəfat etmişdir. 
Onun t
ərtib etdiyi “Cami”  əsərinə  gəldikdə  demək  lazımdır  ki,  bu  əsər hədis 
ədəbiyyatı  tarixində  özünəməxsus  mövqeyi  vardır.  Zəhəbi və  digər alimlərə  görə 
Abdullah bin V
əhbin “Cami” əsərində 120.000 civarında hədis vardır.
359
 Lakin dig
ər 
bir alim İbn Həcər isə bu əsərdə 100 000 hədisin olduğunu demişdir.
360
 
Yuxarıda adı 
ç
əkilən müəlliflər bu əsərdə münkər və mövzu hədislərin olmasını istisna etməmişlər. 
İkinci  əsrin böyük məhsulu olan bu əsərin böyük bir qismi müəllifin  vəfatına 
yaxın bir dövrdə (hicri II əsr) papiruslar üzərində yazılmış halda tapılmışdır. Bu əsər 
1942-ci ild
ə David Veil tərəfindən nəşr edilmişdir.
361
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin