Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

 
11.2.2.Müslüm v
ə “Səhih” əsəri 
Hicri  III 
əsrin  ən böyük hədisşünaslarından  biri  heç  şübhəsiz ki, Müslüm  bin 
H
əccac bin Müslüm  əl-Qüşeyridir.  O,  hicri  204-cü ildə  (miladi  820)  Nişapurda 
doğulmuşdur.  Buna  görə  də  ona  döğuduğu  yerə  nisbətlə  ən-Nişapuri  də 
deyilm
əkdədir.  
Müslüm  bin H
əccacın  doğum  tarixi  müxtəlif illərdə  göstərilmişdir.  Belə  ki, 
ixtilaflı  doğum  tarixi  hicri  202  (miladi 816)-cı  il  göstərilmişdir.
395
 Onun küny
əsi 
Əbül-Hüseyndir.
396
 
Müslüm 
kiçik  yaşlarında  elm  öyrənməyə  başlamış,  dövrünün  Buxari,  Əhməd 
bin H
ənbəl, İshaq bin Rahuyə və digər tanınmış hədisşünaslarından dərs almışdır. O, 
h
ədis və  digər elmləri öyrənmək üçün müxtəlif ölkələrə, o cümlədən Hicaz, Misir, 
Şam və İraq kimi məşhur elm ocaqları yerləşən bölgələrə səyahətlər etmişdir.
397
 
 “H
ədisşünasların lideri” ləqəbi ilə tanınan Müslüm bin Həccac hicri 261-ci ildə 
(miladi  874) dünyaya 
əbədi gözlərini  yummuşdu.
398
 M
ənbələr  onun  Nişapur 
şəhərində 55 yaşında vəfat etdiyini qeyd etmişlər.
399
 
Müslüm  bin H
əccacın yaradıcılığı çox zəngindir. O, İslam elmlərinin müxtəlif 
sah
ələrinə  aid dəyərli və  mühüm  əsərlər meydana gətirmişdir.  Onun qələmə  aldığı 
əsərlərdən aşağıdakıları qeyd etmək olar: 
1. 
əl-Camiüs-səhih.  
2. Kitabül-il
əl.  
3. Kitab 
əvhamil-mühəddisin.  
4. Kitab m
ən leysə ləhu illa ravin vahid.  
5. Kitab tabaqatüt-tabeun.  
6. Kitabül-Müx
ədrəmin.  
7. Kitabül-müsn
ədil-kəbir əla əsmair-rical.  
393
 S.
əs-Saleh, adı çəkilən əsəri, səh. 321 
394
 
İ. Çakan, adı çəkilən əsəri, səh. 59 
395
 
bax: İ. Çakan, Hədis, səh. 130 
396
 
əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 11 
397
 bax: A. Öz
ək, adı çəkilən əsəri, səh. 109 
398
 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 46 
399
 Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 332 
[98] 
 
                                                                                                                                                                  

8.Kitabül-camil-k
əbir əlal-əbvab.  
9. 
əl-Əsma və kuna. 
10. 
əl-Əfrad vəl-vuhdan.  
11. Kitabu 
əvlad vəs-səhabə.  
12. Əfradüş-Şamiyyin.  
13. 
ət-Təmyiz.  
14. Kitabu sualatihi Əhməd bin Hənbəl.  
15. Kitabu m
əşayixi-Malik və s.
400
  
Şübhəsiz ki, Müslümün  yazdığı  bu  əsərlər içərisində  ən məşhuru  və  önəmlisi 

əl-Camiüs-səhih”  əsəridir. O, bu əsərini  “əl-Müsnədüs-səhih”  adlandırmışdır. 
Müslümün  q
ələmə  aldığı  bu  mötəbər  əsər  müsəlman  alimləri  tərəfindən yüksək 
qiym
ətləndirilmiş və hətta ifrata vararaq onun bu əsərini Buxarinin “Səhih” əsəri kimi 
Qurandan sonra ikinci 
ən səhih əsər hesab etmişlər.
401
 
Müslümün bu 
əsəri “Səhihi-Buxari”dən sonra “kütubus-sittə”nin ikinci pilləsini 
t
əşkil edir. Çünki alimlər bu əsəsrdə yer alan hədislərin səhih olduğunu qəbul edirlər. 
M
ənbələrin verdiyi məlumatlara görə, Müslüm bin Həccac bu əsərini üç yüz min 
(300000) h
ədis içərisindın seçərək meydana gətirmişdir.
402
  
Müslüm 
yazdığı  bu  əsərini bablara (fəsillərə)  ayırmamışdır.  Hazırda  onun  bu 
əsərində  olan  bab  başlıqları  isə  məşhur  alim  ən-Nəvəvi  (676/1277) tərəfindən 
qoyulmuşdur.
403
 
Əsərə  yüksək qiymət verən  ən-Nişapuri:  “Göy  qübbəsinin  altında 
Müslümün 
kitabından daha səhih heç bir kitab yoxdur” demişdir.
404
  
Hədisşünaslar Müslümün “Səhih” əsərində təkrarı ilə birlikdə 7275, təkrarsız isə 
3
033 hədis olduğunu deyirlər.
405
 
Müslümün “S
əhih” əsəri üzərinə çoxlu sayda şərhlər yazılmışdır. “Kəşfüz-zünun” 
əsərinin müəllifi olan Katib Çələbi Müslümün “Səhih” əsərinin on beş şərhi olduğunu 
qeyd edir.
406
 Lakin dig
ər mənbələr “Səhihi-Müslüm”ün  30-a  yaxın  şərhi  olduğunu 
yazırdılar.
407
 
“S
əhihi-Müslüm” üzərinə yazılan şərhlərdən aşağıdakıları qeyd etmək olar: 
1.
əl-İkmalu  fi  şərhi-Müslüm.  Bu  şərhin müəllifi  Qazi  İyaz  əl-Yəhsubi 
(544/1449) olmuşdur. 
2.
əl-Minhac  fi  şərhi Səhihi  Müslüm  İbni  Həccac.  Bu  şərhin müəllifi isə  Əbu 
Z
əkəriyya Yəhya bin Şərəf ən-Nəvəvi (675/1277) olmuşdur. Bu gün İslam aləmində 
Müslümün 
ən məşhur şərhi Nəvəvinin şərhi hesab olunur. 
3.
əl-Mühim lima əşkələ  min təlxisi kitabi-Müslüm. Bu əsərin  şərhi isə  Abbas 
Əhməd bin Ömər əl-Qürtubi (656/1258) olmuşdur. 
400
 bax: A. Öz
ək, Hədis Ricalı, səh. 110; S. əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 331; İ. Canan, Hədis üsulu 
v
ə Hədis tarixi, səh. 198 
401
 bax: Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 331; İ.Canan, adı çəkilən əsəri, səh. 198 
402
 Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 331 
403
 
İ. Çakan, adı çəkilən əsəri, səh. 62 
404
 
M. Ə. əl-Xəvli, Miftahüs-sünnə, səh. 46 
405
 
İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 199 
406
 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 47 
407
 Sezgin, Tarixüt-türas, c. I, s
əh. 210-217; İ. Cakan, adı çəkilən əsəri, səh. 67 
[99] 
 
                                                 

Müslümün  “S
əhih”  əsərini ondan bir çox hədisşünas  dinləmişdir.  Onların 

ərisində  ən məşhur  olanlardan  Əbu  İshaq  İbrahim  bin  Süfyan  ən-Nişapuri 
(öl
.308/920), Əbu Məhəmməd Əhməd bin Əli əl-Kalanisi və başqalarını qeyd etmək 
olar. 
Bu 
əsər də  əhli-sünnə  məzhəbində  Buxarinin “Səhih”i ilə  birlikdə  Qurandan 
sonra 
ən  etibarlı  və  ən səhih mənbə  hesab edilir.  Lakin bütün bu deyilənlərə 
baxmayaraq orada z
əif və  uydurma hədislərin  olması  şübhəsizdir. Məsələn 
Peyğəmbərin (s) əmisi Əbu Talibin müşrük olaraq öldüyünü bəyan edən hədislərin 
hamısı uydurmadan başqa bir şey deyil. 
 
11.2.3.
Tirmizi və “Sünən” əsəri 
Hicri III 
əsrdə yaşayıb yaratmış məşhur hədisşünaslardan biri də İsa bin Surə bin 
Musa bin 
əd-Dəhhak  əs-Süləmi  Əbu  İsa  ət-Tirmizidir. O, hicri 200-ci ildə  (miladı 
815)  Ortya  Asiya  şəhərlərindən  olan  Tirmiz  şəhərində  doğulmuşdur.
408
 B
əzi 
m
ənbələr onun hicri 208-cu ildə doğulduğunu rəvayət edir.
409
 
Tirmizi dövrünün bir çox böyük aliml
ərindən, o cümlədən Buxaridən, 
M
əhəmməd bin Şakirdən və başqalarından hədis dinləmişdi. O, elm öyrənmək üçün 
kiçik  yaşlarında  səfərə  çıxmış,  İraq,  Xorasan,  Hicaz  kimi  məşhur  elm  mərkəzi 
yerl
əşən bölgələrə  səyahətlər etmişdir. Dövrünün sayılıb seçilən hədisşünaslarından 
olan Tirmizi Bağdadda məskunlaşıb, İslam elmlərinin tədrisi ilə məşğul olmuşdur.  
Tirmizi ist
ər öz dövründə, istərsə  də  sonrakı  dövrlərdə  İslam  alimlərinin, 
xüsusil
ə  də  hədisşünasların  həmişə  diqqət mərkəzində  olmuş  və  haqqında  bəzi 
istisnalar n
əzərə alınmaqla müxtəlif təqdirəlayiq sözlər deyilmişdir. 
İbn Hibban onun haqqında demişdir: “O hədis toplayan, təsnif edən, əzbərləyən 
v
ə müzakirə edən biri idi.” 
əl-Xəlili isə onun haqqında: “Siqə və mütəffəqun aleyhi” sözünü işlətmişdir.
410
  
İslam  alimləri  onun haqqında siqə  (çox  etibarlı  ravi) təbirini  işlətsələr də,  İbn 
H
əzm və onun davamçıları Tirmizi haqqında “məchul” sözünü işlətmişlər.
411
 
Ömrünün sonlarına yaxın kor olan Tirmizi hicri 279-cu ildə (miladi 892) vəfat 
etmişdir.
412
 
Tirmizinin 
əsərlərinə gəldikdə, şübhəsiz ki, bunların sayı çoxdur. Onun yazdığı 
əsərlərdən aşağıdakıları qeyd etmək olar: 
1.Kitabül-il
əl.  
2.Kitabüş-şəmail.  
3.Kitab 
əsmais-səhabə.  
4.Kitabül-
əsma vəl-küna və b.  
408
 bax: 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 94 
409
 
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 215 
410
 A. Öz
ək, adı çəkilən əsəri, səh. 111 
411
 
bax: İbrahim Canan, Hədis üsulu və Hədis tarixi,  səh. 215 
412
 Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 333 
[100] 
 
                                                 

Bu 
əsərlərdəm əlavə onun şah əsəri hesab edilən “Sünən” (və ya Səhih) əsərinin 
h
ədis  ədəbiyyatı  tarixində  mühüm  yeri  vardır.  Onun  bu  əsərinə  bəzən “əl-Camiüs-
s
əhih”də deyilməkdədir. 
H
ədis alimləri Tirmizinin məşhur “Sünən” əsərinə böyük qiymət vermiş və onu 
“kütubus-sitt
ə”nin üçüncü pilləsində qərar vermişlər.
413
 
M
ənbələrin verdiyi məlumatlara görə,  Tirmizi bu əsərini hicri 270-ci ildə 
(miladi 
883)  tamamlamışdır.
414
 O, 
adı  çəkilən  əsərini  tamamladıqdan  sonra  onun 
haqqında  demişdir:  “Kimin  evində  bu kitab varsa, onun evində  danışan  bir 
peyğəmbər vardır.”
415
 
Tirmizi bu 
əsərini çox gözəl şəkildə tərtib etmiş, bütün ana babları (kitab) ehtiva 
etdiyin
ə  görə  “Cami”  adlanmışdı.  Onun  sünən  adlanması  isə  fiqhi  babları  əsas 
götür
ərək tərtib etdiyinə görədir. Əsərin fiqhi bablar əsasında tərtibinə görə alimlər 
onu b
əzən Buxariyə  bənzətmişlər. Onun bu əsərində  də  Buxaridə  olduğu  kimi 
“t
ərcümələr” vardır. 
Tirmizinin “Sün
ən”  əsərinin səhih  adlanmasının  səbəbi isə  orada yer alan 
h
ədislərin səhih olmasına görədir. 
M
ənbələrin məlumatlarına  görə  Tirmizi bu məşhur  əsərini Xorasan, Hicaz və 
İraq alimlərinə oxumuş və hamısı əsər haqqında müsbət fikir söyləmişlər. 
Tirmizinin 
əsərinin  “kütubus-sittə”  sıralarında  olması  heç  şübhəsizdir. Amma 
onun bu kitablar arasında neçənci sıralarda durması alimlər arasında ixtilaflıdır. Belə 
ki, bir qrup  aliml
ər bu əsərin Əbu Davudun əsərindən sonra gəlib, kütubus-sittənin 
dördüncü pill
əsində olduğunu desələr də, digər qrup alimlər, o cümlədən Əbu Bəkr 
İbn əl-Ərəbi və Katib Çələbi  kimi qədim, Mübarəkfüru və Nurəddin İtər kimi çağdaş 
aliml
ər onun üçüncü sırada yer aldığını demişlər.
416
 
Tirmizinin bu 
əsəri heç də meydana gətirildiyi dövrdə məşhurlaşmamış, yalnız 
bu 
əsər hicri V əsrdən (miladi XI  əsrdən) sonra məşhurlaşaraq  “kütubus-sittə” 
s
ıralarına daxil edilmişdir.
417
 
“Sün
əni-Tirmizi” sonralar kütubus-sittə sıralarına daxil edilsə də, yüksək mövqe 
qazanmış, şəri hökmlərin və əqidəvi məsələlərin əldə edilməsində mötəbər bir qaynaq 
saylmışdlr.  Məşhur  alimlərdən  olan  Əbdüləziz  əd-Dehləvi  (1239/1824) Tirmizinin 
“Cami” 
əsərinin bir neçə xüsusiyyəti haqqında məlumat verir. Belə ki, alim bu əsərin 
aşağıdakı xüsusiyyətlərini sadalayaraq onu yüksək qiymətləndirmişdir: 
1.T
ərtibi mükəmməldir, təkrar yoxdur. 
2.F
əqihlərin qənaətlərinə və istidlal üsullarına işarə edir. 
3.H
ədislərin səhhət durumlarını və illətlərini açıqlayır. 
4.H
ədis ricalına dair dəyərli məlumatlar verir.
418
 
B
əzi alimlər Tirmizinin “Sünən”  əsərini daha yüksək qiymətləndirmiş  və  onu 
bütün 
əsərlərdən  üstün  bilmişlər. Belə  ki, Abdullah bin Məhəmməd  əl-Ənsari 
413
 Katib Ç
ələbi, Kəşfüz-zünun, c. I, səh. 559; İ. Çakan, adı çəkilən əsəri, səh. 72 
414
 
İslam Ensiklopediyası, c. VII, səh. 129 
415
 Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 332; Zəhəbi, Təzkirətül-hüffaz, c. II, səh. 634 
416
 
bax: İslam Ensiklopediyası, c. VII, səh. 129 
417
 bax: h
əmin mənbə 
418
 Bustan, s
əh. 196 
[101] 
 
                                                 

“Sün
əni-Tirmizi”nin xüsusiyyətlərindən bəhs edərkən  demişdir:  “Tirmizinin  sünəni 
m
əncə  Buxari və  Müslümün  səhihlərindən  daha  faydalıdır.”  Bu  sözü  eşidən 
M
əhəmməd bin Tahir əl-Məqdisi: “Niyə belə deyirsən?” deyə soruşduqda, Abdullah 
da ona bu cavabı vermişdir: “Çünki Buxari və Müslümün səhihlərindən ancaq hədis 
elmini çox yaxşı bilənlər faydalana bilir. Tirmizi isə kitabındakı hədisləri açıqlayıb 
şərh  etmişdir.  Bu  səbəblə  fəqihlər,  hədisşünaslar  və  başqaları  ondan  faydalana 
bilirl
ər.”
419
 
Tirmizinin  bu 
əsəri  ələl-əbvab (fəsillər  əsasında) tərtibə  sahibdir. Məlumatlara 
gör
ə,  əsərdə  2496  bab  vardır.
420
 
Əsər  Əhməd  Məhəmməd  Şakirin  (1958)  təhqiqinə 
gör
ə 3956 hədisi ehtiva etməkdədir.
421
  
Tirmizinin bu 
əsərində  yer alan hədislərin  səhhətinə  gəldikdə  isə  bəzi alimlər 
buradakı  hədislərin içərisində  zəif hədis  olduğunu  bildirmişlər. Hətta dörd sünən 
əsərində  zəif hədis  olduğunu  iddia  edən  Əbülfərəc  əl-Cövzi Tirmizinin əsərində 
iyirmi üç h
ədisin uydurma olduğunu demişdir.
422
 
“Sün
əni-Tirmizi”nin də çoxlu şərhləri vardır. Onlardan aşağıdakıları qeyd etmək 
olar: 
1.
Ərizətül-əhvazi əla kitabit-Tirmizi. Bu əsəri İbnül Ərəbi adı ilə məşhur olan 
M
əhəmməd  bin Abdullah əl-İşbili  əl-Maliki (öl.546  h/q)  yazmışdır.  Bu  əsər on üç 
cildd
ən ibarətdir və müxtəlif illərdə nəşr edilmişdir. 
2.Tühf
ətül-Əhvəzi şərhu camit-Tirmizi. Bu əsəri isə Məhəmməd Əbdürrəhman 
əl-Mubarəkfuri (1353/1934) qələmə almışdır. 
Xülas
ə  olaraq Tirmizinin  “Sünən”  əsəri  haqqında  bunu  demək olar ki, o, bu 
əsərdə  Peyğəmbərin  (s) hədislərini  toplayıb  təsnif etməklə  yanaşı  hədis elminə  aid 
probleml
əri də nəzərdən keçirmişdir. O, bu məşhur əsərində Siyər, Birr, Sila, Fitən, 
Ruya, Zühd, Ədəb, Elm, İman, Təfsir, Dua və Mənaqib kimi mövzulara yer vermiş və 
bu mövzular haqqında hədislər toplamışdı. 
 
11.2.4.
Əbu Davud və “Sünən” əsəri 
Hicri  III 
əsrdə  sünən  adlı  əsər meydana gətirən məşhur  hədisşünaslardan  biri 
Əbu Davud Süleyman bin əl-Əşəs bin İshaq əl-Əzdi əs-Sicistanidir. O, hicri 202-ci 
ild
ə  (miladi  817)  Sicistanda  doğulmuşdur.
423
 
Kiçik  yaşlarında  İslam  elmlərini 
öyr
ənməyə  başlamış  və  dövrünün məşhur  elm  ocaqlarını,  o  cümlədən  Nişapur, 
Xorasan, Mes
opotamiya,  İran,  Suriya,  Kufə,  Ərəbistan, Misir kimi bölgələrdə  elm 
öyr
ənmişdi.  O,  səyahətləri  zamanı  dövrünün  nəhəng hədis alimlərindən, həmçinin 
Əhməd bin Hənbəl, Süleyman bin Hərb, Yəhya bin Məin, Qüteybə bin Səid və digər 
h
ədisşünaslardan hədis dinləmişdi. 
419
 Sübhi 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 332 
420
 
M. F. Əbdülbaqi, Təysirül-mənfəa, c. I, səh. 43; İ. Çakan, adı çəkilən əsəri, səh. 72 
421
 
İslam ensiklopediyası, səh. 129 
422
 
İslam Ensiklopediyası, səh. 129 
423
 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 86; İ. Çakan, adı çəkilən əsəri, səh. 81 
[102] 
 
                                                 

H
ədis ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan Əbu Davud hədis 
elmi sah
əsində  məşhur  tələbələr  yetişdirmişdir.  Bunlardan Tirmizi, Nəsai və  digər 
h
ədisşünasları göstərmək olar. 
M
ənbələrin verdikləri məlumatlara görə, Əhməd bin Hənbəl hədisdə onun ustadı 
olsa da, ondan bir h
ədis  rəvayət  etmiş  və  bundan yüksək fəxr hissi keçirən  Əbu 
Davud  bu hadis
əni  daima  xatırlamışdı.
424
 Dövrünün böyük aliml
əri içərisində 
dindarlığı  və  elmi  dünyagörüşü  ilə  sayılan  Əbu  Davud  həmişə  alimlər tərəfindən 
öyülmüş  və  haqqında  dəyərli fikirlər səslənmişdir.  Əs-Səğani  onun  haqqında 
demişdir:  “Həzrət Davuda dəmir  yumşadıldığı  kimi  Əbu  Davuda  da  hədis 
yumşaldılmışdı.” Həmçinin onun haqqında Əbu Abdullah bin Məndə belə demişdir: 
“H
ədis təxric edib səhihləri illətli olanlardan, xətalıları da doğrularından ayıran dörd 
kişi var: Buxari, Müslüm, bunlardan sonra da Nəsai və Əbu Davud gəlir.”
425
 
H
ədis  ədəbiyyatı  tarixində  hədis  əhlinin öndə  gedənlərindən  olan  Əbu  Davud 
hicri 275-ci ild
ə (mildai 888) Bəsrədə vəfat etmişdir.
426
 
Əbu Davud əs-Sicistaninin əsərlərinə gəldikdə sübhəsiz ki, onun yaradıcılığı çox 
z
əngindir. Onun qələmə aldığı əsərlərdən aşağıdakıları sadalamq olar: 
1.
ər-Rədd alə əhlil-qədər . 
2.Kitabün-nasix v
əl-mənsux.  
3.
əl-Məsail.  
4.Müsn
ədi-Malik.  
5.
əs-Sünən. 
O
nun  yazdığı  bu  əsərlər içərisində  ən məşhuru  “Sünən”  əsəridir.  Müsəlman 
aliml
əri onun bu əsərinə  böyük önəm  vermiş  və  onu hədis  ədəbiyyatı  içərisində 
yüks
ək tutmuşlar. Əsəri yüksək qiymətləndirən əl-Xəttabi demişdir: “O sənəd və fiqh 
baxımından  səhiheyndən də  yaxşı  kitabdır.”  əl-Qəzali isə  əsərin  haqında:  “Əhkam 
h
ədislərində müctəhidə kifayətdir” demişdir.
427
  
Əbu Davudun “Sünən” əsərində qırx kitab (ana bölüm) və 1889 bab vardır.
428
 
Əsərdəki hədislərin sayına gəldikdə isə mənbələr bunun 4800 olduğunu yazırdı.
429
 
Əbu Süleyman əl-Xəttabi “Məalimüs-sünən” adlı əsərində yazırdı: “Bilirsiniz ki, 
Əbu Davudun  “əs-Sünən”  kitabı  qiymətli bir əsərdir. Din elmləri sahəsində  onun 
mis
li yazılmamışdı. Hər məzhəbə mənsub alimlərin qəbuluna məzhər olmuş, beləcə 
müxt
əlif firqələr təşkil  edən alimlər və  fərqli məzhəblərə  mənsub fəqihlər arasında 
hakim rolu oynamışdı...”
430
  
Əbu Davudun “Sünən” əsəri tərtib baxımından Buxariyə bənzəməkdədir. Belə ki, 
o, 
əvvəlcə fiqhə sonra isə mətnə əhəmiyyət vermiş, hədisin müxtəlif turuqu (rəvayət 
kanalı)  varsa,  birini  vermişdir.  Əbu Davud bu əsərində  zəif hədislərin  olduğunu 
424
 
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 208; İ. Çakan, adı çəkilən əsəri, səh. 81 
425
 
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 209 
426
 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 86 
427
 
M. Ə. əl-Xəvli, adı keçən əsəri, səh. 86 
428
 
İ. Çakan, Hədis, səh. 132 
429
 
M. Ə. əl-Xəvli, adı keçən əsəri, səh. 86 
430
 
İ. Çakan, adı keçən əsəri, səh. 211 
[103] 
 
                                                 

şəxsən  özü  bildirmiş,  lakin  hədisşünasların  ittifaqla tərk etdikləri hədisləri  kitabına 
almamışdı.
431
 
Əbu Davudun “Sünən”  əsəri  İslam  alimləri tərəfindən diqqətlə  incələnmiş  və 
dünyanın  müxtəlif bölgələrində, o cümlədən Qahirədə  (1280), Dehlidə  (1283), 
Heyd
ərabadda (1321) və  digər bölgələrdə  dəfələrlə  nəşr  edilib  müsəlmanların 
ixtiyarına  verilmişdi.  Həmçinin  Əbu  Davudun  “Sünən”  əsəri müxtəlif dövrlərdə 
aliml
ər tərəfindən  şərh  edilmişdir.  Onlardan  aşağıdakıları  qeyd  etmək  əlbəttə  ki, 
fayadalı olardı. 
1.M
əalimüs-sünən. Bu şərhi Əbu Süleyman əl- Xəttabi (388/998) yazmışdı. Bu 
qiym
ətli şərh 1932-ci ildə iki cilddə Hələbdə nəşr edilmişdi. 
2.
Əvnül-məbud şərhu Sünəni Əbu Davud. Bu əsəri isə Əbu Təyyib Məhəmməd 
Şəmsül-Həqq  əl-Əzimabadi  yazmışdı.  Bu  əsər 14 cilddə  1322-ci ildə  Dehlidə  nəşr 
edilmişdi. 
3.
əl-Mənhəlül-əzbil-məvrud  şərhu Sünəni  Əbi  Davud.  Bu  şərhi isə  Mahmud 
M
əhəmməd Xəttab əs-Subki (1352/1933) yazmışdı. Əsər 10 cilddə nəşr edilmişdi. 
 
11.2.5.
Nəsai və “Sünən” əsəri 
Əbu Əbdürrəhman Əhməd bin Şüeyb bin Əli bin Bəhr bin Sinan bin Dinar ən-
N
əsai hicri III əsrin ən məşhur hədisşünaslarından biridir. O, hicri 215-ci ildə (miladi 
830) N
əsəda  doğulmuşdur.
432
 N
əsai  dövrünün  İshaq  bin  Rahuyə,  Əbu  Davud  əs-
Sicistani v
ə  digər məşhur hədis alimlərindən hədis öyrənmişdir.  O,  dövrün  məşhur 
elm ocaqları yerləşən bölgələrə, o cümlədən Xorasan, Hicaz, İraq, Misir, Şam, Cəzirə 
kimi bölg
ələrə səyahətlər etmiş  və böyük alimlərdən elm əldə etmişdir. Nəsai hədis 
elmind
ə  yüksək mərtəbəyə  çatmış  və  zəmanəsində  məşhur  alim  və  dindar kimi 
tanınmışdır. 
N
əsai  kiçik  yaşlarında  bu  elmi  öyrənməyə  başlamış  və  ilk təhsilini  öz  doğma 
v
ətənində  almışdır.  Bəzi  rəvayətlərə  görə  O, hədis öyrənmək üçün Qüteybə  bin 
S
əidin  yanına  gedən zaman on  beş  yaşı  olmuş  və  onun  yanında  bir  il  iki  ay 
qalmışdı.
433
 
Hicri  III 
əsrin hədis  ədəbiyyatı  tarixinin  ən görkəmli  simalarından  biri  olan 
N
əsai hicri 303-cü (miladi 915) il səfər ayının 13-də Rəmlədə vəfat etmişdir.
434
 
Tarixi m
ənbələr onun vəfatının səbələrini aşağıdakı kimi göstərirlər. 
Bel
ə  ki, Nəsai uzun illər Misirdə  yaşamış  və  orada fəaliyyət göstərmişdi.  O, 
hicri 302 (v
ə ya 303)-cü ildə Şama gəlmiş, ondan Müaviyənin fəzilətləri barədə hədis 
r
əvayət etməsini istəmişlər.  O  da  “Allah  onun  qarnını  doyurmasın”
435
 h
ədisindən 
başqa  bir  şey  bilmədiyini  demişdir.  Buna  görə  də  məsciddəkilər Nəsaini  şiddətlə 
431
 
İ.Çakan, adı keçən əsəri, səh. 89 
432
 
M. Ə. əl-Xəvli, adı çəkilən əsəri, səh. 79 
433
 
İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 223 
434
 
əl-Xəvli, adı çəkilən əsəri, səh. 79 
435
 S
əhihi-Müslüm, birr-96 
[104] 
 
                                                 

döymüşlər. Bu hadisədən dərhal sonra Məkkəyə  getmək  üçün  yola  çıxmış  və 
R
əmlədə 303-cü ildə (miladi 915) vəfat etmişdir.
436
 
N
əsainin  yaradıcılığı  zəngindir. Onun qələmə  aldığı  əsərlər içərisində  heç 
sübh
əsiz ki, “Sünən” əsərinin böyük önəmi vardır. Belə ki, Nəsai bu məşhur əsərini 
ilk olaraq “
əs-Sünənül-kəbir” adı altında yazmışdı. Bu əsərində səhihdən əlavə zəif 
h
ədislər də olduğundan Nəsai onu ixtisar etmiş və səhih hədisləri oradan çıxararaq bir 
kitaba  toplamışdı.  “Sünəni-kəbir”dən ixtisar etdiyi əsərinə  də  “əl-Müctəba”  adını 
vermişdir.
437
  
N
əsainin tərtib etdiyi bu əsər kütubus-sittə  sıralarına  daxil  olmuş  və  bəzi 
aliml
ərə görə Buxari və Müslümün səhihindən sonra üçüncü yeri almışdı. Hətta bəzi 
h
ədisşünaslara görə Nəsai rical tənqidində Müslümdən də sərt olmuşdu.
438
  
N
əsainin bu əsəri o biri sünənlərə nisbətən daha az zəif hədisi ehtiva etməkdədir. 
O, h
ədisləri toplayarkən çox diqqətli  olmuş  və  bacardığı  qədər səhih hədisləri 
toplamışdı. 
N
əsainin  “Müctəba”  əsəri 5700-ə  yaxın  hədisi ehtiva etməkdədir.
439
 Bu 
əsəri 
biz
ə İbn Sünni deyə məşhur olan Əbu Bəkr Əhməd bin Məhəmməd bin İshaq rəvayət 
etmişdi.
440
 Bu gün “Sün
əni-Nəsai” dedikdə “Müctəba” başa düşülür. 
“Müct
əba”nı  Cəlaləddin  Süyuti  (911/1505)  şərh  etmişdir.  Onun  “Müctəba”ya 
yazdığı  şərhin  adı  “Zəhrür-ruba  ələl-Müctəba”dır.  Süyutinin  yazdığı  bu  şərh nəşr 
edilmişdir. 
N
əsainin  əsərinin tərtibinə  gəlincə,  bu sünən tərzində  yazılmış  bir  əsərdir. 
Əsərdə 51 bab vardır ki, bu da sünənlər kimi bablara ayrılır və bab başlıqlarında fiqhi 
hökm göst
ərilir. 
Əsərin şöhrətinə gəldikdə isə, alimlər əsəri yüksək qiymətləndirmişlər. Hazırda 
N
əsainin bu əsəri dəfələrlə  çap edilərək müxtəlif  müsəlman  bölgələrində  yayılıb 
oxucuların xidəmtinə verilmişdi. 
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin