14.8.H
akim Nişapuri və “əl-Müstədrək” əsəri
Bir çox
əsər sahibi olan və qazı olduğu üçün Hakim ləqəbi ilə tanınan
698
Əbu
Abdullah M
əhəmməd bin Abdullah hədis elminin görkəmli şəxsiyyətlərindən biridir.
Hakim Nişapuri hicri 405-ci ildə vəfat etmişdir. O, elm əhlinin tanınmış liderlərinin
bir qrupunun ondan xahiş etməsi nəticəsində Buxari və Müslümün şərtlərinə uyğun
s
ənədlərlə hədisləri bir kitabda toplaması ilə “əl-Müstədrək ələs-səhiheyn” adlı gözəl
bir
əsər yazmışdır.
699
O, Buxari v
ə Müslümün birlikdə və ya ikisindən birinin şərtlərinə uyğun
h
ədisləri toplamağa çalışdığını, etibarlı ravilərdən meydana gələn və ya nəql edilən
m
ətnlərin ortaya qoyulmasını məqbul bir iş olduğunu ifadə etməkdədir. Hədislərin
sonunda h
ər iki şeyxin və ya onlardan hansının şərtinə uyğun olduğu halda
kitablarnda olmadığını açıqlayan Hakim özünə görə “səhih” qəbul etdiklərinə də
ayrıca işarə etməkdədir.
“
əl-Müstədrək” əsl olaraq qəbul etdiyi “Səhihani” kimi cami bir əsərdir.
Mü
əllifin Buxari və Müslümün şərtlərini əsas götürmüş olmasına baxmayaraq onun
s
əhih olduğu haqqında alimlər qeyri-müttəfiq fikirdədirlər. Ancaq bəzi alimlərin “əl-
Müst
ədrək”dən kənarda “Səhihani”nin şərtinə uyğun heç bir hədis olmadığı
şəklindəki iddia da olduqca ifratdır. “əl-Müstədrək”i təlxis edən əz-Zəhəbi
(öl.748/1247) “Müst
ədrək”dəki hədislərin yarıya yaxının səhih, dörddə birinin mətni
ill
ətli olsa da, sənədi möhkəm, son dörddə birinin də səhih olmaqdan çox uzaq
münk
ər və vəhmdən ibarət olduğunu açıqlamaqdadır. Bu səbəblə bəzi tədqiqatçılar
Z
əhəbinin təlxisi əsasında “Müstədrək”dən faydalanmaq lazımdır demişlər.
700
Buna
gör
ə də “əl-Müstədrək” Zəhəbinin “Təlxisül-müstədrək” ilə birlikdə nəşr
edilmişdir.
701
Lakin t
əəssüflə qeyd etmək lazımdır ki, onun adı çəkilən əsəri Buxari
v
ə Müslümün şərtlərinə uyğun şəkildə yazılsa da, orada Əhli-beytin (ə) fəzilətləri
haqqında olan hədislər daha çox tənqidə məruz qalmaqdadır.
695
İbnül-Kattan əl-Məğribi, Bəyanül-vəhm, Riyad, 1418/1997, c. I, səh. 150
696
1977, AÜ İlahiyyat Fakültəsi
697
Camiatül-
Əzhər külliyyəti üsulüddin
698
Əbdüləziz əd-Dehləvi, Büstan, səh. 89
699
əl-Müstədrək, c. I, səh. 2-3
700
K
əttani, Risalə, səh. 19-21; Katib Çələbi, Kəşfüz-zünun, c. II, səh. 1672; Əbdüləziz əd-Dehləvi, Büstan, səh. 88-90
701
Heydarabad, 1334-
1342; İsmayıl Lütfü Çakan, Hədis Ədəbiyyatı, İfav nəşrləri, səh. 107-108
[182]
14.9.T
əqyüddin bin Teymiyyə və əsərləri
Əbülabbas Təqyüddin Əhməd bin Əbdülhəlim bin Məcdiddin Əbdüssalam əl-
H
ərrani hicri VIII (miladi XIV) əsrin sələfi alimlərindəndir.
10 r
əbiüləvvəl 661-ci (22 yanvar 1263) ildə Hərranda doğulmuşdur.
702
Onun
m
ənsub olduğu İbn Teymiyyə ailəsi və xüsusilə babası Məcdüddin İbn Teymiyyə
bölg
ədə hənbəli məzhəbinin inkişafına təsir etmişlər. Atası Əbdülhəlim Hərranda
h
ənbəli alimi idi. 1258-ci ildə Monqolların Bağdadı zəbt etmələri səbəbilə 1269-cu
ild
ə Dəməşqə köçmüşdür. O, Sükkəriyyə darül-hədisində müdərrislik etmişdi. O
dövrd
ə Suriya və Fələstin, xüsusilə də Dəməşq hənbəli məzhəbinin mərkəzi idi. İlk
t
əhsilinə Dəməşqdə atasının müdərrislik etdiyi Sükkəriyyə darül-hədisində başlayan
İbn Teymiyyə başda bu mədrəsənin müəllimləri olmaq üzrə bölgənin tanınmış
aliml
ərindən dərs almişdı. Onun müəllimləri arasında Məcdüddin İbn Əsakir, İbn
Əbülyüsr ət-Tənuhi, Qasım əl-İrbili, Əbülfərəc bin Qüdamə əl-Məqdisi, Şəmsəddin
bin Əta, Zeynüddin bin əl-Münəcca, İbn Əbdüddaim, Zeynəb bint Məkki kimi
aliml
ər sayıla bilər.
Bununla yana
şı, onun bəzi fikirlərinə görə başda öz dövründə yaşayan bir çox
görk
əmli alimlər, o cümlədən İbn Bəttuta, İbn Həcər əl-Heysəmi, Təqyüddin əs-
Sübki v
ə oğlu Tacəddin əs-Sübki, Kəmaləddin bin əz-Zəmləqani, İzzəddin bin
C
əmaə və Əbu Həyyan əl-Əndəlusi kimi şəxsiyyətlər onun ən qatı müxalifləri
sırasında olmuş, fikirlərini rədd və tənqid üçün müxtəlif əsərlər qələmə almışlar.
Əsərləri:
A) Əqaid və Kəlam:
1.
əl-Əqaidül-Vasıtiyyə.
2. Minhacüs-sünn
ə. Şiənin və Qədəriyyənin əqidəvi fikirlərini rədd etmək
niyy
ətilə yazılan əsəri məşhur əsərlərindəndir. O, bu əsərində bəzi mütəvatir və səhih
h
ədisləri belə inkar etmiş, İmam Əlinin (ə) haqqında varid olmuş mötəbər xəbərləri
r
ədd etməkdən belə çəkinməmişdir.
3. İqtizaüs-sıratil-müstəqim müxaləfəti əshabil-cəhim. Sələf əqidəsini isbat
etm
əyə çalışıb bidət əhlinin fikirlərini rədd edən bu əsəri Məhəmməd Ömər
ingilisc
əyə tərcümə etmişdir (Paris, 1976).
4.
əl-Əqidətül-Həməviyyə (Qahirə, 1320, 1323).
5.
ər-Risalətüt-tədmüriyyə. Əsər Allahın sifətləriylə əlaqədardır.
6.
əl-İman.
7.
əl-İstiğaşə.
8.
əl-Fürqan beynə əvliyair-rəhman və əvliyaiş-şeytan.
9.
ən-Nübüvvət.
B) Qira
ət və Təfsir:
1. Müq
əddimə fi üsulit-təfsir.
2. D
əqaiqüt-təfsir.
702
Saib Əbdülhəmid, İbn Teymiyyə fi surətihil-həqiqiyyə, əbhasül-əqaidiyyə mətbəsi, Qum çapı, tarixsiz, səh. 1
[183]
3.
ət-Təfsirül-kəbir.
6.
ət-Tibyan fi nüzuli1-Quran.
C) H
ədis:
1.
Ərbəun hədis.
2. Elmül-h
ədis.
3.
əl-Kəlimatüt-tayyibə min əzkarin-nəbi.
4. Risal
ə fi şərhi hədisi Əbi Zər (Qahirə 1324/ 1906).
5. Şərhi hədisin-nüzul (Qahirə, 1366, Dəməşq, 1381/1961).
6. Əhadisül-qüssas.
7.
əl-Əhadisüz-zəifə vəl-batilə.
8.
əl-Əhadisül-mövzu.
9. Risal
ə fis-sünnə.
10. Şərhi hədisi “İnnəməl-əmalu min-niyyat”
D) Fiqh:
1. Şərhi elmül-fiqh.
2.
əs-Siyasətüş-şəriyyə fi islahir-rai vər-rahyyə. Dövlətin əsas təşkilat və idarə-
siyl
ə əlaqədar olub bir neçə dəfə çap edilmişdir. Həmçinin əsər başda türkcə olmaq
üzr
ə bir çox dilə çevrilmişdir.
İbn Teymiyyə və hədisi-şəriflər:
a).
Dua zamanı Peyğəmbərə (s) təvəssül etmək
Dua zamanı Peyğəmbərə (s) təvəssül etməyin zərurəti haqqında səhabələrin və
tabeunların da doğruluğuna şahidlik etdikləri bəzi hədisləri İbn Teymiyyə inkar etmiş
və hətta qaynaqlarda belə bir xəbərin olmadığını söyləmişdir. O, “ət-Təvəssül vəl-
vəsilə” adlı əsərində yazırdı: “Heç bir səhabə və tabeun, həmçinin müsəlmanlardan
da heç kəs Peyğəmbərin (s) ölümündən sonra ona şəfaət etməsi, Peyğəmbərdən (s) bir
şey istəməsi haqqında bir şey tələb etməyiblər. Bu haqda müsəlman imamlarının
kitablarında da heç bir rəvayət qeyd olunmayıbdır.”
703
Halbuki Əhməd bin Hənbəl,
İbn Sünni, əl-Beyhəqi, Təbərani və digər hədis nəhəngləri öz əsərlərində səhabə və
tabeunun dua zamanı təvəssül etdiklərini qeyd etmişlər. Adı çəkilən alimlər sələfin
dua zamanı “Allahım, mən sənə rəhmət peyğəmbərinin vasitəsilə üz tuturam. Ey
Məhəmməd, sənə üz tuturam ki, sənin və mənim rəbbim məndə olanlara görə mənə
rəhm etsin”. Hətta o, özü də bu duanı adı çəkilən əsərində qeyd etmişdir.
704
b).
Peyğəmbərlərin (s) və digər saleh şəxslərin qəbirlərini ziyarət etmək
İbn Teymiyyə “Kitabüz-ziyarət” əsərində yazırdı: “Peyğəmbərdən (s) onun və
dostların qəbrini ziyarət etmək haqqında heç bir əsli dürüst olan hədis nəql
olunmayıbdır”.
705
Həmçinin adı çəkilən əsərində ziyarət haqqında yazırdı: “Qəbir
703
İbn Teymiyyə, ət-Təvəssül vəl-vəsilə, səh. 18
704
bax: h
əmin mənbə, səh. 105-106
705
İbn Teymiyyə, Kitabüz-ziyarət, səh. 12-13
[184]
ziyarəti haqqında çoxlu sayda hədislər nəql olunmuşdur ki, onların hamısı zəif, bəlkə
də uydurmadır. O hədislərin heç birini imamlar və sünən sahibləri rəvayət
etməyiblər.”
706
Halbuki bu növdən olan səhih hədisləri İbn Macə və Dəraqutni öz “Sünən”
əsərlərində Peyğəmbərdən (s) belə rəvayət edirlər: “Ölümümdən sonra məni ziyarət
edən həyatımda ikən məni ziyarət edən kimidir.”
c).T
əfsir və əsbabi-nüzul haqqında
İbn Teymiyyənin bütün təfsir əsərlərində imam Əlinin (ə) haqqında nazil olmuş
bir çox ayələri inkar etməsi təəccüb doğurur. Belə ki, imam Əlinin (ə) rüku zamanı
dilənçiyə sədəqə verməsini yüksək qiymətləndirən ayənin
707
onun haqqında
olmadığını və bu növdən olan hədislərin uydurma olduğunu qeyd edən müəllif
yazırdı: “Əlinin (ə) namaz halında sədəqə verməsi uydurmadan başqa bir şey deyil.
Bu elm əhlinin müttəfiq olaraq qəbul etdiyi görüşdür.”
708
Sonra o, təfsir əsərləri
haqqında danışarkən yazırdı: “İnsanların əllərindəki təfsirlərə gəldikdə, onların içində
ən doğrusu Məhəmməd bin Cərir ət-Təbərinin təfsiridir. Çünki o, sələfin dediklərini
sənədli şəkildə nəql etmişdir. Orada heç bir bidət və ittiham olunanlardan rəvayət
yoxdur.
709
Amma biz Təbərinin “Təfsir” əsərinə baxdıqda onun bu hədisi beş yolla nəql
etdiyini görürük. Bundan başqa əl-Bəğəvi, Zəməxşəri, Razi, Əbu Səid, Nəsəfi,
Beyzavi, Qürtubi, Sü
yuti, Şövkani, Alusi və Vahidi kimi məşhur təfsir alimləri öz
təfsir əsərlərində adı keçən ayənin təfsirində onun İmam Əli (ə) haqqında nazil
olduğunu qeyd etmişlər.
ç).Yezid bin Müaviy
ənin lənətlənməsi
İbn Teymiyyə Yezidin üstünlüklərindən ağız dolusu danışan, onun haqqında
alimlərin dediklərini isə qulaqardı edən şəxslərdəndir. O, bu haqda “Rəsül-Hüseyn”
adlı əsərində yazırdı: “Əhməd bin Hənbələ deyildi: Yezidin hədislərini yazırdısan?
Dedi: yox.
Dedil
ər: bəzi kəslər onu sevdiklərini deyirlər.
Dedi: Allaha və qiyamət gününə inanan şəxs Yezidi sevərmi? Bunu eşidən oğlu
Saleh atasına dedi: nə üçün Yezidi lənətləmirsən?
Əhməd bin Hənbəl dedi: sən nə vaxt görmüsən ki, atan kimisə lənətləsin?
710
Ancaq biz
Əhməd bin Hənbəlin hədisinə baxdıqda onun İbn Teymiyyə
t
ərəfindən yarımçıq və təhrif olunmuş formada nəql edildiyini görürük. Əbülfərəc bin
Cövzi h
əmin hədisi tam və dürüst şəkildə belə nəql edir: “Əhməd dedi: Allahın öz
kitabında lənətlədiyi şəxsi mən necə lənətləməyim?” Ona deyildi: Allah Yezidi öz
kitabının harasında lənətləyib? Bu zaman Əhməd Allahın bu ayəsini oxudu:
Əgər
706
h
əmin mənbə, səh. 22, 38
707
əl-Maidə, 55
708
İbn Teymiyyə, Müqəddimə fi üsulit-təfsir, səh. 31, 36
709
h
əmin mənbə, səh. 51
710
İbn Teymiyyə, Rəsül-Hüseyn, təhqiq edən: Seyid əl-Cəmili, tarixsiz, səh. 205
[185]
(Peyğəmbərdən)
üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və
(Cahiliyyət dövründə olduğu kimi)
qohumluq tellərini qırmaq gözlənilməzmi?!
Onlar
(münafiqlər, fitnə-fəsad törədənlər)
Allahın lənət etdiyi (qulaqlarını) kar
və gözlərini kor etdiyi kimsələrdir!”.
711
Əhməd bu ayələri oxuduqdan sonra dedi:
qətldən böyük fəsad varmı?
712
İbn Teymiyyənin Yezidin lənətlənməsi haqqındakı fikirlərini isə yuxarıda qeyd
etdik. Bundan əlavə o, bütün tarix kitablarında Yezid haqqında qeyd olunan xəbərləri
inkar etməklə ümmətin görkəmli alimlərinə böhtan atmışdır. O, “Rəsül-Hüseyn” adlı
əsərində yazırdı: “Yezid Hüseyni öldürməyə razı olmamış, əksinə onun ölmünə
kədərlənmişdir”.
713
Görəsən bu fikir ümmətin müttəfiq olduğu fikirdir, yoxsa İbn
Teymiyyənin uydurduğu fikir? Ümmətin ən böyük alimlərindən olan Təftəzani bu
məsələ haqqında yazırdı: “Sələf alimlərinin hamısı icma olaraq Hüseyni (ə)
öldürənlərin, yaxud bu işə əmr edənlərin, yaxud bu işi caiz bilənlərin, yaxudda buna
razı olanların lənətlənməsini caiz bilmişlər. Bu bir həqiqətdir ki, Yezid Hüseynin (ə)
öldürülməsinə razılıq vermiş və onun qətli xoş xəbər kimi ona çatdırılmışdır. Yezid
Peyğəmbərin (s) əhli-beytini (ə) sıxıntıya salmışdır. Bu mütəvatir xəbərlərdəndir. Biz
Yezidin küfrünə şahidlik edirik. Allah ona və onun köməkçilərinə lənət etsin”.
714
H
əmçinin Təftəzani yazırdı: “Yezid ölmədən əvvəl tövbə etsəydi, digər
xan
ədanı peyğəmbər əhli-beytinə (ə) əziyyət etməkdən əl çəkərdi. Qaldı ki, ölümünə
q
ədər xanədanı Əhli-beytə (ə) qarşı alçaldıcı hərəkətlər etməsi təvatürlə rəvayət
edilir. Ölüm anındakı tövbə və iman məqbul deyil. Onun üçün Yezidin kafir
olduğuna inanılmışdır. Yezidin kafir olduğuna Hüseynin (ə) qətl edilməsini əmr
etdiyind
ən başqa, mənzumə şəklində söyləmiş olduğu bu şeiri də dəlildir. Bir gün fala
baxmaq üçün Yezid müq
əddəs kitabi-şərifi açmış: “(Peyğəmbərlər düşmənləri
üz
ərində qələbə çalmaqdan ötrü Allahdan) köm
ək dilədilər. Hər bir inadkar
t
əkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə
sığışdırmayan kafirlər) is
ə ziyana uğradı”
715
ay
əsinə gözünə sataşmış, kəsiləsi
diliyl
ə bu qitəni söyləmişdir: “Tuhavvıfuni bi-cəbbarin anid. Və ha ənə zakə
c
əbbarun anid izə laqeytə Rabbəkə yəvmə həşrin fə qul: “Ya Rəbb, məzzəqəni
Yezid”. (Ey Quran! m
əni cəbbar və inadcıl olmaqlamı təhdid edirsən? Elə isə o
c
əbbar və inadcıl mənəm! Qiyamət günü Rəbbini gördüyün zaman Ona de ki: “Ya
R
əbb, məni Yezid parçaladı!” deyərək müqəddəs Kitabi-şərifi para-para etdiyi
deyilir.
716
Sirri Paşa: “Biz də Təftəzaninin dediyini deyirik” deməkdədir.
717
İbn Teymiyyə yazırdı: “Hüseynin başının Şama gətirilməsi hadisəsi yalandan
başqa bir şey deyil.”
718
Bu azmış kimi yazırdı: “Məlumdur ki, Zübeyr bin Bəkkar və
711
Məhəmməd, 22-23
712
İbn Cövzi, ər-Rədd aləl-mütəəssibil-ənid, səh. 16; əş-Şiravi, əl-İthaf bi hübbil-əşraf, səh. 63-64
713
İbn Teymiyyə, Rəsül-Hüseyn, təhqiq edən: Seyid əl-Cəmili, tarixsiz, səh. 207
714
Sədrəddin Təftəzani, Şəzəratüz-zəhəb, c. I, səh. 68-69
715
İbrahim-15
716
bax: Sədrəddin Təftəzani, Kelâm İlmi ve İslâm Akaidi (Şerhu’l-Akaid, Hazırlayan Süleyman Uludağ), Dergâh
Yayınları: (DİĞER KONULAR BÖLÜMÜ)
717
h
əmin mənbə, səh. 325
718
İbn Teymiyyə, Rəsül-Hüseyn, təhqiq edən: Seyid əl-Cəmili, tarixsiz, səh. 206-207
[186]
“T
əbəqat” əsərinin müəllifi olan Məhəmməd bin Səd belə xəbərləri yalançılardan və
cahill
ərdən nəql etmişlər.”
719
Bu mövzuda is
ə ən doğru məlumatı əl-Bəğəvi və İbn
Əbi Dünya verməkdədir.
720
Ondan soruşmaq lazımdır ki, əgər Hüseynin (ə) başının
Şama gətirilməsi yalan xəbərdirsə və bu haqda ən doğru xəbəri əl-Bəğəvi ilə Əbu
Dünya verirs
ə, bəs niyə görə onlardan bu haqda bir hərf belə nəql etmirsən?
İbn Teymiyyə “Minhacüs-sünnə” əsərində Yezidin Hüseyni (ə) söymədiyini,
əksinə onun əhli-beytinə (ə) hörmət etdiyini yazırdı.
721
Onun
əl-Bəğəvinin xəbərlərini
doğru adlandırması keşkə doğru alaydı. Çünki əl-Bəğəvi Hüseyninin (ə) qətl
edildiyini, paltarının, əmmaməsinin, qılıncının qənimət kimi götürüldüyünü rəvayət
etmişdir. Bu xəbərlərin hamısını təfsilatı ilə İbn Cövzi “ər-Rədd ələl-mütəəssibil-
ənid” əsərində qələmə almışdır.
722
Peyğəmbərin (s) Əlinin (ə) haqqında buyurduğu “Allahım onu rəhbər tutana
rəhbər ol, ona düşmən olana düşmən ol” hədisi haqqında İbn Teymiyyə yazırdı:
“Hədis elmində savadı olan hər kəsə bəllidir ki, bu hədis yalandır.”
723
Amma biz bu hədisi araşdırdıqda gördük ki, ən böyük yalanı İbn Teymiyyə özü
danışır. Çünki bu hədisi Peyğəmbərdən (s) çoxlu sayda rəvayət edən hədis alimləri
vardır. Onlardan aşağıdakıları qeyd etmək olar: Əhməd bin Hənbəl, İbn Əbu Şeybə,
İbn Rahuyə, İbn Cərir, Səd bin Mənsur, Təbərani, Əbu Nəim, Hakim Nişapuri, Xətib
Bağdadi, Nəsai, Əbu Yəla, İbn Hibban və başqaları. Hətta bu hədisşünaslar içində
Əhməd, Hakim və Nəsai onun səhih olduğuna dair hökm vermişlər.
“Yaxın qohumlarını qorxut”
724
ayəsinin İmam Əlinin (ə) haqqında olduğunu
təkzib edən İbn Teymiyyə yazırdı: “Bu hədis hədis əhlinin yanında yalandır.
Hədisdən məlumatı olan hər kəs bilir ki, bu uydurmadır.”
725
Adı keçən ayənin İmam Əlinin (ə) barəsində nazil olması Əhməd bin Hənbəlin
“Mü
snəd” əsərində öz əksini tapıb. Heysəmi hədis haqqında yazırdı: “Əhmədin
raviləri düzgündür və o etibarlıdir”. Həmçinin bunu İbn İshaq, Təbəri, Təhavi, İbn
Əbi Hatəm, İbn Mordəveyh, Əbu Nəim İsfəhani, Ziya Müqəddəsi, Əli Müttəqi əl-
Hindi və başqaları rəvayət etmişlər. Süyuti bunu bir qurup ravidən nəql etmiş, əl-
Beyhəqi də “Dəlailün-nübuvvət” əsərində onu kamil şəkildə qeyd etmişdir.
Biz sonda Peyğəmbərin (s) Əlinin (ə) haqqında dediyi dua ilə sözümüzü
bitiririk: “Allahım, onu dost tutana dost, düşmən olana düşmən ol.”
726
Keşkə İbn Teymiyyə İmam Əlinin (ə) haqqında Peyğəmbərin (s) söylədiyi və
söylədiklərinin də hamısı əhli-sünnə qaynaqlarında qeyd edilən aşağıdakı bəzi
hədisləri biləydi. Belə ki, Peyğəmbər (s) buyurmuşdur:
•
Əlini sevmək imandan, ona nifrət nifaqdandır.
727
•
Mən Əlidənəm, o da məndəndir.
728
719
h
əmin mənbə, səh. 198
720
h
əmin mənbə, səh. 206
721
İbn Teymiyyə, Minhacüs-sünnə, darün-nəşr, müəssisətu Qurtuba, I çap, c. II, səh. 226
722
İbn Cövzi, ər-Rədd aləl-mütəəssibil-ənid, səh. 49-50
723
h
əmin mənbə, c. VII, səh. 55
724
əş-Şüəra-214
725
T
əqyüddin ibn Teymiyyə, Minhacüs-sünnə, c. VII, səh. 302
726
Əhməd bin Hənbəl, Müsnəd, c. IV, səh. 372; Hakim Nişapuri, Müstədrək, c. III, səh. 109
727
S
əhihi-Müslüm, fədail fəsli, c. I, səh. 161
[187]
•
Əli məndən sonra hər bir möminin rəhbəridir.
729
•
Əli mənim elm şəhərimin qapısı və iki oğlumun atasıdır.
730
•
Əli mənim qardaşım, vəsim və məndən sonra xəlifəmdir. Onu eşidin və ona
tabe olun.
731
•
Ey Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Amma
məndən sonra heç bir peyğəmbər olmayacaqdır.
732
İslam alimlərinin İbn Teymiyyə haqqında dedikləri
Hafiz bin Həcər əl-Əsqəlani onun fətvaları haqqında əsər yazmış (əl-Fətavəl-
hədisiyyə adlı) və belə demişdir: “İnsanlar onun haqqında müxtəlif fikirlərə
düşmüşlər. Bəziləri onun Allahın sifətləri haqqındakı görüşlərini, Allahın ərşi
üzərində oturmasını deməsini nəzərə alıb onu təcsimdə ittiham etmişlər. Bəzi kəslər
isə onun Peyğəmbər (s) haqqında dediyi “Peyğəmbərdən kömək istənilməz” sözünü
əsas tutaraq onu zındıqlıqda ittiham edirlər. Bir qurup şəxslər isə onun İmam Əli (ə)
haqqında söylədiklərini nəzərə alıb onu münafiqlikdə ittiham edirlər. Çünki
Peyğəmbər (s): “Ey Əli, sənə yalnız münafiq nifrət (büğz) edər” buyurmuşdur.
733
Həmçinin İbn Həcər əl-Əsqəlani “əl-Fətavəl-hədisiyyə” əsərində onun haqqında
aşağıdakı sözləri söyləmişdir: “İbn Teymiyyə Allahın öz başına buraxdığı bəndədir,
Allah onu azdırmış, kor və lal etmiş, sonra da zəlil etmişdir. Alimlər onun halının
fəsad, sözlərinin isə yalan olduğunu bəyan etmişlər. Hər kəs bunu bilmək istəyirsə,
Əbülhəsən əs-Sübkinin və oğlu ət-Tacın, Şeyxülimam əl-İz bin Cəmaənin, İbn
Teymiyyənin öz əsrində yaşayan Şafei, Maliki və Hənəfi məzhəbli alimlərin
əsərlərini mütaliə etsin. Onun sözlərində heç bir ölçü yoxdur.. O, azmış, azdıran və
bidət əhli olan biridir. Allah onu öz ədaləti ilə hesaba çəksin. Onun (azmış) yolu,
əqidəsi və əməlləri qədər bizə mükafatlar versin.”
734
Hafiz əz-Zəhəbi də İbn Teymiyyə haqqında traktat yazmış və orada onun
bidətlərindən və xürafələrindən bəhs etmişdir.
Müs
əlman alimlərinin İbn Teymiyyə və onun görüşlərinin əleyhinə yazdığı
r
əddiyyələr
Bütün
İslam məzhəbinin ən görkəmli alimləri İbn Teymiyyə və onun fikirlərini
əsas götürən vəhabiliyin əleyhinə çoxlu sayda əsərlər yazmışlar. Burada qısa şəkildə
həmin əsərlərdən bir neçəsinin adlarını qeyd etmək faydalı olar.
1.İthafu əhliz-zaman bi əxbari muluki Tunis və əhdil-əman (Əhməd bin Əbu
Zəyyaf).
2.əl-Əcvibətün-Nəcdiyyə ənil-əsilətin-Nəcdiyyə (Şəmsəddin Məhəmməd bin əs-
Səfarini).
728
S
əhihi-Buxari, fədail fəsli, c. VII, səh. 168
729
Əhməd bin Hənbəl, Müsnəd, c. V, səh. 25
730
Hakim Nişapuri, Müstədrək, c. III, səh. 126
731
T
əbəri, Tarixül-üməm vəl-müluk, c. II, səh. 319
732
Müslüm bin H
əccac Nişapuri, Səhihül-Müslüm, fəzail fəsli, c. VII, səh. 120; Səhihül-Buxari, fədail fəsli
733
İbn Həcər əl-Əsqəlani, əd-Dürərül-kaminə, c. I, səh. 155
734
İbn Həcər əl-Əsqəlani, əl-Fətavəl-hədisiyyə, səh. 86
[188]
3.əl-Ərz vət-türbətül-Hüseyniyyə (Şeyx Məhəmməd Hüseyn Ali Kaşifülğita).
4.İzhaqül-batil fir-rəddi ələl-vəhhabiyyə (Mirzə Məhəmməd Ali Davud əl-
Həmədani).
5.
ət-Tühfətül-vəhbiyyə fir-rəddi ələl-vəhhabiyyə (Şeyx Davud bin Süleyman
Bəğdadi əl-Hənəfi).
6.Cəvazu ləni Yəzid əşqa Bəni Umeyyə rəddən ələ bəzil-Əməviyyə (Şeyx Hadi
bin Şeyx Abbas Ali Kaşifülğita).
7.ər-Rədd aləl-vəhhabiyə (İbrahim bin Əbdülqadir ət-Tunisi əl-Maliki).
8.ər-Rədd əla Məhəmməd bin Əbdülvəhhab (Məhəmməd bin Süleyman Kürdi
əş-Şafei).
9.əs-Seyfüs-saqil fir-rəddi İbn Teymiyyə və İbn Qəyyim əl-Cövzi (Təqyüddin
əs-Sübki).
10.Şübəhatül-vəhhabiyyə (Həsən bin Əbülməali).
Dostları ilə paylaş: |