Əsərləri
Feyz K
aşanı fəlsəfə, təsəvvüf, kəlam, əxlaq, hədis, təfsir, fiqh və fiqh üsulu kimi
mövzularda
ərəbcə 100-ü aşan əsər qələmə almışdır.
677
Onun yazdığı ən mühüm
əsərlər aşağıdakı kimi sıralana bilər:
1.
əl-Vafi.
2.S
əfinətün-nicat fi təriqətil-əməl.
3.T
əfsirül-kəbir.
4.T
əfsirüs-səğir.
5.T
əfsirül-mütəvəssit.
6.Eynül-y
əqin.
7.H
əqqül-yəqin.
8.Elmül-y
əqin.
9.Üsulul-
əsliyyə.
10.Risal
ətül-cümə.
11.T
ərcümətüs-salat və kəlimatit-tərifə.
12.Risal
ə fit-təfəqqüh.
13.Risal
ə fi nəfyit-təqlid.
14.
ən-Nüxbə.
15.M
əfatihüş-şərai.
678
16.M
əhəccətül-beyza fi ehyail-ehya.
17.Mizanül-qiyam
ət.
18.Miratül-axir
ət.
19.T
əshilüs-səbil bil hüccəti fi intixabi kəşfil-məhəccə li İbn Tavus.
20.N
əqd üsulil-fiqhiyyə.
21.Xilas
ətül-əzkar.
22.T
ərcümətül-əqaid.
23.Miratüs-savab.
24.
ən-Nüxbətüs-suğra.
25.
ən-Nüxbətül-kübra.
26.Cihazül-
əmvat.
27.
əd-Dəvabitül-xums fi əhkamiş-şəkk.
28.
əs-Səhv.
29.
ən-Nisyan.
30.Risal
ə vilayətil-əqdil-bikr.
31.
əl-Əhcarüş-şidad.
676
Mehdi İsfəhani, Müşfü dünya fi tərifi İsfahan, Tehran-1340 h/ş, səh. 183
677
Əli Müdərris, Reyhanətül-ədəb, Təbriz, tarixsiz, c. IV, səh. 369-379
678
Əllamə Əmini, əl-Qədir, c. XXII, səh. 281
[172]
32.
əs-Suyufül-hidad fi kəsri cəvahiril-əfrad.
33.
əl-İntixabatül-müsənnifatil-üləma.
34.Q
əniyyətül-ənam fi mərifəti saat vəl-əyyam.
35.Müdriküs-saat
ş
36.
əl-Fihrist.
679
37.Kitabül-ül
əma.
38.Miratül-cinan.
39.
əl-Amalül-həsənə vəs-səyyiə.
40.Rü
muzi İlahi.
41.Tühf
ətül-əbrar.
680
42.
əl-Haşiyə.
43.
əl-Cami fil-üsul vəl-füru vəl-əxlaq.
44.Kitab üsulid-din.
45.Kitab süruri süduril-arifin v
əl-övliya.
46.
əl-Vəciz fi təfsiril-Quran.
47.Z
əburi İlahi.
48.Ürv
ətül-əxbar.
49.T
əliqə alə müqəddimətil-vafi.
50.
əl-Müstədrək alə kitabil-vafi.
51.Şərhi lətif alə Nəhcil-bəlağə.
52.Şərh alə məqamətil-həriri.
53.T
əliqə alə xilasətir-rical.
54.M
ədinətül-hikmət alə məkatibil-əimmə (ə).
55.Divanu şeiri ərəbi.
56.Divanu şeiri farsi.
57.Kitab fil-m
əkatib vəl-inşa.
58.Kitabül-k
əşkül.
59.Kitab fil-icazat.
60.Kitab fi münacati m
əa qazil-hacət.
61.Risal
ə fi irsiz-zövcə qeyri-zati əl-vələd minəd-diyai vəl-iqar.
62.Kitab fil-hey
ət vən-nücum və əhkamil-kəvakib.
63.Kitab fi isbatil-vücubi salatil-cüm
ə aynən.
64.Şərhu Nəhcil-bəlağə.
65.Şərhu səhifətil-kamilətis-Səccadiyyə.
66.Şərhu duais-samat.
67.
əl-İnarə an məanil-istixarə və ənvaüha və əhkamüha və ədillatüha.
68.
əl-Cami fil-irfan.
69.Kitabu d
əlilil-həcc.
70.Meyarül-
əxyar fil-ürud vəl-qəvafi.
681
679
Seyid Əbülqasim Xoi, Möcəmu ricalil-hədis, c. XVII, səh. 214-215
680
Əllamə Əmini, əl-Qədir, c. XXII, səh. 281; Feyz əl-Kaşani, əl-Vafi, c. I, səh. 19-28
681
əl-Vafi, c. I, səh. 22-27
[173]
Feyz Kaşaninin yazdığı bu və ya digər əsərlər içində heç şübhəsiz ki, “əl-Vafi”
əsərinin özünəməxsus yeri vardır. Əsər hədisşünaslıq sahəsində yazılmış ən irihəcmli
əsərlərdən biridir. Əsər hədisşünaslıq sahəsinin incilərindən olub alimə dünya şöhrəti
g
ətirmişdir. Müəllif bu əsərində “kütubu-ərbəə”nin (“əl-Kafi”, “əl-Fəqih”, “ət-
T
əhzib” və “əl-İstibsar”) bütün hədislərini toplamış onları daha da gözəl şəkildə tərtib
etmişdir. O, burada on dörd bab (fəsil) açmış və hədisləri mövzuya görə həmin
bablarda vermişdir. Əsərin hamısı on cüzdən ibarət olub. Hər bir cüz xütbə ilə
başlanır və xatimə ilə sona yetməkdədir. Müəllif əsərə üç giriş yazmış, sonunda isə
h
ədisləri sənədlərindəki ravilərin açıqlabnması haqqında xatimə vermişdir. Həmçinin
əsərdəki hədislər faydalı şəkildə açıqlanmışdır. Burada əsas mükül hədislərin yozumu
verilmişdir. Bəzən o, hədisləri açıqlayarkən sufizmə meyil etmişdir.
682
Mü
əllifin qələmə aldığı bu əsər son dərəcə gözəl tərtib və nizam-intizamla
yazılmışdır. O, əsərin müqəddiməsində məqsədini açıqladığı kimi, “kütubu-ərbəə”də
h
ədisləri onlarda da olan nöqsanları aradan apararaq uzunçuluq və təkrarçılıqdan
bacardığı qədər qaçaraq həmin mənbələrdə olan hədisləri bir yerə toplamış və onlara
qısa, lakin çox faydalı şərh vermişdir. O, əsərə yazdığı müqəddimədə əsərin yazılma
s
əbəblərini açıqlamış və ona nə üçün “əl-Vafi” adını verdiyini bəyan etmişdir.
Feyz Kaşani “əl-Vafi” əsərinin müqəddiməsində yazırdı: “Din elmlərinin
xidm
ətçisi, Məsum İmamların (ə) düşüncələrini qeyd edəni (Məhəmməd bin
Mürt
əza) deyir: ey qardaşlarım, bu “əl-Vafi” kitabı din elmləri haqqındadır və
Qurani-k
ərimdə açıq-aşkar varid olan ayələrin ehtiva edənidir. Həmçinin bu kitab
“üsuli-
ərbəə” deyilən kitablar, hansı ki, bu kitabların dövrəsində digər kitablar
dolanırlar, hamısını özündə toplamışdır.
M
ən bu dörd kitabda (“əl-Kafi”, “əl-Fəqih”, “ət-Təhzib” və “əl-İstibsar”)
M
əsum İmamlardan (ə) nəql olunan hədisləri və orada olan nöqsanları, orada
insanların hidayəti üçün rəvayət edilən xəbərləri bir araya toplamaq, fəsillərdə olan
müxt
əlifliyi, rəvayətlərin mövzularında olanları açıqlamaq və təkrarçılığı aradan
aparmaq üçün s
əbəbkar oldum.
“
əl-Kafi” əsərinə gəldikdə, bu əsər digər əsərlərin ən şərəflisi, ən etibarlıi, ən
mük
əmməli və ən irihəcmlisidir. Çünki o əsaslardan bəhs etmiş, lüzumsuz
r
əvayətlərdən uzaq durmuşdur. Amma o hökmlərdən çox bəhs etmiş və fəsillərini
tamama yetirm
əmişdir. Həmçinin əsərdə olan mənfiliyi ortalığa qoymamışdır. Sonra
da o, mübh
əm və müşkül xəbərləri şərh etməmişdir. Daha sonar isə bəzi ana
f
əsillərdə (kitablarda), bablarda və rəvayətlərdə gözəl tərtib qaydalarını ortalığa
qoymamışdır.
M
ənə elə gəlir ki, hədisi bəzən öz ünvanında yerləşdirməmiş, fəsillər üçün
adlandırmanı (ünvanı) gözardı etmiş, fəsilləri düzgün adlandırmamış və ya gərəksiz
adlandırmışdır.
“
əl-Fəqih” əsərinə gəldikdə bu da “əl-Kafi” əsəri kimidir. Onun fəsil və
bablarında çoxlu nöqsanlar vardır.
682
Seyid Əbülqasim Xoi, Möcəmu ricalil-hədis, c. XVII, səh. 214-215
[174]
M
ənə elə gəlir ki, orada yer alan hədis müəllifin öz sözünə bənzəyir. Onun sözü
h
ədisin sonunda hədisin tamamına oxşayır və hədisin sənədlərini gözardı etmişdir.
“
ət-Təhzib” əsərinə gəldikdə, bu əsər əhkami hədisləri özündə toplamış və orada
r
əvayət edilən xəbərlər mükəmməlliyə daha yaxındır. Amma o da “əl-Fəqih” əsəri
kimi t
əməl prinsiplərdən xalidir. Onun da yozumları hədəfdən uzaq, uyğun hala
g
ətirilməsi qeyri-münasib, bir bir yerə toplanması lazım olan hədislər toplanış
baxımından gərəksiz, xəbərlərin çoxu mövzusu baxımından münasib yerdə
yerl
əşdirilməmiş, təkrarçılığı çox və fəsilləri ünvanlarla birlikdə çox uzadılması ciddi
qüsurdur.
“
əl-İstibsar” əsərinə gəldikdə isə o da “ət-Təhzib” əsərindən bir parçadır. Onun
f
ərqi budur ki, bu əsər “ət-Təhzib”ə nisbətən müxtəlif hədisləri qısa olaraq özündə
toplamışdır. Hər üç müəllifə gəldikdə onlar hədislərin nəql edilməsinə və bir yerə
toplanmasına son dərəcə cəhd və səy etmiş və bu işin öhdəsindən mükəmməl şəkildə
g
əlmişlər. Amma onlar mükəmməl nizama əməl etməmiş və onlardan heç biri üsula
v
ə əhkama aid bütün xəbərləri toplamağı yerinə yetirməmişlər. Həmçinin onlar
h
ədislərdə olan mübhəm mənaları şərh etməmiş, orada olan gizli mənaları üzə
çıxarmamış, çözülməmiş problemlərlə məşğul olmamış, hədislərdə olan
anlaşılmazlıqları təfsir etməmişlər. Buna baxmayaraq insafla demək lazımdır ki, onlar
h
əyata keçirdiklərilə tərk etdikləri işlər bir araya gətirilərsə, onlar öz üzərlərinə düşən
v
əzifəni lazımınca həyata keçirmiş və hər kəsin gücü yetmədiyi işləri onlar etmişlər.
Yerd
ə qalan bəzi nöqsanlı işlərə isə onlar cavabdeh deyillər… Allah onlara mükafat
versin ki, biz
ə bu qədər xəbərləri irs qoyub getmişlər…
Bu
əsərlərdə olan nöqsanlıqları bu vaxta qədər heç kəs tamamlamamış və uzun
zamandan b
əri şeyxlərmizdən heç kəs bu nöqsanları aradan aparmamışlar.
…Qardaşlardan bir qrupu mənə üz tutdular və onların qəlbləri mənə tərəf
istiqam
ətləndi və bu problemə cəsarətlə girişməyə məcbur qaldım. Onların istəyi bu
idi ki, m
ən bu kitablarda olan nöqsanları aradan aparıb, kitabı gözəlləşdirim, orada
olan h
ədislərdəki mənaları açıqlayım.
M
ənə bu işə girişmək və hədislərdə olan mənaları açıqlamaq üçün Allahdan
köm
ək və yardım istədim. Oradakı hədisləri bir yerə topladım və kitab halına saldım,
onları gözəl şəkildə, nizam-intizamla bir araya gətirdim, dəstələrə böldüm, tərtib
etdim, f
əsillərə ayırdım, onları öyrənmək üçün yolları asanlaşdırdım və son dərəcə
c
əhd göstərdim ki, həmin kitablarda olan hədis və isnad əskik olmasın. Bu kitabı elə
t
ərtib etdim ki, orada “kütubu-ərbəə”ni asan yolla ələ gətirəsən, orada şərhə ehtiyacı
olan m
əsələləri qısa şəkildə, uzunçuluğa yol vermədən şərh etdim.
Mühüm h
ədislərin şərhini digərlərindən fərqləndirərək izah etdim, bəzilərini
dig
ərlərindən önə çəkdim ki, mərifət və hidayət əhli ona müraciət edən zaman onlar
üçün t
əlimat olsun… Bu kitabdan sonra onların digər kitablara müraciət etməyə
ehtiyacları olmasın. Onlar əhkami və şəri məsələləri istinbat etdikdə əksiklik hiss
edm
əsinlər, ictihad edib fətva verdikdə fəsada düçar olmasınlar… Və bu kitabın adını
“
əl-Vafi” qoydum.
Çünki bu
əsər mühüm məsələləri ehtiva etsin və naməlum (mübhəm) mənaları
açıqlayıb öz vəzifəsini yerinə yetirsin. Allahdan istəyim budur ki, onu tamama
[175]
yetirm
əyə mənə yar olsun, necə ki, ona başlamaqda mənə kömək etmişdir. Həmçinin
onu öz razılığı və ona tərəf yönəlməyi kimi hesaba alsın.
Bu
əsərin əvvəlində üç müqəddimə yazdım. Bu müqəddimələrdən birində
m
əqsədim elmlərin yollarını xəbərsiz olanlara tanıtdırmaqdır. Digər müqəddiməni
yazmaqda m
əqsəd isə ondan pay almaq istəyənlərə xəbərlərin sənədlərini (isnadını)
tanıtmaqdır.
Üçncü müq
əddimənin yazılmasında məqsəd isə terminləri və qaydaları
açıqlamaq, kitabın giriş və ya başlanğıcını ixtisarla gözdən keçirib düzəltməkdir.”
683
14.4.
Şeyx Bəhaəddin Amili və əsərləri
B
əhaəddin Amili İslam dünyasında ensiklopedik alim kimi xatırlanır. O, miladi
tarixl
ə 1547-ci ildə doğulmuş və 1622-ci ildə vəfat etmişdir. Şeyx Bəhai adı ilə daha
da m
əşhur olan alim təkcə dini elmlər sahəsində deyil, eyni zmanada riyaziyyat
elml
əri sahəsində də görkəmli bir şəxsiyyət idi.
Şeyx Bəhaəddin Amili ömrünün otuz ilini müxtəlif bölgələri gəzmiş və həmin
bölg
ələrdə olan görkəmli alimlərdən dərs almışdır. Mənbələrin verdikləri
m
əlumatlara görə o, artıq on üç yaşında ikən ərəb və fars dillərində mükəmməl
danışmışdır. Gənc yaşlarında ikən Hicaza həcc səfərinə çıxmış və orada bir müddət
qalaraq oranın alimlərindən din elmlərini öyrənmişdir. Sonra isə İsfahana qayıtmış və
oranın alimlərindən ədəbiyyat, qrammatika, tarix və fəlsəfə elmlərini mənimsəmişdir.
Bunlardan başqa o, dəqiq elmlər sahəsində dərin mütaliələr etmiş riyaziyyat,
astronomiya, c
əbr və məntiq elmlərində öz dövrünün yeganəsi olmuşdur. Şeyx
B
əhaədin I Şah Abbas tərəfindən şeyxülİslamlıq vəzifəsinə gətirilmişdir. 1611-ci ildə
I Şah Abbasın əmri ilə Şeyx Bəhaəddin Amili və digər məşhur alimlər Marağa
r
əsədxanasının bərpası üçün layihə hazırlayıb onu hökmdara təqdim etmişdilər.
Şeyx Bəhaəddin cəbr elminə aid yeni bir üsul qoymuşdur. Buna “Təriqətül-
k
əffəteyn” və ya “Təriqətül-mizanir-riyazi” adını vermişdir. O, bu metodla riyaziyyat
elml
ərində bəzi problemlərin çox həssas və dəqiq həlli yolunu qoymuşdur. O,
“Mizan” metodu il
ə Xarəzminin “Xətaeyn” kəşfindən yararlanaraq bir çox cəbrə aid
probleml
əri həll etmiş oldu. Onun bu metodu sayəsində cəbr elmində kök tapma və
çoxd
ərəcəli tənliklərin həlli yolu öyrənildi. Bundan sonra onun əsərlərini mütaliyə
ed
ən İsaak Nyuton bu metodu öyrəndi və bundan istifadə edərək həqiqi kök tapmaq
m
əsələsində yeni bir metod ortaya qoydu. Onun bu metoduna isə “Nyuton-Papson”
metodu deyildi. Bu metod vasit
əsiylə diferansiyal və inteqral hesabları daha dəqiq
h
əll edilmiş oldu.
Şeyx Bəhaəddin eyni zamanda humanitar elmlər sahəsində də böyük xidmətlər
göst
ərmişdir. O, daha çox din elmlərinə aid əsərlər yazmış və bununla da özünü
zamanının ən bilikli hədisşünası və müctəhidi kimi tanıtmışdır. Alimin yazdığı
əsərlərin əsəs xüsusiyyəti həmin elmdə çox çətin və problemli məsələlərin həlli
olmuşdur. Alimin əsərlərindən aşağıdakıları qeyd etmək olar:
1.Kitabu xilas
ətil-hisab.
683
Feyz
əl-Kaşani, əl-Vafi, c. I, səh. 4-8
[176]
2.Kitabu mülaxxasil-hisab v
əl-cəbr və amalil-məsaha.
3.Kitabül-k
əşkül.
4.B
əhrül-hisab.
5.Risal
ətül-hilaliyyə.
6.T
əriqül-əflak.
7.Risal
ə fi cəbri vəl-müqabələ.
8.Risal
ə fi təhqiqi cihətil-qiblə.
9.
əl-Müləxxəs fil-heyət.
10.Risal
ə ənil-kurə.
11.Risal
ə fil-cəbri əlaqatihi bil-hisab.
12.Kitabu
ənil-həyat.
13.T
əfsirül-müsəmma bil-həblil-mətin.
14.Haşiyə ələ ənvarit-tənzil.
15.Risal
ə fi vəhdətil-vücud.
16.Miftahül-f
əlah.
17.Zübd
ətül-üsul.
18.
əl-Hədiqətül-hilaliyyə.
19.Hiday
ətül-ümmət.
20.
əl-Fəvaidüs-Səmədiyyə.
21.Əsrarül-bəlağə.
22.T
əhzibün-nəhv.
23.
əl-Məlaha.
24.T
əhzibül-bəyan.
684
Şeyx Bəhaəddinin əsərləri içərisində dəqiq elmlər sahəsində ən önəmlisi
“Xülas
ətül-hesab” əsəridir. Bu əsər on fəsildən ibarətdir. Müəllif bu əsərində
riyaziyyat elminin
ən mühüm problemlərinin həllini qoymuşdur. Əsərin birinci
cildind
ə o, təməl hesablama üsullarına toxunmuş, toplama, çıxma, bölmə, vurma və
dig
ər qaydalara toxunmuşdur.
Əsərin ikinci fəsli isə kəsrlə əlaqədar olub üç giriş və altı bölümdən ibarətdir. Bu
f
əsildə o, kəsrlərin toplanması, çıxılması, vurulması və bölünməsi məsələlərinə
toxunmuşdur. Bu minvalla o, riyaziyyat elminin müxtəlif problemlərini bu əsərində
şərh etmişdir.
Onun yazdığı bu əsəri məşhur türk alimi Əbdurrəhim bin Əbu Bəkr şərh
etmişdir. Bundan sonra onu Ramazan bin Əbu Hüreyrə əl-Cəzəri şərh etmiş və
bununla da
əsər İslam aləmində tanınaraq istifadə edilmişdir.
Amilinin bu
əsəri 1843-cü ildə Berlində nəşr edilmişdir. 1864-cü ildə isə əsər
fransızcaya tərcümə edilmişdir. O, bu əsərində özünəqədərki riyaziyyat alimlərinin
toxuna bilm
ədiyi mühüm problemlərə toxunmaqla dünya alimlərinin diqqətini cəlb
etmişdir.
Alim h
əmçinin “Həblül-mətin” əsərində hind dairəsi terminini şərh etmiş və
onun say
əsində qiblənin necə təyin ediləcəyini düzgün şəkildə göstərmişdir.
684
Şamil İslam Ansiklopedisi, Şamil Yayınevi, İstanbul-1990, c. II, səh. 54-57
[177]
O, h
əmçinin öz dövründə şiə dünyasının mərcəi-təqlid müctəhidi olmuşdur.
Şeyx Bəhaəddin daha çox hədis elmini metodoloji problemləri sahəsində əsər yazan
mü
əlliflərdəndir. Onun yazdığı “əl-Vəcizə” əsəri hədis üsulu sahəsində yazılmış ən
əhəmiyyətli əsərlərdən biri kimi xarakterizə edilir.
14.5.M
əhəmməd Bağır Mirdamət
Onun doğum tarixi dəqiq olaraq bilinməsə də 1631-ci miladi ilində İsfahanda
v
əfat etməsi məlumdur.
685
O, müs
əlman dünyasında Aristotel və Farabidən sonra
“Mü
əllimi salis” (üçüncü müəllim) ünvanıyla şöhrət tapmışdı.
686
Atası Şəmsəddin
M
əhəmməd “Mühəqqiqi-sani” ünvanıyla xatırlanan Əli bin Hüseyn əl-Kərkinin qızı
il
ə evləndiyi üçün “Mirdaməd” (Kürəkən) ləqəbiylə tanınmışdı. Atasından sonra
oğlu Məhəmməd Mirdaməd və ya İbn Mirdaməd deyə məşhur olmuşdur.
Mirdam
əd Məşhəddə dayısı Əbdüssələm bin Əli və İzzəddin Hüseyn bin
Əbdüssəməd əl-Amili kimi müəllimlərin nəzarətində yaxşı bir təhsil almışdı.
Humanitar v
ə dəqiq elmləri öyrənmək üçün böyük səy sərf etmişdi. Hələ tələbəlik
ill
ərində İbn Sinanın “əş-Şifa” və “əl-İşarat” kimi bir çox fəlsəfi əsəri oxuyub
öyr
əndi. Bundan sonra bir müddət Qəzvin və Kaşanda qalan Mirdaməd İsfahana
yerl
əşərək elmi fəaliyyətlərini burada davam etdirdi. I Sah Abbas və xələfi I Şah Səfı
il
ə yaxşı münasibətlər qurdu. Müasiri olan müəlliflərdən İskəndər bəy Münşi, 1025
(1616-
cı) ildə yazdığı “Tarixi-alem aranu Abbasi” adlı əsərində onun fəlsəfə, dil,
riyaziyyat, tibb, fiqh, t
əfsir və hədis kimi bir çox elmdə müvəffəqiyyətli olduğunu
yazaraq t
əlif etdiyi əsərlərə yer vermişdir.
M
əhəmməd Mirdaməd çoxlu sayda tələbə yetişdirmişdir. Bunlar arasında ən
tanınmışları Qütbəddin əl-Əşkuri, Feyz əl-Kaşanı və Molla Sədra deyə tanınan
S
ədrəddin Şirazidir. Xüsusilə Şirazi ustadının şəxsiyyətindən çox təsirlənmiş və on
dan h
ər vaxt hörmətlə bəhs etmişdir.
Mirdam
əd 1631-ci ildə İraqda müqəddəs yerləri ziyarət etmək üçün çıxdığı səfər
əsnasında Nəcəf ilə Kərbəla arasında vəfat etmişdi.
687
N
əcəfdə dəfn edilən
M
əhəmməd Mirdaməd ölüm tarixi bəzi qaynaqlarda hicri 1040 (1630) olaraq da
keçm
əkdədir.
Mirdam
ədin başda əqli və fəlsəfi elmlər olmaq üzrə müxtəlif mövzularda
yazdığı əllidən çox əsərin çoxu nəşr edilməmidir. Mirdamədin yazdığı əsərlər içində
h
ədisşünaslığa aid əsərlər bu gün da bu elmin fundamental qaynaqlarındandır. Onun
əsərlərindən bəziləri bunlardır:
1.
Əmanəti İlahi.
Əhzab surəsinin 72-ci ayəsinin farsca təfsiri olub “ər-Rəsailüs-səman” içində
hicri-1315-ci ild
ə Tehranda nəşr edilmişdir.
2.T
əlsimi-Quran.
3.
ər-Rəvaşihus-səmaviyyə şərhi1-əhadisil-İmamiyyə.
685
Mirz
ə Məhəmməd Bağır Xonsari, Rövzatül-cənnat, Qum-1390/1970, səh. 114-116
686
M
əhəmməd bin Süleyman Tunukabuni, Qəsəsül-üləma, Tehran-1364, səh. 333, 334
687
Şeyx Abbas əl-Qumi, əl-Küna vəl-əlqab, c. I, səh. 226
[178]
Bu
əsər hicri 1311-ci ildə Tehranda nəşr olunmuşdur. Əsər hədis üsulu haqqında
yazılmış əsərlər içində məşhur bir əsərdir.
4.
Haşiyət səhifətü-Səccadiyyə.
Bu s
əri imam Zeynülabidinin (ə) “Səhifətüs-Səccadiyyə” əsərinə şərh olaraq
yazmışdır.
5.
Haşiyə kitabil-kafi lil-Küleyni.
6.Risal
əti-hudusül-aləm.
Al
əmin yaradılması mövzusunda Əflatuna qarşı Aristotelin yolunu tutmuşdur.
14.6
.Əli bin Məhəmməd Şəhid əs-Sani
Əli bin Məhəmməd Şəhid Sani qeyri-adi hafizəyə malik olmuş, on bir yaşında
ik
ən Qurani-kərimi əzbərləmişdi. Mənbələr onun haqqında yazırdılar; “Şəhid Sani
öyr
əndiyi şeyi heç vaxt yaddan çıxarmayan, patoloji hafizəyə, gözəl əxlaqa malik
olan bir zat idi. Onun keçirdiyi t
əqribən əlli beş illik ömründə sayılmayacaq qədərdə
f
əzilət və üstünlükləri vardır.”
688
Şəhid Sani Şeyx Əli bin Əbdülali əl-Meysi, Məhəmməd bin Məhəmməd bin
Muz
ən əl-Cəzini, Şeyx Ziyaəddin və Şəhid Əvvəl kimi elm nəhənglərindən dərs
almışdır.
Şəhid Saninin çoxlu sayda əsərləri vardır. O, daha çox özündən əvvəl yaşamış
Şəhid Əvvəlin əsərlərinə şərhlər yazmaqla tanınmışdır. Onun yazdığı ən məşhur şərh
Şəhid Əvvəlin “Kitabu lümətid-Diməşqiyyə” əsəridir. Bu əsər on böyük cild halında
Şəhid Saninin yazdığı “ər-Rövzətül-bəhiyyə fi şərhi lümətid-Diməşqiyyə” adı altında
çap edilmiş və o dövrdən indiyə kimi ən sanballı fiqh kitabı kimi tədris edilmişdir.
Şəhid Saninin yazdığı məşhur əsərlərdən biri də “əl-Bidayə” əsəridir. Müəllif
burada h
ədis elminin ən mühüm prinsiplərindən bəhs etmiş, onları sadə və anlaşılan
dild
ə izah etməyə çalışmışdır. Əsəri bir az da sadələşdirmək istəyən müəllif ona
“Şərhül-bidayə” adı şərh də yazmışdır. Əsər sonuncu dəfə hicri 1414-cü ildə Qumda
n
əşr edilmişdir.
“Əl-İcazə” adlı əsər də Şəhid Saninin ən məşhur əsərlərindəndir. O, bu əsəri
t
ələbəsi əl-Harisi üçün yazmışdır. Əsər “Həqaiqül-iman” əsəri ilə birlikdə nəşr
edilmişdir. Onun məşhur əsərlərindən olan “İcazətül-kəbir” əsərin Əllamə Məclisi
“Biharül-
ənvar”ın 109-cu cildində bəhs etmiş və yeri gəldikcə ondan faydalanmışdır.
14
.7.İbn Həzm və “əl-Mühəlla” əsəri
Əbu Məhəmməd Əli bin Əhməd bin Səid bin Həzm əl-Əndəlusi əl-Qürtubi
Zahiri m
əzhəbinin ən böyük nümayəndəsi, üsulçu, fəqih, hədisşünas, tarixçi, ədib və
şairdir.
689
S
əid əl-Əndəlusiyə yazdığı bir məktuba görə Qurtubanın (Kordova) şərq
hiss
əsindəki Rabazıda hicri 384-cü ilin ramazan ayıının son günündə (7 noyabr 994)
688
H
əsən bin Əli bin Davud əl-Hilli, Ricali-İbn Davud, c. I, səh. 3
689
Mü
əllifin həyatı “İslam Ensiklopediyası”nın müvafiq bölümündən götürülüb.
[179]
doğulmudur.
690
Onun hicri 456-
cı ilin şaban ayının sonunda (avqust 1064) vəfat
etdiyini
yazılır.
691
H
ədis hafizi və fiqh elmində əhli hədisin nümayəndəsi qəbul edilən İbn Həzmə
gör
ə sünnə vəhy qaynaqlı olub Quranın təfsiridir. Allah hər ikisinə də itaəti əmr
etmişdir. Quranda Allah tərəfindən qorunduğu bildirilən “zikr”ə
692
sünn
ə də daxildir.
Etibarlı bir adamın müttəsil isnadla Peyğəmbərdən (s) nəql etdiyi xəbərin qəbul edi-
l
əcəyində mötəzilə kəlamçılarından başqa ümmətin icması vardır. Rəsulu Əkrəmə (s)
çatan ahad x
əbərləri qəbul etmək dinin zəruri işlərindəndir. Çünki Quranda ahad
d
ərəcəsindəki xəbərlər kafi olmamış,
693
s
əhabələrin bir qismi İslamiyyəti ahad
x
əbərlər vasitəsiylə digər səhabələrdən öyrənmiş, bu cür xəbərlərə dəyər verən
R
əsulu Əkrəmin (s) dini təbliğ məqsədiylə göndərdiyi elçilər də ədəd baxımından bir
adamı keçməmişdir. Bütün bunlar səhih olan ahad xəbərlərin qəti dəlillər arasında
iştirak etdiyini göstərməkdədir. İbn Həzm xəbəri-vahiddə yalan, səhv və vəhmin
müzakir
ə mövzusu ola biləcəyi, bu səbəblə onun dəlil qəbul edilməyəcəyi şəklindəki
h
əqiqətin əsasən doğru olduğunu, ancaq dini mövzularda etibarlı kəslərdən edilən
r
əvayətlərlə bizə çatan sünnə vəhyə dayandığı üçün Allahın onu qoruduğunu
söyl
əməkdədir.
O, h
ədisin səhihliyini onun müttəsil olmasında görmüş, buna görə də hənəfi və
malikil
əri, o cümlədən “Səhihi-Buxari”dəki müəlləq hədisləri tənqid etmişdir.
Ona gör
ə xəbəri-vahid Quran üzərinə hökm gətirə bilər, mütəvatir xəbəri və ya
ay
əni nəsx edə bilər. Qaynaqları eyni olduğu üçün Quranla hədis arasında ziddiyyət
olmayacağı kimi, bir hədisin digəriylə ziddiyyəti də mümkün deyil. Əgər ziddiyyət
müzakir
ə mövzusu isə bu iki dəlil arasında təsis, təqyid və ya istisnanın olduğu
m
ənasını verər. Görünüşcə birbirinə zidd olan xəbərlərin hər hansı biri tərk
edilm
əməli, hamısıyla əməl edilməlidir.
Sünn
ə Peyğəmbərin (s) söz, hərəkət və təqrirlərindən ibarət olub təbliğ vəzifəsi
sözl
ə edildiyi üçün Rəsulu Əkrəmin (s) sadəcə qəvli sünnəsi dəlil sayıla bilər.
H
ərəkət və təqrirləri isə ayrı bir dəlil olduğunda bağlayıcı ola bilər. Bu baxımdan
Pey
ğəmbərin (s) bir əmri açıqlamaq və ya bir hökmü yerinə yetirmək məqsədiylə
etm
ədiyi hərəkətlərinə əməl etmək mübahdır, bunları tərk etmək günah deyil.
H
ədis təhsilini fərzi-kifayə qəbul edən İbn Həzmə görə hədislər səma, qiraət,
mükat
əbə və münavələ yollarından biriylə öyrənilə bilər, icazət, elam, vəsiyyət və
vicad
ə üsullarıyla hədis nəqli uyğun deyildir. Etibarlı ravinin müəllimindən hədis
r
əvayət edərkən istifadə etdiyi müxtəlif əda formulaları arasında hər hansı bir fərq ol-
mayıb bunların hamısı onun hədisi səma yoluyla rəvayət etdiyini göstərir. Səhabənin
“Bel
ə etmək bizə əmr edildi”, “Bunu etmək bizə qadağan edildi” şəklindəki
ifad
ələrinə baxaraq o əmr və qadağanın qəti şəkildə Peyğəmbərə (s) nisbət edilməsi
doğru deyil.
690
İbn Bəşküval, c. XI, səh. 417
691
ət-Təbəqatül-üməm, səh. 77
692
əl-Hicr-9
693
ət-Tövbə-122
[180]
İbn Həzmin təxminən 880 ravi haqqında cərh hökmü verdiyi sübut edilmişdir.
O, “
əl-Mühəllə” adlı əsərində təkrarı ilə birlikdə “Səhihi-Buxari”dən 470, “Səhihi-
Müslüm”d
ən 780, Əbu Davudun “əs-Sünən”indən 383 və Nəsainin “əs-Sünən”indən
504 h
ədisə yer vermiş, Buxari və Müslümün əsərlərini ən etibarlı hədis kitabları ola-
raq q
əbul etmişdir. İbn Macənin “əs-Sünən”i ilə Tirmizinin “əl-Camiüs-səhih”indən
n
əql etməməsi bu iki əsərin onun zamanında Əndəlusa çatmamış olmasıyla
açıqlanmışdır. Lakin bizim fikrimizcə onun bu əsərlərə etina etməməsi adı çəkilən
əsərlərin onun yanında etibarlı olmamasına görədir. Çünki bəzi mənbələr açıq şəkildə
Tirmizini m
əchul, İbn Macəni isə zəif ravi kimi təqdim edir.
İbn Həzmin “əl-Mühəllə” əsəri onun qələmə aldığı fiqh kitablarının sonuncu-
sudur. İbn Həzm ömürünün son illərində bu əsərinin ehtiva etdiyi hər məsələ
haqqındakı başlıca rəvayət və fikirləri qiymətləndirən, beləcə öz görüş və
yanaşmalarının haqlılığını isbat etməyə çalışan bir kitab yazmağa başlamış, lakin “əl-
Müh
əllə” adını verdiyi bu əsərini tamamlamadan vəfat etmişdir. İbn Həzmin böyük
oğlu Əbu Rəfi əl-Fəzl əsəri tamamlamışdır. Günümüzə çatan “əl-Mühəllə” nüsxələri
İbn Həzmin buraxdığı mətnlə birlikdə Əbu Rəfinin kamil işini də ehtiva etməkdədir.
B
əzi məsələ və paraqrafların eyni ifadələrlə təkrar edilməsindən əsərin daha sonrakı
dövrl
ərdə də təshihə uğramadığı aydın olur.
B
əzi kəlam və fiqh üsulu mövzularının xülasəsilə başlayan əsərdə fiqh
ədəbiyyatındakı məşhur təsnifə uyğun bir hissə sıralaması görülür. Tək ana başlıqlara
(kitab) sahib olan bölüml
ər daxili təsnifdən məhrumdur və mövzular məsələlər
halında araşdırılmışdır. Müəllif “məsələ” başlığının ardından əvvəl öz fikrini Quran,
sünn
ə, səhabə icması ilə isbatlamış, daha sonra fərqli görüşlərin səbəblərini və
xüsusil
ə hədisdən gətirilən dəlilləri müzakirə etmişdir. Əbu Rəfinin tamamlaması ilə
birlikd
ə 2308-ə çatan məsələlərin bəziləri müstəqil risalə həcmindədir. Qeyd etdiyi
h
ədislərin isnadını tam olaraq verən İbn Həzm yer verdiyi bütün fikirləri sahiblərinə
çatacaq bir isnadla vermişdir. O, öz görüşünə uyğun gəlməyən qarşı tərəf sahiblərini
t
ənqid edərkən bəzən təhqiredici ifadələr də işlətmişdir.
694
Bir çox adam
ı və fikri bir araya gətirən “əl-Mühəllə” bəzi xüsusiyyətiylə erkən
dövr fiqh v
ə hətta İslam elmləri tarixi üçün vaz keçilməz bir qaynaq təşkil
etm
əkdədir. Əhli hədis anlayışının və xüsusilə Zahirilik cərəyanının Əndəlusda
zirv
ədə olduğu bir dövrün məhsulu olan əsər yalnız müqayisəyə deyil, eyni zamanda
fiqhin müst
əqil bir elm halına gəlməsindən etibarən böyük bir qismi İslam dünyasının
m
ərkəzində və şərq torpaqlarında inkişaf etdirilən bir çox metod, anlayış, təsnif,
yanaşma və s. baxımdan tənqidlərlə doludur.
Əsərin təxminən üçdə birini Hənəfi və Maliki görüşlərinin rəddinə ayıran İbn
H
əzm Şafei məzhəbinə daha mülayim yaxınlaşmaqda, Əhməd bin Hənbəlin fiqhi
fikirl
ərinə isə çox az və ümumiyyətlə tənqid etmədən yer verməkdədir. Erkən dövr
fiqh tarixi haq
qında zəngin bir mühtəvaya sahib olmasına baxmayaraq “əl-Mühəllə”
fiqh m
əzhəblərini təmsil edən görüş və dəlillərini əks etdirmək baxımından bəzən
qeyri-
kafi olduğu görülməkdədir.
694
İbn Həzm, əl-Muhalla, nəşr: Əhməd Şakir, Qahirə, 1347/1352 h/q, c. II, səh.236
[181]
Şiə alimlərinin əsərə olan münasibətinə gəldikdə, demək lazımdır ki, bir çox
sünni aliml
əri kimi şiə alimləri də onu tənqid etmişlər. Çünki “əl-Mühəllə” əsərində
İbn Həzm həzrət Əlinin (ə) qatili olan Abdullah bin Mülcəmi İmamı (ə) öldürərkən
ictihad etdiyini v
ə ictihadına görə də bir savab aldığını yazması onun tənqidə məruz
qalmasına səbəb olmuşdur.
İbn Həzmin hədis fəaliyyəti haqqında bəzi əsərlər də yazılıb. İbn əl-Kattan əl-
M
əğribinin “Kitabür-rədd ələ Əbi Məhəmməd bin Həzm fi kitabil-Muhalla” adlı
əsəri
695
, Salmanın “İbn Həzm və hədisdəki metodu”
696
, Əhməd Əşrəf Ömərin “əl-
Q
əvaidül-hədisiyyə fi kitabil-ihkam fi usulil-əhkam”
697
əsərləri buna misaldır.
Dostları ilə paylaş: |