13.5.B
eyhəqi və “Sünəni-kübra” əsəri
Hicri V (miladi XI)
əsrin sayılıb-seçilən hədisşünaslarından biri də heç şübhəsiz
ki, Əbu Bəkr Əhməd bin əl-Hüseyn əl-Beyhəqidir. O, hicri 384-cü ildə (miladi 994)
Beyhəq deyilən yerin Xüsrəvcird kəndində doğulmuşdur.
625
Dövrünün qabaqcıl elm
əhlindən olan Beyhəqi Xorasan alimlərindən fiqh və hədis elmələrini öyrənmiş və
dövrünün İraq, Hicaz və digər bölgələrində məşhur elm sahiblərindən dərs almışdır.
O, hədisdən başqa elm sahələri ilə də məşğul olmuşdur. Bəzi mənbələrin verdiyi
məlumatlara görə, onun qələmə aldığı əsərlər min cildə yaxın olmuşdur.
626
Beyhəqi Şafei məzhəbli bir almiş olmuş və bu məzhəbin ictimaiyyət içərisində
dərinləşməsinə böyük xidmətlər göstərmişdir. Bunu nəzərə alan İmamül-Hərəmeyn
(öl
.478/1085) belə deyir: “Bütün Şafei məzhəbi mənsublarının İmam Şafeiyə qarşı bir
minnət borcu vardır. Beyhəqiyə gəlincə, Şafei məzhəbinin kökləşməsindəki
xidmətlərinə görə İmam Şafeinin ona qarşı minnət və təşəkkür borcu vardır.”
627
Miladi XI
əsrin nəhəng alimlərindən olan Beyhəqi İslamın digər elmləri
sahəsində nə qədər dərin və əhatəli olsa da, yenə də ən çox hədis elmi sahəsində
tanınmaqdadır. Elə bu səbəbdəndir ki, onun haqqında fəqih terminindən daha çox
mühəddis (hədisşünas) termini işlənməkdədir. Biz bunu təbəqat kitablarında və yaxud
da hədis ədəbiyyatına aid olan əsərlərdə açıq-aşkar görməkdəyik.
Təsnif dövrünün son simalarından olan Beyhəqi hicri 458-ci ildə (miladi 1066)
Nişapurda dünyadan köçmüşdür.
Zamanının zəngin bilik sahiblərindən olan Beyhəqinin yaradıcılığı çox
zəngindir. Onun məhsuldar bir alim olmasını qələmə aldığı əsərlərdən görmək
mümkündür. Be
yhəqinin yazdığı əsərlərdən aşağıdakıları qeyd etmək olar:
625
İ. Çakan, adı çəkilən əsəri, səh. 102
626
A. Yardım, Hədis I-II, səh. 92
627
Z
əhəbi, Təzkirətül-hüffaz, c. III, səh. 1133
[154]
1. Süəbül-iman.
2. Kitabül-
mədxəl.
3. Kitabüd-
dəlailin-nübuvvət.
4. Kitabül-
əsma vəs-sifat.
5. Kitabül-
bəs vən-nüşur.
6. Kitabüz-zöhd.
7. Kitabüd-
dəavatil-kəbir və s.
628
Şübhəsiz ki, onun adı keçən əsərlərdən başqa ən məşhur əsəri “Sünənül-kübra”
əsəridir. Onun bu əsəri “Sünən” adlı əsərlər içərisində məşhur olmuş və müəllifə
böyük şöhrət gətirmişdir. Əsərin əsl adı “Kitabüs-sünənil-kübra”dır. Lakin bu əsər
daha çox
“Sünənül-kübra” adı ilə tanınmaqdadır.
Beyhəqinin yazdığı bu əsərə İslam alimləri böyük önəm vermiş və onu yeri
gəldikcə öz əsərlərində tərifləmişlər. Belə ki, bu əsər haqqında İbn Salah yazırdı: “Öz
mövzusuna görə bu əsərə oxşar birini görmürəm. İslam hüququnun dəlillərini ətraflı
toplayan kitab Beyhəqinin “Sünənül-kübra”sıdır. Sanki o, İslam ölkəsinin digər
bölgələrində heç bir hədis buraxmadan hamısını kitabına almışdır.”
629
“Sünənül-kübra” hicri 1344-1355-ci illər arasında Heydərabadda on cilddə nəşr
edilmişdir.
630
Mənbələr bu əsərin günümüzün mətbəə texniki və həcmi standartlarına
görə nəşr edilərsə, 50 cildi aşacaq xəbərini verirlər.
631
Beyhəqi irihəcmli olan bu əsərində təkcə hədisləri verməklə kifayətlənməmiş,
həmçinin burada o, fiqhi məsələləri də açıqlamışdır. Bundan əlavə o, açıqladığı fiqhi
məsələlərə dair ayələri də dəlil olaraq göstərmişdir. Bu və digər baxımdan
Beyhəqinin “Sünənül-kübra” əsərinin hədis ədəbiyyatı tarixində mühüm yeri vardır.
628
A. Yardım, adı çəkilən əsəri, səh. 93
629
Ülumul-h
ədis, səh. 227
630
İ. Çakan, adı çəkilən əsəri, səh. 103
631
A. Yardım, adı çəkilən əsəri, səh. 93
[155]
XIV
FƏSİL
MÜXTƏLİF DÖVRLƏRDƏ YAZILMIŞ MƏŞHUR HƏDİS ƏSƏRLƏRİ
14.1.
Əllamə Məclisi və “Biharül-ənvar” əsəri
H
ədis ədəbiyyatı tarixinin ən görkəmli nümayəndələrindən biri XVII əsrin
ensiklopedik düha sahibi Əllamə Məhəmməd Bağır Məclisidir. O, öz dövrünün
m
əşhur mərcəi-təqlid müctəhidi Məhəmməd Tağı bin Maqsud Əli Məclisi Əvvəlin
oğludur. Bəzi mənbələrə görə onun nəsli Livanın Cəbəlülamil bölgəsindən olub Şah
İsmayıl Səfəvinin dövründə İrana gəlib məskunlaşmışlar.
632
Lakin bizim fikrimizc
ə
bu doğru deyildir. Çünki Əllamə Məclisinin nə özünün, nədə atasının nəsəbində “əl-
Amili” adı keçmir. Əllamə Məclisinin “Məclisi” ləqəbini daşımasının səbəbi həm
632
Meclisi madd
əsi
[156]
atasının, həm də onun evinin daim alimlər yığıncağı (məclisi) olmasına görədir. Onun
adı Məhəmməd Bağır, ləqəbi isə Əllamə Məclisi əs-Sanidir. O, daha çox Əllamə
M
əclisi adı ilə tanınır.
Əllamə Məclisi müsəlman dünyasında ən çox müraciət edilən alimlərdəndir.
Onun elm al
əmindəki dərəcəsini qeyd edən qaynaqlar onun haqqında “Əllamə”,
“Xat
əmül-mühəddisin”, “Şeyxül-İslam” və s. ləqəblərin deyildiyini yazırdılar.
Əllamə Məclisinin doğum tarixi dəqiq olaraq bilinmir. Mənbələr onun doğum
tarixini müxt
əlif olaraq göstərməkdədir. Belə ki, Seyid Möhsün əl-Əmin yazırdı: “O,
hicri 1027-ci (miladi 1618) ild
ə İsfahanda doğulmuşdur.”
633
Amma Əbdülhüseyn bin
M
əhəmməd Xatunabadi onun 1037-ci (miladi 1627) ildə doğulduğu qənaitindədir.
634
Bu fikri m
əşhur alim Əli Əkbər Dehxuda da təsdiq etməkdədir.
635
Əllamə Məclisi hicri 1110-cu (miladi 1698/99) ildə İsfahanda vəfat etmişdir.
636
Lakin b
əzi müəlliflər onun vəfatının hicri 1111-ci ildə ramazan ayının 27-də (miladi
18. 03. 1700) olduğu qənaətindədirlər. O, İsfahan şəhərində öz camisində atasının
yanında dəfn edilmişdir.
Mövla M
əhəmməd Əli əl-Ərdəbili onun haqqında yazırdı: “Məhəmməd Bağır
M
əclisi bizim ustadımız və şeyximiz, həmçinin bütün müsəlmanların şeyxidir. O,
xat
əmül-müctəhidin, əllamələrin rəhbəri, böyük tədqiqatçı, yüksək mərtəbəli insan və
zaman
əsinin yeganəsi idi. O, dəqiq və humanitar elmlər sahəsində dərin biliyə
yiy
ələnmiş, etibarlı, əmanətdar və ədalətli bir zat idi.”
637
Hürr Amili is
ə onun haqqında yazırdı: “Mövlana Məclisi fəzilətli, mahir
t
ədqiqatçı, əllamə, dərin anlayışlı, fəqih, filosof və olduqca etibarlı hədisşünas və
bütün yaxşılıqları öz şəxsində toplayan bir şəxsiyyətdir”.
Əllamə Məclisi heç şübhəsiz ki, ilk təhsilini öz atası Məhəmməd Tağı
M
əclisidən (öl.1070/1659) almışdır. Onun evi alimlər yığıncağı olduğundan Məclisi
l
əqəbini almış və soyundan gələnlər də bu ləqəbi daşımışlar. Onun atası öz dövründə
baş müctəhid olmuş və fətvalar vermişdir. Məhəmməd Əli əl-Ərdəbili onun haqqında
yazırdı: “Məhəmməd Tağı Məclisi öz dövrünün yeganəsi, hədis elmində çox etibarlı,
uca m
əqamlı və təqvada ən üstün olan bir şəxsi idi.”
Hürr Amili is
ə onun haqqında yazırdı: “O, çox fəzilətli, alim, gözəl tədqiqatçı,
abid sif
ətli və hədis elmində çox etibarlı biri idi.”
Əsərləri
Əvvəldə qeyd etdiyimiz kimi, Əllamə Məclisi elmin müxtəlif sahələrinə aid
əsərlər yazmışdır. Sözsüz ki, onun qələmə aldığı əsərlərin böyük əksəriyyəti dini
elml
əri ehtiva etməkdədir. O, əsərlərinin iki dildə - ərəb və fars dillərində yazmışdı.
M
ənbələrdə onun aşağıdakı əsərlərinin adı çəkilməkdədir:
633
Əyanüş-şiə, c. IX, səh. 182.
634
Rövzatül-c
ənnat, Məclisi bölümü
635
Əli Əkbər Dehxuda, Məclisi bölümü
636
Əyanüş-şiə, c. IX, səh. 182.
637
Rövzatül-c
ənnat, c. II, səh. 78
[157]
a)
Ərəbcə əsərləri:
1.Biharül-
ənvaril-camiəti li dürəril-əxbaril-əimmətil-əthar.
2.Miratül-
üqul fi şərhi əxbari Alir-Rəsul. Bu əsər Küleyninin “əl-Üsul minəl-
kafi”
əsərinə şərh olaraq yazılmışdır. Əsər iyirmi beş cilddə nəşr olunub (hicri
1401/1981 v
ə 1409 cu illərdə Tehranda nəşr olunub).
3.Mülazil-
əxyar fi şərhi təhzibil-əxbar. (1406/1985/86-ci illərdə Qumda nəşr
olunub).
4.Şərhül-ərbəin.
5.
əl-Fəvaidüt-tərifə fi şərhis-səhifə.
6.
əl-Vəcizə fir-rical.
7.Risal
ətül-etiqadat. (İsfahanda 1409-cu ildə nəşr olunub).
8.Risal
ətül-əvzan.
9.Risal
ə fiş-Şükuk.
10.
əl-Məsailül-Hindiyyə.
11.
əl-Həvaşil-mütəfərriqə aləl-kütubil-ərbəə və qeyriha.
12. Risal
ə fi azan.
13.Risal
ə fi badiyyətis-saqitə ənis-səhifətil-kamilə.
b) Farsca
əsərləri:
1.Eynül-h
əyat. Əsər 1297, 1240, 1273-cü illərdə İranda dəfələrlə çap edilmişdir.
2.Mişkatül-ənvar müxtəsər aynül-həyat.
3.H
əqqül-yəqin. Əsər hicri 1241, 1259, 1268-ci illərdə İranda dəfələrlə çap
olunub.
4.Hily
ətül-mütttəqin. Əsər 1372-ci hicri ilində İranda çap edilmişdir.
5.H
əyatül-qülub (bu əsər üç cilddədir: birinci cild fi əhvalil-ənbiya, ikinci cild fi
əhvali nəbiyyina, üçüncü cild fil-imamət adlanır). Əsər 1260 və 1374-cü hicri
ill
ərində İranda təkrar nəşr edilmişdir.
6.Tühf
ətüz-zair. Əsər 1261, 1300, 1312 və 1314-cü hicri illərində dəfələrlə
İranda çap olunmuşdur.
7.C
əlalül-üyun. Bu əsər 1352-ci hicri ilində İranda, 1353-cü hicri ilində isə
N
əcəfül-əşrəfdə çap edilmişdir.
8.Miqbasül-m
əsabih. 1311-ci hicri ilində İranda çap olunmuşdur.
9.R
əbiül-əsabi. Əsər tarixsiz olaraq bir dəfə İranda çap olunub.
10.Zadül-m
əad. Əsər 1272, 1273- cü illərdə təkrar olaraq İranda çapdan
çıxmışdır.
11.Risal
ətüd-diyat. Əsər Pakistanda 1262-ci hicri ilində çap olunub.
12.Risal
ə fiş-şükuk.
13.Risal
ə fil-əvqat.
14.Risal
ə fir-rəcət.
15.Risal
ə fi ixtiyaratil-əyyam və hiyə qeyrə məştəhərət nisbətəha ileyhi.
16.Risal
ə fil-Cənnət vən-nar.
17.Risal
ə fi mənasikil-həcc.
18.Risal
ə uxra.
[158]
19.M
əfatihül-qeyb fil-istixarə.
20.Risal
ə fi malin-nasibi.
21.Risal
ə fi adabis-salat.
22.Risal
ə fil-kəffarrat.
23.Risal
ə fi adabir-rəmy.
24.Risal
ə fis-salatil-leyl.
25.Risal
ə fiz-zəkat.
26.Risal
ətüs-sabiqunəs-sabiqun.
27.Risal
ə fi fərqi beynə sifatiz-zatiyyə vəl-filiyyə.
28.Risal
ətül-müxtəsirə fit-təqib.
29.Fil-b
əda. Əsər müstəqil halda hicri 1260-cı ildə Hindistanda çap olunub.
638
30.Risal
ə fil-cəbr vət-təvfiz.
31.Risal
ə fin-nikah.
32.Risal
ə səvaiqul-yəhud fil-cizyəti və əhkamid-diyə.
33.Risal
ə fis-səhm.
34.Risal
ə fi ziyarətil-əhlil-qübur.
35.Münacatnam
ə.
36.Şərhu duai-cövşanil-kəbir.
37.Kitab mişkatil-ənvar fi adabi qiraətil-Quran vəd-dua və şurutihima.
38.T
ərcümə əhdi İmam Əli (ə) ilə Malik əl-Əştər.
39.T
ərcümə tövhidi-Müfəzzəl.
40.T
ərcümə tövhidi-Rza (ə).
41.T
ərcümə fəthətil-qəriyyi li İbn Tavus.
42.T
ərcümə hədisi Rəca bin Əbi Dəhhak .
43.T
ərcümə ziyarətil-camia.
44.T
ərcümə duai-Kümeyl.
45.T
ərcümə duail-mübahilə.
46.T
ərcümə duai cövşanis-səğır.
47.T
ərcümə hədisi-Abdulla bin Cündəb.
48.T
ərcümə qəsidəti-Dibəl.
49.T
ərcümə hədisi sünnəti əşyai leysə lil-ibad.
50.Əcvibətül-məsail-mütəfarriqa.
Əllamə Məclisinin qələmə aldığı bu və ya digər əsərlər içərisində ən məşhuru və
ən irihəcmlisi heç şübhəsiz ki, “Biharül-ənvar” əsəridir. Əsərin tam adı “Biharül-
ənvaril-camiəti li durəri əxbari əimmətil-əthar”dır. O, bu əsərini ərəb dilində
yazmışdır. Onun bu əsərini müsəlman alimləri “Dairətül-maarif” adlandırırlar.
H
əqiqətən də əsər ensiklopedik xarakter daşıyaraq dini elmlər sahəsi ilə yanaşı, bir
çox düny
əvi elmləri də ehtiva etməkdədir. Əsərdə müəllif təfsir, hədis, fiqh, tarix,
əxlaq, fəlsəfə, ədəbiyyat, dilçilik və s. elmlərə aid problemləri işıqlandırmışdı. Buna
gör
ə də müsəlman alimləri əsərə yüksək qiymət verərək onu İslam elmlərinin
ensiklopediyası adlandırmışlar. Lakin bütün bunlara baxmayaraq əsər əhatə etdiyi
638
Ağa Bozorg Tehrani, əz-Zəriə, c. VI, səh. 297
[159]
m
əsələlərə hədis elmi nöqteyi nəzərindən yanaşır. Buna görə də o ilkin olaraq bir
h
ədis əsəridir.
“Biharül-
ənvar” əsəri digərlərinə nisbətən mövzu baxımından daha zəngindir.
Bu
əsər özündən əvvəlki əsərlər əsasında yazılmış olsa da, onların əhatə etmədiyi
mövzuları əhatə etmişdir. Buna görə də əsəri tədqiq edən bəzi müəlliflər onun digər
əsərlərə xas olmayan bəzi xüsusiyyətlərini qeyd etmişlər. Belə ki, həmin
xüsusiyy
ətlərdən aşağıdakıları qeyd etmək olar:
I.Əsər bütün dini mövzulara aid fəsilləri ehtiva edən hədisləri özündə
toplamışdır,
II.Mü
əllif nəql etdiyi hədislərin sənədlərini və yaxudda hədisləri hansı əsərdən
almışsa onu qeyd edir.
III.Mü
əllifin bu əsərdə mənbə kimi göstərdiyi bəzi əsərlər dövrümüzədək gəlib
çıxmamışsa da, bu əsər vasitəsilə həmin mənbələrlə tanış oluruq və s.
“Biharül-
ənvar” əsəri hələ onun sağlığında müəllifə böyük şöhrət gətirmişdir.
Əsərə yaxından bələd olan alimlər onu yüksək səviyyədə qiymətləndirmiş və
haqqında tərifli sözlər demişlər.
Əllamə Möhsün əl-Əmin isə yazırdı: “Bu əsər şiəliyin elmi ensiklopediyasıdır
v
ə onun heç bir tayı-bərabəri yoxdur. Orada şiəliyin xəbərləri, izləri və elmləri öz
əksini tapmışdır.”
639
“Biharül-
ənvar” əsərinin ehtiva etdiyi mövzular
Əllamə Məclisinin “Biharül-ənvar” əsəri bir hədis kitabı olmasına baxmayaraq,
dem
ək olar ki, bütün dini mövzularla yanaşı bir çox dünyəvi mövzuları da əhatə
etm
əkdədir. Çünki müəllif burada bütün aləmlər haqqında olan hədisləri toplamış və
onları dəyərləndirmişdir. Buna görə də “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq
probleml
əri baş mövzulardan biri hesab olunur. Müəllif adı çəkilən əsərində dinin
m
ənşəyi və mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ gəlməsinə
münasib
əti və bir sözlə din və təbiətşünaslıq problemlərinə aid məqamlara toxunmuş
v
ə bunları İslam fəlsəfəsi çərçivəsində izah etməyə çalışmışdır. O, dinin necə və nə
zaman
əmələ gəlməsini doğru-düzgün başa düşmək və onun ictimai həyatdakı rolunu
t
əyin etmək üçün hər şeydən əvvəl elmə müraciət etməyin zəruri olduğunu
vurğulamışdır. Buna görə də müəllif əsərə ilk öncə elmə aid xüsusi fəsil açmış, orada
Qurani-k
ərimin ayələrini, daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, İslamın
elm
ə verdiyi dəyəri ön plana çəkmişdir.
640
Əllamə Məclisi adı çəkilən əsərində din və
t
əbiətşünaslıq arasında olan münasibəti İslam təfəkkürü çərçivəsində işıqlandıraraq
elml
ə dinin arasında heç bir ziddiyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil
etdiyini xalq kütl
ələrinə göstərmişdir.
Dinin
əsas mahiyyətinin Allaha inam olduğunu qeyd edən müəllif əsərdə xüsusi
“Tovhid” f
əsli açmış
641
, orada Allahın kosmoloji, ontoloji və teoloji yollarla isbat
olunmasını ön plana çəkmişdir. O, insanın yalnız Allaha ibadət etməsini, bu ibadətdə
639
Əyanüş-şiə, c. IX, səh. 183
640
Əllamə Məclisi, Biharül-ənvar, c. I, səh. 162, I fəsil
641
h
əmin mənbə, c. III, səh. 230
[160]
kor-koran
ə və şüursuz şəkildə deyil, o uca varlığı tanıyaraq bu işi icra etməsini zəruri
saymış və bununla da dini ideologiyanın mahiyyətini açıb göstərə bilmişdir. Müəllif
əsərdə Allahı Kainatın yaradıcısı və onun işlərini idarə edən kimi xarakterizə edir,
onun h
ər şeyə qadir, hər yerdə mövcud və hər şeyi bilən varlıq kimi təsvir etmişdir.
O, q
ədim filosofların Allahın varlığını sübut etmək üçün kosmoloji, ontoloji və
teoloji d
əlillərin ağlabatan olduğunu vurğulamış və yeri gəldikcə bu dəlillərdən
faydalanmışdır.
642
“Biharül-
ənvar” əsərinin mənbələri
Əvvəldə qeyd etdiyimiz kimi, Əllamə Məclisi “Biharül-ənvar”ı yazarkən
yüzl
ərlə mənbədən istifadə etmişdir. Məşhur tədqiqatçı Hüseyn Dərgahi onun
m
ənbələrinin altı yüzdən artıq olduğunu qeyd edir.
643
Mü
əllif istifadə etdiyi
qaynaqları kor-koranə şəkildə deyil, araşdıraraq ondan faydalanmışdır. O, özü bu
haqda
yazırdı: “Vaxtaşrı əsərlər haqqında ölkənin bütün yerlərində soruşmağa
başladım. Gümanıma görə bu haqda az da olsa belə məlumatı olanlardan israrla
bunları istədim. Onları əldə etmək üçün diyarları dolaşmış qardaşlar bu işdə mənə
köm
ək etmişlər. Keçmiş zamanlarda fəzilət sahibləri və alimlərinin etina etdikləri
möt
əbər üsulların çoxu məndə toplanana qədər qardaşlar əsərləri müxtəlif ölkələrdə
tez axtardılar. Tədavüldə olan məşhur kitablarda olmayan bir çox faydaları orada
gördüm. Çoxl
arının etiraf etdiyinə görə, məqbul sayılmayacaq bir çox hökmlərə
orada rast g
əldim. Onların səhihləşdirilməsi, səhvlərdən təmizlənməsi və toplanması
üçün bütün s
əylərimi əsirgəmədim.”
644
“Biharül-
ənvar” Küleyni, İbn Babaveyh əl-Qumi, Əbu Cəfər ət-Tusi, İbn
Şəhraşub, Əminüddin ət-Təbərsi, Məhəmməd bin Məkki, Şərif ər-Rəzi və Şərif əl-
Mürt
əza, Əli bin Musa bin Tavus əl-Həsəni, İbnül-Mutahhar əl-Hilli, Məhəmməd bin
Əli əl-Kərakiçi kimi tanınmış alimlər başda olmaqla bir çox sayda alimlərin əsərindən
istifad
ə edilərək hazırlanmışdır. Əllamə Məclisi bunlardan başqa Cövhəri, Firuzabadi,
Müt
ərrizi, Rağıb əl-İsfahani, İbn Faris, İbn Düreyd və Zəməxşəri və s. kimi alimlərin
lüğət və bəlağətlə əlaqəli qırxa yaxın əsərini, “Kütubu-sittə”dən başqa Əhməd bin
H
ənbəlin “əl-Müsnəd”i, Əbu Cəfər ət-Təbəri, İbn Quteybə və İzzəddin İbnül-Əsir
kimi yazarla
rın tarixləri, Fəxrəddin ər-Razinin “Məfatihül-ğeyb”i, Zəməxşəri,
Beyzavi v
ə Süyutinin təfsirləri, Seyid Şərif əl-Cürcaninin “Şərhül-məvaqif” və
T
əftəzaninin “Şərhül-məqasid”inin də daxil olduğu bir çox qaynaqdan istifadə
etmişdir. Məclisi ayrıca əsərlərin müəlliflərinə nisbətini, nəşr tarixlərini, nüsxə
üz
ərində təshih qeydi olub-olmadığını araşdırmış və qaynaq tənqidi mövzusunda
əhəmiyyətli dəyərləndirmələr də etmişdir. İstifadə etdiyi əsərlər üçün təşkil etdiyi işa-
r
ə və rəmzləri də açıqlayan müəllif, hədislərin sənədlərini mürsəl olmayacaq dərəcədə
qısaltdığını ifadə edir, ayrıca ravilərin ad, ləqəb və nəsəbləriylə əlaqədar qısaltmaları
ver
ərək əsərin ana hissələrinə keçir.
642
h
əmin mənbə, c. V, səh. 82, 127
643
M
ənahilül-əbrar fi təlxisil-biharil-ənvar, c. I, səh. 51.
644
Biharül-
ənvar, c I, səh. 3, 4
[161]
14.2.Hürr Amili v
ə “Vəsailüş-şiə” əsəri
H
ədis ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Məhəmməd bin Həsən
bin Əli əl-Hürr əl-Amili əl-Məşğəridir. O, hədis tarixində daha çox Hürr Amili kimi
tanınır. Hicri 8 rəcəb 1033-cü ildə (26 aprel 1624) qədim elm mərkəzi olan
C
əbəliamil bölgəsinin Məşğərə kəndində doğulmuşdur.
645
Hürr Amili özünün m
əşhur
əsərlərindən olan “Əməlül-amal” adlı əsərində nəsəbinin və Hürr ləqəbinin Kərbəlada
şəhid olan Hürr bin Yezid ər-Riyahiyə çatmasını bildirmişdir.
646
Hürr Amilinin
m
ənsub olduğu nəsil haqqında Əllamə Əmini yazırdı: “Onun mənsub olduğu nəsil
Aşura günü İmam Hüseynin (ə) yanında şəhid olmuş Hür bin Yezid ər-Riyahiyə
m
ənsubdur. Bu şəxs kəramətli ailənin arasında öz böyüklük şərafətinin banisi
olmuşdur. Elə bir sülalə ki, din böyüklərini, məzhəb sütunlarını, öz ustadlarını,
t
əfəkkür başçılarını, şairlik, fəsahət və yazıçılıq dahilərini, mahir fəqihləri, hədis
imamlarını, ədəb və fəzilət daşıyanları və şeir yazanları özündə toplamışdır. Bu arada
bizim t
ədqiqat obyektimiz olan Şeyx Hürr bütün bu böyüklərdən məşhurdur. Belə ki,
əsəri heç vaxt yaddan çıxmır, zamanə onun kimi fəzilətli şəxsi bəşərə heç vaxt təqdim
etm
əyib. Həmişə əsərləri və zəngin irsi bütün İslam ümməti arasında iz
qoymuşdur.”
647
Onun m
ənsub olduğu ailə elm və təqva baxımından bölgənin tanınmış
ail
ələrindəndir. Onun nəslindən çoxlu sayda fəqihlər və müctəhidlər çıxmışdır.
M
ənbələrin məlumatlarına görə, onun atası öz dövrünün böyük alimlərindən, fəqih və
ədiblərindən biri olmuşdur. Hürr Amili ilk təhsilini ailə ocağında atası Şeyx Həsən
bin Əli (öl.1062 h/q), əmisi Şeyx Məhəmməd bin Əli (öl.1081 h/q) və anasının atası
Şeyx Əbdüssəlam bin Məhəmməd əl-Hürr ilə atasının dayısı Şeyx Əli bin Mahmudun
yanında almağa başlamışdı.
648
Bundan sonra C
əbəliamildə olan Cibə kəndinə gedib
Şeyx Hüseyn əz-Zahiri və Şeyx Zeynəddin bin Məhəmmədin yanında təhsilə davam
etmişdi. Onun Əbu Abdullah Hüseyn bin Həsən bin Yunus Amilidən və Əllamə
M
əhəmməd Bağır Məclisidən rəvayət icazəsi vardır. O, Əllamə Məclisinin rəvayət
icaz
əsi verdiyi son adamdır.
649
Hürr Amilinin elm
ə olan rəğbəti və qeyri-adi hafizəsi
onun tez bir zamanda elml
ərin incəliklərinə vaqif olmasına səbəb olmuşdur. Onun
h
ədis elmindəki dərin bilgisinə və hədisləri bir-birindən seçib saf-çürük edə bilmək
qabiliyyi
ətinə görə Əllamə Məclisi və Şeyx Məhəmməd bin Fazil Mehdi əl-Məşhədi
ona h
ədis elmində hər kəsin əldə edə bilmədiyi “icazətül-müdəbcibə” təsdiqnaməsini
vermişlər. Bunun da nəticəsində o, bütün hədis kitablarından hədis rəvayət etmək
s
əlahiyyəti almışdır.
Hürr Amili C
əbəliamildə qaldığı təxminən qırx il boyunca iki dəfə həccə
getmişdi. Daha sonra İraqdakı imamların (ə) türbələrini ziyarət etmək üçün
C
əbəliamildən ayrıldı və o dövürdə müsəlman alimləri üçün böyük cazibəsi olan
İrana keçərək İmam Əli ər-Rzanın (ə) dəfn olduğu Məşhədə gəldi (1073/1663).
645
Seyid Möhsün
əl-Əmin, Əyanüş-şiə, c. IX, səh. 167; Seyid Əbülqasim Xoi, Möcəmu ricalil-hədis, c. XV, səh. 232
646
Hürr
əl-Amili, Əməlül-amal, səh. 154
647
Əllamə Əmini, əl-Qədir, c. XXII, səh. 281
648
Hürr Amili, V
əsailüş-şiə, c. I, səh. 77
649
Əllamə Əmini, əl-Qədir, c. XXII, səh. 282
[162]
Burada o, bölg
ənin tanınmış və məşhur alimləri ilə görüşmüş və onlarla həmsöhbət
olmuşdur. “Rövzatül-cənnat” əsərinin müəllifi onun səfəri haqqında yazırdı: “O,
M
əşhədə İsfahan yolu ilə gəlmiş, burada çox alimlərlə, o cümlədən Əllamə Məclisi
il
ə görüşmüşdür. Həmçinin o, burada Şah Süleyman Səfəvinin məclisində də iştirak
etmişdir.”
650
Öl
ənə qədər Məşhəd şəhərində şeyxülİslam və qazilqüzat vəzifələrini icra edən
Hürr Amili M
əşhəddə ikən iki dəfə daha həccə getmişdir. O, hicri tarixlə 21 ramazan
1104-cü (26 may 1693) il tarixind
ə Məşhəddə vəfat etmişdi. İmam Rzanın (ə)
türb
əsinə yaxın yerdə dəfn edildi. Tarixçi olan qardaşı Əhməd də şeyxülİslam və
qazülquzat v
əzifələrinə gətirilmişdi. Hürr Amili fiqh və əqaidlə əlaqədar məsələlərdə
Quran v
ə sünnəni əsas götürüb ağılı metodlara qarşı çıxan Əxbariyyə məktəbinə
m
ənsub olmaqla birlikdə Üsuliyyəyə qarşı münasib bir yol izləmiş, şöhrətini də fəqih
olaraq deyil müh
əddis (hədisşünas) olaraq qazanmışdır.
Hürr Amilinin yaradıcılığı çox zəngin olub btün ilahiyyat elmləri ilə yanaşı,
ədəbiyyat və dilçilik elmləri sahəsində də əsərlər qələmə almışdır. Müxtəlif
mövzularda
əsər qələmə alan Hürr Amili vəfatından yeddi il öncə yazdığı “Əməlül-
amal”da özünün avtobiyoqrafi
yasında iyirmidən artıq kitab və traktat adını
verm
əkdədir.
Dostları ilə paylaş: |