QAFQAZ
MÜSƏLMANLARI İDARƏSİ
BAKI İSLAM UNİVERSİTETİ
İBRAHİM ZÖHRAB OĞLU QULİYEV
FƏLSƏFƏ ÜZRƏ FƏLSƏFƏ DOKTORU
HƏDİSŞÜNASLIĞIN ƏSASLARI
(Redakt
ə edilmiş II nəşri)
BAKI-2016
[1]
Ön sözün mü
əllifi:
Hacı Sabir Həsənli
ilahiyyat üzr
ə fəlsəfə doktoru
Qafqaz Müs
əlmanları İdarəsinin sədr müavini,
Bakı İslam Universitetinin rektoru
Elmi redaktor:
Möhsün Zellabdin oğlu Nağısoylu
AMEA-
nın müxbir üzvü, filologiya elmləri doktoru, professor,
AMEA-
nın M. Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli Əlyazmaların Tədqiqi
Şöbəsinin müdürü
Redaktor:
N
əsib Cümşüd oğlu Göyüşov
filologiya elml
əri doktoru,
AMEA-
nın M. Füzuli adına Əlyazmalar İnstitutunun Mətnlərin nəşrə hazırlanması
şöbəsinin müdiri
Elmi m
əsləhətçilər:
Hasan Hüseyn Cirit
ilahiyyat elml
əri doktoru, professor,
M
ərmərə Universiteti İlahiyyat Fakültəsi Təməl İslam Bilimləri şöbəsinin professoru
Fuad İzzət oğlu Nurullayev
f
əlsəfə üzrə fəlsəfə doktoru
Qafqaz Müs
əlmanları İdarəsi sədrinin müavini,
Bakı İslam Universitetinin dekanı
R
əyçilər:
Vüqar H
əsən oğlu Səmədov
ilahiyyat üzr
ə fəlsəfə doktoru,
Bakı İslam Universitetinin hədis müəllimi
Namiq Abuz
ərov
ilahiyyat üzr
ə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin hədis müəllimi
İlahiyyat korrektoru:
Şahlar Şahbaz oğlu Şərifov
ilahiyyat üzr
ə fəlsəfə doktoru,
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər Azərbaycan
tarixi şöbəsinin böyük elmi işçisi
[2]
KİTAB AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ
ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 05 İYUN 2013-CÜ İL DK-229/Q SAYLI
MƏKTUBU ƏSASINDA ÇAP OLUNMUŞDUR.
Annotasiya:
Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) söz, hərəkət və qərarlarından ibarət
olan h
ədis İslam tarixi boyunca Peyğəmbərin (s) gətirdiyi vəhyin izah edilməsi ilə
yanaşı, insanlara məsuliyyətlərini də bildirən əsas qaynaqlardan biri olaraq qəbul
edilmişdir. Təəssüflər olsun ki, İslam ümməti üçün deyilmiş bu müqəddəs sözlər
zaman-zaman öz m
ənfəətləri üçün istifadə etmək istəyən müxtəlif qruplar tərəfindən
t
əhrif və təbdilə məruz qalmışdır. Onlar uydurduqları bir sıra söz və sənədlərin
başlarına bir sənəd əlavə edərək Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) isnad
etm
əyə çalışmışlar.
M
əsumlara (ə) isnad edilən bu uydurmaların içərisində təhlil edilə biləcək
r
əvayətlər olduğu kimi, incə tədqiq və araşdırmalarla belə çətin sübut edilə biləcək
olanlar da vardır. Buna görə də bu xəbərlərin səhihi ilə uydurmasını bir-birindən
ayırd etmək fəaliyyəti hələ davam etməkdədir.
İnsanlara məsuliyyətlərini bildirən, bu səbəbdən səhih olanla uydurma olanların
bir-birind
ən seçilib ayrılması həyati bir əhəmiyyət kəsb edən hədislərin səhhətini
sübut etm
ək üçün istifadə edilən qanunları bilmək hər bir ilahiyyatçı üçün zərurətdir.
Buna gör
ə də bu kitabda hədislərin on beş əsrlik tarixi inkişafı ilə yanaşı onların
doğrusu ilə yalanını bir-birindən ayıran qaydalar da araşdırılmışdır.
[3]
I HİSSƏ
HƏDİS TARİXİ
[4]
ÖN SÖZ
M
əlum olduğu kimi, hədisi-şəriflər İslam dininin Qurani-kərimdən sonra ikinci
əsas qaynağıdır. Buna görə də hədislərə istinad edilən zaman son dərəcə diqqətli
olmalı, səhih olanını zəif olanından seçməli və Qurani-kərimlə uyğun gəlməyəni
k
ənara qoyulmalıdır. Bunun üçün isə mütləq şəkildə mütəxəssislərə müraciət etmək
v
ə sahə üzrə yazılmış mənbələrə istinad etmək lazımdır. Belə olduğu halda
ümumb
əşəri mənəvi dəyərlərə malik olan dinimizin doğru-düzgün şəkildə tədris
edilim
əsi və öyrənilməsi müasir Azərbaycan ilahiyyatçılarının qarşısında duran ən
mühüm v
əzifələrdən biridir. Bu baxımdan müasir Azərbaycan ilahiyyatşünaslığının
formalaşmasına dair elmi, tədris-metodiki ədəbiyyata olan ciddi ehtiyac daha da
artmaqdadır. İlahiyyat elmlərinin tərkib və əsas hissəsi olan hədisşünaslığın inkişaf
etdirilm
əsi isə bu ehtiyacların başında gəlməkdədir.
Bildiyimiz kimi, ilahiyyat fakült
ələrində tədris olunan hər bir fənnin öyrətdiyi,
araşdırdığı konkret bilik sahələri vardır. Belə fənlərdən biri də hədisşünaslıq fənnidir.
Ölk
əmizin bəzi ali məktəblərində, o cümlədən ilahiyyat fakültələrində tədris olunan
bu f
ənnin də bilavasitə özünəməxsus predmeti vardır. Haqqında danışdığımız fənnin
Qurani-k
ərimin təfsiri, fiqh, İslam tarixi, əqaid və ərəb dilçiliyi ilə birbaşa əlaqəsi
danılmazdır. Hətta cəsarətlə demək olar ki, adı çəkilən elmlərin hamısı məhz hədisi-
şəriflərlə bağlıdır. Başqa sözlə desək, hədisşünaslıq adı çəkilən elmlərin mühüm və
ayrılmaz tərkib hissəsidir.
Bakı İslam Universitetinin müəllimi İbrahim Zöhrab oğlu Quliyevin
“H
ədisşünaslığın əsasları” mövzusuna dair hazırladığı kitab təqdirəlayiqdir. İ. Z.
Quliyev h
ədis elminin tarixinə və metodologiyasının öyrənilməsinə gərgin əmək sərf
etmiş və ən mötəbər mənbələr əsasında qarşısına qoyduğu məqsədə nail ola bilmişdir.
Mü
əllif on ildən artıqdır ki, hədis tarixi və üsulu fənnindən dərs deyir. Bütün
bunların nəticəsində İ. Z. Quliyev ilk dəfə olaraq respublikamızda Azərbaycan
dilind
ə iri həcmli “Hədisşünaslığın əsasları” kitabını yazmağa müvəffəq olmuşdur.
M
ən bütövlükdə bu tədqiqat işini yüksək qiymətləndirir və onu geniş oxucu
kütl
əsi üçün tövsiyə edirəm.
Hacı Sabir Həsənli
Ba
kı İslam Universitetinin rektoru
[5]
GİRİŞ
H
ədisşünaslıq İslam elmləri içərisində ən şərəfli, ən faydalı və ən geniş elm
hesab edilmişdir. Çünki istər hədisi-şərifləri, istərsə də onun tarixini və
metodologiyasını öyrənənlər İslam mədəniyyətilə daha da dərindən tanış olmuş,
əqidəvi və şəri (dini-hüquqi) məsələləri bu elmin vasitəsilə doğru-düzgün şəkildə əldə
etmişlər. Həmçinin, bu elmin ən ümdə faydalarından biri də Qurani-kərimə daha da
d
ərindən vaqif olmağa nail olmaqdır. Əvvəldə qeyd etdiyimiz kimi, Qurani-kərim
insanlara çatdırılacaqlarını ümumi şəkildə bəyan etmişdir.
Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Allahın nazil etdiyi müqəddəs kitaba tabe
olaraq orada keç
ən dərin mətləbləri, mütəşabeh (çətin anlaşılan) mənaları çox sadə,
lakin elmi şəkildə müsəlmanlara aydınlaşdırmışlar. Qurani-kərim belə bəyan edir:
“Biz h
ər bir peyğəmbəri yalnız onların öz qövmlərinin dilində göndərdik
ki, (Allah
ın hökmlərini)
onlar üçün açıqlayıb izah etsin”.
1
Müst
əqil elm hüququnu qazanmış hədisşünaslığın da özünəməxsus predmetləri
vardır. Hədisşünaslıq hədis tarixi və hədis üsulu deyə iki qismə bölünür. Hədis
elml
ərinin bir qolu olan hədis tarixi, hədis üsulundan mövzusuna görə fərqlənir.
H
ədis tarixi və hədis üsulu bir elmin muxtəlif sahələridir. Hədis tarixi – bu elmin
tarixini, bu elm sah
əsində əsərlər meydana gətirən şəxslərin tərcümeyi-hallarını, hədis
üsulu is
ə nəql olunan hədisin doğru olub-olmadığını, həmçinin, bu və ya digər hədisi
n
əql edən ravinin əhvalını öyrənən elmdir. Deməli, bu elmlərin hər birinin öz
predmeti vardır.
H
ədisşünaslığın təfsir, fiqh, İslam tarixi elmləri ilə sıx bağlılığı vardır. Çünki
yuxarıda adı keçən bəzi İslami elmlər təməl prinsiplərinin çoxunu həzrət
P
eyğəmbərdən (s) gələn hədislərə söykəmişdir. Deməli, biz hədisşünaslığı
öyr
ənməklə müsəlmanların əqidələrinə, müxtəlif təfəkkür üsullarına dərindən bələd
oluruq. Buna gör
ə də hədis elmlərini bilmədən müsəlmanların əqidələrini, müxtəlif
İslam məzhəb və təriqətlərini tanımaq bir o qədər də asan olmayacaqdır.
İrad və təkliflərinizi quliyev.ibrahim.78@mail.ru ünvanına göndərməyiniz
xahiş olunur.
1
İbrahim-4
[6]
I FƏSİL
HƏDİSİN DİNDƏKİ YERİ, MƏNASI VƏ QAYNAĞINA GÖRƏ HƏDİSİN
NÖVLƏRİ
1.1.H
ədisin dindəki yeri və əhəmiyyəti
Allah taala
insanları doğru və düzgün yola yönəltmək, onların bütün fərdi və
ictimai probleml
ərini həll etmək üçün Qurani-kərimi göndərdi. Peyğəmbər (s) də
Allah t
ərəfindən göndərilən bu müqəddəs kitabı təkcə insanlara çatdırmaqla
kifay
ətlənməyib eyni zamanda orada yer alan ayələri insanlara açıqlayıb izah edirdi.
Bütün müs
əlmanlar Qurani-kərimin kamil bir ilahi kitab olması və orada heç bir
d
əyişikliyin olmaması haqqında müttəfiq fikirdədirlər. Lakin burada yer alan ayələr
h
ər hansi bir anlayışı ümumi şəkildə bəyan edir, orada yer alan hökmlərin bütün
t
əfərrüatlarını izah etmir. Deməli, belə olan halda müsəlmanların qarşısında Qurani-
k
ərimin ayələrini doğru-düzgün şəkildə başa düşmək və burada göndərilən hökmlərə
nec
ə əməl etmək problemi dayanırdı. Belə olan halda müsəlmanların vəzifəsi nədir
sualı ortaliğa çıxır.
Qurani-k
ərim biz müsəlmanlara belə problemlərlə qarşılaşan zaman
Peyğəmbərin (s) hədislərinə əməl etməyi əmr edir. Buna görə də müsəlman alimləri
s
əhih hədislərin bütün müsəlmanlara höccət (dəlil) olduğu qənaətinə gəlmiş,
möminl
ərin Peyğəmbərə (s) boyun əyib onun hökmünə tabe olmağı vacib
buyurmuşlar.
Allah Qurani-k
ərimdə Peyğəmbərə (s) boyun əyəməyin vacib olduğu haqqında
kifay
ət qədər ayələr göndərmişdir. Həmin ayələrdən bəzilərini aşağıdakı kimi
sıralamaq olar:
•
De ki: “Əgər siz Allahi sevirsinizsə, mənim ardimca gəlin ki, Allah da sizi
sevsin v
ə günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!”
2
•
Söyl
ə ki, “Allaha və onun Peyğəmbərinə itaət edin! Əgər üz
dönd
ərirsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”
3
•
...Biz s
əni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması
kifay
ət edər. Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur.
Kim üz dönd
ərsə, [qoy döndərsin] biz ki, səni onların üzərində gözətçi olmağa
gönd
ərməmişik
4
.
•
Ey iman g
ətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar
sahibl
ərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət
günün
ə inanırsınızsa, onu Allaha və peyğəmbərə həvalə edin! Bu daha xeyirli və
n
əticə etibarilə daha yaxşıdır
5
.
2
Ali-
İmran-31
3
Ali-
İmran-32
4
Nisa-79-80
5
Nisa-59
[7]
•
H
əqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və
Allahı çox zikr edənlər üçün gözəl nümunədir
6
.
•
Allaha v
ə onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa
qorxub z
əifləyər və gücdən düşərsiniz. Səbr edin çünki Allah səbr edənlərlədir
7
.
•
Allaha v
ə onun Peyğəbərinə itaət edin, [onlara qarşı çıxmaqdan] çəkinin.
Əgər [itaətdən] boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq
bir t
əbliğidir
8
.
•
Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni
tutmayin!..
9
•
Ey iman g
ətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək [imana, haqqa] dəvət
etdiyi zaman Allahın və onun Peyğəmbərinin dəvətini qəbul edin...
10
•
Bunlar Alla
hın sərhədləridir [hökmləridir]. Hər kəs Allaha və
Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan Cənnətlərə
əbədi olaraq daxil edər ki, bu da [möminlər üçün] böyük uğur və qurtuluşdur!
H
ər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah
da onu C
əhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir
11
.
Yuxarıda göstərilən ayələr bir daha müsəlman ümmətinin Peyğəmbərə (s) və
onun M
əsum Əhli-beytinə (ə) tabe olmağı, onların ardınca getməyin zəruriliyini
sübut edir. Bütün bu ay
ələrdən başqa biz Peygəmbərin (s) hədislərində də o Həzrətə
tabe olub, onun sünn
əsini (hədislərini) yaşatmağın vacib olduğunu görməkədəyik.
Peyğəmbər (s) buyurur:
•
“Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyildir.”
12
•
“
Dinin əldən çıxması sünnənin tərk edilməsiylə başlayar.”
13
•
“
Hər kəs mənə itaət edərsə, Cənnətə girəcəkdir. Hər kim də mənə asi olarsa, o
da
Cənnətə girə bilməz.”
14
•
“
Ümmətimdən hər kəs dini işlərində ehtiyac duyduğu qırx hədis əzbərləyərsə,
q
iyamət günü Allah onu alim və fəqih kimi dirildər.”
15
•
“
Həqiqətən bizim hədislərimiz qəlbləri cilalayır.”
16
Həmçinin, biz, Əhli-beytdən (ə) gələn hədislərdə də hədis və sünnənin
öyrənilməsinin və qorunub saxlanılmasının zəruri bir əməl olduğunu görməkdəyik.
Bu haqda İmam Sadiq (ə) buyurur:
•
“
Hər kəs, halal və ya haram haqqında bizim hədislərimizdən qırx hədis
əzbərləyərsə, qiyamət günü Allah onu alim və fəqih kimi dirildər və ona əzab
verməz.”
17
6
Əhzab-21
7
Ənfal-46
8
Maid
ə-92
9
Nur-63
10
Ənfal-24
11
Nisa-13-14
12
S
əhihi-Buxari, nigah-1; Səhihi-Müslüm, nigah-5
13
Sün
əni-Darimi, müqəddimə-16
14
S
əhihi-Buxari, kitabül-etisam fəsli
15
Şeyx Səduq, əl-Xisal, səh. 113
16
Küleyni, Üsuli-kafi, c. II, s
əh. 190
[8]
•
“
Həqiqətən bizim hədislərimiz qəlbləri dirildir.”
18
Dem
əli, bu və ya digər hədislərdən də məlum olur ki, Peyğəmbər (s) və onun
Əhli-beytinin (ə) hədislərini əzbərləmək və onları qoruyub saxlamaq dinimiz üçün
böyük
əhəmiyyət kəsb edir. Çünki hədislərdə Qurani-kərimi izah edən və hətta orada
olamayan, lakin icra edilm
əsi müsəlmanlara vacib olan bəzi hökmlərin yerinə
yetirilm
əsini göstərən ayinlər vardır. Şübhəsiz ki, hədis və ya sünnənin qorunub
saxlanması və təbliğ edilməsi dinin zəruri məsələlərindən olmasaydı, nə Allah
Qurani-k
ərimdə Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) tabe olmağı vacib buyurar,
n
ə də Məsumlardan (ə) bu qədər hədislər nəql olunardı. Deməli, yuxarıda göstərilən
ay
ə və hədislər bizə Allahın hökmü ilə Peyğəmbərin (s) hökmünün eyni olduğunu,
Peyğəmbərə (s) itaət etməyin Allaha itaət etmək olduğunu, Peyğəmbərdən (s) üz
çevirm
əyin insanın kafirliyə dəlalət etdiyinə, bir sözlə Peyğəmbərin (s) sünnəsi ona
nazil olan Qurani-k
ərimin açıqlanması olduğunu aydın edir.
H
ədislərin Qurani-kərimlə bərabər olması və onu izləməsi, həmçinin, şəriətin bir
qisminin Qurani-k
ərimin gətirdiklərindən, digər bir qisminin isə Peyğəmbərin (s)
qoymuş olduğu sünnədən ibarət olduğu inkaredilməz bir həqiqətdir.
Əbəs deyildir ki, hədislər Qurani-kərimi izah etdiyi üçün İslam alimləri ona
“v
əhyi-qeyri-mətluvv” (oxunmayan vəhy), Qurana isə “vəhyi-mətluvv” (oxunan
v
əhy) demişlər.
19
Qurani-k
ərim bizə Peyğəmbərin (s) sözlərinin vəhy altinda olduğunu, bütün xəta
v
ə nöqsandan uzaq olduğunu bəyan etməkdədir. Əgər Peygəmbərin (s) haqqında
nazil olan ay
ələrə bir daha baxsaq, o Həzrətin “ Al
əmlərə rəhmət”, “ Hidayət
r
əhbəri”, “ Son Peyğəmbər”, “ Böyük bir əxlaq sahibi” adları altında qeyd
edildiyinin şahidi olacağıq.
M
əlumdur ki, Məhəmməd peyğəmbər (s) özündən əvvəl göndərilən
p
eyğəmbərlərdən (ə) fərqli məziyyətlərə malikdir. Bu məziyyət və üstünlüklərdən biri
d
ə o Həzrətin qoyduğu sünnənin qiyamətə qədər yaşayacağıdır. Deməli, İslam
ümm
əti inanc və hökmlərdə hədislərə tabe olmalıdırlar, əks təqdirdə İslam dini məhv
olub aradan ged
ər, insanlar isə dünya və axirətdə zəlil və rüsvayedici əzaba düçar
olarlar.
İslam alimlərinin bəziləri, o cümlədən Əvzai “Sünnənin Kitaba (Qurani-kərimə)
olduğundan çox, Kitabın sünnəyə ehtiyacı vardır” demişdir.
20
Sözün
əsl mənasında
b
əzi İsam alimlərinin belə söz deməsi əbəs deyildir. Çünki hədis və ya sünnə hər
m
övzuda şəriətin əsas vasitəsidir. Həmçinin məlumdur ki, Qurani-kərimdə keçən bəzi
ay
ələr mütəşabeh (idrakdan kənar) ayələrdir. Bu barədə Qurani-kərim belə bəyan
edir:
“S
ənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini, əsasını
t
əşkil edən möhkəm [mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabeh
[m
ənası bir-birinə oxşar, məğzi bəlli olmayan] ay
ələrdir... halbuki onların həqiqi
17
əl-Xisal, səh. 116
18
Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 213
19
N
əvəvi, Riyazüs-salehin, c. I, səh. 15-16
20
Cameu b
əyanil-elm, c. II, səh. 101
[9]
izahını Allahdan başqa heç kəs bilməz.”
21
Dig
ər qisim ayələr isə şəri hökmləri
formul şəkildə bəyan edir. Məsələn, Qurani-kərim belə bəyan edir:
“...Gücü çatan h
ər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların
Allah qarşısında borcudur.”
22
Qurani-k
ərim ayələrinin açiqlayıcı olması, hər şeyi bəyan etməsi inkaredilməz
bir h
əqiqətdir. Amma onu daim oxuyan və dinləyən insanların anlayış səviyyələri
f
ərqli olduğu üçün onu təkbaşına oxuyub dürüst şəkildə başa düşmək qeyri-mümkün
bir işdir. Belə olan halda onu insanlara başa salan bir qüvvəyə ehtiyac vardır ki, bu da
heç şübhəsiz ki, Peyğəmbər (s) və onun Əhli-beytidir (ə). Əlbəttə ki, Peyğəmbərin (s)
v
ə digər Məsumların (ə) Qurani-kərimi açıqlayıb izah etməsi Qurana əksiklik və
qüsur g
ətirməz, əksinə bu izahlar sayəsində bəndələrin o uca Allaha necə ibadət
ed
əcəkləri öyrənilmiş olacaqdır. Buna görə də alimlər: “Sünnəsiz müsəlmanlıq
mümkün deyildir” demişlər.
23
Yuxarıda qeyd etdiyimiz ayələrin birində İslam şəriətinin ən vacib əməllərindən
biri olan, böyük ictimai-siyasi mahiyy
ət kəsb edən həcc ziyarəti haqqında
müs
əlmanlara xüsusi göstəriş vardır. Göründüyü kimi, burada həccin necə ziyarət
edilc
əyi, ziyarət zamani zəvvarların hansı əməlləri icra edəcəyi haqqında heç bir
m
əlumat verilmir. Halbuki bu böyük dini ayinin içərisində elə əməllər vardır ki,
insanın onların birini belə yerinə yetirməməsi onun ziyarətinin batil olmasına səbəb
olar. B
əs bu icrası vacib olan əməlləri hansı yolla əldə etməliyik sualına Məsumların
(
ə) hədisləriylə deyə cavab verəcəyik.
Burada bir daha işarə edirik ki, bütün müsəlmanlar hədisin (sünnənin) Qurani-
k
ərimdən sonra ikinci dəlil olduğu barədə icma etmişlər. Görkəmli müsəlman alimi
M
əhəmməd bin İdris əş-Şafei (öl.820) yazırdı: “Sünnələrin Qurani-kərimdə mütləq
bir
əsli vardır.”
24
Yuxarıda göstərilən bütün ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki,
sünn
ənin (hədisin) Qurani-kərim qarşısında üç vəzifəsi vardır:
Dostları ilə paylaş: |