Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   2   3   4   5   6   7   8   9   ...   34

 
133
 həmin mənbə, səh. 49 
134
 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 25 
135
 h
əmin mənbə, səh. 26 
136
 İbn Səd, ət-Təbəqatül-kübra, İbn Abbas bölümü 
137
 h
əmin mənbə, İbn Abbas bölümü 
138
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 44 
[31] 
 
                                                 

2.2.11.Cabir bin Abdullah 
Cabir bin Abdullah 
Peyğəmbərin  (s) sahabələrindən olub, o Həzrətdən  (s) 
eşitdikləri hədisləri yazmağa başlamışdır. İbn Səd “Təbəqat” adlı əsərində Cabir bin  
Abdullahın da bir səhifəsi olması haqqında məlumat verir.
139
  
Görk
əmli hədisşünas Müslüm bin Həccac bu əsərin “Mənasiku-həcc” haqqında 
olduğundan  bəhs edir.
140
 Cabir bin Abdullah h
əccin  əməlləri ilə  əlaqədar 
Peyğəmbərdən (s) eşitdiyi xütbələri də burada toplamışdır.
141
  
İbn Həcər əl-Əsqəlani “əl-İsabə” adlı əsərində Cabir bin Abdullahın Mədinədə 
M
əscidi-nəbəvidə  bir dərs  halqası  qurması  və  burada tələbələrə  hədis öyrətməsi 
bar
ədə  məlumatlar verir.
142
 M
əşhur  tabeunlardan olan Qətadə  bin Diamə  əs-Sədusi 
(öl.118  h/q.), “Cabirin s
əhifəsini  “Bəqərə”  surəsindən daha qüvvətli olaraq əzbər 
bilm
əkdəyəm” deməsi bu səhifənin verdiyi dəyəri ifadə etməkdədir.
143
  
Cabir  bin  Abdullahın  səhifəsi günümüzə  qədər gəlib çatmasa da, orada olan 
h
ədislərin heç olmasa bir qisminin mövcud hədis kitablarında olması danılmazdır. 
Cabir bin Abdullah hicri 78- cild
ə vəfat etmişdir.
144
 
 
2.2.12.S
əmurə bin Cündəb 
H
əzrət  Peyğəmbərin  (s)  səhabələrindən və  həzrətdən  eşitdikləri hədisləri 
yazanlardan biri d
ə  Səmurə  bin Cündəbdir.  O,  Peyğəbərdən (s) eşitdiyi  hədisləri 
böyük bir nüsx
ədə  toplayıb  və  nüsxədə  olan  rəvayətlər  oğlu  Süleyman  tərəfindən 
r
əvayət edilmişdir.
145
  
İbn Şirinin dediyinə görə, Səmurə tərəfindən oğulları üçün yazılan bu kitab, bir 
çox elmi ehtiva etm
əkdədir.
146
  
 
2.2.13.Abdullah bin Öm
ər 
Abdullah bin Öm
ər  bin Xəttabın hədis yazması mütləq şəkildə bilinmir. Buna 
gör
ə də bəzi alimlər Abdullah bin Ömərin hədis yazmasını şübhə altına almışlar.
147
 
Lakin İbn Səd “Təbəqat” adlı əsərində Salman bin Musa tərəfindən nəql edilən bir 
x
əbər  vardır  ki,  burada  Salman  Abdulla bin Ömərin azad köləsi Nafiyə  hədis 
yazdırarkən gördüyünü söyləyir. 
 
2.2.14.S
əd bin Übadə əl-Ənsari 
M
əşhur  hədisşünaslardan  olan Tirmizi Səd bin Übadə  əl-Ənsarinin 
Peyğəmbərdən  (s) bəzi hədis və  sünnələrini  topladığı  bir  səhifəsi  olduğunu  nəql 
139
 
İbn Səd, ət-Təbəqatül-kübra, c. V, səh. 342  
140
 Sübhi əs-Saleh, Hədis elmləri və hədis istilahları, səh. 21 
141
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 37 
142
 c. I, s
əh. 246  
143
 Sübhi əs-Saleh, Hədis elmləri və hədis istilahları, səh. 21 
144
 həmin mənbə, səh. 21 
145
 İbn Həcər, Təhzibüt-təhzib, c. IV, Səmurə bin Cündəb maddəsi 
146
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 43; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 20 
147
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 43 
[32] 
 
                                                 

edir.
148
 M
ənbələrin verdiyi məlumata görə, Xəzrəc qəbiləsindən olan Səd bin Übadə 
əl-Ənsari cahiliyyə  dövründə  oxuyub-yazmağı  bilirdi.
149
 H
əmçinin,  Səd bin 
Übad
ənin Həzrət  Peyğəmbərin  (s) hədislərini topladığı bir səhifəsi də olmuşdur ki, 
sonradan onun oğlu bu səhifəni rəvayət etmişdir.
150
 
 
2.2.15.
Abdullah bin Əbu Əfva 
M
əhəmməd bin İsmayıl bin İbrahim əl-Buxariyə görə Abdullah bin Əbu Əfva 
adlı bir səhabə məktub vasitəsi ilə dərs  vermişdir.
151
  
 
2.2.16.
Müğeyrə bin Şöbə 
M
ənbələrin verdiyi məlumata görə, İbn Şöbə xəlifə Müaviyənin tələbi ilə Həzrət 
Peyğəmbərin (s) bəzi sözlərini yazmış və bunları mərkəzə göndərmişdir.
152
  
 
2.2.17.Abdullah bin M
əsud 
 
Peyğəmbərin  (s)  səhabələrindən  olmuş  Abdullah  bin  Məsud Həzrətdən  (s) 
eşitdiyi hədisləri yazmış və bir araya toplamışdır. Onun yazdığı bu səhifə sonradan 
mülkü arasında tapılmışdır.
153
 
 
2.2.18.
Əbu Bəkr bin Əbu Qühafə 
M
əşhur səhabə Əbu Bəkr də Peyğəmbərdən (s) eşitdiyi hədisləri yazmışdı. Onun 
H
əzrətdən  (s)  eşidib yazdığı hədislərin sayı beş  yüz (500) olmuşdur. Sonralar Əbu 
B
əkr  topladığı  hədisləri  yandırmışdı.
154
 Z
əhəbi bioqrafik  əsərində  Qasım  bin 
M
əhəmməd təriqi ilə ummulmöminin Aişədən bu rəvayəti edir: “Atam Peyğəmbərin 
500-
ə  qədər hədisini  toplamışdı.  Ancaq  bir  gecə  yatağında  çox  rahatsız  oldu.  Bu 
halda m
əndə  böyük  bir  üzüntü  yaratmışdı.  Ondan  hər  hansı  bir  rahatsızlıq 
s
əbəbiyləmi, yoxsa almış olduğu hər hansı bir xəbər üzündənmi bu halda olduğunu 
soruşdum. Ertəsi gün məndən kitabı gətirməyimi istədi, mən kitabı gətirdim, onu oda 
atdı  və  yandırdı.  Nə  üçün  yandırdığını  soruşduğum  zaman,  mənə  bu  cavabı  verdi: 
m
ən öldükdən sonra geridə doğru gördüyüm və etimad etdiyim kimsələr tərəfindən 
n
əql edilən hədisləri ehtiva edən bir kitab buraxacağam, amma doğrusu bu hədislər 
m
ənə rəvayət edildiyi şəkildə olmayacaq və bunları rəvayət etmiş olacağam, bu isə 
doğru deyildir.”
155
  
 
148
 Əbu İsa ət-Tirmizi, Sünəni-Tirmizi, kitabül-əhkam bölümü 
149
 İbn Səd, ət-Təbəqat, c. III, Səd bin Übadə maddəsi 
150
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 43 
151
 h
əmin mənbə, səh. 42 
152
 Səhihi-Buxari, kitabül-azan-4 
153
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 45 
154
 Təzkirətül-hüffaz, c. I; Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 30 
155
 Təzkirətül-hüffaz, c. I; Həmmam bin Münəbbihin səhifəsi, səh. 39; Ali Yardım, Hədis I-II, səh. 30; Sübhi əs-Saleh, 
H
ədis elmləri və Hədis istilahları, səh. 26 
[33] 
 
                                                 

2.2.19.Öm
ər bin Xəttab 
Qaynaqların verdiyi məlumata görə, Ömər bin Xəttab Həzrət Peyğəmbərin (s) 
h
ədislərinin bir yerə  toplamaq üçün rəsmi tədbirlər  düşünmüşdür.  Bunun  üçün 
s
əhabələrin  ən böyükləri ilə  məşvərət  etmiş,  məşvərət  etdiyi  insanların  hamısı 
h
ədislərin tədvininin zəruri  olduğunu  desələr  də,  Ömər  bin Xəttab  bunlarla 
razılaşmayıb fikrindən dönmüşdür.
156
 
Bu mövzuda Möm
ər bin Raşid (öl.153 h/q) Zöhri təriqi ilə Ürvədən bu xəbəri 
n
əql etmişdir: “Xəlifə Ömər hədisləri bir kitab halında yazmağı niyyət etmişdi. Bu 
xüsusda 
Peyğəmbərin (s) əshabi ilə məşvərət etdi. Səhabə hədislərin yazılması fikrini 
q
əbul edirdi. Xəlifə  Ömər  bir  aylıq  istixarəyə  çəkildi. Bir gün necə  qərar verəcəyi 
xüsusunda A
llahın ilhamı ilə ortaya çıxdı. Xəlifə Ömər dedi: sizdən öncə yaşayan və 
kitablar yazan mill
ətlər  bu  yazdıqları  kitablarla  o  qədər çox məşğul  oldular  ki, 
Allahın  kitabını  tərk etdilər. Allaha and içirəm ki,  mən  Quranla  heç  bir  şeyi 
qarışdırmayacağam.”
157
  
 
2.2.20.
Əsbəğ bin Nübatə əl-Məcaşi 
O, 
İmam  Əlinin  (ə)  xüsusi  dostlarından  və  tabeunun  görkəmli 
şəxsiyyətlərindəndir. O, İmam Əlidən (ə) sonra da uzun müddət yaşamışdır. Əsbəğ 
İmamdan (ə) onun “Əhd lil-Əştər” əsərini rəvayət etmişdir.
158
  
Şeyx Tusinin  verdiyi  məlumata görə,  Əsbəğ bin Nübatənin “Məqtəlül-Hüseyn 
bin 
Əli (ə)” adlı bir əsəri olmuşdur. Bu əsəri ondan əd-Duri adlı şəxs nəql etmişdir.
159
 
 
2.2.21.
Səlim bin Qeys əl-Hilali 
O, İmam Əlinin (ə) ən yaxın səhabələrindən biri olmuşdur. İmamdan (ə) çoxlu 
rəvayətlər nəql edən Hilali “Cəlilün Əzim” adlı bir əsər də qələmə almışdır.
160
 
Əsərdə 
müəllif  imamətin  Allah  tərfindən  təyin  olunması  məsələsinə  toxunmuş  və  burada 
imamətin isbatına çalışmışdır. Bu əsər İslam dünyasında ən qədim əsər hesab olunur. 
Əsər doğma dilimizə tərcümə olunmuşdur. 
Səlim bin Qeys Həccac bin Yusif Kufədə vali olduğu vaxt öldürülmüşdür. 
 
2.2.22.
Meysəm ət-Təmmar 
Meysəm bin Yəhya Əbu Saleh Təmmar İmam Əlinin (ə) ən yaxın dostlarından 
və sirdaşlarından olmuşdur. Onun “Kitab fil-hədis” adlı məşhur bir əsəri olmuşdur. 
Onun bu əsərindən Şeyx Tusi, Şeyx Əbu Əmr əl-Küşşi və Təbəri rəvayət etmişlər.
161
 
 
2.2.23.
Məhəmməd bin Qeys əl-Cəbəli 
Onun İmam Əlidən (ə) nəql etdiyi bir kitabı olmuşdur.
162
 
Şeyx Tusi onun kitabı 
haqqında məlumat vermiş və ondan rəvayət etmişdir. 
156
 Ali Yardım, Hədis I-II, səh. 30 
157
 Həmmam bin Münəbbihin səhifəsi, səh. 39; Xətib əl-Bağdadi, Təqyidül-elm, c. I, səh. 49 və s. mənbələr 
158
 
Şeyx Tusi, əl-Fihrist, səh. 85; Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islamiyyə, səh. 161 
159
 
Şeyx Tusi, əl-Fihrist, səh. 85 
160
 h
əmin mənbə, səh. 114, rəqəm-1136 
161
 
Şeyx Tusi, əl-Amal, səh. 148; əl-Kəşşi, İxtiyari mərifətir-rical, c. I, səh. 292; Təbəri, Bəşarətül-Mustafa, səh. 143 
[34] 
 
                                                 

 
2.2.24.
Abdullah bin Hürr əl-Cufi 
O, tabeunun böyük alimlərindən və məşhur hədisşünaslarındandır. Onun İmam 
Əlidən  (ə)  çoxlu  sayda  rəvayətləri  vardır  ki,  hədis  alimləri  də  bu  rəvayətlərin  bir 
hissəsini öz əsərlərində nəql etmişlər. əl-Cufi həm də öz dövrünün tanınmış ədib və 
şairlərindən olmuşdur. 
Muxtar  Səqəfinin  zamanında  (680-cı  ilin  ortalarında)  ölən  əl-Cufini  Nəcaşi 
birinci təbəqədən olan müsənniflərdən saymışdır.
163
 
 
2.2.25.
Rəbiə bin Səmi 
Onun  “Zəkatün-niəm”  adlı  məşhur  bir  əsəri  olmuşdur.  O,  tabeunun böyük 
şəxslərindəndir.
164
 
 
2.3.P
eyğəmbərin (s) əmri ilə yazılan rəsmi və qeyri-rəsmi vəsiqələr 
Hədis  tarixindən  bizə  məlumdur  ki,  Həzrət  Peyğəmbərin  (s)  elmə  və  maarifə 
təşviqi  nəticəsində  onun  sağlığında  bir  çox  səhabələr  ondan  eşidib-dinlədikləri 
hədisləri yazmışdılar. Onların minbir əziyyətlə yazıb tədvin etdikləri bu çalışmaları 

Səhifə”  adı  altında  tanınmaqdadır. Artıq  biz  səhifə  sahibi  olan  bir  neçə  səhabəni 
tanıdıq. 
İndi  isə  həzrət  Peyğəmbərin  (s)  əmri  ilə  yazılan  vəsiqələrə  nəzər  yetirmək 
lazımdır. Məşhur  İslam  alim  Prof. Dr.  Məhəmməd  Həmdullah  uzun  bir  araşdırma 
n
əticəsində ortalığa “Məcmuatül-vəsaiqi-siyasiyyə lil-əhdin-Nəbi vəl-xüləfair-raşidə” 
(
Peyğəmbər  və  xüləfai-raşidin  dövrünə  aid  siyasi  vəsiqələr  məcmuusu)  adı  altında 
çox d
əyərli bir əsər qoymuşdur. Əsərə yazdığı müqəddimə ilə birlikdə 500 səhifəlik 
bu  kitab  dördyüz
ə  yaxın  vəsiqənin  ərəbcə  mətnlərini  və  qaynaqlarını  təsbit 
etm
əkdədir.
165
 
Peyğəmbərin (s) əmri ilə yazılan rəsmi vəsiqələrdən bir neçəsini tanımaq əlbəttə 
ki, 
faydalı olardı.  
 
a) M
ədinə dövlətinin konstitusiyası 
Peyğəmbər (s) məkkəli müsəlmanlarla birlikdə Mədinəyə hicrət etdi. Mədinədə 
Peyğəmbər  (s)  federativ  bir  dövlətin  təməlini  qoydu.  Həzrət  Peyğəmbər  (s) 
mühacirl
əri,  ənsarları,  yəhudilər  və  hələ  İslamı  qəbul  etməmiş  ərəbləri  bir  yerə 
toplayıb məşvərət etmiş və dövlətin konstitusiyasını meydana gətirmişdir. Bu dünya 
tarixind
ə ilk yazılı konstitusiya olaraq bilinir.
166
  
Məhəmməd  Həmdullah  bu  konstitusiyanın  52  maddədən  ibarət  olduğunu 
yazırdı. Alimin  verdiyi  məlumata  görə  konstitusiyanın  25  maddəsi  müsəlmanlarla 
əlaqəli, yerdə qalan digər maddələr isə musəvilərlə (yəhudilərlə) əlaqədardır.  
162
 
Ağa Bozorg Tehrani, əz-Zəriə ilə təsanifiş-şiə, c. XVII, səh. 153 
163
 N
əcaşi, Rical, c. I, səh. 71 
164
 
Ağa Bozorg Tehrani, əz-Zəriə ilə təsanifiş-şiə, c. XII, səh. 42 
165
 Ali Yardım, Hədis I-II, səh. 18 
166
 h
əmin mənbə, səh. 18 
[35] 
 
                                                                                                                                                                  

Həmin konstitusiyanın bəzi maddələri aşağıdakılardan ibarət olmuşdur: 
1.“Bu A
llahın Rəsulu Məhəmməd tərəfindən, Qureyşli-mömin və müsəlmanlara 
tabe v
ə onlarla hərbdə iştirak edən müsəlmanlar arasında mötəbər bir yazı (kitab)dır.” 
2.“
Şübhəsiz  ki,  onlar  dünyanın  digər  qövmlərindən  ayrı  bir  ümmət  təşkil 
ed
ərlər.”
167
 
M
ətndə keçən “bu yazıdır (kitabdır)” ibarəsi bu vəsiqənin yazılı olduğunu sübut 
edir. 
Göründüyü kimi, bu konstitusiyada 
Peyğəmbər (s) dövləti idarə edənlərlə idarə 
edil
ənlərin  haqq  və  vəzifələrini  göstərmiş,  müsəlmanlarla  qeyri-müsəlmanların 
üz
ərlərinə düşən məsuliyyətlərini bütün təfərrüfatı ilə açıqlamışdır. 
 
b) 
Əhalinin siyahıya alınması 
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra İslamı qəbul edənlərin siyahıya 
alınması barədə göstəriş vermişdir. Tarixi məlumatlara görə, bu zaman 1500-ə qədər 
müs
əlman qeydiyyatdan keçmişdir.
168
 
Buxari bu mövzuda 
Peyğəmbərdən (s) bu hədisi rəvayət edir: “İslamiyyətə girən 
kimsələrin adlarını mənə yazın. Bu əmr üzərinə ona 1500 kişinin adlarını yazdıq.”
169
  
H
ədisdə keçən “kişi” sözündə bütün müsəlmanlar, kişi, qadın, qoca, uşaq və s. 
n
əzərdə tutulmuşdur. 
H
əmçinin,  bu  mövzuda  gələn  hədislər  İbn  Macənin  “Sünən”,  Əhməd  bin 
H
ənbəlin  “Müsnəd”,  Əllamə  Məclisinin  “Biharül-ənvar”  və  digər  mötəbər 
m
ənbələrdə mövcuddur. 
 
c) B
əraətlər 
Peyğəmbərin  (s)  hicrətdən  öncə  onun  tərəfindən  yazdırılan  rəsmi  vəsiqələrin, 
yazılı əhdnamələrin və verilən bəraətlərin olması tarixi bir gerçəklikdir.  
M
əlumdur  ki,  Peyğəmbər  (s)  bir  qrup  müsəlmanın  hicrət  etməsi  ərəfəsində 
H
əbəş hökmdarı Nəcaşiyə bir məktub yazaraq, ona əmisi oğlu Cəfər bin Əbi Talibi 
tanıtmış və Nəcaşiyə: “…Sənə əmim oğlu Cəfəri və onunla birlikdə müsəlmanlardan 
bir  qrupu  gönd
ərirəm.  Hidayətə  tabe  olanlara  salam  olsun”
170
 
adlı  məktub 
gönd
ərmişdi.  
H
əmçinin,  Peyğəmbər  (s) Mədinəyə  hicrət  yolculuğu  əsnasında  Süraqə  bin 
Malik 
əl-Müdliciyə bir bəraət (amənnamə) məktubu verməsi tarixə məlumdur. Həmin 
tarixi v
əsiqənin mətni belədir: 

Peyğəmbər  (s)  Səvr  dağındakı  mağaradan  Mədinəyə  tərəf  yola  çıxıb  Müdlic 
q
əbiləsi  yaxınlığından  keçərkən  Süraqə  bin  Malik  onları  gördü  və  atına  minərək  
onları  yaxalamaq  üçün  çapdı.  Peyğəmbərə  (s)  çatdığı  onda  atın  ayaqları  yerə 
mıxlandı.  Süraqə:  “Ya  Məhəmməd,  bilirəm  ki,  bu  sənin  mənə  etdiyin  bəd  duanın 
167
 bax: M. Həmdullah, əl-Vəsaiqüs-siyasiyyə, səh. 40 
168
 Ali Osman Koçkuzu, Hədis elmləri və Hədis tarixi, səh. 247 
169
 Kitabül-cihad, babül-kitabətil-iman 
170
 Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 750 
[36] 
 
                                                 

n
əticəsidir. Mənə  dua  et. Allaha  xatir  sənə  söz  verirəm  ki,  bütün  istəklərini  yerinə 
yetir
əcəyəm!” dedi. 
Peyğəmbər (s) ona dua etdi və o xilas oldu. Xilas olan Süraqə Peyğəmbərə (s) 
yaxınlaşaraq:  
“Ya 
Peyğəmbər (s), torbamdan bir ox götür. Dəvələrim filan yerdədir, onlardan 
da b
əyəndiyini götür!” dedi. Həzrət Peyğəmbər (s) də: 
“M
ənim  sənin  dəvələrinə  ehtiyacım  yoxdur!”  buyurdu.  Süraqə  geri  dönəcəyi 
sırada, Həzrət Peyğəmbərdən (s) özünə bir “amən məktubu” (toxunulmazlıq vəsiqəsi) 
yazıb  verməsini  xahiş  etdi.  Peyğəmbərin  (s)  yanında  olan  Əbu  Bəkr  də  deyiləni 
yazdı.”
171
  
 
d) Hüdeybiyy
ə sülh müqaviləsi 
İslam tarixindən məlumdur ki, Peyğəmbər (s) ilə müşriklər arasında Hüdeybiyyə 
adlı sülh müqaviləsi olmuşdur. Bu sülh müqaviləsini Peyğəmbər (s) İmam Əliyə (ə) 
yazdırmışdır.  Hüdeybiyyə  sülh  müqaviləsinin  mətni  hazırlanan  zaman  mətndə  olan 
b
əzi kəlmələr üzərində münaqişələr olmuş və nəticədə Peyğəmbər (s) buradakı bəzi 
k
əlmələrin  pozulmasını  əmr  etmişdir.  Sülh  müqaviləsinin  mətni  Peyğəmbərlə  (s) 
Süheyl  bin 
Əmrin arasında münaqişə yaratmışdır. Belə ki, Peyğəmbər (s) Əlini (ə) 
çağırıb müqaviləni yazdıran zaman demişdir: 
“Yaz! Bismillahir-R
əhmanir-Rəhim”. Süheyl: 
“R
əhmana  gəldikdə  and  olsun  ki,  mən  bilmirəm  o  kimdir. Buna  görə  də 
“A
llahım sənin adınla sözünü yaz”. 
Müs
əlmanlar  buna  etiraz  edən  zaman  Peyğəmbər  (s)  buyurdu:  “Yaz! Allahım 
s
ənin  adınla.”
172
 M
ətndə  keçən  “Bismillahir-Rəhmanir-Rəhim”  sözü  Süheyl  bin 
Əmrin etirazına səbəb olduğundan Peyğəmbər (s) onu “Allahım sənin adınla” sözü ilə 
əvəz etmişdir. 
Dem
əli,  istər  Hüdeybiyyə  sülh  müqaviləsi,  istərsə  də  digər  müqavilələr 
Peyğəmbərin (s) sözlərinin hələ Həzrətin (s) dövründə, xüsusilə də onun göstərişi ilə 
yazılmasına bir dəlildir. 
 
e) Valil
ərə verilən təlimatlar 
M
ədinədə  yeni  dövlət  quran  Peyğəmbər  (s)  şübhəsiz  ki,  müxtəlif  bölgələrə 
valil
ər təyin etmişdir. Ərəbistan yarımadasının hər yerinə dağılmış valilərə, qazılara, 
z
əkat toplayanlara və digər şəxslərə Peyğəmbər (s) tərəfindən təlimatların verilməsi 
danılmazdır. Bunun  bariz  misalını  biz  Peyğəmbərin  (s) Yəmən  valisi  Əmrə  yazılı 
olaraq verdiyi uzun t
əlimat vəsiqəsini görməkdəyik.
173
 
Peyğəmbərin  (s)  valilərə  göndərdiyi  bu  təlimatlarda  idarəçilik  və  vergi 
m
əsələləri  öz  əksini  tapmışdır. Bu  gün  də  bu  təlimatlardan  bəziləri  diplomatik 
m
əktublarla birlikdə mühafizə edilməkdədir.  
 
171
 Ali Yardım, Hədis I-II, səh. 20-21; İbn Əsir, Üsdul-qabə, c. II; əl-İsabə fi təmyizis-səhabə, c. II  
172
 Əllamə Məclisi Biharül-ənvar, c. XX, səh. 715 
173
 əl-Vəsaiqüs-siyasiyyə, səh. 137 
[37] 
 
                                                 

f) Quran
ın tərcüməsi 
İslamı qəbul edən əcnəbilər içərisində Salmani Farsi daha məşhurdur. Bildiyimiz 
kimi  o, 
iranlı  olub  Peyğəmbərə  (s)  iman  edən  kimsələrdəndir.  Tarixi  qaynaqların 
verdikl
əri məlumatlara görə, iranlılar İslamı qəbul etdikdən sonra Qurani-kərimi öz 
dill
ərində  oxumaları  üçün  Salmana  bir  məktub  yazmışlar. Buna  görə  də  Salman 
Qurani-k
ərimin “Fatihə” surəsini fars dilinə tərcümə edib onlara göndərmişdir. 
Görk
əmli fəqih Şəmsüləimmə əs-Sərəxsi bu mövzu haqqında yazırdı: “Rəvayət 
edildiyin
ə  görə,  iranlılar  Salman  əl-Farsiyə  bir  məktub  yazaraq  “Fatihə”  surəsinin 
t
ərcüməsini onlara göndərməsini istəmişlər.”
174
 
A
rtıq tarixi qaynaqlardan aldığımız dürüst məlumatlar bizə bir daha əsas verir 
ki,  Salmani  Farsinin 
İslam  tarixində  ilk  dəfə  olaraq  Qurani-kərimi  qeyri-ərəbdilli 
xalqa 
çatdırmasını deyək. 
 
g) Y
əhudilərlə dialoq 
A
llahın  Rəsulu  (s)  hələ  həyatda  olarkən  öz  yaxın  səhabələrinə  əcnəbi  dilləri 
öyr
ənməyi tövsiyə edərdi. Onun səhabələri içərisində ən yaxşı katiblərdən olan Zeyd 
bin Sabit H
əzrətin (s) əmri ilə ibrani (ivrit) dilini öyrənmişdi. Zeyd bin Sabit siryani 
dill
ərini mükəmməl öyrənərək qeyri-ərəbdilli insanlar içərisində təbliğ etmişdi. 
Peyğəmbər  (s)  ərəbdilli  olmayan  insanlarla,  xüsusi  ilə  də  yəhudilərlə  aparılan 
r
əsmi  dialoq  və  ya  yazışmalarda  Zeyd  bin  Sabitin  əməyindən  istifadə  etmişdir. Bu 
mövzuda  M
əhəmməd Həmdullah yazırdı: “Zeyd bin Sabit Yəhudi yazısını öyrəndi. 
Peyğəmbər (s) yəhudilərə göndərdiyi məktubları yazdığı kimi, yəhudilərdən gələnləri 
d
ə ona oxudardı.”
175
 
 
h) Din
ə dəvət məktubları 
H
əzrət  Peyğəmbər  (s)  Mədinədə  qurduğu  dövlətin  əsasını  möhkəmlətdikdən 
sonra 
qonşu  dövlət  başçılarına  rəsmi  məktublar  göndərmişdir.  Həmin  məktublar 
diplomatik  m
əktublar  və  ya  dinə  dəvət  məktubları  adları  altında  tanınmaqdadır. 
H
əmin  məktublar  yazılı  vəsiqə  olaraq  günümüzədək  qorunub  saxlanmış  və  İslam 
m
ədəniyyətinin şah əsərlərindən hesab edilmişdir. 
Bildiyimiz  kimi,  M
ədinədə  qurulan  İslam  dövlətinin  Bizans,  İran, Bəhreyn, 
Misir  v
ə  Həbəşistan  kimi  qonşu  dövlətləri  vardır. Allahın  Rəsulu  (s) Bizans 
imperatoru 
İrakliyə, Misir  hökmdarı  Miqəvqisə,  İran  kəsrası  Xosrov  Pərvizə, 
B
əhreyn  məliki  Münzir  bin  Savaya  və  Həbəş  kralı  Nəcaşiyə  rəsmi  məktublar 
gönd
ərmişdi.  Şübhəsiz  ki,  bugun  də  bu  məktublar  müsəlmanlar  tərəfindən  diqqətlə 
oxunur v
ə yazının Peyğəmbər (s) dövründə olmasını biz müsəlmanlara sübut edir. 
Y
uxarıda  adı  keçən  dövlət  başçılarına  göndərilən  məktubların  mətni  ilə  tanış 
olmaq 
əlbəttə ki, faydalı olardı. 
 
174
 Məhəmməd Həmdullah, Həmmam bin Münəbbihin  səhifəsi, səh. 30 
175
 həmin mənbə, səh. 30 
[38] 
 
                                                 

1.
Peyğəmbərin (s) Rum kralı İrakliyə məktub göndərməsi 
M
əhəmməd  Peyğəmbər  (s)  Rum  kralı  İrakliyə  Dihyətül-Kəlbi  vasitəsilə  bir 
m
əktub  göndərmişdir. Dihyətül-Kəlbi  rəvayət  edir: “Peyğəmbər  (s)  məni  bir 
m
əktubla kralın yanına göndərdi. Kral məktubu oxumaq üçün yepiskopa göndərdi və 
onu 
Peyğəmbərin (s) məktubu ilə xəbərdar etdi.  
Yepiskop dedi:  
-Bu, bizim gözl
ədiyimiz peyğəmbərdir. Kral dedi:  
-S
ən mənə nə tövsiyyə edirsən?  
-M
ən onu təsdiq edir və ona tabe oluram.  
-
Əgər mən bu işi görsəm krallığım aradan gedər. 
Bu arada 
Əbu Süfyan Qüreyşdən olan bir dəstə camaatla Şama daxil olmuşdu və 
onların hüzurunda idi. Kral Əbu Süfyanı yanına çağırıb dedi:  
-
Peyğəmbərin soy-kökü necədir? Əbu Süfyan cavab verdi:  
-Onun soy-kökü 
hamımızınkından  üstündür.  
-Onu t
əkzib edən oldumu?  
-Xeyr! 
-Onu heç 
yalançılıqda ittiham etməmisinizmi?  
-Yalan söyl
əməsi görünməmişdir.  
-
İnsanların güclüləri ona tabe olur, yoxsa gücsüzləri?  
-Gücsüzl
əri.  
-Onlar
ın sayı artır yoxsa azalır?  
-A
rtırlar.  
-Onun s
əhabələrindən onun dinini buraxıb mürtəd olanı varmı?  
-Xeyr! 
-
Savaşdığı zaman məğlub olurmu?  
-Xeyr!  
-Onunla mücadil
ə edirlərmi?  
-B
əli.  
-O
nların müharibələri necə olur?  
-Bir  qövm  onunla 
savaşdı,  o  onları  məğlub  etdi. Daha  sonra  onlar  da  onu 
m
əğlub etdilər.  
-Bu 
peyğəmbərlik əlamətidir. O, sizə nə əmr edir?  
-Bz
ə Allahı tək bilib ona ibadət etməyi, ona heç bir şeyi şərik qoşmamağı, ata-
babalarımızın  ibadət  etdiklərindən  çəkinməyi,  namaz  qılmağı,  oruc  tutmağı,  iffətli 
olmağı, doğru danışmağı, əmanəti sahibinə qaytarmağı, əhdə vəfa etməyi əmr edir.  
-Bunlar 
peyğəmbərliyin sifətlərindəndir. Artıq mən bilirəm ki, o zühur etmişdir 
v
ə güman etmirdim ki, o sizdəndir (ərəblərdəndir). Əgər bu söylədiklərin doğrudursa, 
o, bu iki 
ayağımın altındakı torpaqlara da hakim olacaqdır. Onun yanına sağ-salamat 
varacağımı bilsəydim görüşünə can atardım. Əgər mən onun yanında olsaydım, onun 
ayaqlarını yuyardım.  
Bu arada xiristianlar  is
ə yepiskopun yanına toplaşdılar ki, onu öldürsünlər. O, 
dedi: “get  sahibin
ə (peyğəmbərə) de: İslamı qəbul etdim, ona xəbər ver ki, şəhadət 
[39] 
 

edir
əm Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur.” Xristianlar onu 
inkar etdil
ər.
176
 
Peyğəmbərin  (s)  Rum  imperatoru  İrakliyə  göndərdiyi  məktubun  mətnində  bu 
sözl
ər yazılmışdır: 
“Bismillahir-R
əhmanir-Rəhim. 
A
llahın  qulu  və  rəsulu  Məhəmməddən  Rumun  böyüyü  İrakliyə!
177
 A
llahın 
salamı  hidayətə  tale  olanın  üzərinə  olsun. Bunlardan  sonra,  səni  İslamın  dəvəti  ilə 
d
əvət edirəm. Müsəlman ol qurtul! Allah əcrini iki dəfə verəcəkdir. Əgər üz çevirsən 
xalqin d
ə günahı sənin olacaqdır. Ey kitab əhli! Bizimlə sizin aranızda bərabər olan 
bir  k
əlməyə  gəlin. Ancaq  Allaha  ibadət  edərik,  ona  heç  bir  şeyi  şərik  qoşmarıq. 
A
llahı buraxıb bir qismimiz digər bir qismimizi rəbb qərar verməsin. Əgər onlar üz 
dönd
ərsələr, belə deyin: “Şahid olun ki, biz müsəlmanıq.”
178
  
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin