14.14.Mirz
ə Hüseyn Nuri və “Müstədrəkül-vəsail” əsəri
O, hicri 1254-cü ild
ə İranın Mazandara nahiyəsində ziyalı və dindar bir ailədə
doğulmuşdur. Mirzə Hüseyn bin Məhəmməd Tağı müasir hədis ədəbiyyatı tarixində
daha çox Əllamə Nuri adı ilə şöhrət tapmışdır. O, uşaq yaşlarında ikən İranın paytaxtı
772
bax: Əllamə Bəhrani, Qayətül-məram, müqəddimə fəslinə.
[197]
Tehran şəhərinə elm öyrənmək üçün səfər etmiş, oradan da hicri 1273-cü ildə Nəcəfə
getmişdir. Orada dörd il qalıb hövzə dərslərini bitirmiş, sonra İrana qayıtmış, daha
sonra is
ə 1278-ci ildə İraqın müqəddəs şəhəri olan Kərbəlaya səfər etmişdir.
K
ərbəlada iki il qalan Nuri oradan da Kazimeyn şəhərinə getmiş, iki il bu şəhərdə
qaldıqdan sonra Nəcəf şəhərinə yenidən səfər etmişdir.
1284-cü ild
ə İrana qayıdan Nuri iki ildən sonra, yəni 1286-cı ildə Nəcəfə səfər
etmiş, orada iki il qaldıqdan sonra müəllimi Seyid Məhəmməd Həsən Şirazi ilə
birlikd
ə 1291-ci ildə Samirə şəhərinə getmiş və 1314-cü ilədək orada qalmışdır.
Samir
ədən Nəcəfə səfər edən Əllamə Nuri hicri 1320-ci ildə orada vəfat etmişdir.
Onun yazdığı ən məşhur əsərin adı “əl-Müstədrək əla Vəsailiş-şiə”dir. O, bu
əsərini Hürr Amilinin “Vəsailüş-şiə” əsərində qeyd etmədiyi hədisləri bir araya
toplayaraq q
ələmə almışdır. Şiə məzhəbində “müstədrək” adlı əsər deyildikdə, heç
şübhəsiz ki, ilk ağıla gələn Əllamə Nurinin adı çəkilən əsəridir. Müəllif əsərini çox
göz
əl şəkildə tərtib etmiş, onu fiqhi bablar əsasında sistemləşdirmişdir. Əsər bir neçə
d
əfə çap olumuşdur.
14.15.A
ğa Hüseyn Bürucerdi və “Cameu əhadisiş-şiə” əsəri
Müasir dövr h
ədis ədəbiyyatı tarixinin tanınmış simalarından biri Ağahüseyn
Bürucerdidir. O, 1961-ci ild
ə vəfat etmişdir. O, XX əsər İslam ilahiyyatı sahəsində
dahi şəxsiyyət kimi xarakterizə edilir. Onun “Zəimüş-şiə”, “Mühyiş-şəriət”,
“Müc
əddid məzhəbil-imamiyyə”, “Fəqihül-əhlil-beyt” və “Alimül-ümmət”
l
əqəblərilə xatırlanması müasir dövr İslam ilahiyyatının mükəmməl bilicisi
olduğundan xəbər verməkdədir. Alim daha çox fiqh və hədisşünaslıq sahələrinə aid
əsərlər yazmışdır.
Kiçik yaşlarında elm öyrənməyə başlamış Bürucerdi fiqh, hədis, üsul elmləri,
rical,
ədəbiyyat və dilçilik elmləri sahəsində mükəmməl təhsil görmüşdür. Adı
ç
əkilən bu və ya digər elmlər sahəsində özünü mükəmməl olaraq yetişdirən alim
h
ədisşünaslığın müxtəlif sahələrinə, o cümlədən rical və dirayə elmlərinə aid mühüm
əsərlərin müəllifidir.
Ağahüseyn Bürucerdinin qələmə aldığı ən mühüm əsərlərdən biri “Camiü-
əhadisiş-şiə” əsəridir. Müəllif bu əsərini bütövlükdə hədisşünaslığa həsr etmişdir.
Əsərə geniş bir müqəddimə yazan müəllif hədis tarixinə geniş yer vermiş, burada
h
ədislərin yazılması tarixini incələmişdir. Müəllif əhli-sünnə məzhəbində hicri I əsrin
sonlarınadək, yəni Ömər bin Əbdüləzizin (717-720) rəsmi fərmanına kimi heç bir
əsərin yazılmadığını, lakin bunun əksinə olaraq hədislərin yazılması şiə
h
ədisşünaslarına görə məhz Peyğəməbin (s) dövründə başlandığına da işarə
etmişdir.
773
O, adı çəkilən əsərində “kütübu-ərbəə” deyilən hədis külliyyatını bir
araya toplamış və əsər müəlliflərinin yeri gəldikcə diqqətlərindən qaçan məqamları,
buraxdıqları xətaları təshih etmişdir. O, əsərində nəql etdiyi hər bir hədisi hansı
qaynaqdan almışsa həmin qaynaq müəllifinin adı ilə rəvayət etmişdir. Məsələn, “əl-
773
Ağahüseyn Bürucerdi, Camiü əhadisiş-şiə, 1410 h/q, c. I, səh. 11
[198]
Kafi”
əsərindən iktibas etdiyi hədisi qeyd edərkən “rəvahu Küleyni”, “əl-Fəqih”
əsərindən iktibas edərkən “ravahu Şeyx Səduq” təbirlərindən istifadə etmişdir.
Əsərin üstün cəhətlərindən biri də budur ki, müəllif mövzu ilə əlaqədar bütün
s
ənədləri qeyd etməklə yanaşı aid ayələri də qeyd etmişdir. Həmçinin istinad etdiyi
m
ənbəni göstərən zaman onun çap tarixini də göstərməsi müəllifin özünəməxsus
üslubudur ki, bu da
əsərin etimadını daha da artırmaqdadır.
Əsərin “Təharət” fəsli müəllifin sağlığında çap edilmişdir. Əsərin nəşrini eşidən
mü
əllif demişdir: “Bu həyatımın səmərəsi, ömrümün nəticəsidir.”
774
X
V FƏSİL
BƏZİ MƏŞHUR AZƏRBAYCAN HƏDİSŞÜNASLARI
15.1.
Əbu Əli Hüseyn bin Səfvan əl-Bərzəi
Hicri III (miladi IX)
əsrin görkəmli azərbaycanlı hədisşünaslarından biri Hüseyn
əl-Bərzəidir. Onun doğum tarixi dəqiq olaraq bilinməsə də vəfat tarixi haqqında
m
ənbələrdə məlumatlar vardır. Belə ki, Xətib əl-Bağdadi
775
onun v
əfat tarixini hicri
240 (miladi 854), Z
əhəbi
776
is
ə hicri 281-ci ili (miladi 894) göstərməkdədir. Lakin
774
h
əmin mənbə, c. I, səh. 14
775
X
ətib əl-Bağdadi, Tarixül-Bağdad, c. VIII, səh. 54
776
Z
əhəbi, Taixül-islam, c. XXV, səh. 189
[199]
Z
əhəbinin göstərdiyi tarix çox zəif hesab olunur. Çünki əl-Bərzəi 894-cü ildə vəfat
ed
ən İbn Əbi Dünyanın müəllimi olmuşdur.
777
əl-Bərzəi “əl-Fərəc bədəş-şiddə”, “Kitab istinail-məruf”, “əl-Mənamat”,
“Z
əmmül-məlahi”, “Kitabül-vəcd”, “Kitab məqaidüş-şeytan”, “Kitabül-üqubat” və
dig
ər əsərlərin müəllifidir.
15.2.
Əbu Osman Səid bin Əmr əl-Bərdəi
Tanınmış Azərbaycan hədisşünaslarından biri də əl-Bərdəidir. O, Azərbaycanın
q
ədim elm mərkəzlərindən olan Bərdədə doğulmuş, hədis təhsili üçün müxtəlif
bölg
ələrə səfərlər etmiş və öz dövrünün ən görkəmli ilahiyyatçı alimlərindən dərs
almışdır. Müxtəlif bölgələrdə elmi səfərlərdə olan Əbu Osman sonda Bağdadda
m
əskunlaşmış və orada hədisşünaslığın inkişafında müstəsna xidmətlər göstərmişdir.
əl-Bərdici hicri 292-ci (miladi 905) ildə vəfat etmişdir.
15.3.
Əhməd bin Harun əl-Bərdici
H
ədis elminin görkəmli azərbaycanlı nümayəndələrindən biri də Əhməd bin
Harun
əl-Bərdicidir. Doğum tarixi dəqiq olaraq bilinməsə də, bəzi qaynaqlarda hicri
230-cu (miladi 845)
doğulduğu və 301-ci (miladi 914) ildə vəfat etdiyi məlumdur.
778
H
ədis öyrənmək üçün çoxlu bölgələr dolaşan alim Bağdadda məskunlaşmış və
burada h
ədisşünaslıqla yanaşı digər İslam elmləri sahəsində faydalı əsərlər yazmışdı.
Bu sah
ədə onun xidmətləri iki istiqamətdə özünü göstərməkdədir. Belə ki, adı çəkilən
alim h
əm əsər yazmaqla həm də tələbə yetişdirməklə hədisşünaslığın inkişafına
böyük töhf
ələr vermişdi. O, hədisşünaslığın mühüm sahəsi olan rical (hədis raviləri)
elmi il
ə məşğul olmuşdur. Onun yazdığı əsərlər içində “Təbəqatül-əsmaül-müfrədə
min
əs-səhabə vət-tabeun və əshabil-hədis” və “Cüz fi mən rəva anin-Nəbi minəs-
s
əhabə fil-kəbair” əsərlərinin xüsusi önəmi vardır. Xoşbəxtlikdən hər iki əsər
günümüz
ədək gəlib çatmışdır. Onun “Təbəqatül-əsma” əsəri 1987-ci ildə Dəməşqdə
n
əşr edilmişdir.
779
Onun haqqında Curcani yazırdı: “Dəraqutnidən Əbu Bəkr əl-Bərdici haqqında
soruşdum . O, belə cavab verdi: O, etibarlı və əmanətdar biridir.”
780
15.4.A
ğa Hüseyn Xonsari
Ağa Hüseyn bin Cəmaləddin Məhəmməd Xonsari 1605-cı ildə doğulmuşdur.
Ömrünü elm
ə həsr edən bu əvəzedilməz alim 1687-ci ildə İsfahan şəhərində vəfat
etmişdir.
781
Onun mübar
ək cəsədi İsfahanda Baba Rüknəddin məqbərəsində dəfn
edilmişdir. Süleyman şah Səfəvi (1666-1694) onun qəbri üstündə böyük bir məqbərə
tikdirmişdir. O, öz dövründə fiqh, təfsir, hədis və fəlsəfə elmləri sahəsində öndər biri
777
Dr. Qoşqar Səlimli, İslamın ilk dönəmlərində bəzi azərbaycanlı mühəddislər, BDU-nun elmi məcmusəi, № 4,
sentyabr, 2005, s
əh. 98
778
Dr. İlkin Əlimuradov, IX-X əsrlər Azərbaycan alimi Əhməd bin Harun əl-Bərdicinin hədis fəaliyyəti, Avtoreferat,
Bakı-2010, səh. 15-16
779
h
əmin mənbə, səh. 102
780
Yaqut
əl-Həməvi, Möcəmül-buldan, c. I, səh. 378
781
Məhəmməd bin Məhəmməd əl-Ərdəbili, Camiür-rüvvat, Beyrut, 1403/1983, c.I, səh. 235
[200]
idi. Aliml
ərin avtobioqrafiyasını yazan bütün tədqiqatçılar onun elmi şəxsiyyətindən,
xüsusil
ə də din elmləri sahəsində lider sayılacaq bir xüsusiyyətə malik olmasından
yazırdılar. Onun haqqında Mirzə Abdulla Əfəndi “Riyazül-üləma”, Məhəmməd bin
H
əsən Hürr əl-Amili “Əməlül-amal”, Şeyx Yusif əl-Bəhrani “Luluətül-bəhreyn”,
Mirz
ə Məhəmməd Tənkabi “Qəsəsül-üləma”, Mirzə Məhəmməd Mehdi Kəhnəvi
“Nücumus-s
əma”, əl-Xonsari “Rövzatül-cənnat”, əl-Bəğdadi “Hədiyyətül-arifin”,
Molla H
əbibullah əl-Kaşani “Lübabul-əlbab”, əl-Məmaqani “Tənqihül-məqal”, Şeyx
Abbas
əl-Qumi “Tətimmətül-müntəha”, Mirzə Məhəmməd Əli əl-Müdərris
“Reyhan
ətül-ədəb”, Rza Qəli Xan “Təzkirətür-riyazil-arifin”, Əli Əsgər əl-Hələbi
“Tarixu f
əlsəfəti-İrani”, Şeyx Abdulla Nəğmə “Fəlasifətüş-şiə”, Şeyx Zəncani “Cami
fir-rical”
, Əbdürrəhman Müdərris “Tarixu üləmai-Xorasan”, Məhəmməd bin
M
əhəmməd əl-Ərdəbili “Camiür-rüvvat” kimi məşhur avtobioqrafiya kitablarında
geniş məlumatlar vermişlər.
Haqqında deyilmiş təriflər
M
əhəmməd bin Məhəmməd əl-Ərdəbili “Camiür-rüvvat” adlı məşhur rical
(avtobioqrafiya)
əsərində yazırdı: “Ağa ləqəbi ilə məşhur olan Hüseyn bin
C
əmaləddin Məhəmməd bin Həsən əl-Xonsari öz dövrünün yeganəsi, tədqiqatçıların
önd
əri, filosofların sultanı, kəlam alimlərinin ən böyüyü idi. Bütün üstünlüklər onun
şəxsiyyətində birləşmiş və onunla da sona çatmışdır. Onun qədir-qiyməti, şəni və
əzəməti son zirvəyə yetişmişdir. O, dəqiq və humanitar elmlər sahəsində dolu bir
d
ərya, düzgün nəzəriyyə sahibi, etibarlı, əmanətdar və ədalətli bir zat idi. Həmçinin o,
yetim v
ə miskinlər üçün pənahgah, onların ehtiyaclarını ödəməkdə səhlənkarlıq
etm
əyən biri idi. Allah onun mükafatlarını versin”.
782
M
əhəmməd bin Həsən Hürr əl-Amili onun haqqında yazırdı: “Hüseyn bin
C
əmaləddin Məhəmməd bin Həsən əl-Xonsari fəzilət və üstünlüklər sahibi olan bir
alim, filosofların filosofu, çox etibarlı və əmanətdar, üləmaların əllaməsi və öz
əsrinin tayı-bərabəri olmayan birisi idi. Onun çoxlu sayda əsərləri vardır.”
783
Mirz
ə Abdulla Əfəndi əl-Azərbaycani onun haqqında yazırdı: “Ustad tədqiqatçı,
d
əqiq rəy sahibi Hüseyn bin Cəmaləddin Məhəmməd bin Həsən əl-Xonsari əl-
İsfəhani fəzilətli əllamə, analitik dərrakəli alim, öz əsrinin bütün ustadların ustadıdır.
Onun f
əzilətlərini saymaqla bitməz. Ondan ustadlar dəqiq, humanitar və şəriətin
əsasları elmlərini öyrənmişlər. Zəmanə onun kimi bir dindar, ona tay-bərabər olan
birini görm
əmişdir. Dahi filosof Mir Damət onu bəşərin ustadı ləqəbi ilə
adlandırmışdır. O, dəqiq elmləri Əmir Əbülqasim əl-Fəndərəski, humanitar elmləri
is
ə Məhəmməd Tağı Məclisi kimi nəhənglərdən almışdır. O, ərəb və fars dillərində
göz
əl inşa və xətt sahibi, həmçinin mənalı şeirlər söyləyən biri idi. O, qeyri-adi
hafiz
əyə və zəkaya malik, tədris zamanı əlinə heç bir kitab götürməyən, zəruri
hallardan başqa heç vaxt danışmayan bir şəxs idi.”
784
782
H
əmin mənbə, səh. 235
783
Məhəmməd bin Həsən Hürr əl-Amili, Əməlül-amal, Bağdad, 1385 h/q, c. II, səh. 101
784
Mirzə Abdulla Əfəndi əl-Azərbaycani, Riyazül-üləma, Qum, 1401 h/q, c. V, səh. 57
[201]
Onun haqqında Məhəmməd Hüseyn Hairi Ələmi yazırdı: “Ağa Hüseyn Xonsari,
q
ədim və müasir dövr alimlərinin ən fəzilətlisi və üstünüdür. O, Süleyman Şah
S
əfəvinin dövründə öz zəmanəsinin etibarlı və ədalətli imamiyyə alimi idi.”
785
Şeyxləri (dərs aldığı müəllimlər)
Ona humanitar elml
ər sahəsində, xüsusilə də hədisşünslıqla əlaqədar elmlərdə
M
əhəmməd Tağı bin Maxsud Əli Məclsi dərs demişdir. Hətta mənbələrə görə ona
h
ədis rəvayət etmək səlahiyyətini Əllamə Məclisi Əvvəl verib.
786
Bel
əliklə,
M
əhəmməd Tağı Məclisi onun daha çox fiqh və hədis elmləri sahəsində mütəxəssis
olmasında rol oynamışdır.
Ağa Hüseyn Xonsarinin fəlsəfə və məntiq elmləri sahəsindəki müəllimi isə
İsfahan fəlsəfə məktəbinin banisi olmuş Mir Damət olmuşdur. Mir Damət Mir
M
əhəmməd Bağır əl-Hüseyni əl-Astarabadi (ö. 1631) İranda yetişən ensiklopedik
imamiyy
ə alimidir.
Ağa Hüseyn Xonsari dəqiq elmləri Əmir Əbülqasim əl-Fəndərəskidən və
M
əhəmməd Bağır Yəzdidən aldığı qeyd edilir.
T
ələbələri:
Ağa Hüseyn Xonsarinin çoxlu sayda tələbələri olmuşdur. Ən məşhur tələbələri
is
ə iki oğlu və məşhur alimlər olan Ağa Camal və Ağa Rza, görkəmli hədisşünas və
avtobioqrafçı Məhəmməd Saleh Xatunabadi, məşhur fəqih Seyid Nemətullah əl-
C
əzairi, Mirzə Abdulla Əfəndi əl-Azərbaycani və başqalarını qeyd etmək olar.
787
Əsərləri:
1.S
əhifətu-Səccadiyyə.
2.T
ərcume Qurane-Kərim.
3.T
əfsire sureyi-Fatihə.
4.
əl-Cəbr vəl-ixtiyar.
5.Tarixül-v
əfayatil-üləma.
6.
əl-Cüz əlləzi la yətəcəzza.
7.Haşiyətu həyatiş-şifa.
8.H
əvlə şərhi işarati Xacə (Təcridi-şərhi Quşçu).
9.Şərhe lümə.
10.Mühakimati Qütb
əddin ər-Razi.
11.M
əalimül-üsul.
12.Şərhi haşiyə İbn Hacib.
13.Haşiyə ilahiyyati-şifa.
14.Şərhe heyəte farsiye Quşçu.
15.M
əşariquş-şumus fi şərhid-durus.
788
785
Əllamə Möhsün əl-Əmin, Əyanüş-şiə, Beyrut, 1403/1983, c. IX, səh. 218
786
Əbülqasim Qurbani, Zindeginame riyazidanane dövre islami, Tehran, 1365 h/ş. səh. 14
787
əl-Mühəqqiq əl-Xonsari, Rövzatül-cənnat, Tehran, 1347/1928, c. I, səh. 218
788
əl-Mühəqqiq əl-Xonsari, Rövzatül-cənnat, Tehran, 1347/1928, c. I, səh. 14
[202]
Bel
əliklə, ümidvarıq ki, öz dövründə fəlsəfə və kəlam alimlərinə liderlik etmiş
789
Ağa Hüseyn Xonsari kimi bir elm nəhənginin yaradıcılığı tədqiq ediləcək və ona
doğru-düzgün qiymət veriləcəkdir.
15.5.Mirz
ə Abdullah Əfəndi
O, Azərbaycanın paytaxtı olan Təbriz şəhərində doğulmuşdur. Mirzə Abdullah
ibn İsa bəy Təbrizi bir müddət İstanbulda yaşadığı üçün, “Əfəndi” ləqəbi ilə
məşhurlaşmışdır. Ümumiyyətlə, onun ömrünün yarısı Türkiyə, Xorasan, Azərbaycan,
İraq, Şam, Məkkə, Misir və sair diyarlara səfərlərdə keçmişdir. Əfəndi müxtəlif
elmlər üzrə, xüsusilə, rical və biblioqrafiya sahəsində misilsiz məharət sahibi
olmuşdur. Mirzə Abdulla Əfəndi təqribən 15 kitabın, o cümlədən, hicri 3-11-ci
əsrlərdə yaşamış alimlərin həyatından bəhs edən “Riyazül-uləma” (Alimlər bağçası)
əsərinin müəllifidir. Onun bu əsəri “Riyazul-üləma və hiyazul-fuzəla” adı ilə 1401-ci
hicri ilində (1987 miladi) Qumda nəşr olunub. Əsər hicri III (miladi IX) əsrədn
tutmuş X (miladi XVI) əsrədək olan hədis raviləri haqqında mükəmməl məlumatları
ehtiva edir. “Riyazül-
üləma” əsəri hədis elminin mühüm şöbələrindən olan rical elmi
sahəsində yazılmış əsərlər içində ən məşhur bir əsər kimi xarakterizə edilir.
15.6.X
ətib Təbrizi və “Mişkatül-məsabih” əsəri
Az
ərbaycan hədisşünaslığının ən görkəmli nümayəndələrindən, öz dövründə
h
ədis, fiqh, təfsir və digər İslam elmləri sahəsində lider alimlərdən biri Vəliyəddin
X
ətib ət-Təbrizidir. Onu adı Məhəmməd bin Abdullah əl-Xətib ət-Təbrizi, künyəsi
Əbu Abdullah, ləqəbi isə Vəliyəddindir. Təəssüflər olsun ki, onun doğum tarixi
m
əlum deyil. Lakin miladi 1347 (hicri 749)-ci ildə vəfat etdiyi məlumdur.
H
əyatı haqqında çox məlumat olmayan Vəliyəddin Təbrizi Həsən bin
M
əhəmməd Təyyibidən elm öyrənmişdi. Vəliyəddin Təbrizi İmam Bəğəvinin
“M
əsabih” kitabına əlavə və şərhlər yazaraq “Mişkatül-məsabih” adını vermişdi. Bu
kitabını 1336 (hicri 737)-ci il ilində tamamlamışdı. Onun “Mişkat” kitabına müxtəlif
şərhlər yazılmışdır. Bunların ən qiymətlisi Əbdülhaqqı Dehləvinin yazdığı “Əşiatül-
l
əməat”dır. Adı çəkilən əsər dörd böyük cild halında nəşr olunmuşdur. Vəliyəddin
T
əbrizinin ayrıca “əl-İkmal fi əsmair-rical” adlı bir əsəri də vardır. Əsər “Miskat”ın
k
ənarında nəşr edilmişdir.
X
ətib Təbrizinin “əl-Mişkat” əsərinin Azərbaycan hədisşünaslığında çox
mühüm yeri vardır. Müəllifin bu əsəri təkcə hədisşünaslığa aid olmayıb, orada eyni
zamanda
əqaid (kəlam) və fiqh elmlərinin fundamental problemlərinə də geniş yer
verilmişdir. O, bu problemləri həll etmək və onların elmi təhlilini vermək üçün
mövzu il
ə əlaqəli hədislərə daha çox müraciət etmiş və ayrı-ayrı fəsillərdə bu mövzu
haqqında hədislər nəql etmişdir.
Mü
əllif ilk öncə kitaba müqəddimə yazmış, burada Allaha həm-səna etdikdən,
Peyğəmbərə (s), onun əhli-beytinə (ə) və səhabələrinə salam-dua etdikdən sonra Əbu
M
əhəmməd Hüseyn bin Məsud əl-Bəğəvinin “Kitabül-məsabih” əsərinin
789
Abdulla Nemət, Fəlasifətüş-şiə, Beyrut, 1987, səh. 286-287
[203]
əhəmiyyətindən danışmış, daha sonra isə o ktaba yazdığı şərhdən bəhs etmişdir. Xətib
T
əbrizi “Kitabül-məsabih”ın mənbələrinin çox zəngin olması ilə yanaşı, onun ən
görk
əmli alimlərin, o cümlədən Müslüm bin Həccac ən-Nişapurinin, Əbu Abdullah
Malik bin Ənəsin, Məhəmməd bin İdris əş-Şafeinin, Əbu Abdullah Əhməd bin
H
ənbəlin, Əbu İsa Məhəmməd bin İsa ət-Tirmizinin, Əbu Davud Süleyman bin Əşəs
əs-Sicistaninin, Əbu Əbdürrəhman Əhməd bin Şüeyb ən-Nəsainin, Əbu Abdullah
M
əhəmməd bin Yəzid bin Macənin, Əbu Məhəmməd Abdullah bin Əbdürrəhman əd-
Dar
iminin, Əbülhəsən Əli bin Ömər əd-Dəraqütninin, Əbu Bəkr Əhməd bin Hüseyn
əl-Beyhəqinin, Əbülhəsən Rəzin bin Müaviyə əl-Əbdərinin və başqalarının öz
əsərlərində nəql etdikləri hədislərə istinadən yazıldığını qeyd etmişdir.
Mü
əllif “Mişkatül-məsabih” əsərini Bəğəvinin fəsilləri əsasında tərtib etdiyini
yazmışdı.
Bel
əliklə, “Mişkatül-məsabih” əsəri üç cilddə (I çap, 1381/1961, II çap,
1399/1979) D
əməşq və Beyrutda nəşr olunmuşdur. Müəllif əsərin I cildini “kitabül-
iman”, “kitabül-elm”, “kitabüt-t
əharət”, “kitabüs-salat”, “kitabül-cənaiz”, “kitabüz-
z
əkat”, “kitabüs-soum” və “kitabu fəzailil-Quran” fəsillərinə həsr etmiş və mövzu ilə
əlaqəli hədisləri ən mötəbərə mənbələrdən nəql etmişdir.
Əsərin ikinci cildində “kitabüd-daavat”, “kitabül-mənasik”, “kitabül-buyu”,
“kitabül-f
əraiz vəl-vəsaya”, “kitabün-nikah”, “kitabül-itq”, “kitabül-iman vən-nuzur”,
“kitabül-qisas”, “kitabül-hüdud”, “kitabül-imarat v
əl-qəza”, “kitabül-cihad”,
“kitabüs-seyd v
əz-zəbaih”, “kitabül-ətimə”, kitabül-libas”, “kitabüt-tibb vər-rüə”,
“kitabür-röya” f
əsillərinə həsr etmişdir.
Əsərin üçüncü cildində “kitabül-adab”, “kitabür-riqaq”, “kitabül-fitən”,
“kitabül-qiyam
ə və bədül-xəlq”, “kitabül-fəzail vəş-şəmail”, “kitabül-mənaqib”
f
əsilləri yer almışdır.
Əsərin I cildində İslamın şərtləri, imanın əsasları, imanın şöbələri və s.
haqqındakı hədisləri nəql etmişdir. Həmin fəsldə nəql etdiyi hədislərdən aşağıdakıları
qeyd etm
ək olar:
“Bir d
əfə biz Peyğəmbərin (s) yanında oturmuşduq və birdən yanımıza ağ
paltarlı və qara saçlı bir adam gəldi. Onun üst-başında uzun yolun əlamətləri yox idi,
amma bizl
ərdən heç kəs onu tanımadı. O, Peyğəmbərlə (s) üzbəüz oturdu və öz
dizl
ərini onun dizlərinə dirəyərək əllərini onun budları üzərinə qoyub dedi:
-Ya M
əhəmməd! Mənə İslam haqqında danış. Allahın peyğəmbəri (s) dedi:
-
İslam ondan ibarətdir ki, sən Allahdan başqa heç bir ilahın olmadığına və
M
əhəmmədin Onun peyğəmbəri olduğuna şəhadət verməlisən, namaz qılmalısan,
zakat verm
əlisən, ramazan ayında oruc tutmalısan və əgər gedib çata biləcəksənsə,
M
əkkəyə həccə getməlisən.
-Düzdür.
Biz onun
əvvəlcə Peyğəmbərdən (s) soruşmasına, sonar isə onun sözlərini təsdiq
etm
əsinə təəccübləndik. Sonra o dedi:
-M
ənə imandan danış. Peyğəmbər (s) dedi:
[204]
-S
ən Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun peyğəmbərlərinə və
Qiyam
ət gününə və həmçinin, qəzavü-qədərə (xeyrin və şərin Allahdan olmasına)
inanmalısan.
-Bu da düzdür. Sonra o dedi:
-M
ənə ixlas barədə danış. Peyğəmbər (s) dedi:
-S
ən Allaha elə ibadət etməlisən ki, sanki sən Onu görürsən. Axı sən onu
görm
əsən də, O səni görür.
-M
ənə Qiyamətin başlanması haqqında danış. Peyğəmbər (s) dedi:
-
Soruşulan soruşandan çox bilmir.
-Onda m
ənə əlamətlərdən danış.
- K
əniz qadın öz ağasını doğacaq, ac-yalavac və ayaqyalın dəvə otaranlar isə
hündür binalar tikm
əkdə bəhsə girişəcəklər.
Budan sonra o adam getdi, Peyğəmbər (s) isə uzun müddət fikrə daldı. Sonra o
m
əndən soruşdu:
-Ey Öm
ər, məni sorğu-suala çəkəni tanıdınmı? Mən cavab verdim:
-Allah v
ə Onun peyğəmbəri bunu daha yaxşı bilər. Peyğəmbər (s) dedi:
-Siz
ə dininizi öyrətmək üçün, Cəbrayılın (ə) özü gəlmişdi!”
790
Mü
əllif İslamın əsəasları haqqında belə nəql etmişdir:
“Peyğəmbər (s) buyurmuşdur: “İslam beş şeyin üzərində qurulmuşdur:
“Allahdan başqa heç bir ilahın olmadığını”, “Məhəmmədin Allahın elçisi olduğunu”
q
əbul etmək, namaz qılmaq, zəkat ödəmək, həccə getmək və ramazan ayının orucunu
tutmaq.”
791
Bütün bunlardan
əlavə müəllifin adı çəkilən əsərinin müxtəlif yerlərində ədəb-
ərkan, əxlaqi məsələlərə aid çoxlu sayda hədislər də qeyd edilmişdir. Onlardan
b
əziləri aşağıdakılardır:
“İnsanlara mərhəmət etməyənə, Allah taala mərhəmət etməz.”
“Zülm
ə mane olaraq, zalıma da məzluma da kömək edin.”
“Satın alınan bir köynəyə verilən pulun onda doqquzu halal və onda biri haram
puldursa, bu köyn
əklə qılınan namazı Allah taala qəbul etməz.”
“Müs
əlman müsəlmanın qardaşıdır. Ona zülm etməz. Onun köməyinə çatar.
Onu kiçik v
ə özündən aşağı görməz. Onun qanına, malına, ismətinə, namusuna zərər
verm
əsi haramdır”.
Dostları ilə paylaş: |