15.7.Se
yid Əbülqasim Xoyi
Əbülqasim bin Əli Əkbər bin Haşim Tacəddin əl-Musəvi əl-Xoyi müasir dövrdə
h
ədis elminin ən görkəmli nümayəndələrindən biri olmuşdur. O, miladi tarixlə
19.11.1889-cu ild
ə cənubi Azərbaycanın ən qədim insan məskənlərindən biri olan
Xoyda alim v
ə fəzilətli bir ailədə doğulmuşdur. Onun nəsəbi VII imam Musa Kazimə
(
ə) gedib çıxır. Kiçik yaşlarında ilahiyyat elmlərini öyrənməyə başlayan Xoyi gənc
yaşlarında ikən İraqın Nəcəfül-Əşrəf şəhərinə təhsil üçün səyahət etmiş və oranın ən
görk
əmli alimlərindən elm öyrənmişdir. Onun ustadları arasında Əli əl-Kazruni,
790
V
əliyəddin Xətib ət-Təbrizi, Mişkatül-məsabih, II çap, c. I, Beyrut, 1399/1979, səh. 9
791
H
əmin mənbə, səh. 10
[205]
M
əhəmməd Şirazi, Şeyxüş-şəriət əl-İsfahani (öl.1339 h/q), Mehdi əl-Məzandarani
(öl.1342 h/q), Ziya
əddin əl-İraqi (1278-1361 h/q), Məhəmməd Hüseyn Qərəvi əl-
İsfahani (1296-1361 h/q), Məhəmməd Hüseyn ən-Naini (1273-1355), Hüseyn
Badkubeyi (1293-1258 h/q), M
əhəmməd Cavad əl-Bəlaği (1282-1352), Əliağa əl-
Qazi (1285-1366) kimi müasir ilahiyyat elml
ərinin nəhəng nümayəndələrini misal
göst
ərmək olar.
Seyid Əbülqasim tez bir zamanda ictihad dərəcəsinə yetişmiş və artıq gənc
yaşlarında ikən fətva vermək səlahiyyətinə sahib olmuşdur.
T
ələbələri
Seyid Əbülqasimin çoxlu sayda tələbələri vardır ki, onların bir çoxu bu gün də
h
əyatda fəaliyyət göstərirlər. Onun ən məşhur tələbələrindən aşağıdakıları göstərmək
olar:
1.Seyid M
əhəmməd Bağır əs-Sədr (1945-1979).
2.Seyid Əli Hüseyni əs-Sistani (doğ.1932).
3.M
əhəmməd Hüseyn Fəzlullah (öl.2011).
4.M
əhəmməd Səid ət-Təbatəbai əl-Həkim.
5.M
əhəmməd Məhəmməd Sadiq əs-Sədr.
6.M
əhəmməd İshaq əl-Fəyyaz.
7.Murt
əza əl-Burucerdi.
8.Əli əl-Fəlsəfi.
9.Əli Behişti.
10.Cavad T
əbrizi.
11.Hüseyn V
əhid əl-Xorasani.
12.Sadiq Hüseyni
ər-Ruhani.
13.M
əhəmməd Rza əl-Xalxali və b.
V
əfatı
Seyid Əbülqasim əl-Xoyi 08.08.1992-ci ildə Nəcəfül-Əşrəf şəhərində vəfat
etmiş və həmin şəhərdə də dəfn olunmuşdur.
Əsərləri
Onun din elml
ərinin müxtəlif sahələrinə aid əsərləri vardır. Onlardan
aşağıdakıları qeyd etmək olar:
1.Möc
əmu ricalil-hədis və təfsili təbəqatir-rüvvat.
2.Əcvədüt-təqrirat.
3.
əl-Bəyan (əsər dilimizə tərcümə olunub).
4.N
əfhatül-ecaz.
5.Minhacüs-salehin.
6.M
ənasikül-həcc.
7.Risal
ə fi libasil-məşkuk.
8.Tövzihül-m
əsail.
9.
əl-Məsailül-müntəxibə.
[206]
10.T
əkmilə minhacüs-salehin.
11.M
əbani təkmliləl-minhac.
12.T
əliqətu ürvətil-vüsqa və b.
15.8.
Əllamə Təbatəbai və “Sünənün-Nəbi” əsəri
XX
əsr Azərbaycan hədisşünaslığının ən görkəmli və dahi nümayəndələrindən
biri dünya şöhrətli alim və filosof Əllamə Məhəmməd Hüseyn Təbatəbai Təbrizidir.
O, daha çox Əllamə Təbatəbai adı ilə tanınmaqdadır. Əllamə Təbatəbai 1904-cü ildə
Az
ərbaycanın ən qədim mədəniyyət ocaqlarında biri olan Təbriz şəhərində ruhani
ail
əsində doğulmuşdur. Bəzi mənbələrə görə, onun nəsəbi şimali Azərbaycandan olan
v
ə şeyxülislam kimi tanınan Mirəbdülvəhhabın nəslindəndir.
Əllamə Təbatəbai beş yaşında olarkən anasını, doqquz yaşında isə atasını
itirmişdir. Yalnız yeganə qardaşı Məhəmməd Həsən ilə tək qalan Təbatəbai yetim
qalmalarına baxmayaraq yaxın qohumlarının himayəsi altında böyümüşlər. O, ilk
t
əhsilini Təbriz şəhərindəki mədrəsələrin birində almış, burada ibtidai Quran elmləri,
fars dili v
ə riyaziyyat elmlərinə yiyələnmişdir. Daha sonralar isə o, öz təhsilini
T
əbriz şəhərindəki İslam Universitetində davam etdirmiş və burada ərəb dili, kəlam
v
ə üsuli-fiqh elmlərini öyrənmişdir. Öz təhsilini daha da təkmilləşdirmək üçün 1927-
ci ild
ə İslam dünyasının elm və mədəniyyət mərkəzi kimi tanınan Nəcəfi-əşrəf
şəhərinə getmiş və burada on bir il qalaraq mükəmməl şəkildə əqli və nəqli elmlərə
sahib olmuşdur. Böyük bir alim kimi öz doğma vətəni Təbriz şəhərinə dönən
T
əbatəbai burada əkinçilik və ticarət işləri ilə məşğul olmuş, on il Təbrizin Şadabad
k
əndində yaşamışdır. Lakin kənddə yaşaması onun elmi fəaliyyətinə heç bir
maneçilik tör
ətməmiş, əksinə kənd həyatının bəxş etdiyi sakitçilikdən istifadə edərək
irfan v
ə fəlsəfə elmləri sahəsində əsərlər yazmışdır. Onun burada yazdığı əsərlərdən
“İnsan dünyadan qabaq”, “İnsan dünyada”, “İnsan dünyadan sonra”, “Rəsailül-ərbəə”
v
ə digər bəzi əsərlərini qeyd etmək olar.
İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə Cənubi
Azərbaycanında vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və din
alimlərinə qarşı başladığı amansız repressiyaların nəticəsində Əllamə Təbatəbai
məcburiyyət qarşısında qalaraq doğma Təbrizi tərk etmiş və 1947-ci ildə İslam
ilahiyyatının beşiyi sayılan Qum şəhərinə köçmüşdür. Bu illər ərzində İranın bir çox
elmiyyə hövzələrində elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
II Dünya müharibəsi başa çatdıqdan sonra Qum şəhərinə yollanan Təbətəbai
burada təfsir və fəlsəfə dərslərini verdiyi elm halqaları yaradır. Vaxtaşırı Tehrana
səfərləri ilə fəlsəfə və din elmlərinə maraq göstərən dairələrlə münasibətlər qurur, din
əleyhdarları ilə girişdiyi elmi müzakirələr ilə bir çox insanın hidayət yolunu
tapmasına vəsilə olur.
Otuz
beş il burada yaşayıb-yaradan dünya şöhrətli alim 1982-ci ildə elə həmin
şəhərdə vəfat etmişdir.
Əllamə Təbatəbai öz dövrünün ən tanınmış və ən görkəmli alimlərindən dərs
almışdır. Onun müəllimləri Nəcəfi-əşərfin o dövrdə ən böyük alimləri olublar ki,
[207]
onlardan da Mirz
ə Məhəmmədhüseyn Naini (1867-1938), Əbülhəsən əl-İsfahani və
başqalarını qeyd etmək olar.
Əllamə Təbatəbainin müasir İslam ilahiyyatındakı xidmətləri danılmazdır. O,
daha çox t
əfsirçi və filosof kimi məşhurlaşsa da, fiqh, hədis və digər elmlərə aid
fundamental
əsərlərin müəllifi olmuşdur. Buna görə də tədqiqatçılar onu ilahiyyatın
bütün sah
ələri ilə yanaşı, təfsir, tarix, fəlsəfə, riyaziyyat və astronomiya elmləri
sah
əsində də ustad bir şəxsiyyət kimi xarakterizə edirlər. Həqiqətən də o, Qum
şəhərinə köçdükdən sonra buranın məşhur elmi hövzəsində (Hüciyyə
akademiyasında) bir canlanma baş vermiş, burada təfsir və fəlsəfə elmlərinə yeni bir
canlılığ və metod gətirmişdir. Əllamə Təbatəbai 1951-ci ildə Qum elmi hövzəsində
irfan v
ə əxlaq dərslərinin təməlini qoymuş, bu elmlərin fəlsəfi mahiyyətini elmi, lakin
sad
ə və başa düşülən bir dildə ifadə etməklə tez bir zamanda ətrafına xeyli tələbə
toplamışdır.
Maraqlı faktlardan biri də budur ki, ardıcıl olaraq bir neçə il, payız fəslində
Əllamə Təbatəbai ilə professor Henri Korben arasında bir çox alim və tələbələrin
iştirakı ilə elmi diskussiyalar, fikir mübadilələri təşkil edilirdi. Yüksək mənəviyyatlı
bir şəxsiyyətlə həqiqət axtaran elm xadimi arasında təşkil olunan fəlsəfi-teoloji, eləcə
də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan mübahisələr
zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər müntəzəm olaraq mühüm və
müsbət nəticələrlə sona çatırdı. Bu elmi müzakirələr elə yüksək səviyyədə keçirilirdi
ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta
əsrlərdən bu vaxta qədər Qərb mütəfəkkirləri ilə müsəlman alimlər arasında bu
müstəvidə əlaqələr yaradılmamışdı.
792
Uzun illər boyu prof. Henri Korbin və digər alimlərlə keçirdiyi toplantılarda
dövrün
mənəviyyat problemlərini gündəmə gətirir, həqiqət axtarışında olan şəxslərin
qarşısındakı çətinliklərin həllinə çalışır. Bu qəbildən olan görüşlər İslam-xristianlıq
münasibətlərində həmin dövr üçün nadir rast gəlinən hadisə idi.
Əllamə Təbatəbai uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş və xeyli
sayda t
ələbələr yetişdirmişdir. Onun yetişdirdiyi tələbələr müasir İslam ilahiyyatında
öz sözünü demiş və müsəlman dünyasında kifayət qədər tanınan alim və filosoflardır.
H
əmin alimlərdən Məhəmmədhüseyn Hüseyni Tehrani, Mürtəza Mütəhhəri,
M
əhəmmədhüseyn Behişti, Həsənzadə Amili, Məhəmmədtəqi Misbah Yəzdi,
M
əkarim Şirazi, Əbdülkərim Musəvi Ərdəbili, İbrahim Əmini, Əli Miyanəçi, İzəddin
Z
əncani, Musa əs-Sədr, Cəfər Sübhani və başqalarını qeyd etmək olar.
Əllamə Təbatəbai müasir İslam ilahiyyatında fundamental əsərləri ilə tanınan
ensiklopedik bilik sahibidir. Yuxarıda da qeyd etdiyimiz kimi o, ilahiyyatın bütün
sah
ələrinə aid dəyərli əsərlər yazmışdır. Onun yazdığı əsərlərin bir hissəsi
Az
ərbaycan, türk, ingilis və fransız dillərinə də tərcümə olunmuşdur. Onun yazdığı
əsərlərdən aşağıdakıları qeyd etmək olar:
1.“Üsuli f
əlsəfə vəl-məzhəbil-vaqii.” 2.“Haşiyə əla kitabil-əsfaril-ərbəə.”
3.“Biday
ətül-hikmət.” 4.“Nihayətül-hikmət.” 4.“ər-Risalətüs-səbə.” 5.“əş-Şiə fil-
792
http://ar.wikipedia.org
[208]
İslam.” 6.“Haşiyətül-kifayə.” 7.“Risalətül-vilayə.” 8.“Risalətüt-təşəyyu.” 9.“Risalə
M
əhəmməd fi mənhəcil-İslami.” 10.“Təliqə əla kitabi üsuli-kafi.” 11.“Risalə fil-eşq.”
12.“Risal
ə fi hukumətil-islamiyyə.” 13.“əl-Vəhy.” 14.“Risalə fis-sifaat.”15.“Risalə
fil-
bürhan.” 16.“Ələl-fəlsəfətil-ilahiyyə.” 17.“əl-Quran fil-İslam.” 17.“Üsulil-əqaid.”
18.“Üsulil-f
əlsəfətil-madiyyə.” 19.“Təliqə əla kitabil-üsul.” 20.“Sünənun-Nəbi.”
Xatırladaq ki, bu əsəri müəllif hədisi-şəriflərə həsr etmişdir. Belə ki, o, ən qədim
qayna
qlardan istifadə edərək Peyğəmbərin (s) buyurduğu hədisləri bir araya toplamış
və onun adını “Peyğəmbərin sirəsi” qoymuşdur. Əsər doğma dilimizə tərcümə
olunmuşdur. 21.“Təfsirül-Mizan” və s.
Mütəfəkkirin ərsəyə gətirdiyi ən mühüm əsəri müasir dövrdə ən böyük və nəfis
təfsirlərdən sayılan iyirmi cilddə yazdığı “əl-Mizan fi təfsiril-Quran” kitabıdır. Bu
əsər indiyə qədər müxtəlif dillərdə dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə
yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyi üçün ustad belə bir
əsər yazaraq XX əsrdə İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və
gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə yeni
metoddan –
əsas etibarilə bir ayənin sair müvafiq ayələr kontekstində təfsir olunma
üslubundan istifadə etmişdir.
Müəllifin bu əsəri dilimizə tərcümə edilməkdədir.
Əllamə Təbatəbainin “Siyərün-Nəbi” əsəri müasir hədisşünaslıqda yazılmış ən
məşhur əsərlərdəndir. Bu əsəri müəllif hədisi-şəriflərə həsr etmişdir. Belə ki, o, ən
qədim qaynaqlardan istifadə edərək Peyğəmbərin (s) buyurduğu hədisləri bir araya
toplamış və onun adını “Peyğəmbərin sirəsi” qoymuşdur. Onun “Təfsirül-mizan”
əsəri də adı çəkilən sahə ilə əlaqədar mühüm əhəmiyyət kəsb edir.
15.9.C
əfər Sübhani və əsərləri
XX
əsr Cənubi Azərbaycan ilahiyyatşünaslığının ən görkəmli
nümay
əndələrindən biri heç şübhəsiz ki, Əllamə Cəfər Sübhani Təbrizidir. O, 1928-ci
ild
ə Təbriz şəhərində alim və fəzilətli bir ailədə dünyaya gəlmişdir. O, ilk təhsilini
ail
ə ocağında almış və ibtidai dini təhsilini Təbrizdə Mirzə Mahmud Fazilin
m
ədrəsəsində bitirmişdir. Cəfər Sübhani Mirzə Mahmudun mədrəsəsində fars və ərəb
ədəbiyyatına aid kitabları, o cümlədən Sədi Şirazinin “Gülüstan” və “Bustan”,
“Tarixi-möc
əm”, “Nəsəbüs-sibyan”, “Əbvabül-cinan” və digər əsərlər öyrənmişdir.
Sonralar C
əfər Sübhani ərəb ədəbiyyatı elmlərini öyrənmiş və Təbrizdəki Həsən
N
əhvi və Əli Əliəkbər Nəhvidən qrammatikaya aid kitabları oxumuşdur. O, on yeddi
yaşında təhsilini təkmilləşdirmək üçün Qum şəhərinə getmiş və orada üsul dərslərini
Mirz
ə Məhəmməd Mücahidi Təbrizi və Mirzə Əhməd Kafidən öyrənmişdir.
“Kifay
ətül-üsul” əsərini isə Məhəmməd Rza Gülpəyaqaninin nəzarəti altında mütaliə
edib başa vurmuşdur. Bundan sonra o, təfsir, fiqh, fəlsəfə və kəlam elmlərini
öyr
ənməyə başlamış və tez bir zamanda müəllimlərinin diqqəti-nəzərini cəlb edə
bilmişdir. O, fəlsəfə elmini Seyid Məhəmməd Badkubeyidən və Seyid
M
əhəmmədhüseyn Təbatəbaidən almışdır. Böyük filosof Təbatəbainin yanında 1948-
ci ild
ən 1950-ci ilə kimi, yəni iki il müddətində Molla Sədranın “Kitabül-əsfar”
əsərini bitirmişdir.
[209]
Hal-
hazırda Qum elmi hövzəsinin böyük müctəhidlərindən olan Cəfər Sübhani
yüzd
ən artıq elmi, dini və fəlsəfi əsərlərin müəllifidir. Onun ilahiyyatın müxtəlif
sah
ələrinə aid olan ona yaxın əsəri doğma dilimizə tərcümə olunmuşdur.
Onun
əsərləri aşağıdakılardır:
1.“R
əsaili-fiqhiyyə.” 2. “Nizamün-nikah fiş-şəriətil-İslamiyyətil-ğərra.” 3.
“Nizamül-
irs fiş-şəriətil-İslamiyyətil-ğərra.” 4. “Nizamül-qəza vəş-şəhadə fiş-şəriətil-
ğərra.” 5. “Nizamül-müzaribə fiş-şəriətil-ğərra.” 6. “əl-Xums fiş-şəriətil-İslamiyyətil-
ğərra.” 7. “Əhkamüs-saum fiş-şəriətil-İslamiyyətil-ğərra.” 8. “Nəblül-vitr fi qaidəti la
z
ərər.” 9. “əl-İtisam bil-Kitab vəs-Sünnə. 10. “əl-Məvahib fi təhriril-məkasib.” 11.
“
əl-Muxtar fi əhkamil-xiyar.” 12. “Qaidətani fiqhiyyətani.” 13. “Səbu məsailil-
fiqhiyy
ə.” 14. “Ziyaun-nazir fi əhkami salatil-müsafir.” 15. “Nizamüt-talaq fiş-
şəriətil-İslamiyyətil-ğərra.” 16. “əl-Buluğ və təliyyə risalə fi təsiriz-zaman vəl-
m
əkan.” 17. “əl-Həcc fiş-şəriətil-İslamiyyətil-ğərra.” 18. “əz-Zəkat fiş-şəriətil-
İslamiyyətil-ğərra.” 19. “Əhkamüs-səfər və adabuhu.” 20. “əl-Məhsul fi ilmil-üsul.”
21. “
ər-Rəsailil-ərbəa.” 22. “ət-Təsamuh fi ədillətis-sünən.” 23. “əl-İctihad fi ədilətis-
sün
ən.” 24. “əl-Muciz fi üsulil-fiqh.” 25. “əl-Vəsit fi üsulil-fiqh.” 26. “İrşadül-üqul
ila m
əbahisil-üsul.” 27. “Risalə üsuliyyə.” 28. “Üsulul-fiqhil-məqarin.” 29.
“Risal
ətüt-tərəttüb.” 30. “Məfahimül-Quran.” 31. “ət-Tövhid vəş-şirk fil-Quranil-
k
ərim.” 32. “Təfsire sureyi Rəd be name Quran və əsrare afriniş.” 33. “Buhusül-
Quraniyy
ə fit-Tövhid vəş-şirk.” 34. “Təfsire-sureyi-Quran.” 35. “Təsire-sureyi-
Tövb
ə.” 36. “Təfsire-sureyi-Münafiqun.” 37. “Təfsire-sureyi-Hədid.” 38. “Təfsire-
sureyi-Hucurat.” 39. “T
əfsire-sureyi-Loğman.” 40. “Mənşure cavide-Quran.” 41.
“M
əbane Tövhid əz didgahe-Quran.” 42. “Əsalte ruh əz nəzəre Quran.” 43. “Şura dər
Quran v
ə Nəhcil-bəlağa.” 44. “Əhməd mövudu-İncil.” 45. “Xatəmiyyət əz nəzəre
Quran, h
ədis və Əql.” 46. “Mərəzhaye ecaz.” 47. “Bürhane risalat.” 48. “Şunaxte
sifate-
Xoda.” 49. “Aşinaye ba üsule İslam.” 50. “Cəhan beni İslami.” 51. “əl-Həyat
v
ə məarifil-İslami.” 52. “Məade insan və cəhan.” 53. “Məsdəre vücud.” 54. “Cəbr və
İxtiyar. 55.“Husn və qubuhi əqli.” 56. “Təvəssül.” 57. “əl-Bəda fil-Kitab vəs-Sünnə.”
58. “R
əhbəre-ümmət.” 59. “Pişvaye əz nəzəre İslam” (İmamət və xilafət), 60. Şəfaət
əz didgahe Quran, hədis və əql.” 61. “Ruyətullah.” 62.“əz-Ziyarət.” 63.“Buhusül-
mil
əl vən-nihəl” (8 cilddə). 64. “Fərhənge əqaide və məzahibe İslami.” 65. “Məaş-
şiətil-imamiyyə fi əqaidihim.” 66. “əş-Şiə fi məvkibit-tarix.” 67. “əş-Şiə və ilmül-
k
əlam abərə qurunül-ərbəa.” 68. “əl-Vəhhabiyyə fil-mizan.” 69. “Hiyə vəhhabiyyə.”
70. “
əl-Əsmaüs-səlasə: əl-İlah, ər-Rəbb, əl-İbadət.” 71. “Əsma və sifat.” 72.
“V
əhhabiyyə məbani fikri və karname əməli.” 73. “Üsulul-fəlsəfə.” 74. “Fəlsəfeyi-
İslami və üsuli dialektik.” 75. “Nəzəriyyətül-mərifə.” 76. “Sərnəvişt əz didgahe elmi
f
əlsəfə.” 77. “Şenaxt dər fəlsəfeyi-İslami.” 78. “Fəlsəfətu əzabud-daim.” 79.
“Sinay
ətül-asaril-İslamiyyə.” 80. “Təhlili əz fəlsəfeyi-Marks.” 81. “Furuğe-
əbədiyyət.” 82. “Furuğe vilayət.” 83. “əl-Əimmə isna əşəriyyə.” 84. “əs-Sirətu-
Muh
əmmədiyyə.” 85. “Tarixe İslam.” 86. “Üsulul-hədis və əhkamuhu fi ilmid-
diray
ə.” 87. “Külliyyat fi ilmir-Rical.” 88. “əl-Qovlus-sərax fil-Buxar.” 89. “Durusul-
muciz
ə fi ilmir-rical vəd-dirayə.” 90. “əl-Movsulətür-ricaliyyətil-meysirə.” 91.
“M
əsaili fiqhir-rical və mənabihi.” 92.“Tarixül-fiqhül-İslam və əduruhu.” 93. “əl-
[210]
H
ədisun-Nəbəvi beynəd-dirayə vər-rivayə.” 94. “İrşadül-üqul.” 95. “Təbəqatül-
füq
əha” (14 cilddə). 96. “Şəxsiyyəthaye İslamiye-şiə.” 97. “Zendəgiye bozorgane-
şiə.” 98. “Siyame fərzəngan.” 99. “Rəsail və məqalat.” 100. “Rumuze piruze mərdane
bozorg” v
ə s.
Əllamə Cəfər Sübhani hədisşünaslığa aid altı əsərin müəllifidir. Onun yazdığı bu
əsərlər hədis elminin müxtəlif sahələrini, o cümlədən rical, dirayə və s. sahələrinə
aiddir. Onun “Üsulul-
hədis və əhkamuhu fi ilmid-dirayə” əsəri hədis elminin
metodologiyasına aid müasir dövrdə yazılmış ən yaxşı əsər hesab olunur. Müəllif bu
əsərinin müqəddimə hissəsində dirayə (hədis üsulu) elminin tarixi inkişaf
mərhələlərəinə diqqət yetirmiş və bu sahədə ilk əsərin kim tərəfindən yazıldığını,
məzhəb alimlərinin bu mövzudakı ixtilaflarını və onların səbəblərini geniş şəkildə
işıqlandırmışdır. O, dirayə elminin tərifi haqqında yazır: “Dirayə istilahda bir elmdir
ki, onunla hədisin mətni, onun sənədi, nəql olma yolları öyrənilir, səhihindən zəifi
araşdırılır. Həmçinin bu elm vasitəsilə məqbul hədislər mərdud hədislərdən seçilib
öyrənilir.”
793
Alimin hədisşünaslığa aid yazdığı əsərlərdən biri də rical elmi sahəsinə aid olub
“Külliyyat fi ilmir-
rical” adlanır. Müəllif bu əsərində üç böyük fəsil açmış, hər bir
fəsilə ad verərək mövzu ilə əlaqəli məsələləri həmin fəsillərdə izah etmişdir. Əsərin
bi
rinci fəslində rical elminin mənası, ehtiva etdiyi mövzular, onun problemləri,
ravilərin avtobioqrafiyalarının rical elmində aydınlaşdırılması yolları, rical və dirayə
elminin oxşar və fərqli cəhətləri və bu fəslin nəticələri haqqında məlumatlar öz əksini
tapmışdır.
İkinci fəsildə isə rical elminə olan ehtiyac və onun dəlillərini, etibarlı ravilərin
xəbərlərinin dəlil olması, ravilərin daşıyacağı əlamətlər, yalançı və hədis uyduran
ravilər və onların tanınması yolları, rəvayətlərin sənədləri və bununla əlaqəli
problemlər, alimlərin icma etiyi məsələlər, ravinin ədalətinin isbat edilməsi və
nəhayət üç şeyxin (Nəcaşi, Tusi və əl-Kuşşi) ravilər haqqındakı şahidlikləri haqqında
məlumatlar işıqlandırılmışdır.
Əsərin üçüncü fəslində isə müəllif rical elminin əsas qaynaqları, onların
müəllifləri, hər bir müəllifin əsərində izlədiyi metod, rical və fihrist adlı əsərlər
arasındakı fərqli məqamlar, zəif ravilər və onların əhvalı haqqındakı mövzular geniş
şəkildə tədqiq edilmişdir.
Bunlardan başqa “əl-Qovlus-sərax fil-Buxari”, “Durusul-mucizə fi ilmir-rical vəd-
diray
ə”, “əl-Movsulətür-ricaliyyətil-meysirə”, “Məsaili fiqhir-rical və mənabihi”,
“Tarixül-fiqhül-
İslam və əduruhu”, “əl-Hədisun-Nəbəvi beynəd-dirayə vər-rivayə”
əsərləri də müasir hədisşünaslıq baxımından çox qiymətli və mötəbər mənbələrdir.
793
C
əfər Sübhani, Üsulil-hədis və əhkamuhu, səh. 14
[211]
[212]
II HİSSƏ
HƏDİS ELMİNİN METODOLOGİYASI
(
HƏDİS ÜSULU)
I FƏSİL
HƏDİS ELMLƏRİNİN BÖLÜMÜ VƏ HƏDİS ÜSULU SAHƏSİNDƏ
YAZILMIŞ İLK ƏSƏR
[213]
1.1.H
ədis elmlərinin təsnifatı
H
ədis elmləri ilahiyyat elmlərinin əsasını təşkil edir. Bu elm vasitəsilə
müs
əlmanlar həqiqi mənada Qurani-kərimin doğru-düzgün mənasına və Allah dininin
qay
ələrinə bələd olurlar. Əbəs deyildir ki, Peyğəmbər (s) başda olmaqla digər Məsum
imamlar (
ə) bu elmə yiyələnməyi və onu var qüvvəsi ilə hifz edib digərlərinə
öyr
ətməyi öz səhabələrinə tövsiyə etmişdilər. Bu barədə mənbələrdə kifayət qədər
x
əbər və rəvayətlər vardır. Belə ki, həmin rəvayətlərdən bir neçəsini qeyd etmək
h
ədisin dinimizdə mühüm əhəmiyyət kəsb etdiyini və bunun bir elm kimi öyrənilib
öyr
ədilməsini bizə izah edəcəkdir.
Peyğəmbər (s) buyurub: “Hər kəs mənim sünnəmdən üz çevirərsə, məndən
deyildir.”
794
“Allah m
ənim sözlərimi eşidib, onu olduğu kimi qoruyub və başqalarına
öyr
ədən şəxsin üzünü ağartsın.”
795
“
Allahım, xəlifələrimə rəhmət et! Dedilər: ey Allahın Rəsulu, sənin xəlifələrin
kiml
ərdir? Həzrət buyurdu: hədisimə və sünnəmə tabe olub və sonra onları
ümm
ətimə öyrədən şəxslər.”
796
İmam Sadiq (ə) buyurub: “Ey Füzeyil! Bizim hədislərimiz qəlbləri dirildir.”
797
H
əmçinin buyurub: “Ey Cabir! And olsun Allaha, bir hədis haram və halal haqqında
s
ənə bildirirsə, Günəş çıxandan batanadək üzərinə düşən hər bir şeydən sənin üçün
xeyirlidir.”
798
Yuxarıda qeyd olunan hədislərdən belə məlum olur ki, hədis elmlərini bilmədən
h
əqiqi ilahi maarifdən xəbərdar olmaq qeyri-mümkündür. Elə bu səbəbdəndir ki,
Peyğəmbər (s) və digər Məsum imamların (ə) yaxın səhabələri onlardan eşitdikləri
h
ədisləri möhkəm bir əzmlə qoruyaraq edərək gələcək nəsillərə ötürmüşlər.
M
əlumdr ki, Qurani-kərim ilahi bir kitabdır və orda yer alan bütün ayələr Allah
t
ərəfindən Cəbrayıl (ə) vasitəsilə peyğəmbərimiz həzrət Məhəmmədə (s) nazil
edilmişdir. O elə bir kitabdır ki, batil və puç əfsanələrin ona yol tapması mümkün
olmayan, h
ər cür təhrif və təbdildən uzaq və eyni zamanda hər bir şeyi açıqlayan
sif
ətləri özündə toplamışdır. Lakin bütün bunlara baxmayaraq Quran ana prinsipləri
g
ətirmiş, onları açıqlayıb izah etmək üçün Peyğəmbər (s) və Məsum imamların (ə)
h
ədis və xəbərlərinə ehtiyac duymuşdur. Bunun bariz misalını Quranın ayələrində
keç
ən bəzi hökmlərin necə icra edilməsində görmək mümkündür. Belə ki, Quran
buyurur: “
Dostları ilə paylaş: |