b)
İslam düşmənçiliyi
Hədislərin uydurulması səbəblərindən biri də heç şübhəsiz ki, İslam
düşmənçiliyidir. Hədis tədqiqatçıları haqlı olaraq bir qrup şəxslərin gizli və aşkar
şəkildə İslamı yox etmək və yaxud da aradan aparmaq üçün planlı şəkildə hədislər
uyduraraq insanlar arasında təbliğatlar aparmalarını qeyd edirlər.
İslam dininin və onun təbliğatçısı olan Məhəmməd peyğəmbərin (s) əleyhinə
yönəldilmiş hədis uydurma fəaliyyətinin başında yəhudilər, xristianlar və bir qrup
münafiq
müsəlmanlar dayanırlar. Bu qrupların məqsədləri heç şübhəsiz ki, dini
yıxmaq və onu yox etmək olmuşdur. Hətta mənbələrə görə Həmmad bin Zeyd
1028
Əllamə Eyni, Ümdətül-qari, c. VII, səh. 202; c. XVII, səh. 18, c. XIX, səh. 104-105
1029
Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 420
1030
Prof. Dr. İ. L. Canan, Kütubu-Sittə Tərcüməsi və Şərhi, c. II, səh. 142
1031
h
əmin mənbə
[265]
demişdir: “Zındıqlar on dörd min hədis uydurmuşlar. Onların içərisində ən
məşhurlarından biri, Əbdülkərim bin Əbüləvca olmuşdur. O, Abbasi xəlifəsi
Mehdinin (775-
785) zamanında edam cəzasına layiq görülmüş və son sözündə tək
başına dörd min hədis uydurduğunu etiraf etmişdir.
1032
İslamın əleyhinə yönələn bu qruplar içərisində bəlkə də ən təhlükəlisi
mü
nafiqlərdir. Çünki onlar özlərini zahirdə həqiqi müsəlman kimi göstərsələr də
əslində İslamın düşməni kimi hərəkət etmiş və müsəlmanların nəzərində İslamı
gözdən salıb, onun tərəfdarlarını azaltmaq üçün özlərindən və yaxud da yəhudi və
xristian havadarlarından aldıqları dəstək və yardım hesabına çoxlu sayda hədislər
uydurmuşlar. Həmçinin imanca zəif müsəlmanlar, cahiliyyət təəssübü altında yaşayan
bəzi səhabələrin, o cümlədən Əbu Süfyan, Müaviyə bin Əbu Süfyan, Əmr bin As və
digərlərinin təsiri altına düşərək onların əlaltılarına çevrilmiş və hədis uydurub təbliğ
etmək üçün müxtəlif bölgələri dolaşmışlar.
Bütün bu deyilənlərdən əlavə müsəlman mədəniyyətinin genişlənməsi
nəticəsində öz hörmət və izzətlərini, mal və mülklərini itirmiş bəzi “müsəlmanlar”, öz
ke
çmiş etibarlarını geri qaytarmağın qeyri-mümkünlüyünü görüb, İslam əleyhinə
uydurmaçılığa başlamışlar.
c)
Milliyyətçilik duyğusu
Hədis tədqiqatçıları hədis uydurmağın səbəblərindən birini milliyyətçilik
duyğusunun olmasında görürlər. Belə ki, Əməvilər dövründə (661-750) işğal edilən
bir çox
müsəlman olmayan ölkələr ərəblərin milliyyətçi ruhlarını görüb onların
əleyhinə hədis uydurmağa başlamışlar. Məlumdur ki, xəlifə Müaviyə (661-680)
zama
nından başlayaraq ərəb şovnizmi özünün ən yüksək zirvəsinə çatmış və hətta
ərəb olmayanlara “əl-məvali” adı verilərək onların hüquqları ərəblərin hüquqlarından
daha aşağı səviyyədə qorunurdu. Hətta mənbələr Əməvilər dövründə ərəb
milliyyətçiliyinin doğurduğu zülm və istibdadlardan çox danışmış və xilafət yeritdiyi
siyasətin sırf İslami deyil, ərəb təəssübkeşliyi ruhunda olduğunu xəbər verirlər.
Türkiyəli alim Fuad Köpürlü yazırdı: “Əməvilər bu mövzuda təqib etdikləri yalnış
siya
sət, iranlılarda olduğu qədər, İslamı yeni qəbul etmiş olan digər bəzi millətlərdə
də millətçilik duyğusunun ortaya çıxmasına səbəb olmuşdur. Çünki Əməvilər
mü
əzzəm imperatorluğu meydana gətirən digər ünsürləri İslamın qəti surətdə
qadağan etməsinə baxmayaraq-ərəblərlə bərabər saymırdılar.”
1033
Bundan başqa
Əməviləri devirib onun yerini tutan Abbasilər xilafəti (750-1258) də heç də
Əməvilərdən geri qalmayan millətçilik ideyalarını daha da qabardaraq onlardan irəli
getmişlər. Abbasilərin bu davranışı “Əməvilər dövründəki ərəblik təəssübkeşliyini və
ərəblərin siyasi görüşlərini yox etmişdi. Bu sərbəst hava içərisində başqa ünsürlərə
mənsub adamlar ərəblərə qarşı öz qövmi ənənələrini, tarixi şərəflərini, dillərini açıqca
müdafiyəyə qalxdılar və münaqişələr iki tərəfin bir-birini təhqir və zəiflətmələrini
1032
bax: Prof. Dr. İ. Canan, Kütubu-sittə tərcümə və şərhi, c. II, səh. 141
1033
Fuad Köpürlü, İslam mədəniyyəti tarixi, Ankara, 1993, səh. 99
[266]
ortaya çıxardı. Hər iki tərəf də iddialarını isbat etmək üçün, bir çox hədislər
uydurdular.”
1034
M
əlumdur ki, hədislər içərisində milli təəssübkeşliyə aid kifayət qədər
uydurulmuş hədislər vardır. Bu hədislərin tədqiqi onu göstərir ki, bunların çoxu məhz
Əməvilər dövründə uydurulmuş və ərəb şovnizmin əsasını təşkil edir. Hədis alimləri
buna aid aşağıdakı bəzi hədisləri uydurma hesab edir və bu qəbildən olan hədislərin
bir qismini z
əif bilirlər. Məsələn: “Ərəblər insanların ən xeyirlisidir”, və yaxud da,
“Allah dill
ər içərisində ən çox fars dilinə nifrət edən, şeytanlar xuzistanlıların diliylə,
C
əhənnəmliklər buxaralıların diliylə, Cənnətliklər də ərəblərin dili ilə danışırlar.”
T
əbiidir ki, ərəblərin bu mövqeyinə digər millətin nümayəndələri göz yuma bilməzdi
v
ə bu kimi “hədislərin” müqabilində onları batil edən “hədislər” deməliydilər və
dedil
ər də! Belə ki, fars təəssübkeşlərinin dilindən bu hədis uyduruldu: “Ərşin
ətrafındakı mələklər farsca danışarlar. Allah içində yumşaqlıq olan bir şey vəhy
ed
əcəyi vaxt, onu farsca olaraq vəhy edər, içində şiddət olunan bir şey vəhy edəcəyi
zaman da onu
ərəbcə olaraq vəhy edər.”
1035
Milli t
əəssübkeşlik ucbatından uydurulmuş hədislər içərisində diqqəti cəlb edən
xüsusiyy
ətlərdən də biri, bəzi şəhərlər haqqında mədh, digərləri haqqında isə
t
əhqiramiz səpgidə deyilən hədislərdir. Hədis tədqiqatçıları da şəhərlər və bölgələr
haqqında deyilmiş bəzi hədisləri uydurma adlandırmışlar. Əlbəttə ki, şəhərlər
haqqında varid olan hədislərin hamısı zəif deyil və bunu heç bir hədis alimi iddia
etm
əmişdir. Burada yalnız bəzi uydurma hədislər tədqiq edilir və onlar haqqında
Peyğəmbərin (s) və ya Məsum imamın (ə) mədh və ya məzəmmət dediyi araşdırılır.
H
ətta bəzi “hədislər” vardır ki, onlar heç Peyğəmbərin (s) dövründə olmamışdır, lakin
biz h
ədis kitablarında o şəhərlər haqqında hədislər görürük.
Ümumiyy
ətlə şəhərlər haqqında uydurulmuş bəzi hədislərdən aşağıdakıları qeyd
etm
ək olar:
“Dörd şəhər, cənət şəhərlərindədir: bunlar Məkkə, Mədinə, Qüds və Dəməşqdir.
Dörd şəhər də, Cəhənnəm şəhərlərindəndir: Konstantinopol, Tuvanə, Antakiya və
S
əna.”
1036
Bundan başqa Xorasan, Mərv və bu kimi digər şəhərlər haqqında bəzi hədislər
vardır ki, onların da bir qrupu zəif hədis kimi dəyərləndirilir. Buna misal aşağıdakı
h
ədisi göstərmək olar:
“Allahın Xorasan diyarında Mərv deyilən bir şəhər vardır ki, oranı qardaşım
Zülq
ərneyn (ə) qurmuş və Üzeyr (ə) də orada namaz qılmışdır. Oranın gurul-gurul
axan n
əhrləri və çox geniş əraziləri vardır. Qapılarının hər birində qılıncını çəkmiş bir
m
ələk vardır ki, Qiyamətə qədər Mərv əhalisini bəlalardan muhafizə edərlər.”
1037
Bu v
ə ya digər uydurma hədislər onu göstərir ki, İslam ərazilərinin
genişlənməsi, müxtəlif millətlərin və dinlərin İslam dininin təsiri altına düşməsi, heç
1034
h
əmin mənbə, səh. 100
1035
Süyuti,
əl-Ləalül-məsnua, c. I, səh. 11; Yaşar Kandemir, Mövzu hədislər, səh. 49
1036
İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 48; Zəhəbi, Mizanül-etidal, c. III, səh. 75; Y. Kandemir, Mövzu hədislər, səh.
50
1037
Süyuti,
əl-Ləalül-məsnua, c. I, səh. 466; İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 47; Yaşar Kandemir, Mövzu hədislər,
s
əh. 50
[267]
d
ə həmişə müsbət nəticə verməmiş, əksinə bəzən həmin millətlərin və dinlərin İslam
ideologiyasına təsir və nüfuzu özünü göstərmişdir. Əlbəttə ki, bunun başlıca
s
əbəblərindən biri dövrü xəlifələrin, xüsusilə də Əməvi və Abbasi xəlifələrinin
yürütdükl
əri anti-İslam siyasəti olmuşdur. Onların guya İslam ərazilərini
genişləndirmək adı altında apardıqları müharibələr yalnız işğalçı müharibələri olmuş
v
ə işğal etdikləri ərazilərdə İslamı öz bildikləri kimi yaymışlar.
ç)
İslam dininə xidmət etmək arzusu və ya xalqi yaxşi işlərə sövq etmək
ist
əyi
Z
əif hədislər içərisində diqqəti cəlb edən məqamlardan biri də guya dinə xidmət
etm
ək, yaxud da camaatı yaxşı işlərə sövq etmək arzusu olmuşdur. Uydurulmuş
h
ədislərin bu səbəbi daha çox minbər əhlinin, sufilərin və zahidlərin üzərinə düşür.
Çünki onlar, guya din
ə xidmət göstərmək məqsədiylə Məsumların (ə) adlarından
danışıb və onların adlarına onların demədiklərini deyiblər. Mövzu hədislərin
uydurulmasının bu səbəbinin əsasında dayanan ən mühüm amil bəlkə də nadanlıq və
c
əhalətdir. Çünki bu qrupa məxsus olan bəzi insanlar camaatın savab əməllərə təşviq
edilm
əsi, günah işlərdən isə uzaq tutulmaları üçün Məsumların (ə) adlarına onların
dem
ədiklərini demiş, yaxud da, onların dediklərinə nələrisə əlavə etmişlər.
M
əhəmməd əl-Qəzali (öl. 1111) yazırdı: “Bunlar əməllərin fəzilətləri və camaatı
pislikl
ərdən çəkindirməyə görə hədis uydurmağın dini baxımdan heç bir qəbahət
olmadığını, üstəlik çox faydalı bir iş olduğu düşüncəsi ilə hərəkət etməkdəydilər.”
1038
H
ədis tədqiqatçıları “dinə xidmət” məqsədilə uydurulmuş ən məşhur hədislərdən
biri olan aşağıdakı hədisi misal çəkirlər:
“H
ər kəs bazar ertəsi günü dörd rəkət namaz qılar və hər rəkətdə “Fatihə”,
“Ay
ətəl-kürsi”, “İxlas”, “Fələq”, “Nas” surələrini oxuyarsa və salam verdikdə də, on
d
əfə istiğfar deyərsə və on dəfə də salavat deyərsə, bütün günahları əfv olunar və
Allah ona C
ənnətdə ağ incidən hazırlanmış on otaqlı bir köşk verər. Hər otağın
uzunluğu və genişliyi min arşındır. Birinci otaq ağ gümüşdən, ikinci qızıldan, üçüncü
incid
ən, dördüncü zümrüddən, beşinci zəbərcəddən, altıncısı iri incilərdən, yeddinci
parıldayan bir nurdan hazırlanmışdır. Otaqların qapıları ənbərdən düzəldilib, hər
qapının üzərində zəfərandan bir dənə örtük vardır. Hər otaqda kafurdan düzəldilmiş
bir taxt v
ə hər taxtın da üzərində min yataq və hər yataqda Allah ən gözəl iylərdən
yaratdığı hurilər vardır. Hurilərin ayaqlarında diz qapağına qədər olan hissələri yaş
z
əfərandan, diz qapaqlarından kökslərinə qədər olan yerləri əla müşkdən,
köksl
ərindən boyunlarına qədər iri ənbərdən, gərdani ağ kafurdan xəlq edilmişdir.
H
ər bir hurinin də üzərində Cənnət paltarlarından yetmiş paltar vardır.”
1039
Bu v
ə həmçinin bu qəbildən olan digər hədislərdən göründüyü kimi, burada
h
ədis uyduran ravilərin sanki Məsumların (ə) sözlərinə mübaliğə vermək, İslamın az
əmələ belə çox mukafat verdiyini göstərmək kimi xüsusiyyətləri ortalığa çıxır.
Ümumiyy
ətlə “dinə xidmət” səbəbilə uydurulan hədislərin böyük əksəriyyəti İslamın
əməli məsələlərinə, o cümlədən namaz, oruc və bu kimi digər məsələlərə daha çox
1038
İmam Qəzzali, İhyayi-ülumid-din, c. III
1039
Y. Kandemir, Mövzu h
ədislər, səh. 57; İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 86
[268]
aiddir. Müasir türkiy
əli hədis tədqiqatçılarından olan Yaşar Kandemir mötəbər
m
ənbələrə istinadən yazırdı: “Görünür ki, Allah rizası üçün hədis uydurduqlarını və
bunun mukafatını gözlədiklərini söyləyəcək qədər şüursuz olan bu qafil müsəlmanlar,
xoş niyyətlə düzəltdikləri yalanın pis niyyətlə də işlənə biləcəyini və nəticə etibarilə
bu işin xeyirdən çox şər gətirəcəyini düşünmürdülər. Hətta, etdikləri işin çirkin
olduğunu, həzrət Peyğəmbərin (s) bu hərəkətə təşəbbüs edəni Cəhənnəmdəki yerini
hazırlamaqla təhdid etdiyini söyləyənlərə bu cavabı verirdilər: “Bu təhdid, onun
əleyhində yalan söyləyənləri hədəf tutmaqdadır: biz isə, onun lehində yalan söyləyir
v
ə şəriətini qüvvətləndiririk. Haqqa müxalif bir sözümüz yoxdur.”
1040
d)
Şəxsi mənfəətpərəstlik
Hədis uydurmağın ən mühüm səbəblərindən biri də şəxsi mənfəətpərəstlikdir.
Bu qəbildən olan bəzi kimsələr öz şəxsi həyatlarında dönüş yaratmaq, yüksək vəzifə
və pul-para qazanmaq üçün, Məsumların (ə) adlarına hədislər uydurmuş və bu
uydurmalar vasitəsilə İslam əleyhdarları arasında öz şəxsi nüfuzlarını qaldırmışlar.
Bu barədə hədis tədqiqatçıları yazırdılar: “Dünyalıq təmini üçün çalışan
mənfəətpərəstlər nüfuz və idarə sahibi bir çox şəxslərin arzu və yaşayışlarına uyğun
hədislər düzəldərək onlara yaxınlaşmaq və bol-bol bəxşiş toplamaq cəhətinə
getmişlər. Etdikləri uyğunsuz işləri, dini bir dəlilə dayandırmaq surətiylə xalq
nəzərindəki pərəstişlərini itirmək istəməyənlər də onlara hüsnü-rəğbət
göstərmişlər
1041
.
Şəxsi mənfəətpərəstlik ideyası İslamın ilk dönəmlərində yaşamış bəzi səhabələrə
də şamil edilməkdədir. Belə ki, bunlar içərisində bəzi kimsələr, o cümlədən Əbu
Hüreyrə, Müaviyə bin Əbi Süfyan, Əmr bin As və digərləri bu sahədə daha çox irəli
getmiş kimsələrdir. Bunlar içərisində Əməvilər imperiyasının banisi Müaviyə şəxsi
mənfəətpərəstlik eşqində olan kimsələri daha tez öz tərəfinə çəkərək onlara verdiyi
vəzifə və var-dövlət hesabına çoxlu sayda hədislər düzəltdirmiş və onları xilafət
kürsüsündən bütün regionlara təbliğ etmişdir. Maraqlı burasıdır ki, Müaviyə və onun
tərəfdarlarının uydurub düzəltdikləri hədislərin çoxu, Əhli-beytin (ə) və xüsusən də
h
əzrət Əlinin (ə) əleyhinə yönəlmişdir. O, bu işdə o qədər irəli getmişdir ki, həya
etmədən içki ayəsinin qadağan olunmasını həzrət Əlinin (ə) sərxoşluğu (əuzubillah)
ilə əlaqədar olması, həzrət Əlinin (ə) atasının dünyadan kafir getməsi
1042
haqqında
hədislər düzəltdirmişdir. Həmçinin hədis uydurma fəaliyyəti sonrakı xəlifələr
dövründə də olmuş və bu işdə Abbasi xəlifələri də az rol oynamamışlar. Mənbələrə
görə Abbasi xəlifələri tərəfindən hədis düzəltdirmə işi daha çox xəlifə Mehdinin
(775-785),
xəlifə Harun ər-Rəşidin (786-809), xəlifə Məmunun (813-833) adı ilə
bağlıdır. Onlar, bəzi mənfəətpərəst və vəzifəpərəst insanları Məsum imamların (ə)
əleyhinə, həmçinin öz hakimiyyətlərini və siyasi görüşlərini şəriətə uyğunlaşdırmaq
üçün hədis düzəltməyə təşviq etmişlər. Mənbələr yazırdı: “Xəlifə Mehdinin hüzuruna
1040
Mövzu H
ədislər, səh. 58; Süyuti, Tədribür-ravi, c. I, səh. 283; Cəmaləddin əl-Qasimi, Qəvaidüd-təhdis min fünuni
mustalahil-h
ədis, səh. 141, Dəməşq, 1925
1041
Y. Kandemir, Mövzu H
ədislər, c. I, səh. 128; Zəkəriyya Ənsari, Fəthül-Baqi
1042
bax: Tirmizinin Sün
ən, Buxarinin Səhih əsərlərinə
[269]
girən Qiyas bin İbrahim xəlifənin göyərçin yarışdırdığını görüb Peyğəmbərədək (s)
varan bir isnadla guya o
həzrətin (s) “ox, dəvə, at və quş yarışlarından başqası üçün
əvəz almaq halal olmaz” buyurduğunu rəvayət etmişdir. Mehdi bu rəvayətdən
məmnun qalmış və Qiyas bin İbrahimə on min dirhəm pul vermişdir.”
1043
Bu və digər
uydurulmuş rəvayətlər onu göstərir ki, dünyapərəstlik meyli bir qrup imansız
insanların utanmadan və qorxmadan Peyğəmbər (s) və onun Məsum əhli-beytinin (ə)
adına yalan danışmağa vadar etmişdir. Bu işdə isə onlara Əməvi və Abbasi kimi
tarixin qaranlıq və zalım xəlifələri yardım etmiş və onların fəaliyyətlərinə münbit
şərait yaratmışlar. Adı İslam xilafəti adlanan, lakin, İslamdan sui-istifadə edən, onun
pərdəsi altında gizlənib öz şəxsi mənfəətlərini düşünən xəlifələr özlərinin və ata-
babalarının şərəfini yüksəltmək və işğalçı yürüşlərinə dini don geyindirmək üçün
külli miqdarda hədis uydurmuş və düzəltdirmişlər. Mənbələr yazırdı: “...Əməvilər və
Abbasilər haqqında hədis uyduranların bir qismi bu işi bir ideal dəvət uğrunda deyil,
sırf dünyapərəstlik təmini üçün etmişlər. Yəni, bu məqsədlərdir ki, Əməvilər
zamanında riyakar mənfəətçilər, Haşim oğullarının şan və şərəfini yüksəltdiklərini
hesab edərək, əshabdan bəzilərinin fəzilətlərinə dair bir çox hədis uydurmuşlar.”
1044
“Edilən bir çox fəthlərin nəticəsində maddi imkanları genişlənib, nüfuz və etibarları
çoxalan Abbasilər zamanında isə, mənfəətçi uydurmaçılar fəaliyyət zəminini daha
münasib bilmiş və fəaliyyətlərini artırmışlar.”
1045
Təəssüflər olsun ki, bu gün əlimizdə olan bir çox mötəbər və məşhur
mənbələrdə müxtəlif səbəblər üzündən uydurulmuş hədislər yer tutmuşdur. Xüsusilə
də erkən orta əsrlər dövründə və məxsusən də Abbasilər dövründə yazılmış bəzi hədis
əsərlərində çoxlu sayda movzu hədislər vardır. Bəlkə də, belə mötəbər kitablarda zəif
hədislərin yer tutmasının ilk səbəblərindən biri, həmin əsər müəlliflərinin siyasi
dairələrin və xüsusən də xəlifələrin şəxsi təzyiqlərinin altına düşmələri olmuşdur.
Bunu həm bir çox tarixi və məntiqi faktlar da sübut etməkdədir. Bu mövzunu təhlil
edən dövrümüzün məşhur alimlərindən olan Cəfər Sübhani yazırdı: “Sihah və Sünən
müəllifləri belə açıqlayırlar ki, doğrudan da onlar öz hədislərini çoxlu sayda doğru
olan hədislərdən çıxarmışlar. Əbu Davud öz sünənində dörd min səkkiz yüz hədis
gətirmişdir. O deyir: Mən bunları beş yüz min hədis içərisindən seçdim.
“
Səhihi-Buxari” təmiz olaraq təkrarsız yeddi min altımış bir hədisi ehtiva edir.
O, bunları altı yüz min hədisdən seçdiyini deyir.
“S
əhih-Müslüm”ün təkrarsız dörd min hədisi vardır. O, bunları üç yüz min hədis
iç
ərisindən seçib götürmüşdür.
Əhməd bin Hənbəl, “Müsnəd”ində otuz min hədis qeyd etmişdir. O, bunları
yeddi yüz min h
ədisdən seçmişdir. O, bir milyon hədis əzbərləyibmiş!!!
Əhməd bin əl-Fərrat (öl. 258 h/q) bir milyon beş yüz min hədis yazmışdır.
Onlardan üz yüz minin t
əfsir, əhkam və digər şeylərdə gətirmişdir.”
1046
1043
Y. Kandemir, Mövzu h
ədislər, səh. 61; Əli əl-Qari, Şərhu nühbətil-fikər, səh. 125
1044
Əhməd Əmin, Fərcül-İslam, səh. 213
1045
geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu hədislər, səh. 62
1046
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 120-121; Əbdülhüseyn əl-Əmini, əl-Qədir, c. V, səh. 292-293
[270]
Mü
əllif bunları qeyd etdikdən sonra yazırdı: “Bu saylar ağılı çaşdıracaq sayda
çoxdur. Bunlar h
ədislər içərisinə soxulmuş kənar fikirlər, uydurma və yalançı
h
ədislərdir ki, Peyğəmbərin (s) adına onun vəfatından sonra deyilmişdir. Həqiqətən
d
ə dinin düşmənləri, xüsusən də yəhudilər, xristianlar və onlardan olan müsəlmanlar
İslam şəriətinə, şəriətdən olmayan şeyləri daxil etmişlər. Yəhudilər üçün özlərini
zahir
ən İslamda göstərərək böyük bir dövrdə bu rəvayətləri yaymaq fürsəti olmuşdur.
H
əqiqətən də hədislərin yazılmasının qadağan olması əsr yarıma yaxın
olmuşdur, sonra İslam dünyasında onların ölçülüb-biçilmədən yazılması, yalançılıq
v
ə uydurmaçılığa münbit şərait yaratmış, yəhudi və xristian din xadimlərinin hədis
dem
ələrinə yer ayrılmış, yəhudilik bidətinin və xristianlığın dəyərsiz fikirlərinin,
h
əmçinin, məcusi əfsanələrinin müsəlmanlardan olan sadəlövhlərin aldadılması ilə
yazılmışdı. İddia edilir ki, Əhməd bin Hənbəl bir milyona yaxın hədis əzbərləmişdi.
Buxarinin beş yüz min hədis əzbərlədiyi xəyal edilir. Kim Peyğəmbərin (s) Məkkə və
M
ədinədəki həyatında onunla birlikdə peyğəmbərlik yükünü öz çiynində
daşımışdı.”
1047
C
əfər Sübhaninin burada söylədiyi fikirlər içərisində maraqlı cəhətlərdən biri
budur ki, Peyğəmbərdən (s) sonra hakimiyyətə gələn xəlifələrin hədislərin
yazılmasını qadağan etmələri, hədis uydurmaq üçün əlverişli şərait yaratmışdı.
Doğrudan da hədislərin yazılması yasağı müsəlmanları həqiqi Peyğəmbər (s)
h
ədislərindən uzaq salmışdı. Bu boşluqdan lazımınca yararlanan yəhudi və xristianlar
öz c
əfəng ideyalarını İslama bulaşdırdılar. Bu və ya digər məqamları incələyən
C
əlaləddin Süyuti yazırdı: “Səhih əsərlərin yazılmasından əvvəl kitablar sağlam
ruhda idi, orada s
əhihlə birlikdə digərləri də var idi. Əsərlər səhabələrin və böyük
tabeunlar
ın dövründə tədvin edilməmişdi və tərtib olunmamışdı. Çünki onlara ilk
olaraq h
ədisləri yazmaq qadağan edilmişdi - necə ki, Müslümün “Səhih”ində sübut
olunmuşdu - Quranla qarışmağın qorxusuna görə belə idi. Çünki onların əksəriyyəti
yazını yaxşı bilmirdilər. Elə ki, alimlər böyük şəhərlərdə intişar tapdılar bidətlər
çoxaldı, səhabələrin sözləri, tabeunların və digərlərinin fətvaları sağlam şəkildə
t
ədvin olundu. İlk olaraq onları toplayan, Məkkədə İbn Cüreyc, Mədinədə İbn İshaq
v
ə Malik olmuşdur...”
1048
C
əfər Sübhani yazırdı: “Süyuti öz sözündə bəzi şeylərə işarə etmiş, amma
y
əhudi və xristian rahiblərinin müsəlmanların içərisindəki mövcudluğuna işarə
etm
əmişdi. Halbuki onlar yalanları və çürük fikirləri müsəlmanların içərisində
yaymışlar. O, tədvin işinin İbn Cüreyc və ondan sonrakı dövrdə olduğunu açıqlayır.
İbn Cüreyc ikinci əsrin hədisşünaslarındandır və Abbasilər dövründə hicri 150-ci ildə
v
əfat etmişdi.
Qülatlar batil h
ədislər qeyd etmiş, onları da rical alimləri öz əsərlərində qeyd
etmişlər. Buna misal Məhəmməd bin Əbu Zeynəbi göstərmək olar. O, Əbil-Xəttab
adıyla məşhurdur. Hətta Əbu Əmr əl-Küşşi demişdi: “Fəzl bin Kaşan bəzi
kitablarında deyir: o, yalançı məşhurlardandır.”
1049
1047
C
əfər Sübhani, Üsuli-hədis və əhkamuhu, səh. 121
1048
Əllamə Süyuti, Tədribür-ravi, c. I, səh. 66
1049
Əbul-Xəttab, Yunus bin Zibyan, Yezid əs-Saiğ və Əbu Sumeyyə, Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 160
[271]
N
ə yaxşı ki, Peyğəmbərin (s) sünnəsi uydurmalardan təmizlənmiş, tədqiqatçılar
mövzu h
ədislər haqqında kitablar yazmışlar.”
1050
Dostları ilə paylaş: |