14.10
.İbn Həcər əl-Əsqəlani və əsərləri
Əbülfəzl Şihabəddin Əhməd bin Əli bin Məhəmməd əl-Əsqəlani məşhur hədis
alimi v
ə hafizidir.
735
O, hicri 22 şaban 773-cü (miladi 28 fevral 1372) ildə Misirdə
doğulmuşdur.
736
Adı və ya ləqəbi Həcər olan yeddinci babasına nisbətlə İbn Həcər
dey
ə məşhur olmuşdur. Əbülfəzl ləqəbiylə və ailəsinin məmləkəti olan Fələstindəki
Əsqəlan şəhərinə nisbətlə Əsqəlani, soyunun söykəndiyi Kinanəyə
737
nisb
ətlə Kinəni
olaraq xatırlanır. Atası babaları kimi ticarətlə məşğul olması ilə yanaşı “yeddi qiraəti”
bil
ən, şeir yazan və Nəvəvinin “əl-Əzkaf”ı üzərinə əsər (istidrak xarakterli) qələmə
alan bir alim idi. İbn Həcər dörd yaşında ikən atası ölmüşdür. Bir müddət sonra anası
Nigar da v
əfat etmiş və bacısı ilə tək qalmışdı. Ancaq ataları vəfat etmədən əvvəl
onları biri alim, digəri tacir iki dostuna əmanət etmişdir. İbn Həcərə və bacısına
atalarından və analarından həyatları boyunca onları rifah içində yaşadacaq bir sərvət
qalmışdı. Hər iki uşağının təhsilinə əhəmiyyət verən ataları kiçik yaşda onları elm
m
əclislərinə aparmış və İbn Bərdis, Şəmsəddin əl-Kirmani, Zeynüddin əl-İraqi kimi
h
ədisşünaslardan icazət (hədis rəvayət etmək hüququ) almışdı. Himayəçilərindən ta-
cir olan Z
əkyyüddin əl-Harrubi Məkkədə qaldığı zaman İbn Həcər də yanında idi.
Hifzini M
əhəmməd bin Məhəmməd əs-Səftidən doqquz yaşında tamamladı.
738
On iki
yaşında ikən Harrubi ilə birlikdə təkrar Məkkəyə getdi. Hədis təhsilinə Məkkədə
başlayaraq ilk müəllimi Abdullah bin Məhəmməd ən-Nəşavəridən “Səhihi-
Buxari”nin çoxunu v
ə Məkkə qazısı Cəmaləddin İbn Zahirədən bəzi əsərləri oxudu.
Əbu İshaq əş-Şirazinın “ət-Tənbih”i ilə Əbdülqəffar əl-Qəzvininin, Həririnin, İbn əl-
Hacibin b
əzi əsərlərini öyrəndi. Harrubinin vəfatından sonra (787/1385) təhsilinə üç
il ara verdi. Ardından digər himayəçisi İbn əl-Kattan əs-Səmənnudinin dərslərinə
davam ed
ərək fiqh, üsuli-fiqh, ərəb dili, hesab kimi elmlərə dair kitablar oxudu. Daha
sonra tarixl
ə və ravilərlə maraqlanan İbn Həcər 792-ci (1390-cı) ildən etibarən
735
Alimin h
əyatı “İslam Ensiklopediyası” kitabının müvafiq cildindən götürülüb.
736
əs-Səxavi, əl-Cəvahir vəd-dürər fi tərcüməti şeyxülislam İbn Həcər, Beyrut, 1999, c. I, səh. 121
737
İbn Həcər, əl-Məcmuatül-müəssəs, c. III, səh. 196
738
əs-Səxavi, əl-Cəvahir vəd-dürər fi tərcüməti şeyxülislam İbn Həcər, Beyrut, 1999, c. I, səh. 121
[189]
ədəbiyyat elmlərilə məşğul oldu. Şair və ədib Məhəmməd bin İbrahim əl-Bəştəkidən
faydalanaraq
ədəbiyyata aid biliyini inkişaf etdirdi və çoxu dini mövzulara,
Peyğəmbərin (s) mədhinə dair şeirlər yazdı. İbn Həcər hicri 796-cı (miladi 1394)
ild
ən etibarən özünü tamamilə hədisə həsr etdi və eyni il Zeynüddin əl-İraqinin dərs
h
əlqəsinə qatıldı. Müəlliminin vəfatına qədər on il davam edən bu müddət içində
ondan “
əl-Əlüyyə” adlı əsəriylə bu əsərə yazdığı şərhi oxudu. Yenə İraqidən İbn əs-
Salahın “Müqəddimə”sində mübhəm gördüyü mövzuları açıqlamaq üzrə qələmə
aldığı “ət-Təqyid vəl-Məzaim”i, Beyhəqi və Dəraqütninin “əs-Sünən”lərini,
Buxarinin “
əl-Camiüs-səhih” istisna bəzi əsərlərini, İbn Hişamın “əs-Sirəsi”ni oxudu
v
ə bunları oxutmaq üzrə icazə aldı. Müəllimi ona “hafiz” ünvanını verdi. O gündən
etibar
ən bu ünvan tək başına deyildiyi zaman yalnız onu xatırladacaq qədər xüsusi bir
m
əna qazandı, İraqinin vəfatından sonra kürəkəni və tələbəsi Nurəddin əl-
Heys
əmidən təhsilinə davam etdi. Ondan “Məcmua vəz-zəvaid”ini oxuyarkən
gördüyü b
əzi qüsurları təshih etməyə başladısa da, müəlliminin buna kədərləndiyini
gördükd
ə bu işdən imtina etdi.
İbn Həcər hicri 28 zilhiccə 852-ci ildə (miladi 22 fevral 1449) Qahirədə
dizenteriya x
əstəliyindən vəfat etdi. Onun bu tarixdən doqquz və ya on gün əvvəl
v
əfat etdiyi də deyilməkdədir. Cənazəsini daşıyanlar arasında əl-Məlik əz-Zahir də
vardı
739
v
ə Karafətüs-suğra qəbrisitanlığına dəfn edildi.
İbn Həcər həyatının büyük hissəsini hədis elminə vermiş, bu elmin həm rəvayət,
h
əm dirayət sahələrində dövrünün ən məhsuldar alimi olmuşdur. Başda nümunə
götürdüyü Z
əhəbi kimi olmağı istəyərkən sonralar onun “Mizanül-etiqad”ını ta-
mamlamaq üçün “Lisanül-mizan”
əsərini yazması, hədis rəvayət və dirayət elmlərinin
müxt
əlif sahələrində 170-ə qədər əsər qələmə alması onun hədis sahəsindəki üstün
yerini ortaya qoymaqdadır. O, “Fəthül-bari” əsərini 1430 qaynaqdan faydalanaraq
q
ələmə alması, əhəmiyyətli bir qismi günümüzə çatmayan zəngin bir hədis
ədəbiyyatından istifadə etdiyini göstərməkdədir. Üsulu-hədis sahəsindəki əsərləri
özünün orijinal gö
rüşlərini əks etdirməkdə olub hədis ricalına dair işləri, məşhur
aliml
ərin ravilər haqqındakı yazılarına dair təshihlərlə doludur. Bir mövzudakı bir
çox r
əvayəti onlarca əsərdən ancaq müasir üsullarla yığmaq mümkün olduğu halda
İbn Həcərin o çağda bunu bacarması və ya bir hədisin fərqli rəvayətlərinin neçə ravi
t
ərəfindən nəql edildiyini ortaya qoyması, müəlləq olduğu sanılan bir rəvayətin
m
əvsul və müttəsil olduğunu göstərmək surətilə o rəvayətin bir çox qaynağını qeyd
ed
ə bilməsi
740
onun elmi d
ərinliyini göstərməkdədir. İzzəddin bin Əbdüssalam İbn
H
əcərin Buxari kimi olmasa belə, ondan çox aşağı qalmadığını söyləməkdədir.
741
“Əmərəl-möminin fil-hədis” ünvanı verilən nadir hədisşünaslardan biri olan İbn
H
əcərin hədis mövzusundakı ən əhəmiyyətli əsərləri Buxarinin “əl-Camiüs-səhih”i
il
ə rical elminə aid olan əsərləridir.
739
Təqyyüddin bin Fəhd, səh. 338
740
Təğliqüt-tətik, c. II, səh. 314-317
741
Səxavi, əl-Cəvahir vəd-dürər, c. I, səh. 242
[190]
Əsərləri:
S
əxaviyə görə İbn Həcər hədis başda olmaq üzrə müxtəlif elmlərə dair 150-dən
çox
əsər qələmə almışdır.
742
Süyuti bir qismi s
əhv və təkrar olmaq üzrə 200
743
olaraq
qeyd etmişdir. Bu mövzuda ən geniş işi görən Şakir Mahmud Əbdülmunim isə 282
əsərin varlığını üzə çıxarmışdır.
744
Onun yazdığı əsərlərdən aşağıdakı qeyd etmək
olar:
1. H
ədyüs-sari.
2. F
əthül-bari bi-şərhi sahihil-Buxari. İbn Həcərin ən qiymətli əsəri qəbul edilən
bu
əsər onun itən kitablarında və ya bəzi müəlliflərin günümüzə çatmayan əsərlərində
qeyd edil
ən məlumatları da ehtiva etməkdədir. İbn Həcərin “Səhihi-Buxari” üzərinə
biri şərh, digəri müxtəsər olmaq üzrə iki əsər daha qələmə almağa başladığı, lakin
bunları tamamlamadığı ifadə edilmişdir.
745
Süyuti is
ə müxtəsər olanın ilk üç cildini
gördüyünü ifad
ə etmişdir.
746
Hissin İbn Həcər tərəfindən qələmə alınan “ən-Nükət ila
s
əhihil-Buxari” adlı bir “Fəthül-bari” müxtəsərinin günümüzə çatdığını
747
söyl
əməkdədirsə də bunun
748
olması ehtimaldır. “Fəthül-bari” Dehli, Bulaq və
Qahir
ədə
749
ayrıca Beyrutda nəşr olunmuşdur.
Qaynaq ç
ətinliyi çəkməyən İbn Həcər 1430-a yaxın əsərdən faydalanaraq şərhini
q
ələmə almış və beləcə İslami elmlərlə məşğul olanların qane ola biləcəkləri
ensiklopedik bir
əsər buraxmışdır. Hədislərin fərqli yollarını ustalıqla bir araya gətirib
şərh edən İbn Həcər onların başa düşülməsi üçün əvvəlcə Buxarinin bab başlıqlarının
m
ənası üzərində dayanmışdır. Bab başlıqları ilə hədislərin uyğunluğunu ortaya
qoymaq üçün böyük bir z
əhmət çəkən İbn Həcər bu xüsusla əlaqədar olaraq Buxariyə
yön
əldilmiş tənqidləri də cavablandırmağa çalışmışdır. Hədisin isnadında olan
ravil
əri də araşdıran İbn Həcər ravilər haqqında baş vermiş cərh varsa onları nəql
etmişdir. Daha sonra hədisin mətnində mənası qapalı olan sözlərin şərhini verib
h
ədisin tam olaraq başa düşülməsini təmin etməyə çalışmaqdadır.
H
ədislərdən çıxarılan hökmlərlə əlaqədar qiymətləndirmə və müzakirələrə də
yer ver
ən İbn Həcər məzhəblərin fərqli fikirlərini və istifadə etdikləri hədisləri
müqayis
ə edib müzakirə etməkdədir.
Özünd
ən əvvəlki ədəbiyyatdan çox faydalanan İbn Həcər bir qismi günümüzə
çatmayan
qaynaqlardakı məlumatların itməsini önləmək surətiylə böyük bir xidməti
göst
əmişdir. O, bu qaynaqlardakı məlumatları olduğu kimi götürməyib onları
inc
ələmişdir. Xüsusilə özündən əvvəlki Buxari şərhlərini incələyən İbn Həcər Buxari
v
ə Muslümdən başqa digər hədisşünasları da tənqid etməkdən geri qalmamışdır .
Xüsusil
ə Buxariyə yönəldilən tənqidlərə qarşı verdiyi cavablarla diqqət çəkən İbn
742
ət-Tibrütül-məsbuk, səh. 231
743
Nazmüt-
hikyan, səh. 46-50
744
İbn Həcər əl-Əsqəlani, c. I, səh. 282-666
745
Səxavi, əl-Cəvahir vəd-dürər, c. I, səh. 224
746
Nazmül-
Hikyan, səh. 46
747
Məktəbətül-Əzhər, Hədis-295
748
Tənqihiz-Zərkeşi aləl-Buxari
749
daşbasması h/q 1304
[191]
H
əcər hər vəziyyətdə Buxarini müdafiə etməyi əsas məqsəd olaraq mənimsəmiş
görünm
əkdədir. Hədis elmində Buxarini zirvə olaraq görmüşdür.
3. Havaşi tənqihiz-Zərkeşi iləl-Buxari.
4.
əl-Mükərrər fi şərhil-mühərrər.
5.
ən-Nükət ələ şərhi səhihi Müslüm.
6.
əl-Cəm beynəs-səhiheyn.
7.
ət-Təliqə ila müstədrəkil-Hakim.
8.
əl-Məcalis.
9.T
əhzibüt-təhzib. Bu əsər hədis ravilər sahəsində yazılmış ən mötəbər
əsərlərdən biridir.
İbn Həcər İbn Abbasın Peyğəmbərdən (s) şəxsən eşitdiyi hədisləri “Cəmeü
əhadisi İbn Abbas əlləzi səmiaha minən-Nəbi” adıyla bir araya gətirmişdir.
14.11
.Əllamə Hindi və “Kənzül-ümmal” əsəri
Əlaəddin Əli əl-Müttəqi əl-Hindi hədis elmləri sahəsində şöhrətli bir yer tutan
aliml
ərdəndir (öl.975/1567). O, Süyutinin “Cəmül-cəvami” və “əl-Camiüs-səğir”
əsərlərini fəsillər (aləl-əbvab) sisteminə köçürmək və “Camiül-üsul”da olduğu kimi
kitab adlarını əlifbatik sıra surətiylə “Kənzül-ümmal” əsərini meydana gətirmişdir.
“K
ənzül-ümmal” əl-Müttəqinin daha əvvəl ayrı-ayrı şəkildə gördüyü işlərin
sonda bir araya toplaması ilə yaradılmışdır. Əsər bu halıyla tədqiqatçıların ifadə
etdiyin
ə görə 40000-ə yaxın hədisi ehtiva etməkdədir.
750
Əli əl-Müttəqi əsərini şəxsən özü seçmiş və bu seçmə “Müntəxabu kənzil-
ümmal” adıyla Əhməd bin Hənbəlin “Müsnəd”i kənarında nəşr edilmişdir. Müəllif bu
intixab v
ə ixtisarında təxminən “Kənzül-ümmal”ın üçdə birini (15000 hədisi) ləğv
etmişdir. Bunlar təkrar hədislərdir.
751
14.12
.Əli əl-Qari və “Ümdətül-qari” əsəri
Əbülhəsən Nurəddin Əli bin Sultan Məhəmməd əl-Qari əl-Hərəvi (öl.
1014/1605) tanınmış Hənəfi fəqihi, hədisşünas, təfsirçi və qiraət alimidir.
O, Heratda doğulmuşdur. İlk təhsilini burada aldıqdan sonra Məkkəyə getdi və
orada m
əskunlaşdı. Məkkədə Əli əl-Müttəqi əl-Hindi əl-Hindi, İbn Həcər əl-Heysəmi
v
ə Əllamə Qütbəddin əl-Məkki kimi alimlərdən dərs aldı. Başda fiqh və hədis olmaq
üzr
ə qiraət, təfsir, əqaid və kəlam, təsəvvüf, tarix, dil və ədəbiyyat sahələrində dövrü-
nün tanınmış alimləri arasında yer aldı. Qiraət elminə olan mükəmməl məlumatına
gör
ə “əl-Qari” və ya ümumiyyətlə Molla Əli əl-Qari deyə xatırlanır. Rəsmi heç bir
v
əzifə qəbul etməmişdi. O, süls və nəsx yazısında mahir idi. Dolanışığını kənarına
t
əfsir və qiraətlə əlaqədar şərhlər qoyduğu müqəddəs kitablar yazmaqla təmin edərdi.
Zamanındakı bidət və xürafatlara cəsarətlə etiraz edən Əli əl-Qari bəzi
mövzularda İmam Malik və Şafeiyə etiraz etməsi, Hənəfiləri tənqid edən Şafei
750
bax: K
ənzül-ümmal, c. I, hicri 1312-1314, Heydarabad nəşrindəki rəqəmlərin cəmi 47.662-dir. Son nəşrdə isə
46.624-dür.
751
Əli əl-Müttəqi, Müntəxabu kənzil-ümmal, c. I, səh. 6-7 (Müsnəd əsərinin kənarında); İsmayıl Lütfü Çakan, Hədis
Ədəbiyyatı, İfav nəşrləri, səh. 116-117
[192]
f
əqihlərinə ağır bir dillə cavab verməsi və Mühyiddin ibn əl-Ərəbinin vəhdəti-vücud
f
əlsəfəsinə şiddətlə qarşı çıxaraq onu təkfir etməsi kimi səbəblərlə bəzi çevrələrin
antipatiyasını qazanmışdır. Hənəfi məzhəbinə son dərəcə bağlı idi. Təsəvvüfə olan
əlaqəsi yanında İbn Teymiyyə və İbn Qəyyim əl-Cövzinin elmi qüdrətlərini təqdir
etmiş və onları müdafiə etmişdir. Xüsusilə mövzu hədislərlə əlaqədar işləriylə də
tanınan Əli əl-Qari etiqadı mövzularda Sələfiyyənin fikirlərini mənimsəmiş, bu
s
əbəblə kəlam və təsəvvüf mövzularındakı ifrat təmayüllərə qarşı çıxmışdır. Müxalifi
bir çox alim v
ə sufilərin onun əsərlərinin oxunmaması üçün mənfi rəftar və təlqinləri
onun
əsərlərinin əldən ələ gəzib oxunmasına maneə olamamışdır. Şövkani bəzi
mövzularda büyük m
əzhəb imamlarına etiraz etməkdən çəkinməməsini bir
müct
əhiddə olan rəftar olaraq qiymətləndirərkən, Əbdülhey əl-Lüknəvi ilə digər bəzi
aliml
ər
752
o
nu hicri 1000 ilin başlarındakı mücəddidlərdən saymışlar. Özü də bunu
şəxsən dilə gətirmişdir.
753
Əsərləri:
Əli əl-Qari İslami elmlərin hər sahəsinə aid əsər yazmış və beləliklə, 180-a
yaxın əsər yazmışdır. Bunların hamısının əlyazma nüsxələri günümüzə qədər
g
əlmişdir.
754
N
əşr edilmiş əsərləri bunlardır
755
:
1) Mirqatül-m
əfatih. Xətib ət-Təbrizinin Bəğaviyə aid “Məsabihüs-sünnə”ni
tamamlayaraq yazdığı “Mişkatül-məsabih” adlı əsərinin ən əhəmiyyətli şərhi olub
Qahir
ə (1309, cild I-V) və Multanda (1392/1972) nəşr edilmişdir.
2)
əl-Əsraril-mərfuə fil-əxbaril-mövzua”.
756
“Mövzuati Əliyyil-Qari adıyla da
n
əşr edilən əsəri Məhəmməd əs-Sabbağ təhqiq edərək nəşr etmişdir.
757
Kitab ay
rıca
Mövlana F
əzlülhəq Dilavəri tərəfndan Hindistanda,
758
Əhməd Sərdaroğlu tərəfindən
d
ə bəzən bəzi qısaltmalar edilərək türkcəyə tərcümə edilmiştir.
759
3)
əl-Məşnuc fi mərifətil-hədisil-mövzu.
760
Lahorda n
əşr edilən əsər (1302,
1315) daha sonra Əbdülfəttah Əbu tərəfindən təhqiq edilərək nəşr edilmişdir.
761
Əli
əl-Qari mövzu hədislərə dair bu iki əsərində mövzu (uydurma) olduğu mövzusunda
ittifaq olan h
ədisləri yığmış və əlifbatik olaraq sıralamışdır.
4)
əl-Əhadisül-qüdsiyyə vəl-kəlimatül-ünsiyyə. Məmməd Əfəndi tərəfindən
haşiyələrlə birlikdə hicri 1312-ci ildə edilən nəşri yanında, 1316 (İstanbul) və 1927
762
ill
ərində də nəşr edilmişdir. Həsən Hüsnü Ərdəm əsəri türkcəyə tərcümə etmişdir.
763
5) Şərhüş-şifa. Bu əsər Qazi İyazın “əş-Şifa” adlı əsərinin mühüm şərhlərindən
biridir.
764
752
X
əlil İbrahim Kutlay, əl-İmam Əli əl-Qari və əsəruhu fi elmil-hədis, Beyrut, 1408/1987, səh. 95-96
753
İbn Abidin, Məcmuatür-rəsail, səh. 346
754
geniş məlumat üçün bax: Xəlil İbrahim Kutlay, səh. 115-116
755
Əhməd, Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası, İstanbul, 1989, c. II, səh. 403
756
əl-Mövzuatül-kübra
757
Beyrut, 1391/1971
758
Lahor, 1887
759
Üsulu h
ədis və mövzuati Əliyyül-Qari tərcüməsi, Ankara, 1966
760
əl-Mövzuatüs-suğra
761
H
ələb, 1389/1969, Beyrut, 1398/1978, Qahirə, 1984
762
H
ələb, Mişkatül-ənvarın arxasında
763
Qırx qüdsi hədis, Ankara, 1952, 4-cü nəşri, 1985
[193]
6) S
ənədül-ənam şərhi Müsnədil-İmam. Əbu Hənifənin “Müsnəd”inin şərhi olub
Lahor (hicri 1300, 1312), Dehli (hicri 1313) v
ə Beyrutda (1405/1985) nəşr edilmişdir.
7) C
əmül-vəsail fi şərhiş-Şəmail. Tirmizinin “əş-Şəmailül-Məhəmmədiyyə” adlı
əsərinin ən mühüm şərhi olub İstanbul (hicri 1290) və Qahirədə
765
n
əşr edilmişdir.
8
) Şərhi şərhi nühbətil-fikər. İbn Həcərin hədis üsuluna dair yazdığı mühüm
əsəri olan “Nühbətül-fikər”ə yenə özü tərəfindən yazılan şərhin haşiyəsidir.
766
9) Ümd
ətül-qari bi şərhi səhihil-Buxari. Bu əsər Məhəmməd bin İsmayıl əl-
Buxarinin “Camiüs-s
əhih” əsərinə yazılmış ən məşhur şərhlərdəndir.
14.13.
Əllamə Bəhrani və onun “Qayətül-məram” əsəri
Qeyd etdiyimiz kimi, hicri XI (miladi XVII)
əsrdə də əvvəlki əsrlərdə olduğu
kimi, h
ədis elminə mənsub nəhəng alimlər yetişmiş və onlar islam mədəniyyətinin
z
ənginləşməsində, dini fikrin təbliğində böyük zəhmətlər sərf etmişlər. Bunun bariz
nümun
əsini biz o əsrdə Əllamə Məhəmməd Bağır əl-Məclisi, Molla Möhsün Feyz əl-
Kaşani, Ağa Hüseyn əl-Xonsari, Məhəmməd bin Həsən Hürr əl-Amili və s. alimlərin
şəxsində görməkdəyik. Məhz bu əsrdə yaşayıb-yaradan, öz adını hədis, təfsir, fiqh,
tarix,
əqaid, fəlsəfə və bu kimi digər humanitar elmlər sahəsində ən yüksək zirvələrə
h
əkk edən alimlərdən biri də Əllamə Seyid Haşim Bəhranidir.
Əbülməkarim Haşim bin Süleyman bin İsmayıl əl-Bəhrani hicri XI (miladi
XVII)
əsrdə doğulmuşdur. Onun doğum tarixi dəqiq olaraq bilinmir. Lakin
“Nüzh
ətül-əbrar” kitabındakı bir qeydə görə, Bəhrani hicri 1063-cü ildə Nəcəfül-
ərəfdə olmuş və burada Şeyx Fəxrəddin ilə görüşmüşdür. Böyük Azərbaycan
h
ədisşünası Mirzə Abdullah Əfəndi Təbriziyə görə Əllamə Bəhrani “Sirətüs-səhabə”
əsərini hicrətin 1070-ci ilində yazmışdır.
767
Bu zaman is
ə onun təqribən 20-30 yaşları
varmış. Bütün bu və ya digər mülahizələri bir araya toplayan tədqiqatçılar onun hicri
1030-1040-
cı (miladi 1620-1630) illərdə doğulduğunu təxmin edirlər.
O, h
ədis, təfsir və tarix elmləri sahəsində mükəmməl biliyə malik olan və bu
sah
ələrdə fundamental əsərlər yazan alimdir. O daha çox Əllamə və ya Seyid Bəhrani
l
əqəbi ilə tanınmaqdadır. Əllamə Bəhrani Peyğəmbər (s) nəslinə, daha doğrusu imam
Musa
əl-Kazimə (ə) mənsub olduğundan “Seyid”, Bəhreyndə doğulduğundan
“B
əhrani” adlandırılıb. Bundan əlavə yazdığı məşhur “əl-Bürhan” təfsirinə görə də
“Sahibül-Bürhan” l
əqəbi ilə məşhurdur.
Əllamə Bəhraninin yetişməsində dövrünün ən məşhur və görkəmli alimlərinin, o
cüml
ədən Fəxrəddin bin Əli bin Əhməd ət-Tərihi ən-Nəcəfinin, Yusif Bəhraninin,
Seyd Əbdüləzim bin Seyid Abbas Astarabadinin, Məhəmməd bin Əli Əbi Şeybənin
v
ə digərlərinin rolu böyükdür. O, islam ilahiyyatının müxtəlif sahələrini belə
görk
əmli alimlərdən öyrənmişdir. Mənbələrin verdikləri məlumatlara görə, o, ilk
t
əhsilini vətəni Bəhreyndə almış, sonra isə Nəcəfül-əşrəfə səfər edərək oranın
görk
əmli alimlərindən elm əldə etmişdir. Burada bir müddət təhsil həyatı yaşadıqdan
764
İstanbul, 1264, 1285, 1290, 1299, 1307, 1308, 1309, 1312, 1316, 1319, Bulaq, 1275, Qahirə, 1327
765
1317, 1318, k
ənarında Münavinin şərhi olaraq
766
İstanbul, 1327, Beyrut, 1398
767
Mirz
ə Abdullah Əfəndi ət-Təbrizi əl-Azərbaycani, Riyazül-üləma və hiyazül-füzəla, Qum çapı, c. V, səh. 303
[194]
sonra h
ədis elmində rəvayət etmə (icazət) hüququnu əldə etmək üçün müxtəlif
bölg
ələrə, o cümlədən Şiraza, Məşhədə, İsfahana və digər bölgələrə səfərlər etmiş
oranın alimlərilə yaxın təmasda olmuşdur. Hətta onunla İsfahan və Məşhəddə
görüşən Hürr Amili onun dərin və hərtərəfli elmə sahib olduğunu bəyan etmək üçün
“n
ə ondan qabaq, nə də ondan sonra bir kimsə onun elmi mərtəbəsinə yetişə
bilm
əmişdir” ifadəsini onun haqqında demişdir.
Bütün bu deyil
ənlərdən əlavə o, Əli bin Abdullah əl-Məqani əl-Bəhrani,
M
əhəmməd Əttar əl-Bağdadi, Süleyman bin Abdullah əl-Mahuzi, Hürr Amili, Şeyx
Mahmud
bin Əbdüssalam, Şeyx Heykəl bin Müqəddəs Əbdüləli əl-Cəzairi kimi
böyük aliml
ərin ustadı olmuş, elmin müxtəlif sahələrini onlara öyrətmiş və onlara
h
ədis rəvayət etmə hüqunu vermişdir.
İstər öz dövründə, istərsə də özündən sonrakı dövrlərdə böyük fəxarət hissilə
yad edil
ən Əllamə Bəhrani haqqında çoxsaylı maraqlı fikirlər vardır. Onun tələbəsi
Hürr
əl-Amili “Əməlul-amal” əsərində öz ustadı haqqında yazır: “Seyid Haşim
B
əhrani fəzilətlər sahibi, alim, mahir tədqiqatçı, fəqih, təfsir və ərəb dili elmlərinə
mük
əmməl bələd olan biri idi”.
768
Şeyx Süleyman əl-Mahuzu “Fihrisu ali-Büveyh və üləmail-Bəhreyn” adlı
əsərində yazır: “O, çox görkəmli hədisşünasdır”.
769
Xeyr
əddin əz-Zerkəli isə onu imamiyyənin görkəmli təfsirçisi kimi təqdim
etmişdir.
770
Bütün bu elmi xüsusiyy
ətləri ilə yanaşı Əllamə Bəhrani həm də təqvalı, yüksək
əxlaqa və mənəviyyata malik olan bir şəxs kimi də ad-san çıxarmışdı.
Xatırladaq ki, Əllamə Bəhrani eyni zamanda gözəl ailə başçısı olmuşdur. Onun
üç oğlu olmuşdur ki, onların da içində ən məşhuru Seyid İsadır. Əllamə Ağa Bozorg
ət-Tehrani “əz-Zəriə”, Mirzə Abdullah Əfəndi isə “Riyazül-üləma” əsərlərində onun
böyük bir alim olduğunu və elmə dərin həvəs göstərdiyini, həmçinin Şeyx Bəhainin
(öl.1622) “Zübd
ətül-üsul” əsərinə geniş və dəyərli bir şərh yazdığını qeyd edirlər.
Bundan başqa Seyid Hüseyn adlı ikinci oğlundan bəhs edən Mirzə Abdullah Əfəndi
onun çox t
əqvalı və əmli-saleh biri olduğunu, həmçinin atasının əsərlərinin çoxunu
İsfahana gətirdiyini vurğulamışdı.
Əllamə Bəhrani hicri 1107-ci (miladi 1695) ildə Bəhreyndə vəfat etmişdir. Onun
q
əbri-şərifi hal-hazırda müsəlmanlar tərəfindən ziyarət olunmaqdadır.
Yuxarıda qeyd etdiyimiz kimi, Əllamə Bəhraninin yaradıcılığı çox zəngindir.
Onun yazdığı dəyərli əsərlərindən aşağıdakıları qeyd etmək olar:
1.
“Qayətül-məram və hüccətül-xisam fi təyinil-imam min təriqil-xass vəl-
amm”.
2.
“İrşadül-müstərşidin ila vilayətil-Əmirilmöminin”.
3.
“əl-İnsaf fin-nass alə əimmətil-əşraf”.
4.
“Nihayətül-amal fi ma yətimmu bihi qubulul-əmal”.
5.
“İhticacül-müxalifin alə imaməti Əmirilmöminin”.
768
Hürr
əl-Amili, Əməlul-amal, c. II, səh. 341
769
Şeyx Süleyman əl-Mahuzu, Fihrisu ali-Büveyh və üləmail-Bəhreyn, səh. 77
770
Xeyr
əddin əz-Zerkəli, əl-Elam, c. II, məktəbətül-ərəbiyyə, Misir, 1345 h/q., c. VIII, səh. 66
[195]
6.
“Səlasilul-hədid və təqyidi əhlit-təqlidi bima intəxabə min şərhi İbn
Əbilhədid”.
7.
“əl-Mətainul-bəkriyyə vəl-məsalibil-ümriyyə min təriqil-Osmaniyyə”.
8.
“Nəsəbu Ömər bin əl-Xəttab”.
9.
“əl-Bürhan fi təfsiril-Quran”.
10.
“əl-Hadi və ziyaun-nadi fi təfsiril-Quran”.
11.
“əl-Hidayətül-Quraniyyə”.
12.
“Nurul-
ənvar vi təfsiril-Quran”.
13.
“Tərifu ricali mən la yəhzuruhül-fəqih”.
14.
“Tənbihül-ərib və təzkirətül-ləbib fi izahi ricalit-təhzib”.
15.
“Hidayətül-müstəbsirin
fi
təraimil-üləmair-raciinə
ila
vilayəti-
Əmirilmöminin”.
16.
“əd-Dümətüs-sakibə”.
17.
“Hilyətül-əbrar fi əhvali-Muhəmməd və alihil-əthar”.
18.
“Vəfayatün-nəbiyyin”.
19.
“Vəfatün-Nəbi”.
20.
“Vəfatüz-Zəhra”.
21.
“Məqtəli Əbi Abdullahil-Hüseyn”.
22.
“ət-Tənbihat”.
23.
“Şərhu tərtibit-təhzib”.
24.
“Rövzətül-vaizin fi əhadisil-əimmətit-tahirin”.
25.
“əl-Lübabul-müstəxric min kitabiş-Şihab”.
26.
“Tərtibüt-təhzib”.
27.
“Hilyətün-nəzər fi fəzlil-əimmətil-isney aşər”.
28.
“Mənaqibu Əmirilmöminin”.
29.
“əd-Dürrun-nəzid fi xəsaisil-Hüseyn əş-Şəhid”.
30.
“Kitabu fəzliş-Şiə”.
771
31.
“Mövludul-Qaim.”
32.
“Sirətüs-səhabə”.
33.
“Fəzail Əli vəl-əimmə min vələdihi”.
34.
“Kəşfül-muhimm fi təriqi xəbəri-Qədirxum”.
35.
“Mədinətil-məacizil-əimmətil-isney aşərə və dəlailil-hücəc ələl-bəşər”.
36.
“Ümdətün-nəzər fi bəyani-ismətil-əimmətil-isney aşər”.
37.
Tarixül-
İslam”.
38.
“Təlxis risaləteyn”.
39.
“əl-Behcətül-mərziyyə fi isbatil-xilafətil-vəsiyyə”.
40.
“Üsulul-
etiqadat” və s.
Qey etdiyimiz kimi, Əllamə Bəhraninin yazdığı əsərlər içində “Qyətül-məram”
əsərinin xüsusi önəmi və əhəmiyyəti vardır. Əsərin tam adı “Qayətül-məram və
hücc
ətül-xisam fi təyinil-imam min təriqil-xass vəl-amm”dır. Müəllifin bu əsəri hədis
ədəbiyyatı tarixinin şah əsərlərindən hesab olunur. O, ilk öncə əsərə geniş
771
Şeyx Yusif əl-Bəhrani, Lulətül-Bəhreyn, məktəbətül-fəxravi, I çap, 2008, səh. 60
[196]
müq
əddimə yazmış, burada Allaha həmdi-səna, Peyğəmbərə (s) və onun pak əhli-
beytin
ə (ə) salavat göndərdikdən sonra kitabın yazılma məqsədini açıqlamışdır. O,
əsərini Peyğəmbərdən (s) sonra İslam dünyasında meydana çıxmış imamət (xilafət)
m
əsələsinə həsr etmiş və mövcud bütün mənbələri mütaliə edərək bu problemin
çözülm
əsinə son dərəcə əmək sərf etmişdir. O var gücü ilə çalışaraq bütün
qaynaqlarda olan h
ədisləri bir araya toplamış, onların arasında dəyərləndirmələr
apararaq Peyğəmbərdən (s) sonra xilafət kürsüsündə imam Əlinin (ə) oturmalı
olduğunu hədislər yolu ilə sübut etməyə çalışmışdır. Bu haqda müəllif yazır: “Mən bu
kitabda qeyd edir
əm ki, imamətə aid olan Peyğəmbərdən (s) nəql olunmuş xəbərlər,
s
əhabə və tabeunun dedikləri sübut edir ki, imam Əli (ə) və onun övladları
Peyğəmbərdən (s) sonra mütləq xəlifə və imamdırlar. Bu çoxsaylı rəvayətlər, aydın
x
əbərlər, möhkəm dəlillər, sünni və şiələrdən nəql olunmuş aşkar rəylər əsasında
sübuta yetir..”
772
Kitabın əhəmiyyət və mötəbərliyini artıran mühüm məqamlardan biri onun
çoxsaylı mənbələrə istinad edilməsidir. Müəllif qeyd etdiyimiz kimi, yüzlərlə hədis,
t
əfsir, tarix, əqaid və s. qaynaqları tədqiq etmiş və qeyd etdiyi hər bir hədisi hansı
kitabdan al
dığını dəqiq olaraq göstərmişdir. Onun istinad etdiyi mənbələr içində
M
əhəmməd bin İsmayıl əl-Buxarinin və Müslüm bin Həccac ən-Nişapurinin “əs-
S
əhih”, Əbu İshaq Əhməd bin Məhəmməd bin İbrahim əs-Sələbinin “əl-Kəşf vəl-
b
əyan fi təfsiril-Quran”, Əbu Abdullah Məhəmməd bin Əbu Nəsr əl-Hümeydinin “əl-
C
əm beynəs-səhiheyn”, Əbülhəsən Əli bin Məhəmməd İbn Məğazili əş-Şafeinin “əl-
M
ənaqib fi fəzaili əmirilmöminin Əli bin Əbu Talib”, Malik bin Ənəsin “əl-
Müv
əttə”, Əbu İsa ət-Tirmizinin “Sünəni-Tirmizi”, Əbu Davud əs-Sicistaninin “əs-
Sün
ən” və digər yüzlərlə mötəbər və məşhur qaynaqlar vardır. Müəllif bu qaynaqların
böyük bir hiss
əini müqəddimədə saydıqdan sonra əsərin tərtib etdiyi fəsillərindən
b
əhs etmiş və adlandırdığı hər bir fəsildə hansı hədisləri topladığını qeyd etmişdir. O,
əsərin birinci fəslində imamın təyin edilməsi və bu haqda olan rəvayətləri toplamış və
f
əsildə kiçik fəsillər (bablar) açaraq orada imamın sifətləri, fəzilət və əhli-beytin
m
əqamını, onları sevib onlara tabe olanların üstünlüklərini, imam Əlinin (ə) Kəbə
evind
ə doğulduğunu qeyd etmişdir. Bu minvalla o, imamətin bütün təfərrüatlarını
əsərində geniş şəkildə işıqlandırmışdır.
Bel
əliklə, o, imamətə və on iki imama aid hədisləri beləcə dəyərləndirərək
böyük bir
əsər meydana gətirmişdir. Xatırladaq ki, onun bu əsəri müəllifə dünya
şöhrəti gətirmişdir.
Mü
əllifin “Mədinətil-məaciz” adlı əsərinin I cildi doğma dilimizə tərcümə
edilmişdir.
Dostları ilə paylaş: |