Tədqiqatın obyekti Azərbaycan Respublikasının tibbi sığorta sistemidir.
Tədqiqatın predmetini Azərbaycan Respublikasında icbari və könüllü tibbi sığorta sahəsində sosial-iqtisadi, xüsusilə də maliyyə münasibətləri sistemi təşkil edir.
Tədqiqatın metodologiyası. Ölkədə səhiyyə institutlarının sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, əhali gəlirlərinin səmərəli yenidən bölgüsünün təmin edilməsi, dövlətin fiskal imkanlarının yaxşılaşdırılması məqsədləri əsasında ölkədə səhiyyənin fiskal maliyyələşdirilməsi mexanizminin tibbi sığorta sistemi ilə əvəz edilməsinin səmərəliliyinin elmi-praktiki əsaslandırılması, bu sahədə müasir dünya təcrübəsinin müqayisəli təhlili, həmçinin burada istifadə olunan müxtəlif modellərin öyrənilməsi, bunların əsasında Azərbaycan Respublikasında icbari və könüllü tibbi sığorta sisteminin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi tədqiqatın metodoloji əsasını təşkil edir.
Aparılan tədqiqat işinin tərkib hissəsi kimi bir elmi praktik seminar (fokus-qrup) və sosioloji sorğular (müsahibələr) keçirilmişdir. Fokus-qrupda aşağıdakı məsələlər müzakirə olunmuşdur:
-
Müasir dünya təcrübəsində tibbi sığorta sisteminin xüsusiyyətləri
-
Azərbaycanda tibbi sığorta sisteminin inkişafına mane olan amillər və onların həlli yolları
-
Dünya təcrübəsi üzrə mötəbər tibbi sığorta modellərinin Azərbaycana tətbiqi imkanları.
Seminar tibbi sığorta sisteminin subyektləri üzrə mütəxəssislərin (sığorta mütəxəssisləri, tibbi mütəxəssislər və s.) və müvafiq istiqamətdə elmi tədqiqatçıların işirakı ilə İqtisadi islahatlar Mərkəzinin akt zalında keçirilmişdir.
Müsahibələr Azərbaycan Respublikasında tibbi sığorta sisteminin təkmilləşdirilməsi problemləri üzrə süalları əhatə etmişdir. Müsahibələr Bakı şəhərində tibbi sığorta şirkətlərinin, tibb müəssisələrinin rəhbərləri ilə aparılmışdır. Həmçinin müxtəlif qruplar (tibbi sığorta olunanlar, həkimlər) üzrə də müsahibələrin təşkili tədqiqata yardımçı olmuşdur. Müsahibələr şifahi aparılmış, və əldə olunan məlumatlar yazılı şəkildə rəsmiləşdirilmişdir.
Dostları ilə paylaş: |